Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə15/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

Sizcə, vergilərin
yığılmasının müqatiəyə
verilməsi əhaliyə necə təsir
göstərirdi?
Çarizmin Rusiyanın işğalçılıq məqsədi güdmədiyi haqqındakı vədlərinə inanmış
Azərbaycan feodallarının əksəriyyəti zaman keçdikcə rusların əsl məqsədini
anladılar və narazılıqlarını bildirməyə başladılar. 1724-cü ilin yayında Salyanda
Rusiya əleyhinə çıxış baş verdi. Osmanlı hakimiyyətinə qarşı 1727-ci ilin sonunda
Qarabağda güclü xalq azadlıq hərəkatı oldu.
Sual və tapşırıqlar
1. Rusiyanın Qafqazda və Xəzər dənizi hövzəsindəki nüfuzunun sa-
bitləşdirilməsində hansı amillər mühüm rol oynayırdı?
2. Faktlar əsasında sübut edin ki, Rusiyanın Xəzəryanı bölgələrdə yeritdiyi iqtisadi
siyasət müstəmləkə xarakteri daşıyırdı.
3. Rusiya Xəzəryanı torpaqlarda özünə sosial dayaq yaratmaq üçün hansı addımları
atırdı?
4. «Azərbaycanda Osmanlı inzibati idarə üsulu» sxemini tərtib edin.
5. Bu dövrdə Azərbaycanda aparılan siyasətə dair cədvəli dəftərinizə çəkin və
doldurun.
Dövlətlər
İşğal edilmiş ərazilər
Keçirilən tədbirlər
Nəticə
Rusiya imperiyası
 
 
 
Osmanlı imperiyası
 
 
 
6. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


11. NADİR XAN ƏFŞAR SƏFƏVİ DÖVLƏTİNİN 
SƏRHƏDLƏRİNİ BƏRPA EDİR
Bu məsul vəzifəni kim öz üzərinə götürdü?
Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi?
Səfəvi dövlətinin sərhədlərinin bərpası. Nadir xan Əfşar. XVIII yüzillikdə
dünyanın ən tanınmış sərkərdələrindən biri də Nadir şah Əfşar olmuşdur. Nadir türk
əfşar boyundan idi. Əfşarlar öz döyüşkənlikləri ilə fərqləndikləri üçün Səfəvi
ordusunda mühüm yer tuturdular. Hətta şah I Abbas özbəklərin hücumlarının
qarşısını almaq üçün Xorasanın sərhədlərinə məhz əfşar tayfalarını göndərmişdi.
1726-cı ildən Nadir II Təhmasibin yanında xidmətə başlamışdı. İgidliyinə görə II
Təhmasib onu sipəhsalar* təyin etmişdi.
Saray əyanları II Təhmasiblə Nadirin arasını vurmaq və yüksək vəzifələri ələ
keçirməyə çalışırdılar. Nəticədə II Təhmasiblə Nadir arasında hərbi toqquşma
yarandı. Döyüşdə Nadir qələbə
* Sipəhsalar — qoşun başçısı
XVIII əsrin 30-cu illərində Azərbaycanda vəziyyət kəskin dəyişmişdi. Ölkə
ərazisi Osmanlı imperiyası və Səfəvilər arasında gedən qanlı döyüşlər
meydanına çevrilmişdi. Ərazisinin bir hissəsini əfqanlar, qərb hissəsini isə
osmanlılar zəbt etdikdən sonra Səfəvilərin hakimiyyəti və onun bir dövlət kimi
varlığı üçün ciddi təhlükə yaranmışdı. Düşmənlərə qarşı mübarizədə daxili
qüvvələri birləşdirmək lazım idi.


XVIII əsrin 30-cu illərində
Səfəvi dövlətinin siyasi
vəziyyəti ilə şah I Abbasın
dövründə baş vermiş
hadisələrin oxşar cəhətləri
hansılardır?
çalsa da, II Təhmasibi şah vəzifəsində saxladı. Bundan sonra Nadir İsfahanı ələ
keçirərək Səfəvilərin bir sıra ərazilərini ələ keçirən əfqanlara qarşı mübarizəyə
başladı. Nadir Xorasanı və bütün şimal-şərqi İranı öz hakimiyyəti altında
birləşdirdikdən sonra 1729-cu ildə Herata hücum etdi.
Növbədə Səfəvilərin qərb torpaqlarını ələ keçirmiş Osmanlı dövləti ilə müharibə
dururdu. Nadir Səfəvi dövləti adından Osmanlı dövlətinə müraciət edərək
Bu tədbirlər Nadir xanı sərkərdə kimi necə xarakterizə edir?
ondan 1723-cü ildən etibarən işğal etdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmasını
tələb etdi. Lakin rədd cavabı aldı. Buna görə də Nadir 1730-cu ildə Osmanlı dövlətinə
qarşı hərbi əməliyyatlara başladı. Tezliklə Həmədanı və Kirmanşahı tutdu. Marağa
ətrafında Osmanlı qüvvələri üzərində ilk qələbədən sonra Təbrizə daxil oldu. Nadirin
bu qələbəsindən sonra Azərbaycanın bir sıra bölgələrində osmanlılara qarşı
üsyanlar başladı. Bu dövrdə Osmanlı dövlətinin daxilində baş verən hadisələr ona
bütün qüvvələrini Nadirə qarşı səfərbər etməyə mane olurdu. Ancaq Nadir də əlinə
düşən bu fürsətdən istifadə edə bilmədi. Heratda əfqanların yenidən ayağa
qalxması Nadiri osmanlılara qarşı müharibəni dayandırıb onlara qarşı yürüş etməyə
məcbur etdi.
Şah II Təhmasibin ali baş
komandan kimi
səriştəsizliyi ölkənin siyasi
vəziyyətinə necə təsir
göstərdi?
Səfəvi dövləti və Osmanlı imperiyası arasında sülh müqavilələri. Nadir
Xorasanda olanda II Təhmasib xalq arasında öz nüfuzunu qaldırmaq məqsədilə
1731-ci ildə Osmanlı dövlətinə qarşı hücuma keçdi. Lakin İrəvan və Həmədan
yaxınlığında məğlubiyyətə uğradı. Osmanlılar Kirmanşahı, Həmədanı, Urmiyanı və
Təbrizi yenidən ələ keçirdilər. Çətin vəziyyətdə olan II Təhmasib Osmanlı dövləti ilə
sülh müqaviləsi bağlamağa məcbur oldu. Bu zaman


 
Nadir xanın xəncəri
Nadir xan körpə Abbası
şah elan etməklə nəyə nail
oldu?
Xorasanda olan Nadir xanın etiraz etməsinə baxmayaraq, II Təhmasib Osmanlı
dövləti ilə 1732-ci il yanvarın 16-da Kirmanşah sülhünü imzaladı. Bu sülhə əsasən II
Təhmasib Araz çayından şimalda olan Cənubi Qafqaz ərazisini Osmanlı
imperiyasına verdi. Araz çayı sərhəd xəttinə çevrildi. Nadir Xorasandan İsfahana
qayıtdı və 1732-ci ilin avqustunda burada xan və əyanların geniş qruplarının
toplantısını təşkil etdi. O, II Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq Xorasana
göndərdi, onun 8 aylıq oğlu Abbas Mirzəni şah III Abbas adı ilə taxta çıxartdı. Özünü
isə şahın naibi və vəkili elan etdi.
Bundan sonra Nadir Osmanlı dövlətindən yenə işğal etdiyi bütün torpaqları
qaytarmasını tələb etdi. Lakin yenə də rədd cavabı aldı. Nadir 1732-ci ilin axırlarında
Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başladı. Həmədan və Kirmanşahı
tutduqdan sonra Bağdad ətrafında Osmanlı qoşunlarını məğlub etdi. 1733-cü ilin
fevralında isə Nadir Bağdaddakı türk qoşunlarının baş komandanı ilə sülh bağladı.
Bu sülhə əsasən Osmanlı dövləti son on il ərzində işğal etdiyi əraziləri geri qaytardı.
Bağdad və Kirmanşah
müqavilələrinin şərtlərini
müqayisə edin.
Xəzəryanı bölgələrin qaytarılması. Növbəti məsələ Xəzəryanı vilayətləri işğal
etmiş rusları bu ərazilərdən çıxarmaq idi. Hələ 1732-ci il yanvarın 21-də Rəşt
şəhərində Nadir Səfəvilər dövlətinin adından Rusiya ilə müqavilə imzalamışdı. Rəşt
müqaviləsi 8 maddədən ibarət idi. Müqaviləyə görə Rusiya Kür çayından cənubdakı
ərazilərdən Səfəvi dövlətinin xeyrinə əl çəkməli və Osmanlı dövləti bu ərazilərə
buraxılmamalı idi. Bunun əvəzində Səfəvi


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə