Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə12/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

yannamə» çap edib, xüsusilə rus ordusunun hərəkət edəcəyi istiqamətdə yerləşən
şəhər və kəndlərə göndərdi. «Bəyannamə»də yürüşün əsl səbəbi, mahiyyəti ört-
basdır edilir və göstərilirdi ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı
zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq,
habelə Rusiya dövlətinin dostu olan Səfəvi şahına qarşı qalxan üsyançılara, xüsusilə
Hacı Davuda və Surxay xana cəza verməkdən ibarətdir. I Pyotr «Bəyannamə»sində,
həmçinin yerli əhaliyə əmin-amanlıq da vəd edirdi. «Bəyannamə» Azərbaycan
dilində də çap olunmuşdu. Öz var-dövlətini, mövqeyini itirməkdən ehtiyat edən bəzi
feodallar I Pyotrun «Bəyannamə»sinə müsbət münasibət bəslədilər.
I Pyotrun ölkəmizlə bağlı siyasətinin ən təhlükəli cəhəti ondan ibarət idi ki, o,
ermənilərin Osmanlı dövlətinin ərazisindən köçürülüb Azərbaycan torpaqlarına
yerləşdirilməsi barədə göstəriş vermişdi. Ermənilərin xalqımıza qarşı törətdikləri
soyqırımıların bünövrəsi, əslində, o zaman qoyulmuşdu.
Sual və tapşırıqlar
1. XVIII əsrin əvvəllərində Rusiyanın Azərbaycanla bağlı planlarının gündəmə
gəlməsi nə ilə əlaqədardır?
2. I Pyotrun Xəzəryanı bölgələrin işğalına başlamasına bəhanə nə oldu?
3. I Pyotrun Azərbaycan dilində «Bəyannamə» nəşr etdirməkdə məqsədi nə idi?
4. I Pyotrun Xəzəryanı bölgələrə yürüşdən əvvəl apardığı diplomatik tədbirlərini şərh
edin.
5. I Pyotrun yeritdiyi siyasətin Azərbaycan üçün başlıca təhlükəsi nədən ibarət idi?
6. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


9. AZƏRBAYCAN TORPAQLARI İKİ İMPERİYA 
TƏRƏFİNDƏN BÖLÜŞDÜRÜLÜR
I Pyotr daha çox hansı şəhərləri tutmaqda maraqlı idi?
Osmanlı dövləti Rusiyanın plan - larına necə mane oldu?
Rusiyanın Xəzəryanı bölgələrə işğalçı yürüşü. 1722-ci il avqustun 23-də Rusiya
qoşunu heç bir müqavimət görmədən Dərbənd şəhərinə daxil oldu. Şəhərin naibi
İmamqulu öz vəzifəsində qalmaq xatirinə Dərbənd qalasının gümüş açarını I Pyotra
təqdim etdi. Lakin şəhərdə işğalçılara müqavimət tərəfdarları da vardı. Onlar, hətta I
Pyotra qarşı sui-qəsd hazırlamışdılar. Ancaq qəsdin üstü açılmış, başçıları həbs
olunmuşdu.
İlk vaxtlar Xəzəryanı
bölgələrin əhalisinin bir
qisminin Rusiyaya meyil
etməsi nə ilə bağlı idi?
Dərbəndi aldıqdan sonra I Pyotr qoşun komandirlərinə Bakı istiqamətində hərəkət
etmək barədə sərəncam verdi. Yürüşə başlamazdan əvvəl imperator öz
nümayəndəsini Bakıya göndərərək Bakı hakimi Məhəmmədhüseyn xandan tabe
olmasını tələb etdi. Lakin Bakı hakimi I Pyotrun nümayəndəsinə bildirdi ki, o, Rusiya
qoşunlarını Bakı qalasına buraxmayacaqdır. Avqustun 30-da Rusiya ordusu
Dərbənddən Bakıya doğru hərəkət etdi. Lakin I Pyotr yürüşünü dayandırıb geri
dönməli oldu. Bunun bir neçə səbəbi vardı.
I Pyotr 1722-ci il iyunun 18-də Həştərxandan iki istiqamətdə: quru və dəniz
yolu ilə yürüşə başladı. Zəifləmiş Səfəvi qoşunu Azərbaycan ərazisinə daxil
olan Rusiya qoşunlarına ciddi müqavimət göstərə bilmədi. I Pyotrun
«Bəyannaməsi»nin vədləri əhalinin ruslara müqavimət göstərməməsinə
səbəb oldu.
Amma Rusiyanın bu planının gerçəkləşməsinə mane olan bir qüvvə var idi -
Osmanlı dövləti.


Rusiya ordusu tərəfindən
alınmış şəhərləri xəritədə
göstərin.
Xəzər dənizində baş verən tufan nəticəsində rus əsgərlərinin azuqə və sursat
saxlanılan gəmilərinin əksəriyyəti dənizdə batmışdı. Bundan əlavə, I Pyotra xəbər
çatdırıldı ki, İsveç yenidən Rusiyaya qarşı müharibəyə başlamaq istəyir. Osmanlı
sarayının kəskin etirazı da I Pyotrun qayıtmasında az rol oynamadı.


I Pyotr Dərbənddə
I Pyotr Rusiyaya qayıtdıqdan sonra Osmanlı sultanı Hacı Davuda fərman göndərib,
ona xan titulu verdi və Şirvanın, Dağıstanın hakimi kimi tanıdı.
Rus qoşunları 1722-ci ildə Bakı və Şamaxını ala bilməsələr də, I Pyotr yürüşünün
nəticəsindən razı qalmışdı. Rusiya imperatorunu bu yerlərdə heç olmazsa bir qarış
torpaq əldə etmək də qane edirdi.
Bakının işğal edilməsi. Lakin Rusiyaya qayıtdıqdan sonra I Pyotr yenə də Xəzər
sahilinin qərbində yerləşən bütün Azərbaycan torpaqlarını tutmaq niyyətindən
dönmədi. Bu baxımdan böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı
qalasını
 
Bakının ruslar tərəfindən hazırlanmış mühasirə planı


almaq əsas vəzifə idi. İmperator Bakının alınması planlarını özü hazırladı.
Bakıya dəniz vasitəsilə yürüş hazırlandığı bir zamanda əfqanlar Səfəvi şəhərlərinə
basqın etməyə başladılar. Gilan əyalətini də təhlükə gözləyirdi. I Pyotr Gilanı zəbt
etmək fikrində idi. O, vaxt itirmədən Rusiya gəmilərinə Gilan istiqamətində hərəkət
etmək əmri verdi.
1722- ci ilin dekabrında rus donanması Rəşt şəhərini zəbt etdi. Səfəvi hakimiyyətinin
zəifləməsindən istifadə edən Osmanlı imperiyası da öz qoşunlarını Cənubi Qafqaza
yeritdi. Osmanlıların belə bir addım atmasında Qərbi Avropa ölkələrinin, xüsusilə
İngiltərənin az rolu olmamışdı.
Osmanlılar tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını
işğal etməyə tələsdirdi.
1723- cü ildə rus donanması Bakı limanına daxil oldu. Ciddi müqavimət
göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik
olan düşmən hücumuna tab gətirmədi.
Bakı qalası alındıqdan sonra burada yerli inzibati hakimiyyət — komendantlıq*
idarəsi yaradıldı. Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal etdilər.
Sizcə, Rusiya I Pyotrun
«Bəyannamə»sində elan
etdiyi öhdəliklərə əməl
etdimi?
Rus qoşunları Xəzərboyu əyalətlərin bir hissəsini işğal etdikdən sonra I Pyotr Səfəvi
dövlətinə Dərbənddən Gilana qədər olan torpaqları Rusiyaya güzəştə getməsi
barədə müqavilə bağlanmasını təklif etdi. 1723-cü il sentyabrın 
12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzalandı. Rusiya
əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi
öhdəsinə götürdü. Lakin bu müqavilə şah II Təhmasib tərəfindən təsdiq olunmadı.
Beləliklə, 1722—1723-cü illərdə Azərbaycanın Xəzərboyu torpaqları Rusiya
tərəfindən işğal edildi.
* Komendantlıq — rus işğalçılarının geniş səlahiyyətli hakimiyyət orqanı


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə