234
daxil olan kimi əhali onları qarĢıladı, evlər, bazarlar bəzədildi. ġəhər əhalisi qızılbaĢ
forması geydi. Əhalin in kö məy i ilə 1 -2 gündən sonra Ordubad qalası tutuldu.
Ordubad əhalisinin Osman lı hakimiyyət orqanlarına qarĢı üsyanı ġah Abbas
tərəfındən qiymətləndirild i. ġahın baĢ vəziri Hatəm bəy Ordubadinin xah iĢi ilə
ordubadlılar bütün dövlət vergilərindən azad edild ilər.
I ġah Abbas Culfanı və Na xç ıvanı tutduqdan sonra Ġrəvan qalasını ələ
keçirməyi qərara ald ı. Ġrəvan qalası 1603-cü il noyabrın 16-da mühasirəyə alındı.
Qalada ġərif paĢanın komandanlığ ı altında 10 min nəfərə yaxın Osman lı qarn izonu
möhkəmləndirilmiĢ üç istehkam xətti ilə müdafıə olunurdu. Buna görə də qalanın
mühasirəsi uzun müddət davam etdi. ġah Abbas Ġrəvan qalasının ətrafında istehkam
tikmək üçün Naxçıvan və Culfa əhalisini səfərbərliyə ald ı və onların hərbi
əməliyyatda iĢtirak etməsin i məsləhət gördü. Bu da yerli əhaliyə baha baĢa gəldi.
Onların ço xu qalanın mühasirəsi vaxtı ağır zəh mətdən, soyuqdan, aclıqdan və güllə
yarasından məhv oldu. ġah Ġrəvanın mühasirəsi zaman ı məĢhur Azərbaycan
topçusu Heydər bəy Anisin oğlu Bahadur bəy Anis TopçubaĢının yenicə hazırladığ ı
iri əndazəli topları iĢə saldı. Səfəv i ordusunun hərbi əməliyyatı 1603 -1604-cü illərin
qıĢı ərzində davam etdi. Ġrəvan qalası 1604-cü il iyunun 8-də tutuldu. ġərif paĢa
baĢda olmaqla Os manlı qarnizonu təslim o ldu. ġah Abbas ġərif paĢanın xahiĢin i
nəzərə alaraq onu MəĢhədə, Ġmam Rza türbəsinə mütəvəlli təyin etdi. Məh məd
paĢanın rəhbərliyi altında əsir alınan 500 nəfərlik dəstəyə Qarsa getməyə icazə
verild i. Çu xu rsəd vilayətinin hakimi vəzifəsinə Əmirgünə xan Qacar təyin edildi.
Ġrəvan bu vilayətin mərkəzi id i. Maqsud Sultan Kəngərli Naxçıvan hakimi təyin
olundu. Ġrəvanın tutulmasından sonra öz qərargahını Göyçə gölü yaylaqlarından
Ağdağa köçürən ġah Abbas Van bəylərbəyi ilə ƏrciĢ hakimi arasındakı ixtilafdan
faydalanaraq Allahverdi xan ın baĢçılığı altında Səfəvi ordusunu Van ü zərinə
göndərdi. Allahverdi xan tərəfindən həmin bölgə talan edildi və Səfəvi ordusu
böyük qənimətlə geri döndü. ġah Abbas tərəfindən bu zaman ġuragel, Ordu -bazar
qalaları zəbt olundu və Qars hüdudundakı Həsənqalaya kimi o lan ərazi tutuldu,
əhalisinin əsas hissəsi Ġrana köçürüldü. Bu zaman, ġah Ciğaloğlu Sinan paĢanın
ko mandanlığı altında Osmanlı ordusunun Azərbaycana yürüĢ xəbərini alaraq Təbriz
istiqamətində geri çəkild i.
ġah Abbas osmanlılara qarĢı Səfəv ilərin ənənəvi "yandırılmıĢ torpaq"
taktikasın ı tətbiq etdi. ġah fərman verd i: "Arazın sol sahilin i dağıtmaq və
əhalisizləĢdirmək; bütün azərbaycanlıları köçürmək, ərzaq və ələf nə varsa
götürmək, qalanını isə məhv edib yandırmaq". Bununla da Ön Qafqazda yaĢayan
çoxlu azərbaycanlı, gürcü və kürdün zorla digər bölgələrə köçürülməsi məhz bu
dövrdən etibarən geniĢ miqyas almıĢdı. Zorla, amansızlıqla həyata keçirilən bu
235
siyasət nəticəsində Cənubi Qafqaz xalq larının ictimai-iqtisadi baxımdan in kiĢafı
prosesi xeyli ləngid ild i. Əhalin in zor gücünə Ġsfahana, Mazandarana və Ġranın digər
bölgələrinə köçürülməsi, ö lkənin talan edilməsi Azərbaycan xalqı üçün böyük
müsibət id i. Bu zorakılıq tədbiri tarixĢünaslıqda böyük sürgün adı ilə məĢ hurdur.
ġah Abbasın əhalinin köçürülməsi və yaĢayıĢ məntəqələrinin dağıdılması
haqqında əmri təcili həyata keçirildi. Ġsgəndər bəy MünĢi yazırd ı ki, fərman
veriləndən bir neçə gün sonra Ģahın qərargahını yerləĢdirməyə yer yo x idi. Çün ki
Naxçıvan və onun ətrafındakı yaĢayıĢ məntəqələri xarabazara çevrilmiĢdi.
Beləliklə, Naxçıvan, Ġrəvan, Cu lfa və digər abad diyarlar Səfəvi Ģahının fərmanı
ilə yandırıld ı və əhalisi köçürüldü.
Hərbi-siyasi tədbir kimi qələmə verilən bu köçürmə prosesi baĢqa bir
məqsədə də xid mət ed irdi. Köçürmənin d igər səbəbi Səfəvi Ģahının Ġranın daxili
vilayətlərinin məhsuldar qüvvələrini in kiĢaf etdirmək və dünya tranzit ticarətin in
əsas yolunu Səfəvi dövlətinin cənubuna köçürmək niyyəti idi. Cu lfa tran zit ticarəti
baxımından son dərəcə əlveriĢli ərazidə yerləĢirdi. Buradan Avropaya gedən
karvan yolu Osmanlı Türkiyəsindən keçirdi. ġah Abbas ġərq -Qərb ipək ticarət
yolunu Cənuba - Fars körfəzi liman larına keçirmək qərarına gəlmiĢdi. Bu məqsədlə
Culfa əhalisin i Ġsfahana köçürmüĢdü. Lakin qeyd etmək lazımd ır ki, ġah Abbas bu
tədbiri həyata keçirməyə məcbur olmuĢdu. Ölkən in ticarət mərkəzin in
dəyiĢdirilməsi istiqamətində görülən iĢlər obyektiv zərurətin tələb i, Osman lı
təhlükəsinin mövcudluğu ilə əlaqədar id i.
Ciğaloğlu Sinan paĢanın komandanlığ ı altında Os manlı ordusu Ġrəvana kimi
irəlilədi, lakin qızılbaĢlar tərəfındən ərzaq ehtiyatının məhv edilməsi onların
vəziyyətini ağırlaĢdırdı və qoĢunda qarıĢıqlıq baĢlandı. Buna görə Sinan paĢa
yürüĢü dayandırdı və qıĢlamaq üçün Vana qayıtmağa məcbur o ldu .
ġah Abbas Vanda olan Sinan paĢanın qüvvələrini dəf etmək üçün Təbrizdə
yeni qala tikd irdi və buraya 2-3 illik ərzaq, hərbi sursat topladı. O, Allahverdi xanın
baĢçılığı altında Vana-Ciğaloğlu Sinan paĢa üzərinə 13 minlik qüvvə göndərdi.
Osmanlı ordusu Ġbrahim paĢanın ko mandanlığı altında Səfəvilərlə döyüĢdə
məğ lubiyyətə uğradı. Ciğaloğlu Sinan paĢa Ərzuru ma qaçaraq yeni qüvvələr
toplamağa baĢladı. Van bölgəsini talan edən qızılbaĢ qoĢunu böyük qənimətlə
Xoya-Ģah qərargahına qayıtdı.
Ciğaloğlu Sinan paĢa 1605-ci ilin mayında 100 min lik qoĢunla Azərbaycana
ikinci dəfə yürüĢə baĢladı. Os manlı qoĢunu ilə həlledici döyüĢə girmək ġah
Abbasın planında yox idi. Sinan paĢanın Vana gəldiyini öyrənən Ģah Səlmasdan
Təbrizə qədər olan ərazinin əhalisini köçürdü və ərzaq ehtiyatını məhv etdi.