Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

Nadirin Azərbaycana yürüşü zamanı
Car və Tala əhalisinin istehkamlarının
məhz Cingöz qalası olduğu güman
edilir
üçün sərf edilməli idi. Digər tərəfdən hərbi yürüşləri həyata keçirmək üçün də külli
miqdarda pul vəsaiti lazım idi. Nadir şah həmin vəsaitin əldə olunması üçün
əhalidən yığılan vergini pulla əvəz edərək vəziyyətdən çıxmaq istəsə də, buna nail
ola bilmədi. Bu addım kəndlilərin daha da var-yoxdan çıxmasına və Nadirə, eləcə də
mərkəzləşmiş hakimiyyətə qarşı yenidən mübarizəyə qalxmasına səbəb oldu
Nadir şah 1737-ci ildə böyük ordu ilə Mərkəzi Asiyaya və Hindistana yürüş etdi.
Nadir şahın ölkədə olmamasından istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin
əhalisi 1738-ci ildə üsyan etdi. Ən böyük üsyan Carda (hazırkı Zaqatala rayonunun
ərazisində) baş verdi. Şahın qardaşı İbrahim xanın başçılıq etdiyi dəstələrdən biri
Car vilayətinə göndərildi. Lakin üsyançılarla döyüşdə İbrahim xan ölümcül yaralandı.
Cənubi Qafqazı itirməkdən ehtiyat edən Nadir şah üsyançılara qarşı yürüşə özü
başçılıq etməyi qərara aldı və 1741-ci ilin yazında Mərkəzi Asiyaya səfərini başa
çatdıraraq ordusunu Şimali Azərbaycana — Car vila - yətinə və Cənubi Dağıstana
yönəltdi. Üsyan böyük çətinliklə yatırıldı.
Sizcə, sadə kəndlilər «yaxşı
hökmdar»ı necə təsəvvür
edirdilər? Necə
düşünürsünüz, onlar Nadir
şahı yaxşı hökmdar hesab


edirdilərmi?


Əhalinin vəziyyətinin pisləşməsi Səfəvi dövlətinin bərpası meyillərinin güclənməsinə
səbəb olmuşdu. Xalq Səfəvilər sülaləsinin yenidən hakimiyyətə qayıtması ilə
vəziyyətin yaxşılaşacağına ümid edirdi.
Şirvanda xalq hərəkatı. Nadir şah hökmranlığına qarşı yönəlmiş üsyanlardan biri
də Şirvanda başlandı. Bu üsyan «əsl hökmdar» ideyası altında gedirdi. Üsyançılar
özünü Səfəvilərin hakimiyyətdən uzaqlaşdırılmış şahzadəsi kimi qələmə verən şəxsi
müdafiə edirdilər.
1743-cü ildə yalançı Səfəvi şahzadələri adından Şirvanda I və II Sam Mirzələr Əfşarlar
dövlətinə qarşı üsyan qaldırdılar. I Sam Mirzə qısa bir müddət ərzində böyük dəstə
toplamışdı. Bəzi kiçik feodallar da üsyançılara qoşuldular. Qazıqumuxlu Surxay xan I
Sam Mirzə ilə birləşdi. Onlar Yeni Şamaxıya — Ağsuya hücum edərək şəhəri
tutdular.


1734-cü ildə Nadir xan öz qoşunu ilə Şamaxıya yaxınlaşanda, şəhər əhalisi ona
müqavimət göstərdi. Bundan qəzəblənmiş Nadir xan Şamaxını ələ keçirdikdən
sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi əmrini verdi.
Beləliklə, 1735-ci ildə Şamaxı şəhəri yaxınlığında yeni Ağsu (Yeni Şamaxı) şəhərinin
əsası qoyuldu. Bu dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı
oldu.
Necə fikirləşirsiniz, Nadir şahın Şamaxı əhalisini zorla Ağsuya köçürməkdə məqsədi
nə idi?
Ağsu şəhərində «Xaraba şəhər»in qalıqları
I Sam Mirzənin xalqı vergilərdən azad etmək vədi onun xalq arasında nüfuzunu
artırmışdı. Nadir şah I Sam Mirzəyə qarşı ordu göndərmişdi. Nadir şahın oğlu
Nəsrullah Mirzənin başçılığı altında nizami ordu Şamaxı yaxınlığında baş vermiş
döyüşdə I Sam Mirzəni məğlub etdi. Buna baxmayaraq, Şirvanda Nadir şah əleyhinə
mübarizə zəifləmədi. Ağsudan Dərbəndə qədər olan bütün ərazi üsyançıların əlində
idi. Şirvan üsyançıları Ağsu şəhərini tutdular, şahın vergi toplayanlarını qovub, oraya
özünü yeni «Səfəvi şahzadəsi» kimi qələmə verən II Sam Mirzəni dəvət etdilər. II
Sam Mirzə Yeni Şamaxıya gələn kimi xalqın rəğbətini qazanmaq üçün bir sıra
addımlar atdı. O, ağır vergiləri ləğv etdi və əhalidən az miqdarda vergi toplanması
barədə göstəriş verdi.
Bu tədbirlər üsyanın genişlənməsinə səbəb oldu. Şirvan üsyanı geniş vüsət alaraq
Xəzər sahillərin dən Gəncəyədək böyük


II Sam Mirzənin başçılığı
altındakı üsyanın I Sam
Mirzənin üsyanı ilə oxşar
və fərqli cəhətləri
hansılardır?
bir ərazini əhatə etdi. Bu zaman Osmanlı dövləti ilə müharibə aparan Nadir şah
Şirvanda olan hadisələrdən narahat idi. O, oğlu Nəsrullah Mirzəni böyük bir qoşunla
yenidən Şirvana göndərdi. Bu dəfə şah ordusu şirvanlılarla döyüşdə ağır
məğlubiyyətə uğradı. Bu məğlubiyyət Nadir şahı təcili tədbirlər görməyə məcbur
etdi. O, hərbi əməliyyatları dayandıraraq, əsas qüvvələri üsyançılara qarşı yönəltdi.
Yeni hərbi qüvvələr almış Nəsrullah Mirzə Ağsu yaxınlığında üsyançıları
məğlubiyyətə uğratdı. Nəsrullah Mirzə Ağsu qalasını bir neçə gün mühasirədə
saxladıqdan sonra top atəşi ilə ələ keçirə bildi. Şirvan üsyanı yatırıldı.
II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz II Sam Mirzəni əsir
alaraq Nadir şaha təhvil verdi.
Sual və tapşırıqlar
1. XVIII əsrin 30—40-cı illərinin ortalarında Azərbaycanda Nadir şah əleyhinə
üsyanların səbəblərini müəyyənləşdirin.
2. Nadir şah əleyhinə üsyanların baş verdiyi bölgələri xəritədə göstərin.
3. Şirvan əhalisinin yalançı «Səfəvi şahzadələri»ni müdafiə etməsinin səbəbi nə idi?
4. Hansı amillər Nadir şaha üsyanları yatırmağa mane olurdu?
5. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


III. AZƏRBAYCAN ƏFŞARLAR İMPERİYASININ SÜQUTU
Şah ordusunun Azərbaycana gəlməsi ilə burada nələr baş verdi?
Xalq şahın qəzəbindən qorxub geri çəkildimi?
Şəki üsyanı. Nadir şah hakimiyyəti əleyhinə geniş hərəkat Şəkidə başlandı. Şəki
hakimi Məlik Nəcəfin qəddarlığı, ağır vergi siyasəti üsyanın başlanmasının başlıca
səbəbi oldu. Hələ 1741-ci ildə şəkililər Nadir şaha ərizə yazıb yerli hakim Məlik
Nəcəfin özbaşınalığından, vergilərin artırılmasından şikayətlənmişdilər. Nadir şah
əhalini sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan Hacı Çələbini mahal üzrə vəkil
təyin etdi. Hacı Çələbi Məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışdı. Bu dəfə
Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi.
«Gələsən-görəsən» qalasının
qalıqları
Qəzəblənmiş Nadir şah onların ikisini də Dərbənd yaxınlığındakı düşərgəsinə, öz
hüzuruna çağırdı və Hacı Çələbinin asılmasını əmr
Şirvan üsyanı yatırılsa da, ümumən, Azərbaycanda xalq hərəkatı zəifləmədi.
Nadir şah Osmanlı dövləti ilə müqavilə bağlayıb ordusunu Azərbaycana
göndərməli oldu.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə