Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə13/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

Rusiyanın Xəzərboyu
Azərbaycan torpaqlarına
yürüşü münasibətilə
kəsilmiş pul
1724-cü il İstanbul müqaviləsi. Bu zaman Osmanlı qoşunu Azərbaycan ərazisinə
daxil olub şərqə doğru hərəkət edirdi. Xəzərboyu əyalətlərdə isə rus qoşunları
yerləşmişdi. Bu, toqquşma təhlükəsi yaradırdı. Lakin türki ərlə müharibəyə girmək
istəməyən Rusiya Osmanlı imperiyasına Azərbaycan torpaqlarını bölüşdürmək
barədə müqavilə bağlamağı təklif etdi. Uzun danışıqlardan sonra 1724-cü il iyunun
12-də İstanbulda Rusiya ilə müqavilə imzalandı. Həmin müqaviləyə əsasən Osmanlı
tərəfi Rusiyanın işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq
etdi. Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osmanlıya çatmasına
etiraz etmədiyini bildirdi. İstanbul müqaviləsinə görə osmanlıların Şirvanda qoşun
saxlamağa ixtiyarı yox idi. Şirvan osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq
elan olunurdu. Müqavilənin imzalanması sayəsində Osmanlı və Rusiya qoşunlarının
Azərbaycan ərazisində toqquşmasının qarşısı alındı.
Sizcə, Azərbaycan
şəhərlərinin Osmanlı
hakimiyyətini
müqavimətsiz qəbul
etməsi nə ilə bağlıdır?
İstanbul müqaviləsindən sonra Osmanlı dövləti bütün sərhəd boyu Cənubi Qafqaza
öz qoşunlarını yürütdü. 1724-cü ildə Osmanlı qoşunları İrəvan şəhərini tutub,
Cənubi Azərbaycan istiqamətində irəlilədi. Xoy və Mərənd şəhərlərini aldıqdan
sonra Təbriz şəhərinə yaxınlaşdı. Lakin təbrizlilərin ciddi müqavimətinə rast gəlib
şəhəri ala bilməyən Osmanlı əsgərləri geri çəkilməyə məcbur oldular. Naxçıvan və
Ordubad şəhərləri osmanlıların əlinə keçdi. Borçalı və Qazax könüllü olaraq Osmanlı
hakimiyyətini qəbul etdi. 1725-ci ilin mayında yenidən Təbriz uğrunda döyüşlər
başlandı. Osmanlılar yenidən Təbriz şəhərinə yaxınlaşdılar və şəhər onların əlinə
keçdi.


Rusiya və Osmanlı dövlətinin
hakimiyyəti altında olan
Azərbaycan torpaqları
1725-ci ilin sonlarında Osmanlı əsgərləri Azərbaycanın sonuncu istehkamını —
Ərdəbil şəhərini də almağa müvəffəq oldular. Ərdəbil şəhərinin alınması İstanbulda
atəşfəşanlıqla qeyd edildi.
Beləliklə, İstanbul müqaviləsindən sonra Azərbaycanın böyük bir ərazisi Osmanlı
dövlətinin hakimiyyəti altına keçdi. Azərbaycanın Xəzərboyu əyalətləri isə Rusiya
dövlətinin hakimiyyətində qaldı.
Sual və tapşırıqlar
1. Hansı səbəblərə görə I Pyotr öz yürüşünü dayandırmalı oldu?
2. Osmanlıların Azərbaycanın bir sıra bölgələrini ələ keçirməsini necə
qiymətləndirirsiniz?
3. Peterburq və İstanbul müqavilələrinin şərtlərini müqayisə edin.
4. İstanbul və Peterburq müqavilələrinin Azərbaycan üçün əhəmiyyəti nədən
ibarətdir?
5. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


10. AZƏRBAYCAN RUSİYA VƏ OSMANLI
DÖVLƏTLƏRİNİN 
HAKİMİYYƏTİ ALTINDA
I Pyotru, ilk növbədə, Azərbaycanın hansı sərvətləri maraqlandırırdı?
Osmanlıların siyasəti ruslardan nə ilə fərqlənirdi?
Çarizmin Azərbaycanın Xəzərboyu torpaqlarında iqtisadi siyasəti. Rusiya
dövləti Xəzərboyu Azərbaycan torpaqlarından həm iqtisadi, həm də hərbi-strateji
məqsədlə istifadə etmək üçün xüsusi tədbirlər hazırlamışdı. Rusiyanı, ilk növbədə,
Abşeronun neft quyuları, xüsusilə «ağ neft» maraqlandırırdı. Rus qoşunlarının Bakı
qalasını almasından iki ay keçdikdən sonra ordu komandanlığında neft quyuları
barədə xüsusi sənəd — «Reyestr»* tərtib edildi. Həmin sənəddə istifadə olunan
qara və ağ neft quyuları, neftin daşınması, qiyməti və başqa maraqlı məlumatlar
vardır.
I Pyotrun Rusiyada
sənayenin inkişafı üçün
apardığı tədbirlər
Azərbaycanın işğal
olunmuş ərazilərində
aparılan iqtisadi siyasəti ilə
necə əlaqəlidir?
İnkişaf etməkdə olan Rusiya sənayesində neftdən əlavə, burada istehsal olunan
xammala da ehtiyac duyulurdu. Rusiyanın hakim dairələrini xüsusilə xam ipək,
pambıq, yun, təbii boyalar, tikinti materialları, metal və s. maraq-
* Reyestr — siyahıya almaq, hər hansı məlumatı sistemləşdirmək
1722—1724-cü illərdə Rusiya imperiyası Cənubi Qafqazda bir sıra hərbi
əməliyyatlar həyata keçirdi. Nəticədə Dərbənd keçidinə və Xəzərin mühüm
limanlarına nəzarət etmək imkanı qazandı. Azərbaycanın digəəraziləri isə
Osmanlı dövlətinin nəzarəti altında idi.


landırırdı. Bununla əlaqədar olaraq, bu yerlərin təbii sərvətlərini talayıb aparmaq
məqsədilə xüsusi tədbirlər hazırlandı. I Pyotr, hətta Xəzərboyu Azərbaycan
torpaqlarında bitən bəzi texniki bitkilərin Rusiyada becərilməsi barədə də göstəriş
verdi.
I Pyotr Ukraynada, Həştərxanda və Rusiyanın digər şəhərlərində ipəkçiliyin inkişaf
etdirilməsi barədə fərman imzaladı. Bu tədbir I Pyotr üçün o qədər əhəmiyyətli idi ki,
hətta tut ağaclarını qıran şəxsi edam edəcəyi barədə qərar da verdi. Lakin şimalın
sərt iqlimi ipəkçiliyi inkişaf etdirmək işinə mane oldu. Bu hadisədən sonra Rusiyanın
iş adamları Azərbaycanın Xəzərboyu torpaqlarında ipəkçiliyin inkişafına, xam ipək
tədarükünə daha çox əhəmiyyət verməyə başladılar.
Nəyə görə I Pyotr ipəkçiliyin inkişafına böyük əhəmiyyət verirdi?
Rusiyanın Xəzəryanı
bölgələrdə apardığı
siyasəti necə
qiymətləndirirsiniz?
I Pyotr Şirvanın xam ipəyini bir sıra Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərəyə,
Hollandiya, Fransa və Polşaya ixrac etmək fikrində idi.
Azərbaycanda öz mövqeyini möhkəmləndirmək məqsədilə rus komandanlığı
istehkamlar inşa etməyi qərara aldı. Rus mütəxəssisləri Kür çayında gəmiçiliyin və
balıqçılığın inkişafı məqsədilə tədbirlər hazırladılar. Azərbaycan və Cənubi Qafqazın
başqa ölkələri ilə sıx iqtisadi əlaqə yaratmaqdan ötrü Rusiya hökuməti Kür çayının
mənsəbinə yaxın yerdə Peterburq kimi bir şəhər salmaq fikrinə düşdü. Rusiya
özünün işğal dairəsində olan ərazilərdə ticarətin inkişafı üçün hər cür vasitədən
istifadə etməyə çalışırdı.
Bakı şəhəri rus qoşunları tərəfindən işğal edildikdən sonra burada komendant
idarəçiliyi yaradıldı. Rus komandanlığı tərəfindən Bakı və Abşerona komendant təyin
olunmuş Baryatinski tezliklə yerli feodalların neft quyularını müsadirə etdi.
Komendantın bu hərəkətinə qarşı qalxan üsyan yatırıldı.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə