Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

 
Azərbaycan XVIII əsrin ikinci yarısında


13. AZƏRBAYCAN TORPAQLARININ 
BİRLƏŞDİRİLMƏSİ CƏHDLƏRİ
I. AZƏRBAYCANDA İLK MÜSTƏQİL XANLIQ
Şəki xanlığı Azərbaycanın dövlətçilik ənənələrini necə qorudu?
XVIII əsrin 40-cı illərində Azərbaycanda siyasi-iqtisadi vəziyyət pisləşmişdi. Fasiləsiz
müharibələr nəticəsində təsərrüfat dağılmış, ölkənin iqtisadi vəziyyəti pisləşmişdi.
Yerli hakimlər özbaşınalıq edir, vergiləri qanunsuz olaraq artırırdılar. Bu isə əhalinin
narazılığına səbəb olurdu.
Hacı Çələbi xan
Xanlığın siyasi müstəqilliyini möhkəmləndirən Hacı Çələbi xan bütün Azərbaycanı
vahid dövlətin tərkibində birləşdirmək siyasəti həyata keçirməyə başladı. Bu
məqsədlə ilk olaraq Təbrizə hücum etdi. Bu təsadüfi deyildi. Çünki Təbriz tarixən
Azərbaycanın siyasi mərkəzi olmuşdu. Təbrizə sahib olmaq Azərbaycanda vahid
hakimiyyət üçün əsas amillərdən biri idi. Lakin bu yürüş uğursuz oldu. Bundan sonra
Hacı Çələbi xan Şamaxı xanı ilə birləşib 1748-ci
Hələ Nadir şahın vaxtında yerli hakimlər mərkəzi hakimiyyətə tabe olmaq
istəmirdilar. Lakin Nadir şahın sərt siyasəti mərkəzdən ayrılma meyillərini boğur,
onları vahid hakimiyyət altında saxlayırdı. Nadir şahın ölümündən sonra yerli
hakimlərin əl-qolu tam açıldı. Dövlətin ərazisində çoxlu sayda müstəqil xanlıq
meydana gəldi. Belə xanlıqlardan biri hələ Nadir şahın sağlığında yaranmışdı. Bu,
Şəki xanlığı idi.


Gürcü çarı II İrakli nə
üçün Şəki xanlığını özü
üçün əsas maneə hesab
edirdi?
ildə Qarabağa yürüş etdi. Müttəfiqlər Qarabağ xanlığının ilk siyasi mərkəzi olan
Bayat qalasını mühasirəyə aldılar. Tarixdə «Bayat savaşı» adlanan bu hadisə də Şəki
xanlığı üçün uğursuz oldu.
Azərbaycanda mərkəzləşdirilmiş vahid dövlətin olmaması qonşu dövlətlərin işğalçı
siyasətlərinin həyata keçirilməsinə şərait yaradırdı. Gürcü çarı II İrakli Azərbaycanın
qərb torpaqlarını işğal etmək istəyirdi. Bu məqsədlə tez-tez işğalçı yürüşlər edirdi.
Lakin onun bu siyasətini həyata keçirməsində Şəki xanlığı əsas maneə idi.
«1751-ci ildə çar Teymuraz və İrakli Hacı Çələbini məğlub etmək və Şimal-Qərbi
Azərbaycan torpaqlarını işğal etmək üçün Cara yürüş etdilər. Onların çoxlu qoşunu
olmasına baxmayaraq, ağır məğlubiyyətə uğradılar».
«Qızılqaya xəyanəti». Şəki xanlığı ilə təkbaşına mübarizə
apara bilməyəcəyini başa düşən II İrakli hiyləgər bir tədbirə
əl atdı. «Parçala, hökm sür» düşüncəsi ilə digər Azərbaycan
xanlıqlarının Şəki xanına qarşı ittifaqını yaratmağa çalışdı.
Bu məqsədlə o, ilk olaraq, Qarabağ xanı Pənahəli xanla
ittifaq bağladı. Pənahəli xandan sonra bu ittifaqa Gəncə,
Qaradağ, İrəvan və Naxçıvan xanlıqları da qoşuldu.
1752-ci ildə müttəfiqlər Gəncə yaxınlığında Qızılqaya
deyilən yerdə müşavirə üçün toplaşdılar. Lakin gürcü çarı
müttəfiqlərinə xəyanət edərək danışıqlara gəlmiş
Azərbaycan xanlarını mühasirəyə alaraq əsir götürdü.
Bu xəbəri eşidən Hacı Çələbi xan Azərbaycan xanlarını azad
etmək üçün gürcü çarının qoşununa hücum etdi. Bu
döyüşdə xanın özünün başçılıq etdiyi süvari qoşunu
Şəki xanlığının
bayrağı
Şəki xanlığının
gerbi


Rus tarixçisi P.Butkov Hacı Çələbini xalq içərisindən çıxmış şəxs kimi qiymətləndirir və
onun hakimiyyətə xalqın köməyi ilə gəldiyini qeyd edirdi.
Mənbə əsasında Hacı Çələbi xanın dövlətçilik fəaliyyətini dəyərləndirin.
Şəki xanlığının zəifləməsi. Hacı Çələbi xandan sonra hakimiyyətə onun oğlu
Ağakişi bəy gəldi. Lakin o, tezliklə sui-qəsd
 
Şəki xanlığının pulu
Sizcə, Hacı Çələbi xan ona qarşı
ittifaq bağlamış Azərbaycan
xanlarını nə üçün xilas etdi?
Qazax və Borçalı hansı hadisə
nəticəsində gürcü hakiminə
tabe edilmişdi?
Hacı Çələbinin hakimiyyətə
xalqın köməyi ilə gəlməsini
hansı faktlar təsdiq edir?
düşməni ağır məğl ubiyyətə uğratdı.
Azərbaycan xanları azad edildi. Bu qələbədən
sonra Hacı Çələbi xan Qazax və Borçalı
mahallarını da azad edərək Azərbaycana
qaytardı və öz xanlığının tərkibinə daxil etdi.
Lakin sonralar gürcü çarı yenidən Qazax və
Borçalı mahallarını işğal edə bildi.
Azərbaycan torpaqlarını birləşdirmək
siyasətini davam etdirən Hacı Çələbi xan
1755-ci ildə Şirvana yürüş etdi. Lakin Quba
xanı Hüseynəli xanın Şamaxı xanına kömək
etməsi nəticəsində Hacı Çələbi xanın bu
yürüşü uğursuz oldu. Azərbaycan xanlıqları
arasında çəkişmələr, ara müharibələri, xarici
dövlətlərin müdaxiləsi və iqtisadi zəiflik
ölkənin birləşdirilməsi cəhdlərinə mane oldu.
Hacı Çələbi xanın hakimiyyəti dövründə Şəki
xanlığı Azərbaycanda ən güclü siyasi qurum
idi. Bu xanlıq şimal-qərbi Azərbaycan
torpaqlarının gürcü çarları tərəfindən
işğalının qarşısını aldı. Hacı Çələbi xan
Osmanlı dövləti ilə diplomatik əlaqələr
saxlamış ilk Azərbaycan xanlarındandır.
Çələbi xan quruculuq işləri apararaq Şəkidə
məscid, mədrəsə və digər ictimai binalar
tikdirdi. Vergi sistemini nizama saldı.


Şəki xanının süvariləri döyüşdə. Şəki xan sarayının divar rəsmlərindən
Sizcə, nə üçün Hacı Çələbi
xanın varisləri onun
qurduğu xanlığı gücləndirə
bilmədilər?
nəticəsində öldürüldü. Ağakişi bəyin ölümündən sonra xanlıqda hakimiyyət uğrunda
mübarizələr dövrü başlandı. Əvvəlcə hakimiyyətə Hacı Çələbi xanın nəvəsi Hüseyn
xan gəldi. Onun hakimiyyətə gəlməsinə yerli əhali və Quba xanı Fətəli xan kömək
etmişdi. Ona görə də bir müddət Hüseyn xan Fətəli xanla müttəfiqlik siyasəti
yürütdü. 1767-ci ildə Hüseyn xan Quba xanı Fətəli xanla birlikdə Şamaxı xanlığının
ərazisini öz aralarında bölüşdürdülər. Lakin bir il sonra Fətəli xan Hü-
Şəki xanının oğlanları. Şəki xan
sarayının divar rəsmlərindən


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə