150
haqqında Aristotel nəzəriyyəsi və hissi qavrayıĢın, təfəkkürün vasitəsilə gerçəkliyin
idrakının mü mkünlüyü fikrinə tərəfdar çıxmıĢdır Onun "
Mətali əl-ənvar fı-məntiq
və-1-hikmə" ("Məntiq və fəlsəfənin ilkin parıltıları") adlı əsəri Azərbaycanda rasional
məntiqin formalaĢması və inkiĢafında böyük rol oynamıĢdır.
Nəsirəddin Tusi ġərq mədəniyyəti tarixində orijinal mütəfəkkül və böyük alim
kimi tanınmıĢdır. Tusinin fəlsəfəsi öz əksini onun "Əsas ül-iqtibas" ("Biliklərin
mən imsənilməsinin əsasları"), "Təcrid əl-kəlam" ("Kəlamdan seçmələr"), "Təcrid
dər məntiq" ("Məntiqdən seçmələr"), "Əzəl və əbəd" ("BaĢlanğıc və son"), "Məkan
və zaman", "Əxlaqi-Nasiri" ("Nasirin əxlaqı"), "Ədəb üll mütəəllimin" ("Təlim
alanların tərbiyəsi") adlı əsərlərində tapmıĢdır. Tusi iddia edirdi ki, kainat 4 maddi
elementdən ibarətdir və əbədidir. Onun fəlsəfəsində Allah əzəli varlıq, vahid
gerçəkli bütün mövcudatın mənbəyi olan zəruri mahiyyətdir. Tusi gerçək maddələri
"sadə" və "mürəkkəb" qisimlərə aid edir. Od, su, hava və torpaq - "sadə", göstərilən
4 elementdən yaranmıĢ maddələr : "mürəkkəb" qismə aiddir. Tusi qeyd edirdi ki,
materiya daimi əbədi hərəkət və mü xtəlif dəyiĢmə lər a xarındadır.
Tusinin dini və ictimai-siyasi baxıĢlarında etiqadla bidətçil teokratiya ilə
demokratik quruluĢ arasında tərəddüdlə rastlaĢırıq.
Əfzələddin Xunəci tanınmıĢ filosof, məntiqçi, hüquqĢünas və təbib olmuĢdur.
Onun "Cüməl fi--məntiq" ("Məntiqə dair cümlələr") adlı əsəri geniĢ miqyasda
tanınmıĢdır və mü xtəlif dövrlərdə ġərq mütəfəkkirləri (Seyfəddin Ġsa ibn Davud,
Əbu Cəfər Əh m ibn Əbdürrəhman, Katibi Qəzv ini və b.) bu əsərə bir sıra Ģərhlər
yazmıĢlar.
Əminəddin Müzəffər Təbrizi, Əbu Həfs Ömər ibn Məhəmməd Sührəvərdi,
ġəmsəddin Əh məd Xoylu, Əbülmənaqib Zəncani, Nəcməddin Naxçıvani, ġəmsəddin
ġirvani kimi filosofların yaradıcılığ ı da XIII əsrə təsadüf edir. Onların fəlsəfi, elmi
və fəlsəfi teoloji səciyyəli əsərləri Yaxın və Orta ġərqdə geniĢ tanınmıĢdır.
Qeyd etmək lazımdır ki, ölkənin fəlsəfi fikrində hakim mövqe tutan islam
teologiyası ilə yanaĢı, Azərbaycan xalqının alban etnik ünsürünün etiqad etdiyi
xristianlıq və buna qarĢı duran mü xalifət cərəyanı da müəyyən yer tutmaqda idi (alban
mənəvi mədəniyyəti və dünyagörüĢü YegiĢe və Mxitar QoĢun irsində öz əksini
tapmıĢdır). Bu dövrdə xalq içərisində, onun mədəni həyatında bütpərəstliyin,
zərdüĢtiliyin adət və inamlarının mövcudluğu da inkarolunmaz həqiqətdir.
XIII-XIV əsrlərdə Əvhədi Marağayinin və Mahmud ġəbüstərinin dünyagörüĢü
Azərbaycan və islam ġərqi fəlsəfəsi tarixində mühüm yer tutur. Əvhədi Marağayi
"Dəhnamə" məsnəvisinin, "Came-Cəm" poemasının, xeyli qəsidə, qəzəl və rübainin
müəllifidir. Əvhədi Allahı ilkin səbəb, yaradıcı hesab edir, lakin onu maddi
gerçəkliklə əlaqələndirir, bu ideal varlığı maddi mövcudluq içərisində "əridirdi". ġair-
151
filosofun yaradıcılığı üçün sadəlövh materializm ele mentlərinin olması səciyyəvidir.
Əvhədi Marağayi cəmiyyətin kamilləĢməsi prosesində incəsənətin xüsusi rola malik
olması fikrini təbliğ ed irdi.
Azərbaycan filosofu, alimi, Ģairi Səadəddin Mahmud Şəbüstəri Təbriz XIII əsrin
sonu - XIV əsrin əvvəllərində yaĢamıĢdır. O, "ġahidnamə", "Səadətnamə", "Həqq
ül-yəqin fı mərifəti-rəbbül-aləmin" ("Aləmi Yaradanın dərkinə dair həqiqi bilik"),
"Mirət ül-mühəqqiqin" ("Haqqı axtaranların aynası") və ümumdünya Ģöhrətli fəlsəfi
poema olan "GülĢəni-raz" ("Sirlər bağçası") əsərlərinin müəllifidir. ġəbüstəri xeyli
qəzəl, rübai yazmıĢ Ġmam Qəzalinin "Minhəc ül-abidin" ("Ġbadət edənin yolu") əsərini
farscaya tərcümə etmiĢdir. Mütəfəkkir hesab edirdi ki, dünya Yaradanın aynasıdır və bir
sıra hallarda onları eyniləĢdirirdi. Aləm əbədi dəyiĢmədə və inkiĢafdadır. Üzvi aləmin
ən ali mərhələsi meymundan törəmiĢ insandır. Ġnsan eyni zamanda həm aləmlə, həm
də Allahla eyniyyət təĢkil edir. Mah mud ġəbüstərinin bu qəbildən olan görüĢləri
"GülĢəni-raz" poemasında öz əksini tapmıĢdır.
Zülfüar Şirvaninin fəaliyyəti də XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, Ģair
və mütəfəkkiri nücum, poetika, məntiq, fəlsəfə sahələrində məĢhur idi. Zülfüqar
ġirvaninin fəlsəfi görüĢləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb.
"Divan"dan məlum olur ki, Ģair-filosofun dünyagörüĢü ġərqin panteist təlimləri və
Peripatetik fəlsəfənin təsiri altında formalaĢmıĢdır.
Azərbaycan Ģairi, mütəfəkkiri və böyük siyasi xadimi Qazi Bürhanəddin XIV
əsrdə yaĢayıb-yaratmıĢdır (1344-1398). O, "Tərcih ül-tövzih" və "Ġsir ül-adət fi əsrar
ül-ibadət" ("Ġadətii sirlərində adətlərin mahiyyəti") adlı əsərlərin, Azərbaycan dilində
poetik divanın müəllifid ir.
XIII-XIV əsrlərdə Azərbaycanda sufizm ideologiyasının müxə lif cərəyanları
geniĢ yayılmıĢdı. QızılbaĢ hərəkatının ideologiyası cərəyanlar arasında xüsusilə
seçilir. Səfəvi nəslinin banisi ġeyx Səfiəddin İshaq Ərdəbili (1252-1334) bu
ideologiyanın yaradıcısı olmuĢdur. Bu təlim əhalinin geniĢ kütlələrini əhatə etmiĢdi.
Hərəkat Azərbaycanda, Ġranda və Kiçik Asiyada yayılmıĢdı. ġeyx Səfiəddinin
ölümündən sonra onun təriqətinə ġeyx Sədrəddin Musa (1334r 1392), ġey x Xoca Əli
(1392-1427), ġey x Ġbrahim (1427-1447) rəhbərlik et miĢlər. Ehtimal ki, ġeyx
Cüneydin (1447-1460) dövündə Səfəvilər Ģiəlik təriqətini qəbul etdilər və ondan
siyasi hakimiyyət uğrunda mübarizədə kəsərli vasitə kimi istifadə etməyə baĢladılar.
Sufilik ideyaları Ģəhərlərdə, sənətkarlar arasında xüsusi intensivliklə yayılmıĢdı.
XIII əsrin ikinci rübündən XV əsrin əvvəllərinədək olan dövrdə əxilik
Azərbaycanda təĢkilat baxımından möhkəmləndi və gücləndi. Əxilik ideologiyası
solçu, sufi mahiyyətli Ģiəliyə çox yaxın idi. Bu dövrdə ismaili təlimi də müəyyən təsir
dairəsinə malik olmuĢdur. Məhəmməd Şəms Təbrizi sufiliklə bərabər ismaililiyin əsas