Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə1/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   45




YAQUB MAHMUDLU, HƏCƏR ƏLİŞOVA, 
LEYLA HÜSEYNOVA, HAFİZ CABBAROV, 
ESMİRA MUSAYEVA, SEVİL BƏHRƏMOVA
AZƏRBAYCAN 
TARİXİ
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün 
DƏRSLİK
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
08.06.2015-ci il tarixli 645№-li əmri ilə 
təsdiq edilmişdir.
 
BAKI-2015


Mahmudlu Y., Əlişova H., Hüseynova L., Cabbarov H.,
Musayeva E., Bəhrəmova S.
M31 Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 8-ci sinfi
üçün dərslik. Bakı, «Təhsil», 2015, 200 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya
vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası 
Təhsil Nazirliyi, 2015
DƏRSLİKDƏ İSTİFADƏ OLUNMUŞ 
ŞƏRTİ İŞARƏLƏR
— yönləndirici sual
— mənbə
— bunu bilmək maraqlıdır
— çıxış məlumatı
İxtisas redaktoru:
Tofiq Nəcəfli 
tarix üzrə fəlsəfə doktoru, dosent
Dil redaktoru:
Gülər Mehdiyeva




Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi, 
milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı 
bizim milli ideologiyamızın böyük bir hissəsidir, 
böyük bir qoludur.
HEYDƏR ƏLİYEV 
Ümummilli lider
Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə
milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edə
bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim 
öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcə
uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi 
irsimizin, zəngin mədəni irsimizin əsasında müasir,
güclü 
Azərbaycan qururuq.
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


K İ T A B I N    İ Ç İ N D Ə K İ L Ə R



ƏZİZ MƏKTƏBLİLƏR!
Siz artıq Azərbaycanın orta əsrlər tarixini öyrənmisiniz. Bu dərslikdə isə XVI əsrin
sonu - XIX əsrin əvvəllərində Vətənimizdə baş verən mürəkkəb iqtisadi-siyasi
proseslərlə tanış olacaqsınız. Yeni dövrdə Azərbaycan tarixinin çox mürəkkəb bir
mərhələsinə qədəm qoydu. Azadlıqsevər xalq və tarixi şəxsiyyətlərin böyük səyləri
Azərbaycanın dövlətçilik tarixini qoruyaraq XIX əsrin əvvəllərinə qədər gətirib
çatdırdı. Bu, çətin, bəzən də çox ziddiyyətli tarixi mərhələ idi.
Siz Səfəvi dövlətinin qüdrətli olduğu zamanlarda Azərbaycanda baş verən hadisələri
artıq bilirsiniz. Lakin bütün imperiyalar kimi, Səfəvi dövləti də tənəzzül dövrünə daxil
oldu. Osmanlı-Səfəvi müharibələri, daxili çəkişmələr Şərqin ən qüdrətli
imperiyalarından biri olan Səfəvi dövlətinin dayaqlarını sarsıtdı. Bu zaman tarix
səhnəsinə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar çıxdı. O, Səfəvi
dövlətinin sərhədlərini bərpa etdi.
Azərbaycanda baş verən siyasi-iqtisadi proseslərin bir mərhələsi də xanlıqlar
dövrüdür. Siyasi dağınıqlıq XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya və
Qacarlar dövləti arasında bölüşdürülməsi ilə başa çatdı. Gülüstan və Türkmənçay
müqavilələri dünyanın ən ədalətsiz sənədləri sırasındadır. Bu dərslikdə
Azərbaycanın iki yerə parçalandığı tarixi şərait, ölkənin daxili və beynəlxalq vəziyyəti,
işğalların nəticələri təhlil edilmişdir.
Dərslikdəki materialları öyrənməklə siz müasir dövrdə baş verən soyqırımı və
işğalların tarixi köklərini də biləcəksiniz. Ermənilərin Şimali Azərbaycana
köçürülməsi, onların Azərbaycan torpaqlarında yerləşdirilməsi, qondarma «Erməni
vilayəti» yaradılması ideyalarının kökündə dayanan hadisələri öyrənəcəksiniz. Siz bu
dərslikdə Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Hacı Çələbi xan, Pənahəli xan
Cavanşir, Qubalı Fətəli xan və onlarla başqa tarixi simalarla tanış olacaqsınız.
Mürəkkəb tarixi prosesləri izləyəcək, hadisələrə özünüz qiymət verəcəksiniz.
Vətənimizin tarixini mükəmməl surətdə öyrənmək üçün bu dərslik sizə etibarlı
köməkçi olacaqdır. Dərsliyi dərindən öyrənin və doğma tariximizə sahib çıxın!


Azərbaycan XVII əsrdə


1. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ XVI ƏSRİN 
SON RÜBÜNDƏ
XVI əsrin ikinci yarısında Səfəvi imperiyasında siyasi və iqtisadi vəziyyət necə idi?
Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsinin səbəbləri və nəticələri nə oldu?
Şah I İsmayıl tərəfindən başlanmış Azərbaycan torpaqlarının birləşdirilməsi
siyasəti onun ölümündən sonra da davam etdirildi. Şah I Təhmasib 1538-ci ildə
Şirvanşahlar dövlətinə, 1551-ci ildə isə Şəki hakimliyinə son qoydu. Beləliklə,
Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi prosesi
başa çatdı. Eyni soya və dinə mənsub dövlətlər — Səfəvi və Osmanlı arasında
sürən müharibələrin birinci mərhələsi XVI əsrin ortalarında başa çatdı. 1555-ci
ildə bağlanan Amasya sülh müqaviləsinə görə Şərqi Gürcüstan Səfəvi
dövlətinə, Qərbi Gürcüstan isə osmanlılara verildi. Amma sonra osmanlılar
Amasya müqaviləsinin şərtlərini pozdular.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə