Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Qanunnamənin qəbul
edilməsinin nəticəsi nə
oldu?
seyn xanı məğlub edərək onun hakimiyyəti altında olan Şamaxı xanlığının digər
hissəsini də Quba xanlığına birləşdirdi. Hüseyn xanın dövrü hakimiyyət uğrunda
çəkişmələrlə səciyyəvi idi. Hüseyn xandan sonra hakimiyyətə onun oğlu
Məhəmmədhəsən xan gəldi. Məhəmmədhəsən xanın zamanında xüsusi
qanunnamə qəbul edilmişdi. Bu qanun- namədə vergilər, feodal münasibətləri,
sosial təbəqələrin hüquq və vəzifələri nizama salınmışdı.
XVIII əsrin sonlarında Şəki xanlığında hakimiyyətə Səlim xan (1795-1806) gəldi.
Hakimiyyət uğrunda çəkişmələr və digər xanlıqlarla mübarizələr nəticəsində Şəki
xanlığı zəiflədi.
Sual və tapşırıqlar
1. XVIII əsrin 40-cı illərində Azərbaycanda siyasi-iqtisadi vəziyyətin pisləşməsinin
səbəbləri nə idi?
2. Şəki xanlarının dövlətçilik fəaliyyətlərini müqayisə edərək cədvəl tərtib edin.
Hacı Çələbi xan
Hüseyn xan
Fərqli cəhətlər
Oxşar cəhətlər
Fərqli cəhətlər
 
 
 
3. Xanlıqlar arasında münaqişələr ölkənin iqtisadiyyatına necə təsir göstərə bilərdi?
Mülahizələrinizi əsaslandırın.
4. XVIII əsrin ikinci yarısında qonşu dövlətlərin işğalçı siyasətlərinin həyata
keçirilməsinə nə şərait yaradırdı?
5. «Qızılqaya xəyanəti» hadisəsinə öz münasibətinizi bildirin və onu müzakirə edin.
6. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


II. AZƏRBAYCANIN CƏNUB XANLIQLARI
Azərbaycanın cənub torpaqlarında hansı 
xanlıqlar yarandı?
Cənub xanlarından kimlər Azərbaycan 
torpaqlarını birləşdirməyə cəhd etdilər?
XVIII əsrin ortalarında Nadir şah Əfşarın dövlətinin süqutundan sonra Azərbaycanın
cənubunda yeni dövr başlandı. Azərbaycanın cənub əraziləri də ayrı-ayrı müstəqil və
yarım- müstəqil xanlıqlara parçalandı.
Cənubi Azərbaycan torpaqlarında feodal dağınıqlığı dövrü başlandı. Vahid
mərkəzləşdirilmiş dövlətin bərpa edilə bilməməsinin iqtisadi və siyasi səbəbləri var
idi.
Urmiya xanlığı. Azərbaycanın cənubunda yaranmış ən güclü xanlıqlardan biri
Urmiya xanlığı idi. Xanlığın əsasını Fətəli xan Əfşar qoymuşdu. O, Nadir şahın əmisi
oğlu idi. Mərkəzləşdirmə siyasəti həyata keçirən Fətəli xan Əfşar Azərbaycan
torpaqları-


nın böyük bir hissəsini birləşdirməyə nail olmuşdu. Cənub xanlıqlarının əksəriyyətini
— Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqlarını Urmiya xanlığına tabe edə
bilmişdi.
Urmiya hakimi Fətəli xan
öz birləşdirmə siyasətində
hansı məqsədi güdürdü?
Fətəli xan Əfşar
Fətəli xan Əfşar Azərbaycanın Şimal xanlıqlarının da birləşdirilməsinə çalışırdı. Bu
məqsədlə bəzi xanlıqlara müttəfiqlik haqqında müraciətlər etmişdi. Əvvəlcə İrəvan
xanlığını Urmiya xanlığı ərazilərinə birləşdirmək istədi. Lakin onun İrəvan xanlığını
tabe etmək cəhdi baş tutmadı. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağa hücum etdi.
Şuşanın bir neçə aylıq mühasirəsindən sonra Qarabağ xanı Pənahəli xan Urmiyadan
asılılığı qəbul etdi. Qarabağ xanlığı asılı vəziyyətə salındıqdan sonra, İrəvan və Şəki
xanlıqları da qısa müddətə tabe edildi.
Fətəli xan Əfşar yalnız Azərbaycan torpaqlarını birləşdirmək siyasəti həyata keçirmir,
İranı da tabe etmək istəyirdi. Bu mübarizədə Fətəli xan Əfşarın əsas rəqibi Şiraz
hakimi Kərim xan Zənd idi. Fətəli xan Əfşar bir sıra döyüşlərdə Kərim xan Zəndə
qalib gəldi. Lakin Kərim xan Fətəli xana qarşı mübarizədə hiyləyə əl atdı: O,
Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məharətlə istifadə etdi. Bu
məqsədlə o, digər Azərbaycan xanları — qarabağlı Pənahəli xan və xoylu Şahbaz
xanla ittifaq bağladı. Müttəfiqlərin birləşmiş qoşunları Urmiya şəhərini mühasirəyə
aldı. Şəhər əhalisi Fətəli xanın başçılığı ilə qəhrəmancasına müdafiə olunurdu.
Urmiya şəhəri düz 9 ay mühasirədə qaldı. Nəhayət, 1763-cü ildə şəhər ələ keçirildi.
Fətəli xan Əfşarın məğlub edilməsindən sonra Urmiya xanlığı zəiflədi. Urmiya
xanlığından asılı olan xanlıqlar öz müstəqilliklərini bərpa etdilər. Beləliklə,
Azərbaycan xanları arasında birliyin olmaması, onların bir-birinə qarşı xarici
qüvvələrlə ittifaqa


Sizcə, nə üçün Pənah- əli
xan Fətəli xan Əfşara qarşı
ittifaqa daxil oldu?
girməsi nəticəsində ölkəmizi vahid dövlətin tərkibində birləşdirmək məqsədilə
göstərilən növbəti cəhd də baş tutmadı.
Təbriz xanlığı. XVIII əsrin ortalarında yaranmış Təbriz xanlığının əsasını əfşar
tayfasından olan Əmiraslan xan qoymuşdur. O, mərkəzi Təbriz olmaqla müstəqil
dövlət yaratmaq siyasəti yürüdürdü. Qısa müddət ərzində Ərdəbil və Qaradağ
xanlıqlarını tabe etdi. O, Azərbaycanın Şimal xanlıqlarını da tabe etmək istəyirdi.
Lakin onun bu siyasəti uğursuz oldu. Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətə
düşdü. 1763-cü ildə Fətəli xan Əfşarın Kərim xan Zənd və müttəfiqləri tərəfindən
məğlubiyyətindən sonra Təbriz xanlığı da yenidən müstəqil oldu.
Xoy xanlığı. Cənubi Azərbaycanın ən güclü xanlıqlarından biri də Xoy xanlığı idi.
Xanlığın əsasını Şahbaz xan qoymuşdu. Urmiya xanlığının zəifləməsindən sonra Xoy
xanlığı cənubda ən güclü xanlıq idi. Xoy xanlığı Əhməd xanın (1763—1786)
hakimiyyəti illərində güclənmişdi. O, bir müddət İrəvan, Naxçıvan, Qaradağ və
Təbriz xanlıqlarını asılı vəziyyətə salmışdı. Lakin o, burada möhkəmlənə bilməyərək
geri çəkildi. XVIII əsrin axırlarında Xoy xanlığında hakimiyyət uğrunda mübarizə
gücləndi. Daxili çəkişmələr xanlığı zəiflətdi. Zəifləmiş Xoy xanlığı sonralar
Qacarlardan asılı vəziyyətə düşərək müstəqilliyini itirdi.
Ərdəbil xanlığı. XVIII əsrin ortalarında yaranmış bu xanlığın əsası şahsevən
tayfasından olan Bədir xan tərəfindən qoyulmuşdu. Xanlıq bir müddət Qarabağ
xanlığından asılı vəziyyətə düşmüşdü. 1784-cü ildə Qubalı Fətəli xan Azərbaycanın
cənub torpaqlarına yürüş edərək Ərdəbil və ətraf əraziləri ələ keçirmişdi. Lakin o,
burada möhkəmlənə bilməyərək geri çəkildi. XVIII əsrin sonlarında Ərdəbil xanlığı
Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdir.
Cənub xanlıqlarının Şimal
xanlıqlarından ən çox
Qarabağ xanlığı ilə
əlaqələri olmasını nə ilə
izah etmək olar?
Qaradağ xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Kazım xan qoymuşdu.
Xanlığın mərkəzi Əhər şəhəri


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə