Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə16/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

Rəşt müqaviləsi ilə XVII
əsrdə bağlanmış Səfəvi-
Rusiya ticarət
müqaviləsinin hansı
oxşar cəhətləri var idi?
dövləti Rusiya ilə əbədi dost olacağına söz verirdi. Rusiya dövləti Səfəvi taciri ərinə
ölkənin hər yerində sərbəst, gömrüksüz ticarət etməyə və Rusiyadan gömrük veri
mədən mal gətirməyə də icazə vermişdi. Səfəvi dövləti də öz növbəsində rus
tacirlərinin gömrük vermədən onun ərazisindən keçərək Hindistana getməsinə razı
olmuşdu. Rus tacirlərinin özlərinin və mallarının toxunulmazlığı təmin edilirdi.
Beləliklə, Rəşt müqaviləsi ilə ölkə daxilində müəyyən sabitlik yarandı. Kür çayından
cənubda yerləşən Xəzəryanı vilayətlər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi.
1734-cü ildə Şamaxını, daha sonra Gəncəni ələ keçirdikdən sonra Nadir xan rus
ordusunun Xəzərsahili vilayətlərdən çıxarılması haqqında çoxdan başlamış
danışıqları başa çatdırmağı qərara aldı və Rusiyadan Xəzərsahili vilayətləri
boşaltmasını tələb etdi.
Sizcə, rus və Osmanlı
qoşunlarının
çıxarılmasından sonra
Azərbaycan müstəqil
dövlət ola bilərdimi?
Fikrinizi əsaslandırın.
Nəticədə, 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi dövlətinin nümayəndələri arasında
sonralar Gəncə müqaviləsi adını almış müqavilə imzalandı. Bu müqavilənin
şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada
əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi
dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.
Nadir xan Osmanlı dövləti ilə də münasibətləri qəti şəkildə nizama salmaq istəyirdi.
Buna görə də Osmanlı dövlətinə qarşı həlledici döyüşlərə başladı. 1735-ci ilin
iyununda Üçkilsənin*
* Üçkilsə — ermənilər tarix boyu Azərbaycana məxsus bu məkanı «Eçmiədzin»
adlandırıblar


şimal-şərqində Səfəvi və Osmanlı qoşunları arasında baş verən qanlı döyüş Nadirin
qələbəsi ilə nəticələndi. Osmanlı qoşunu 1735-ci ilin sonlarında Cənubi Qafqazda
zəbt etdiyi Səfəvi torpaqlarını tərk etməyə məcbur oldu.
Sual və tapşırıqlar
1. XVIII əsrin 20—30-cu illərində Səfəvi dövlətinin bağladığı müqavilələrə dair cədvəli
dəftərinizə çəkin və doldurun.
Müqavilənin adı
Tarixi
Hansı dövlətlər arasında
Şərtləri
 
 
 
 
2. Azərbaycan torpaqlarının işğaldan azad edilməsində Nadir xanın rolunu
qiymətləndirin.
3. Nadir xanın Qafqazda apardığı hərbi əməliyyatların nəticələri haqqında danışın.
4. Şah I İsmayıl, şah I Təhmasib, şah I Abbas kimi hökmdarların Nadir xanla hansı
oxşarlığı var?
5. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


12. AZƏRBAYCAN ƏFŞARLAR İMPERİYASI
I. BİRÖMÜRLÜK İMPERİYA
Nadir xan Əfşar öz yeni dövlətini necə yaratdı?
Bu dövlətin daxili siyasəti necə idi?
Nadir şah Əfşar
Hakimiyyəti rəsmən ələ keçirmək üçün Nadir xan bütün ölkə nümayəndələrinin
iştirak etdiyi qurultay çağırmağı və özünü şah elan etməyi qərara aldı. Bununla o,
hakimiyyəti zəbt etməsinə qanuni don geyindirmək istəyirdi. Bunun üçün Muğanda
böyük bir qurultay təşkil etdi.
Qurultay 1736-cı ilin mart ayında keçirildi. Muğan düzünə, Suqovuşan adlı yerə
toplaşanlar burada Ramazan bayramını da qeyd etdilər, sonra isə taxta kimin sahib
olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən məsləhətləşmələrdən sonra
Əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya dövlətləri tərəfindən zəbt
olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində
nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət
məsələsi üzərində cəmləşdirdi. Naibüssəltənə (səltənət vəkili) adlansa da,
əslində, real hakimiyyət onun əlində idi. Səfəvi dövlətinin keçmiş
sərhədlərinin bərpa olunması da onun xidmətlərinin nəticəsi idi. Ancaq o,
hakimiyyəti çevriliş yolu ilə ələ keçirə bilməzdi, çünki bu zaman onun
hakimiyyəti əksəriyyət tərəfindən qəbul olunmaya bilərdi.


qurultay


 
Nadir şah döyüşdə
Xəritəyə əsasən Əfşar (səh.77)
və Səfəvilər 
(səh. 9) imperiyasının ərazilərini
müqayisə edin.
Nadir xanın apardığı tədbirlər
mərkəzi hakimiyyətin
güclənməsinə necə təsir edə
bilərdi?
iştirakçıları Nadirin şah seçilməsinə razı
oldular. Beləliklə, Səfəvilər dövlətinə son
qoyuldu. Onun yerində yeni Azərbaycan
sülaləsinin idarə etdiyi Əfşarlar dövləti
yarandı.
Qurultayda iştirak edən Qarabağın ziyadoğlu,
otuzikilər, kəbirli və cavanşir tayfalarının
başçıları Nadirin şah seçilməsini
dəstəkləmədilər. Ona görə də sonradan
Nadir adıçəkilən tayfaların başçılarını ailələri
ilə birlikdə Xorasana sürgün etdi. Gəncə
bəylərbəyini daha ciddi cəzalandırmaq
məqsədilə bu xanlığa daxil olan Borçalı və
Qazax mahalları o zaman Azərbaycan
hökmdarlarından asılı olan Kartli hakiminin
tabeliyinə verildi. Qarabağ məliklikləri
bəylərbəyi-


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə