Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə14/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

Rus komendantlığının yaradılması Bakıda və ümumiyyətlə, Xəzərboyu münbit
torpaqlarda məskunlaşmağa can atan ermənilər üçün əlverişli bir fürsət idi. I Pyotra
müraciətlə «yeni əldə olunmuş torpaqlarda» onlar üçün yer ayırmağı xahiş etdilər.
Ermənilərin müraciəti I Pyotrun Azərbaycanla bağlı siyasətinə uyğun gəlirdi. Çar
erməniləri Xəzərboyu Azərbaycan torpaqlarında yerləşdirməkdə iki məqsəd
güdürdü: bununla o, həm işğal olunmuş Azərbaycan torpaqlarında xristian əhalinin
sayını artıra bilər və özünə «etibarlı» müttəfiq qazanar, həm də ticarət işlərində
ermənilərdən istifadə edə bilərdi.
I Pyotr 1724-cü il noyabrın 14-də generalmayor Kropotova xüsusi əmr vermişdi. Əmrdə
deyilirdi: «Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib
torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə
yaşamaq istəsə, ona kömək edib ləyaqətlə qoruyun, elə rəftar edin ki, onlardan heç bir
şikayət eşidilməsin, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə
edib, öz himayəmizə götürmüşük».
I Pyotrun bu siyasətinin gələcəkdə Azərbaycan üçün nəticəsi necə ola bilərdi?
Rus qoşunları tərəfindən işğal edilmiş Xəzərboyu Azərbaycan torpaqlarında
təsərrüfat nisbətən canlandı. Çünki Rusiya hökumətinin buranın təbii sərvətlərinə
ehtiyacı var idi. Lakin bununla belə, Rusiyanın yeni torpaqlardan götürüləcək gəlirə
bəslədiyi ümidi özünü birdən-birə doğrultmadı və burada qoşunun saxlanması
böyük xərclər tələb edirdi. Buna görə də I Pyotrun ölümündən sonra rus əyanları
hakimiyyətdən Xəzərboyu Azərbaycan torpaqlarından əl çəkməyi tələb etməyə
başladılar. Bununla belə, Rusiya hökuməti bu torpaqları birdən-birə tərk etməkdən
ehtiyat edirdi. Çünki rus qoşunları gedər-getməz osmanlılar Xəzərboyu torpaqları
ələ keçirə bilərdilər.
1727-ci ildə Şamaxı şəhəri yaxınlığında, Nabur kəndində Rusiya ilə Osmanlı
dövlətlərinin nümayəndələri öz aralarındakı


Surxay xan
sərhədi müəyyən etmək üçün saziş imzaladılar. Həmin sazişə əsasən rus qoşunları
Niyazabad, Cavad, Salyan, Lənkəran, Astara, Qızılağac, Talış dağlarının bir hissəsini
tutdular. 1728-ci ildə isə Quba və Təngəni ələ keçirdilər.
İlk vaxtlarda işğal olunmuş şəhərlərdə yaradılmış komendant idarə üsulu 1726-cı
ildən ümumi işğal idarəsi ilə əvəz edildi. Knyaz Dolqoruki həmin idarəyə komandan
təyin edildi.
Azərbaycan torpaqları Osmanlı hakimiyyəti dövründə. 1728-ci ildə osmanlılar
Hacı Davudun yerinə onun sabiq müttəfiqi, sonralar isə rəqibinə çevrilən
Qazıqumuxlu Surxay xanı Şirvanda hakimiyyət başına gətirdilər.
Osmanlı hakimiyyəti altında olan vilayətlərdə əvvəlki inzibati-ərazi bölgüsü kiçik
dəyişikliklərlə saxlanılmışdı. Azərbaycan torpaqları vilayətlərə (əyalətlərə), onlar da
sancaqlara bölünmüşdü. Sancaqlar öz növbəsində mahallara və nahiyələrə
bölünürdü.
Azərbaycan torpaqlarında
Osmanlı hakimiyyət idarə
üsulunun əsas məqsədi
nədir?
Vilayətlərdə ali hərbi-inzibati, həmçinin siyasi hakimiyyət hərbi dövrdə sərəsgər,
dinc vaxtlarda isə mühafiz adlandırılan Osmanlı sərkərdələrinə məxsus idi.
Sancaqbəyilər, mahal və nahiyə naibləri isə əsasən, yerli feodallardan təyin
olunurdu.
Kür çayından şimaldakı Azərbaycan torpaqları xüsusi statusa malik idi. Bu ərazilər
vassal hakimlər tərəfindən idarə edilirdi. Osmanlı hakimiyyəti dövründə
Azərbaycanda aqrar münasibətlərin məzmununda ciddi dəyişiklik baş verməmişdi.
Divan və xass torpaqları ümumi dövlət torpaqları adı altında birləşdirilmişdi.
Osmanlı hakimiyyətini dəstəkləyən torpaq sahiblərinin mülkiyyət hüququna
toxunulmurdu.


Osmanlıların apardığı vergi
siyasəti Səfəvilərin XVIII
əsrin əvvəllərində apardığı
vergi siyasətindən necə
fərqlənirdi?
Osmanlı hakimiyyət orqanları əhalini siyahıya alıb hər sancaq və vilayət üçün vergi
qanunnaməsi tərtib etmişdilər. Xüsusi vergi dəftərlərində kişi cinsindən olan
əhalinin sayı və vergilər əks olunurdu. Ağır vəziyyətdə olan əhalinin güzəranını bir
qədər yaxşılaşdırmaq üçün bəzi vergilər müvəqqəti olaraq alınmırdı. «Naxçıvan
dəftərindən məlum olur ki, osmanlılar qadınları, uşaqları, qocaları, şikəstləri,
xəstələri, həmçinin zehni əməklə məşğul olan şəxsləri vergilərdən azad etmişdilər.
Osmanlılar Azərbaycanda aqrar münasibətlərdə köklü dəyişiklik etmədilər. Dövlət
idarəsinə keçən torpaqlar osmanlılara xidmət edən yerli feodalların şərti
mülkiyyətinə verilmişdir. Belə torpaqlar bəylik və ağalıq adlanırdı.
Ticarət və sənətkarlıqda Səfəvilər dövründə alınan vergilər olduğu kimi saxlanmışdı.
Bir sıra hallarda Osmanlı hakimiyyət orqanları vergilərin yığılmasını müqatiəyə*
verirdilər. Osmanlılar Təbrizdəki zərbxananın işini qaydaya salmağa çalışırdılar.
Hərbi əməliyyatlar nəticəsində tənəzzülə uğramış ticarəti canlandırmaq üçün
tədbirlər görülürdü.
Osmanlı ordusunda xidmət edən yeniçərilərin bir çoxu qayda-qanunu pozur, yerli
sakinləri qarət edirdilər. Osmanlı hakimiyyət orqanları yeniçərilərin özbaşınalığının
qarşısını almağa çalışsalar da, bəzən buna nail ola bilmirdilər.
Xalq azadlıq mübarizəsi. Ərazisi iki iri imperiya arasında bölüşdürülmüş
Azərbaycan xalqı işğalçılara kəskin müqavimət göstərirdi. Mübarizənin passiv
formaları vergi və mükəlləfiyyətləri ödəməkdən imtina, yaşayış yerlərini tərk etmək
idi.
* Müqatiə (ərəbcə) — kəsmək, kəsib almaq. Dövlətə müəyyən miqdarda pul
ödəmək müqabilində ayrı-ayrı şəxslərə verilən vergi toplama hüququ, iltizam


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə