Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə1/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
  1   2   3   4   5   6   7   8   9   ...   231


 

AZƏRBA YCA N   MĠLLĠ   ELM LƏR   AKADEM ĠYASI 



 

 A. BAKIXANOV  ADINA   TARĠX   ĠNST ĠTUTU 

 

 

 



 

 

 



 

AZƏRBAYCAN 

 

T A R Ġ X Ġ 

 

XIII-XVIII əsrlər 

 

 

 



 

 

YEDDĠ    CĠLDDƏ 



III CĠLD 

 

 



 

 

DƏST 24684 



 

 

 



 

BAKI. ELM . 2007 

 

 

 




 

Bu  kitab  "Azərbaycan tarixi.  Yeddi  cilddə.  III  cild"  (Bakı, 



Elm, 1999) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. 

 

 



 

 

 



 

 

Məsul redaktor: 



Oqtay Əfəndiyev 

                                              AMEA-nın  müxbir üzvü 

 

 

 

 

 

 

 

ISBN 978-9952-448-39-9 

 

947. 5402-dc22 

Tarix - A zərbaycan 



Azərbaycan  tarixi.  Yeddi  cilddə.  III  cild  (XIII-XVIII  əsrlər).  Bakı. 

"Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya. 

Azərbaycan  Elmlər  Akademiyası  Tarix  Ġnstitutu  və  digər  institut 

əməkdaĢların ın  u zun  illər  boyu  apardıqları  axtarıĢların  yekunu  olan  bu  cilddə 

Vətənimizin  orta  əsrlər  tarixin in  XIII  əsrdən  baĢlayaraq son  dövrü  iĢıqlandırılmıĢ, 

monqol əsarəti və onun nəticələri, burada təĢəkkül tapan Azərbaycan dövlətlərin in 

tarixi,  onların  yaranması  və  süqutu,  xanlıqlar  dövrü,  xalq ımızın  xarici  iĢğalçıların 

təcavüzünə  qarĢı  azadlıq  mübarizəsi,  eləcə  də  dövrün  ictimai-iqtisadi,  mədəni 

həyatı ətraflı Ģərh olun muĢdur. 

"Elm" nəĢriyyatı, 2007 



 

 

 

 

 


 

GĠRĠġ  

 

"Azərbaycan  tarixi"nin  III  cildi  xronoloji  baxımdan  XIII  əsrin   20-ci 



illərindən  -  monqol  iĢğalından  baĢlayaraq  XIII  əsrin  sonunadək  olan  dövrü  əhatə 

edir.  XIII  əsrin  ilk  rübündə  inkiĢaf  etmiĢ  Ģəhərlər  ölkəsi  olan  A zərbaycan  köçəri 

monqolların  viranedici  hücumlarına  məruz  qaldı.  Xalq ımıza  böyük  itkilər  və 

dağıntılar  gətirən  monqol  basqınları  Azərbaycanın  iqtisadi  və  mədəni  yüksəliĢi 

prosesini müvəqqəti olsa da dayandırdı. Qafqa z ölkə ləri, xüsusən ġirvan, Gürcüstan 

hakimləri  və  Azərbaycan  Atabəyi  bu  qorxunc  təhlükə  qarĢısında  öz  qüvvələrini 

birləĢdirə  bilməd ilər.  Hətta  hər  bir  Ģəhər  qonĢu  feodalların  kö məyi  o lmadan 

monqollara  qarĢı  təkbaĢına  vuruĢurdu.  ĠĢğalçılar  bir  sıra  Ģəhərləri  yerlə  yeksan 

etdilər.  Mühüm  tica rət  və  sənətkarlıq  mərkə zinin  -  Beyləqanın  taley i  daha  faciə li 

oldu.  ġəhər b ir daha yüksələ bilməyib süqut etdi.  

XIII

 

əsrin  ortalarından  paytaxtı  Təbriz  olan  monqol  imperiyasının  



(Hülakülərin )  mərkəzi  vilayəti  A zərbaycanın  siyasi-iqtisadi  mövqeyi  güclən məyə 

baĢladı.  Qazan  xan ın  islahatları  nəticəsində  Azərbaycanın  ġərq,  Qərb  ö lkələri  ilə 

iqtisadi  əlaqələri  bərpa  olundu  və  geniĢləndi.  Marko  Polo  və  digər  Avropa 

səyyahları  Təbrizin  ġərq in  ən  iri,  möhtəĢəm  sənətkarlıq  və  ticarət  mərkəzi 

olduğunu qeyd edirdilər. 

XIV


 

əsrin  ortalarında  Hülakular  dövləti  daxili  böhran  nəticəsində 

dağılmağa baĢladı.  Qızıl  Orda  xanları bundan faydalanaraq Azərbaycana Ģimaldan 

basqın  etdilər.  Nəticədə  Kürdən  cənubda  yerləĢən  Azərbaycan  əraziləri  Cəlairilər 

dövlətinin  tərkibinə  daxil  o ldu.  ġirvanĢahlar  öz  dövlətlərinin  müstəqilliyini  xarici 

düĢmənlərin  təcavüzündən  qoruya bildilər,  ağıllı  siyasət nəticəsində,  hətta  ən  ağır 

Ģəraitdə belə, sərhədlərin in bütövlüyünü saxlamağa müvəffəq oldular.  

XIV  əsrin  sonlannda  Azərbaycan  iki  qüdrətli  fatehin  -  Tey murun 

və ToxtamıĢın müharibə meydanına çevrildi. 

XV  əsrin  əvvəllərində  Azərbaycanın  yadellilərin  ağalığından  xilas  olması 

üçün əlveriĢli beynəlxalq Ģərait yarandı. ġirvanĢah Ġbrahim ö lkən in Ģimal və cənub 

hissələrini vahid bir dövlət daxilində birləĢdirmək üçün təĢəbbüs etdi, lakin təəssüf 

ki,  buna  nail  ola  bilmədi.  Tey murilərin  zə iflə məsindən  istifadə  edən 

Qaraqoyunlular  Təbrizi  ələ  keçirərə k  onların  hakimiyyətinə  son  qoydular. 

Azərbaycanın  əksər  ərazisi  Qaraqoyunlu  dövlətinin  tərkibində  birləĢdi. 

Azərbaycanda  Qaraqoyunluların  hakimiyyətin i  Ağqoyunlular  əvəz  etdi.  Hər  iki 

tayfa  ittifaqı  özlərini  eyni  etnosa,  "rürkman"  adlandınlan  ulusa  mənsub  edirdilər. 

Onların  ana  dili  A zərbaycan  dili  olmuĢdur  ki,  bunun  aĢkar  edilməsi  son  illərin   




 

tarixi-filo loji  a raĢdırmala rının  bəhrəsidir,  yekunudur.  Bu  tarixi  gerçəklik 



"pantürkizm" damğası altında uzun zaman "ört-basdır" edilirdi. 

Qaraqoyunlu və Ağqoyunluların hakimiyyət dövrü Azərbaycanın dövlətçilik 

tarixində  mühüm  əhəmiyyət  kəsb  etmiĢdir.  Ağqoyunlu  dövlətinin  qüdrətli 

hökmdarı  Uzun Həsənin təĢəbbüsü ilə Azərbaycanın Avropa ölkələri və  Rusiya ilə 

siyasi-diplo matik  münasibətlərinin  yaran ması  dövrün  əlamətdar  hadisələrindəndir. 

Osmanlı  sultanının  təcavüzünə  qarĢı  Avropa  dövlətləri  ilə  Ağqoyunlu  dövləti 

ittifaq ının  nəticəsiz  qalmasına  baxmayaraq,  bu,  ikitərəfli  siyasi  münasibətlərin  

canlanmasına, Qərb in Azərbaycana marağ ının artmasına səbəb oldu. 

XV  əsrin  sonlarında  Azərbaycan  -  Uzun  Həsənin  qurduğu  dövlət  onun 

övladları  arasında  hakimiyyət  uğrunda  gedən  qanlı  toqquĢmalar  meydanına 

çevrild i. Qətl və qarətdən, dözülməz zü lm və aclıqdan cana doymuĢ xalq nicat yolu 

axtarırdı.  O  ağ ır  günlərdə  Uzun  Həsənin  nəvəsi  -  Ərdəbil  Ģeyxlərinin  övladı  ġah 

Ġsmayıl Xətayi vətəninin və xalq ının kö məyinə gəld i. 

ġah  Ġsmayıl  Xətayin in  qurduğu  Səfəvilər,  yaxud  QızılbaĢlar  dövlətinin 

xalq ımızın  tarixində  müstəsna  yeri  vardır.  Tarixdə  ilk  dəfə  ölkəmizin  Ģimal  və 

cənub  vilayətləri  A zərbaycan  dövlətinin  sərhədləri  daxilində  birləĢdirild i.  Bu  isə 

Azərbaycanın iqtisadi və mədəni baxımdan yüksəliĢi üçün əlveriĢli Ģərait yaratdı.  

Bir-b irini  əvəz  edən  Qaraqoyunlu,  Ağqoyunlu  və  QızılbaĢ -Səfəv i 

dövlətlərini quran və yaĢadanlar azərbaycanlılar olmuĢdur. On lar arasında  mövcud 

olmuĢ  siyasi  və  dini  ziddiyyətlər  bu  həqiqəti  inkar  etmir.  Həmin  dövrün  qonĢu 

hökmdarları  da  Səfəv ilər  dövlətini  Qaraqoyunlu  və  Ağqoyunluların  varisləri 

sayırdılar ki, bu da tarixi gerçəkliyi əks etdirird i.  

Xalq ımızın  tarixində  Səfəv ilər  dövlətinin  əhəmiyyəti  b ir  daha  ondadır  ki, 

Azərbaycan  dilinin  ilk  dəfə  dövlət  dili  səviyyəsinə  qalxması,  diplo matik 

yazıĢ malarda  iĢləd ilməsi  məh z  bu  dövrə  aiddir.  Sarayda,  ordu  içərisində 

Azərbaycan  dili  hakim  id i.  Bu  dildə  ümu mdünya  Ģöhrəti  qazanmıĢ  ədəbi  əsərlər 

yaradılmıĢdı.  Səfəv ilər  dövrünü  Azərbaycan  mədəniyyətinin  Yeni  intibah  dövrü 

hesab etməyə haqqımız vardır. 

XVI  əsrin  sonlarında  Səfəvi-Osman lı  müharibələri,  ġah  Abbasın  daxili 

siyasəti 

və 

həyata 


keçirdiyi 

islahatlar, 

xüsusilə 

paytaxtın 

Ġsfahana 

köçürülməsi 

nəticəsində 

Səfəvilər 

dövlətində 

Azərbaycan 

öz  aparıcı  rolunu  itirdi,  qızılbaĢ  əyanların ın  farslar  və  digər  Ġran  etnik  ünsürləri 

tərəfindən  sıxıĢdırılması  baĢlandı.  Beləliklə,  Səfəvilər  dövlətin in  Ġran  dövlətinə 

çevrilməsinin əsası qoyuldu. 

XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  Səfəvilər  dövləti 

siyasi-iqtisadi böhrana uğrayaraq zəiflədi. Bundan istifadə edən Rusiya çarı I Pyotr 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə