318
ünsürdən ibarətdir, dünya vəhdət bəhridir. Məhəbbət bu bəhrdəki hərəkətin və
dəyiĢikliklərin mənbəyidir.
Saib Təbrizinin irsində idrak məsələləri mühü m yer tutur. Mütəfəkkir
dünyanın dərk olun ması prosesində ağıla və elmə yüksək q iy mət verir, elmin
(nəzəriyyənin) və təcrübənin vəhdəti zəruriliyin i daim qeyd edirdi: "Ġnsanın biliyi
özünü əməldə, təcrübədə göstərməlidir, ağıl məntiq i dəlillərə və əqli nəticələrə
əsaslanmalıd ır". Saib Təbrizi zəmanəsinin hökmdarlarının elmə, təfəkkürə mənfı
münasibəti haqqında ürək ağrısı ilə yazırdı: "Ağıl və bəsirət qara quruĢa da dəymir,
mo lla çalmaları və onların qarın toxluğu bizim zəmanəmizdə daha ləyaqətli yer
tutmur".
Əxlaq və estetika məsələləri də Saib Təbrizinin yaradıcılığında,
dünyagörüĢündə müəyyən yer tutmaqdadır. O, həmin dövrdə hakim olan "tale",
"alın yazısı" haqqındakı nəzəriyyəyə qarĢı çıxaraq insan iradəsinin azadlığ ı, insanın
öz əməlləri müqabilində məsuliyyət daĢıması fıkrini təbliğ edird i. Ġnsanı gerçək
həyatdan uzaqlaĢdıran asketizmə deyil, yarad ıcılığa, əməyə qızğın çağırıĢ Saib
Təbrizinin əxlaq i görüĢlərin in mərkəzindədir: "Əməklə məĢğul olmamaq, taleyə
güvənmək alicənablıq la bir araya sığmaz, ö z yükünü xalqın üzərinə aĢırma". Saib in
əxlaq i görüĢləri onun ictimai-siyasi ideyaları ilə sıx Ģəkildə bağlıdır və
demokratizmin, insanpərvərliyin təbliği ruhundadır. O, məh z bu mövqelərdən
cəmiyyətdə hökm sürən zülmü və zor siyasətini pisləyird i. Saib Təbrizi zəh mətkeĢ
xalq ı "cəmiyyətin qanadları" adlandıraraq yazmıĢdı: "Sadə, yoxsul insanlardan
yardım istə, çünki onlar zəif və yoxsul olsalar da, baĢqaları üçün qanaddırlar (güc
mənbəyidirlər. - məsul red.)".
Saibin estetik baxıĢları dövrün mütərəqqi ġərq estetik fıkrin in inkiĢafına
böyük töhfə idi. Onun incəsənətdə, ədəbiyyatda forma və məzmunun münasibəti,
poetik məharətin ictimai Ģüura təsiri haqqındakı fıkirləri ġərq in estetik fıkri
ənənələrinin davamı kimi diqqəti cəlb edir və bir ço x məqamlarda Sad iq bəy
ƏfĢarın estetik görüĢləri ilə səsləĢir.
XVII əsrdə A zərbaycanda fəlsəfı fikrin ü mu mi mənzərəsi belə idi.
XI FƏS ĠL
AZƏRBAYCAN XVIII ƏSRĠN BĠRĠNCĠ YARIS INDA
Səfəvi dövlətinin tənəzzülü və XVIII əsrin əvvəllərində Azərbaycanda
xalq azadlıq hərəkatının qüvvətlənməsi. XVIII əsrin əvvəllərində tərkibinə bir
çox ö lkələrlə yanaĢı, Azərbaycanın da daxil o lduğu Səfəvi dövləti dərin iqtisadi və
319
siyasi tənəzzül dövrü keçirird i. ġah, saray əyanları və dövlət məmurları boĢalmıĢ
dövlət xəzinəsini doldurmağın yeganə yolunu vergi və mükəlləfiyyətlərin sayını,
həcmini artırmaqda görürdülər. Bu meqsədlə onlar yeni-yeni vergi növləri "ixtira"
edir, vergi toplamaq üsulunu daha da sərtləĢdirirdilər. Saray əyanları və dövlət
məmu rlarının fıtvalarına uyan, dövlət iĢlərindən uzaqlaĢaraq günlərin i məscid lərdə
ibadətdə və hərəmxanada eyĢ-iĢrətdə keçirən iradəcə zəif ġah Sultan Hüseyn 1699-
cu ildə vergi sistemini "qaydaya" salmaq məqsədilə 15 yaĢına çatmıĢ hər kəsin
siyahıya alın ması barədə əmr verdi. Əhalin in var-dövləti və əmlakı da siyahıya
almırd ı. Yen i Ģahın məmurları siyahı tərtib etməkdə çətinlik çəkirdilər; imkan ı olan
Ģəxslər ailəsi və əmlakı ilə birlikdə acgöz Ģah məmu rların ın təqibindən qaçaraq
əlçatmaz yerlərdə gizlənird ilər. Belə halların qarĢısını almaq məqsədilə Ģah yeni bir
fərman verd i: " Gizlənən Ģəxsi kim tapsa və Ģaha bu barədə xəbər versə, onun baĢı
Ģaha, əmlakı isə xəbər verən adama çatacaqdır".
Siyahıyaalma üç il - 1699-cu ildən 1702-ci ilədək davam etdi. Siyahıya daxil
edilən Ģəxslərdən əlavə olaraq yeni vergilə Har tələb olundu. Vergilər əvvəlkilərdən
üç dəfə artıq idi. Tezliklə Ģahın vergi toplayanları əhalidən yeni qayda üzrə üçillik
vergi yığ mağa baĢladılar.
XVIII əsrin əvvəllərində, təqribən 1700-1703-cü illərdə Azərbaycanda,
xüsusilə ġirvanda keçən quraqlıq özü ilə dəhĢətli aclıq gətirmiĢdi. Bu isə bahalığa,
bazarlarda qiy mətlərin bir neçə dəfə artmasına səbəb olmuĢdu.
ġah sarayı yerli hakimlərə etibar etmədiy indən öz məmurlarını və
nökərlərin i vergi toplamaq üçün yerlərə göndərird i. Məsələn, Qarabağda vergi
toplamaq üçün Ģaha yaxın olan və Təbrizdə oturan Cənubi Azərbaycan bəylərbəyi
Mirzə Tah ir 1100 nəfərlik cəza dəstəsi ilə buraya göndərilmiĢdi. Müas irin yazd ığına
görə, əzab və iĢgəncələrlə kəndliləri vergi verməyə məcbur edird ilər. Lakin belə
Üsulla vergi toplamaq dövlətin iqtisadi vəziyyətinin canlan masına gətirib çıxara
bilməd i. Əksinə, ağır feodal istismarı maddi nemətlərin əsas istehsalçıları ola n
kəndlilərin təsərrüfatının daha da dağılması və iqtisadi böhranın dərinləĢməsi ilə
nəticələndi.
Mərkəzi hakimiyyətin zəifləd iyi bir dövrdə hakim feodallar arasında
mərkəzə tabe olmamaq əhvali-ruhiyyəsi hiss olunurdu. Azərbaycandakı
bəylərbəyilər (ġirvan, Qarabağ, Cənubi Azərbaycan və Çu xursəd bəylərbəyilikləri)
vilayətlərdə toplanan vergilərin böyük əksəriyyətini mən imsəyirdilər. 1716 -cı ildə
Rus dövlətinin Azərbaycandan Ġrana gedən elçisi A.P.Vo lınski belə halları
müĢahidə edərək ö z gündəliy ində yazmıĢdı ki, bəylərbəyilər toplanan vergilərin
"yalnız yarpağını Ģaha göndərirlər, meyvəsini isə özləri üçün saxlayırlar. Bu,
onlarda adət Ģəklin i almıĢdır". Dövrün baĢqa bir Ģahidi Ġ.Q.Qerber bu barədə yazır: