Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə22/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

olmuşdur. Xanlıq müxtəlif vaxtlarda Urmiya, Qarabağ xanlıqlarından asılı olmuşdur.
1782-ci ildə Qarabağ və Xoy xanlıqları arasında bölüşdürülərək öz müstəqilliyini
itirmişdir.
Maku xanlığı. Maku Səfəvilər dövründə Çuxursəd bəylərbəyiliyinin tərkibinə daxil
idi. XVIII əsrin ortalarında yaranmış Maku xanlığı bayat tayfası tərəfindən idarə
olunmuşdur. XVIII əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşmüşdü.
Sərab xanlığı. Xanlıq türk şəqaqi tayfasının başçısı Əli xan (1747—1786) tərəfindən
yaradılmışdır. Ondan sonra hakimiyyətə gələn Sadıq xan Şəqaqinin dövründə xanlıq
güclənmişdi. XVIII əsrin sonlarında Sərab xanlığı Qacarlar dövlətinin tərkibinə daxil
edilmişdi.
Marağa xanlığı. Xanlığın əsasını müqəddəm tayfasının başçısı olan Əliqulu xan
qoymuşdur. XVIII əsrin sonlarında Qacarlar dövlətinin tərkibinə daxil edilmişdi.
Sual və tapşırıqlar
1. XVIII əsrin ortalarında Azərbaycanda feodal dağınıqlığının səbəbləri nə idi?
2. Urmiyalı Fətəli xanın mərkəzləşdirmə siyasətinin nəticəsi necə oldu?
3. Kərim xan Zənd Fətəli xana qarşı mübarizəni davam etdirmək üçün hansı siyasət
yürütdü?
4. Azərbaycanda feodal dağınıqlığı ölkənin gələcək siyasi və iqtisadi vəziyyətinə necə
təsir göstərə bilərdi? Mülahizələrinizi yazın.
5. Azərbaycanın Cənub xanlıqlarının hansı ümumi cəhətləri var idi?
6. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.
Xəritə üzərində iş
Xəritədə (səh.85) Azərbaycanın Cənub xanlıqlarını göstərin. Onların coğrafi
mövqeyinin siyasi vəziyyətlərinə təsirinə dair mülahizələr irəli sürün.


III. QUBA XANLIĞI — ŞİMAL-ŞƏRQİ 
AZƏRBAYCAN DÖVLƏ
Qubalı Fətəli xanın Azərbaycan 
torpaqlarını birləşdirmək siyasəti 
nə ilə nəticələndi?
Xanlığın yaranması. Nadir şahın imperiyası süqut etdikdən sonra Quba xanlığı
müstəqil oldu. Xanlığın əsasını Hüseynəli xan (1726—1758) qoymuşdur. Quba
xanlığı çox əlverişli coğrafi və strateji mövqeyə malik idi. Dağlıq ərazilərdə
yerləşməsi və müdafiə qalalarının çoxluğu xanlığın xarici hücumlardan müdafiəsini
asanlaşdırırdı. Ticarət yolları üzərində olması isə xanlığın iqtisadi inkişafına müsbət
təsir göstərirdi. Bütün bu amillər Quba xanlığının qısa müddətdə güclənməsinə
şərait yaradırdı.
Şimal-Şərqi Azərbaycan
xanlıqları
Düşmən hücumları və feodal müharibələrindən daha çox zərər çəkmiş qonşu
ərazilərin əhalisi Quba xanlığının ərazisində məskunlaşırdılar. Bu isə xanlığın iqtisadi
və hərbi gücünün artmasına səbəb olurdı.
Hərbi gücü və iqtisadi inkişafı Quba xanlığının fəal xarici siyasət yürütməsinə şərait


yaradırdı. Bu siyasətin məqsədi Azərbaycan torpaqlarını xanlığın hakimiyyəti altında
birləşdirmək idi. İlk olaraq iqtisadi və strateji əhəmiyyət daşıyan Salyan ərazisi Quba
xanığına birləşdirildi.


Salyanın birləşdirilməsinin
Bakı və Şamaxı
xanlıqlarının tabe
edilməsinə şərait
yaratmasını xəritə
əsasında izah edin.
1757-ci ildə baş verən bu hadisə gələcəkdə Bakı və Şamaxı xanlıqlarının Quba
xanlığına birləşdirilməsinə şərait yaratdı.
Fətəli xanın hakimiyyətə gəlməsi. Hüseynəli xandan sonra hakimiyyətə Fətəli xan
(1758—1789) gəldi. Hakimiyyətə gəldiyi ilk vaxtlardan o özünü müdrik dövlət xadimi
və bacarıqlı sərkərdə kimi tanıtdı. Quba və digər qonşu xanlıqların əhalisinin
hörmətini, nüfuzunu qazandı.
Birləşdirmə siyasətini uğurla davam etdirən Fətəli xan ilk olaraq böyük strateji
əhəmiyyəti olan Dərbənd xanlığını tabe etməyi qərara aldı. Ərazisi kiçik və əhalisi az
olan Dərbənd xanlığı hərbi cəhətdən o qədər də güclü deyildi. Həmçinin yerli
əhalinin onlardan çoxlu vergi alan Dərbənd xanından narazı olması və Fətəli xandan
kömək istəməsi bu işi daha da asanlaşdırdı.
Quba xanı Fətəli xan
Fətəli xan görkəmli dövlət xadimi, mahir diplomat olmuşdur. O, rus, fars və türk
dillərini mükəmməl bilirdi. Rus generalı Aleksandr Suvorov Fətəli xanı olduqca ağıllı,
mərd, yorulmaz, təşəbbüskar və güclü şəxs kimi xarakterizə edirdi.
Rus tarixçisi P.Butkov yazırdı: «Fətəli xan geniş ağıl sahibi idi. Siyasəti bilirdi, cəsur,
təşəbbüskar və yorğunluq bilməyən adam idi. Azərbaycan torpaqlarını vahid dövlətin
tərkibində birləşdirmək onun siyasətinin əsas istiqamətini təşkil edirdi». Rus alimi


S.Qmelin yazırdı: «Fətəli xan heç bir məzhəb ayrı-seçkiliyinə yol vermirdi».


Dərbənd əhalisinin Qubalı Fətəli xana kömək üçün müraciətini necə
qiymətləndirirsiniz? Mülahizələr irəli sürün və onları əsaslandırın.
1759-cu ildə Dərbənd Quba xanlığına birləşdirildi. Bu hadisə Quba xanlığının strateji
mövqeyini daha da möhkəmləndirdi.
Dərbənd xanı öz təbəələrinə zülm edir, onlardan zorla həddindən artıq vergi tələb
edir, narazı olanları cəzalandırırdı. Xanın bu ədalətsizliyi xalqın narazılığını artırırdı.
Əhali bu zülmdən azad olmaq üçün Qubalı Fətəli xana müraciət edərək ondan kömək
istəmişdi.
XVIII əsr rus tarixçisi Mixail Çulkov
Əvvəlki siniflərdə əldə
etdikləriniz biliklər və xəritə
əsasında Dərbəndin
strateji əhəmiyyətini izah
edin.
Bundan sonra Fətəli xan Bakı xanlığını birləşdirmək istəyirdi. İqtisadi cəhətdən
zəngin olan Bakı ölkənin xarici ticarət mərkəzlərindən biri idi. Şəhər Xəzər dənizinin
başlıca limanı idi. İqtisadi əhəmiyyətinə baxmayaraq, Bakı xanlığı hərbi cəhətdən
zəif idi. Bu da qonşu xanlıqların hücumlarına şərait yaradırdı. Ona görə də Bakı
xanlığının əhalisi Quba xanlığına birləşməklə şəhərin daha yaxşı müdafiə
olunmasına ümid edirdi. Həmçinin əhali Fətəli xanın sənətkarlıq və ticarətin
inkişafını himayə etməsini bilirdi. Buna görə Bakının Quba xanlığına
birləşdirilməsinə tərəfdar idi.
Xanlıqların dinc yolla
birləşdirilməsi nəyin
göstəricisi idi?
Fətəli xan Bakını Quba xanlığına birləşdirmək üçün «nikah diplomatiyası»ndan
istifadə etdi. Bakı xanı ilə Quba xanı arasında qohumluq münasibətləri quruldu.
Nəticədə, 1767-ci ildə Bakı Quba xanlığına birləşdirildi. Artıq rəsmi sənədi ərdə Fətəli
xan «Qubanın, Dərbəndin, Bakının və Salyanın hakimi» adlanırdı.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə