Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə17/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

 
Nadir şah taxtda
Nadir şahın kəsdirdiyi
pul
liyin tabeliyindən çıxarılıb birbaşa şahın idarəsinə keçirildi. Bütün bunlar
Azərbaycanın gələcək tarixi üçün uğursuz addımlar idi.
Nadir şahın daxili siyasəti. Nadir ölkənin mərkəzləşdirilməsi üçün tədbirlər həyata
keçirdi. İdarə aparatında da islahatlar edərək bir sıra ali vəzifələri, o cümlədən baş
vəzir, sədr-əzəm vəzifəsini ləğv etdi.
Dövlət dörd iri əyalətə bölünmüşdü: Azərbaycan, Əcəm İraqı, Xorasan və Fars.
Nadir şah Səfəvilər dövründə mövcud olan Şirvan, Qarabağ, Çuxursəd və Təbriz
bəylərbəyiliklərini ləğv etdi. Azərbaycanı paytaxtı Təbriz olan va-


hid inzibati bölgüdə birləşdirdi. Qardaşı İbrahim xanı buraya başçı təyin etdi. Yeni
şahın hakimiyyətini qəbul etmiş hakimlərə nəzarət üçün Nadir şah tərəfindən
onların yanına xüsusi naiblər təyin olundu.
Məlumatlara görə, Nadir şah taxt-taca sahib olandan sonra yüksək məqamlara
malik olan mollaları toplayıb onlardan sərvətlərini necə istifadə etdiklərini
soruşmuş, onları dinlədikdən sonra əmr etmişdi ki, ruhanilərin var-dövləti dövlət
xəzinəsi üçün müsadirə edilsin. Nadir şah islamda sünni və şiə məzhəblərinə
parçalanmanın da əleyhinə idi.
Nadir şah Quranla yanaşı, İncilin və Tövratın da tərcümə edilməsinə göstəriş
vermiş, bunun üçün xüsusi tərcümə qrupu da yaradılmışdı.
Bu məlumat Nadir şahı bir hökmdar kimi necə səciyyənləndirir?
Nadir şahın ordu islahatı
şah I Abbasın hərbi
islahatından nə ilə
fərqlənirdi?
Nadir şah vergi islahatı da keçirdi. İlk növbədə, vergi toplanmasını qaydaya saldı.
Aydın vəzifə bölgüsü, ciddi nəzarət və dəqiq hesablama sayəsində dövlətin gəliri az
müddətdə xeyli artdı. Nadir şahın daxili siyasəti mərkəzi hakimiyyəti gücləndirdi və
ayrı-ayrı tayfa başçılarının mövqeyini zəiflətdi.
Nadir şahın yaratdığı dövlət Səfəvilər dövlətindən fərqli olaraq, dini yox, dünyəvi
dövlət idi. Nadir şah din xadimlərinin dövlət işlərinə müdaxiləsinin qarşısını aldı. O,
eyni zamanda ruhani mövqeyindən istifadə edib özünə sərvət toplayan dindarlara
qarşı da kəskin münasibət bəsləyirdi.
Nadir şahın hərbi
siyasətinin davam
etdirilməsi Azərbaycanı
gələcək işğallardan qoruya
bilərdimi?
Güclü ordu — qüdrətli dövlət. Nadir şahın hərbi səfərlərdə uğurlar əldə etməsinin
səbəblərindən biri də onun güclü ordu yaratması idi.
Nadir şah qoşunların formalaşdırılmasında Səfəvi dövlətinə aid olan bir sıra
xüsusiyyətləri qoruyub saxlamış, özü də bu işə bir sıra ciddi yeniliklər gətirmişdi. Na-


Zənburək
dir şahın qoşunlarının aparıcı hissəsini süvari qoşun təşkil edirdi. Çünki hələ də
dövrün hərbi əməliyyatlarında cəld və gözlənilməz hücumlar həlledici amil idi. Nadir
şah dövründə yüngül artilleriyanın (zənburəklərin) istifadəsi genişləndirildi.
Nadir şah uzaqgörən dövlət xadimi idi. O, dəniz sahilində yerləşmiş ölkə üçün hərbi
dəniz donanmasının çox vacib olmasını yaxşı bilirdi. Dövlətin şimaldan və
cənubdan, eyni zamanda dənizdən təhlükəsizliyini təmin etmək lazım idi. Buna görə
də Nadir şah iran körfəzində və Xəzər dənizində hərbi donanma
Nə üçün Rusiya dövləti Nadir şahın Xəzərdə donanma yaratmaq niyyətinə mane
olmağa çalışırdı?
yaratmaq qərarına gəlmişdi. Bu məqsədlə İngiltərə, Hollandiya və Rusiya ilə
danışıqlar da aparmışdı. Lakin bölgədə gələcək işğalçı planlarını həyata keçirmək
istəyən Avropa dövlətləri Nadir şahın bu təşəbbüsü həyata keçirməsinə mane
olmağa çalışırdılar. Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadir şahı İran
körfəzində hərbi dəniz donanması yaratmaq təşəbbüsünü təxirə salmağa məcbur
etdi. Buna baxmayaraq, Nadir şah hərbi-dəniz donanması yaratmaq təşəbbüsünü
sonralar
Tədqiqatçılar və tarixçilər Nadir şahı Napoleonla müqayisə edirlər. Napoleon özü də
onun haqqında yüksək fikirdə olmuş, onun sərkərdəlik istedadı haqqında maraqlı
fikirlər söyləmişdir. Napoleon deyirdi ki, Nadir şah böyük döyüşçü idi, böyük qüdrət
sahibi ola bilmişdi, ixtişaş yaradan fitnəkarları, düşmən qoşunlarını vahiməyə
salırdı. O, Vətəninin düşmənlərinə qənim kəsildi və ölkəsinə iftixarla padşahlıq etdi.


da davam etdirdi. O, həm hərbi gəmilər düzəldilməsi, həm də donanma
mütəxəssislərinin yetişdirilməsi üçün bir sıra tədbirlər gördü. Bunun üçün Xəzərdə
gəmiqayırma zavodu tikdirdi. Onun səyi ilə top istehsal edən zavodlar inşa edildi.
Nadir şahın ölümündən sonra hərbi-dəniz qüvvələrinin formalaşdırılması prosesi,
demək olar ki, dayandırıldı.
Bütün bu addımlar dövlətin gücləndirilməsi üçün atılırdı və öz faydasını vermişdi.
Lakin ölkədə vergi və mükəlləfiyyətlərin son dərəcə artırılması əhalini var-yoxdan
çıxartmışdı. Şahın əmri ilə rəiyyət hərbi qulluğa çağırılırdı. Nadir şahın sənətkar və
tacirləri Xorasana köçürməsi Azərbaycanın şəhər həyatına ağır zərbə vurdu.
XVIII əsrin 30—40-cı illərində Azərbaycanın təsərrüfat həyatı tənəzzülə uğramışdı,
mövcud hakimiyyətə qarşı çıxışlar gündən-günə artmaqda idi.
Sual və tapşırıqlar
1. Muğan qurultayının Azərbaycan üçün nəticəsi nədən ibarət oldu?
2. Nadir şahın apardığı vergi islahatı nədən ibarət idi?
3. Nadir şahın apardığı inzibati idarəetmə siyasəti Səfəvi dövlətinin inzibati
idarəetmə sistemindən necə fərqlənirdi?
4. Nadir şahla Səfəvi şah I Abbası Venn diaqramında müqayisə edin.


II. SÜQUTA APARAN YOL
Nadir şaha qarşı üsyanların səbəbləri nə idi?
İlk üsyan harada başladı?
İlk üsyanlar. Nadir şahın köçürmə və vergi siyasəti əhali tərəfindən böyük
narazılıqla qarşılanmışdı. Nadir şaha qarşı çıxışlar isə onun digər ərazilərə yürüşü
zamanı baş verirdi.
XVIII əsrin əvvəllərində və
30-cu illərdə Azərbaycanda
yaranmış vəziyyətin oxşar
və fərqli cəhətlərini
müəyyən edin.
1734-cü ildə birinci olaraq Astara, sonra isə Şəki vilayətindəki Göynük mahalına daxil
olan Biləcik kəndinin əhalisi Səfəvilərə qarşı üsyana qalxmışdı. Üsyançılara Göynük
mahalının digər kəndləri və qonşu Tala kəndlərinin sakinləri də qoşulmuşdu. Kəndli
dəstələri Səfəvi məmurları və keşikçi dəstələrinin üzərinə hücum etmişdilər. 1735-ci
ilin fevralında Nadir xan oraya böyük cəza dəstəsi göndərdi, Car və Tala
sakinlərindən 160 nəfər girov götürüldü. Dərbəndə qədər olan ərazilər hakimiyyət
əleyhinə olan qüvvələrdən təmizləndi.
Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə Nadir
şah uğurlu hərbi yürüşlər həyata keçirməyi nəzərdə tutmuşdu. Hərbi yürüşlərdən
əldə edilmiş qənimət və sərvət xalqın rifahı
XVIII əsrin 30-cu illərinin ortalarında vergilərin ağırlığı və feodalların zülmü
Azərbaycanda xalqın vəziyyətinin son dərəcə ağırlaşmasına səbəb oldu.
Müqavimət göstərə bilməyənlər daimi yaşayış yerlərini tərk edirdilər. Bəzi
hallarda, hətta elatlar da qonşu bölgələrə dağılırdılar. Torpağı becərməyə və
orduya çağırmağa adam tapılmırdı. Nadir şah qaçanları tutub cəzalandırmağı
və əvvəlki yaşayış yerlərinə qaytarmağı əmr etmişdi.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə