330
Surxay xana cəza verməkdən ibarətdir. 1 Pyotr "Manifest‖ində həmçinin yerli əhaliyə
əmin-amanlıq da vəd edirdi. "Manifest" Azərbaycan dilində də çap olunmuĢdu.
Öz var-dövlətini, mövqeyini itirməkdən ehtiyat edən bəzi feodallar I Pyotrun
"Manifest"inə müsbət münasibət bəslədilər.
1722-ci il avqustun 23-də rus qoĢunları heç bir müqavimət görmədən Dərbənd
Ģəhərinə daxil oldu. ġəhərin naibi Ġmamqulu öz vəzifəsində qalmaq xatirinə Dərbənd
qalasının iki gümüĢ açarını 1 Pyotra təqdim etdi. Lakin Ġmamqulu belə hərəkəti ilə heç
də dərbəndlilərin rus qoĢunlarına münasibətini ifadə etmirdi. ġəhərdə ruslara
müqavimət tərəfdarları da vardı və hətta onlar I Pyotra qarĢı sui-qəsd hazırlamıĢdılar.
Ancaq sui-qəsdin üstü açılmıĢ, baĢçıları həbs olunmuĢdu.
Rus qoĢunlarının Xəzərboyu əyalətlərə gəlməsi Bakı sakinləri tərəfındən
birmənalı qarĢılanmadı. Məlum olduğu kimi, bir qədər əvvəl Bakı qalası ġirvan
üsyançılarının hücumuna məruz qalmıĢdı. Heç yerdən kömək ala bilməyən Bakı
əhalisinin bəzi təbəqələri, ilk növbədə, Rusiya ilə sıx əlaqələri olan tacirlər rusların
yürüĢünə
xeyirxah münasibət bəslədilər və hətta 13 nəfərin itnzası ilə çara məktub
göndərdilər. Lakin Bakı sultanı Məhəmmədhüseyn xan və çox digər əyanlar bunun
əleyhinə çıxd ılar.
Bakıdan məktub aldıqdan sonra I Pyotr qoĢun komandirləri Bakı
istiqamətində hərəkət et mək barədə sərəncam verdi. Yü rüĢə baĢlamazdan əvvəl
imperator ö z nü mayəndəsini Ba kıya göndərərək Bakı sultanını xəbərdar etdi.
Lakin Bakı sultanı I Pyotrun nümayəndəsinə bildirdi ki, o, qoĢunlarını Bakı
qalasına buraxmayacaqdır. Buna baxmayaraq, yürüĢ ü davam etdirməyi qərara aldı.
Avqustun 30-da rus ordusu Dərbənddən Bakıya doğru hərəkət etdi. Lakin
bir sıra səbəblər üzündən I Pyotr yürüĢünü dayandıraraq sentyabrın 5-də Dərbəndə
döndü. Sentyabrın 7-də isə polkovnik Yun kerin baĢçılığ ı ilə qarnizonu burada
qoyub Rusiyaya qayıtdı. I Pyotrun öz planın ı həyata keç irməsinə mane olan tə kcə
Bakı sultanı Məhəmmədhüseyn xanın rədd cavabı deyildi. Xəzər dənizində baĢ
verən tufan nəticəsində rus əsgərlərin in azuqə və sursat saxlanılan gəmilərin
əksəriyyəti, demək olar ki, dənizdə batmıĢdı. Bundan əlavə, atlar da yemsizlik və
susuzluqdan əldən düĢmüĢdi. Nəhayət, I Pyotra xəbər çatdırıldı ki, Ġsveç NiĢtad
sülh müqaviləsinin Ģərtlərini pozmağa cəhd göstərir. Osman lı sarayının kəskin
etira zı da I Pyotrun qayıtmasında a z ro l oynamadı. Qeyd etdiyimiz bütün bu
hadisələr I Pyotru Dərbəndə geri dönməyə məcbur etdi. Bununla belə, I Pyotr heç
cür istəmirdi ki, Hacı Davud Osman lı Türkiyəsinin himayəsini qəbul etsin.
Ġmperator özünün Ġstanbulda səfıri Ġ.Neplyuyevə tapĢırdı k i, nəyin bahasına olursa
olsun, Hacı Davudun Türkiyənin himayəsinə keçməsinə maneçilik törətsin. I Pyotr
Rusiyaya qayıtdıqdan sonra Osmanlı sultanı Hacı Davuda xətti-Ģərif göndərib
331
bildirdi ki, o, Krım xanı səlahiyyətində Türkiyənin təbəəliy inə qəbul olunur. Sultan
Hacı Davuda xan titulu verd i. Onu ġirvan və Dağıstan hakimi kimi tanıdı.
Rus qoĢunları 1722-c i ildə Ba kı və ġa ma xın ı ala bilməsələr də I Pyotr
yürüĢünün nəticəsindən razı qa lmıĢdı. Rus imperatorunu "Ġran ərazisində heç
olmazsa bir fut torpaq" əldə etmək də qane edirdi. Lakin Rusiyaya qayıtdıqdan
sonra I Pyotr hərbi ekspedisiyalar göndərməklə Xəzə r sahilin in qərbində yerləĢən
bütün əyalətləri tutub Rusiyaya ilhaq etmək qərarına gəldi. Bu cəhətdən böyük
hərbi strateji və iqtisadi əhəmiyyət kəs b edən Bakı qalasını almaq əsas vəzifə idi.
Bu mühü m və ciddi iĢi imperator general-mayora tapĢırmaq la bərabər, ö zü də
Bakın ın alın ması tədbirlərini hazırladı. I Pyotr MatyuĢkinə tapĢırdı ki, Bakını
aldıqdan sonra qalanın müdafiə qabiliyyətinin möh kəmləndirilməsinə ciddi fıkir
versin. Ġmperatorun bu göstəriĢi "Allah qoysa, Bakın ı alsaq nə etməliyik" baĢlığı
altında MatyuĢkinə verdiyi təlimatda ö z ə ksini tap mıĢdı.
Həmin təlimata görə, MatyuĢkin Bakını iĢğal etdikdən sonra cənuba doğru
hərəkət etməli və Kür çayın ın sağında 300 əsgər yerləĢə bilən qala inĢa etdirməli
idi. I Pyotr nəzə rdə tutmuĢdu ki, sonralar burada da Neva çayı sahilindəki Ģəhər
kimi böyük bir Ģəhər saldırsın.
Bakı tərəfə üzəcək hərb i donanma üçün I Pyotr Kazan və Nijn i Novqorod
Ģəhərlərində 100-ə qədər iri və kiçik gəmilər quraĢdırılmasını əmr etdi.
Bakıya dəniz vasitəsilə yürüĢ hazırlandığı bir zamanda - 1722-ci ilin
oktyabrında Ġranın paytaxtı əfqan qəbilələri tərəfindən zəbt edildi. ĠĢğalçılar
bununla kifayətlən məyib, Ġran m digər Ģəhərlərinə də basqın etməyə baĢladılar.
Gilan əyalətini də təhlü kə gözləyirdi. 1 Pyotr Gilan ı zəbt etmək fıkrində idi. Odur
ki, imperator vaxtı itirmədən hazır o lmuĢ gəmilərlə Gilan istiqamətində hərəkət
etməyə əmr verdi.
1722-ci ilin dekabrında baĢda polkovnik ġipov olmaqla rus eskadrası Ənzə li
limanına daxil olub, heç b ir müqavimətə rast gəlmədən RəĢt Ģəhərini zəbt etdi.
Ġsfahan Ģəhəri əfqanların əlinə keçd iyi zaman Ģahın mühasirədən Astrabada
qaçmıĢ böyük oğlu II ġah Təh masib adı ilə özünü Ġran hökmdarı elan etmiĢdi. Qeyd
edək ki, hələ əfqanlar Ġsfahanı mühasirədə saxladıq ları zaman ġah Sultan Hüseyn
Xəzərsahili
vilayətləri Rusiyaya güzəĢtə getmək müqabilin də rus hökumətin in
Səfəvilərə hərbi yardım göstərməsi haqqında müqavilə bağlamaq üçün Ġsmayıl bəyi
Peterburqa yola salmıĢdı. Ġs mayıl bəy hələ Ġranı tərk etməmiĢ əfqanların Ġsfahanı
tutduğunu və II Təh masibin özünü Ģah elan etdiyini eĢitmiĢdi. Buna görə də
səlahiyyətlərinin yeni Ģah tərəfındən təsdiqlənməsini vacib sayaraq geri qayıtmıĢdı.
II Təh masib rus qoĢunlarının Xəzərboyu əyalətləri tutduğundan xəbərsiz olduğuna
görə, Ġsmayıl bəyin öz missiyasını yerinə yetirməsinə razılıq vermiĢdi. Lakin