Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə23/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

Bakı Quba xanlığının iqtisadi inkişafında mühüm rol oynadı. Çünki Bakı dəniz
ticarətindən, neft və duz hasilatından böyük gəlir götürürdü.
Beləliklə, Salyan ərazisinin, Dərbənd və Bakı xanlıqlarının Quba xanlığına
birləşdirilməsi ilə şimal-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsinin birinci
mərhələsi başa çatdı.
Sual və tapşırıqlar
1. Quba xanlığının digər xanlıqlardan fərqli cəhətləri nədən ibarət idi?
2. Quba xanlığının güclənməsinə hansı amillər şərait yaradırdı?
3. Dərbənd və Bakı xanlığının Quba xanlığına birləşdirilməsinin hansı oxşar cəhəti
vardı?
4. «Ərazilərin Quba xanlığına birləşdirilməsi» cədvəlini dəftərinizə çəkin və
tamamlayın.
Ərazi
Tarix
Nəticə
Salyan
Dərbənd
Bakı
5. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


IV. BİRLƏŞDİRMƏ SİYASƏTİNİN 
İKİNCİ MƏRHƏLƏ
Bütün Azərbaycan xanlıqlarını dinc yolla
birləşdirmək mümkün oldumu?
Hansı xanlıqlar Quba xanlığının tabeliyinə
keçməkdən imtina etdilər?
Şamaxı və Cavad xanlıqlarının birləşdirilməsi. Dərbənd və Bakı xanlıqlarının
birləşməsindən sonra Fətəli xanın məqsədi Şamaxını tabe etmək idi. O, Şamaxını öz
dövlətinin paytaxtı etmək istəyirdi. Çünki Şamaxı coğrafi baxımdan əlverişli
mövqedə yerləşirdi. Şamaxı xanlığının ərazisi, demək olar ki, Azərbaycanın şimal
torpaqlarının mərkəzində yerləşirdi. Xanlığın Quba xanlığına birləşdirilməsi siyasi
cəhətdən də əhəmiyyətli idi. Belə ki Şamaxı qədim Şirvanşahlar dövlətinin paytaxtı
olmuşdu. Şamaxının birləşdirilməsi, həmçinin strateji əhəmiyyət daşıyırdı. Çünki
bununla da gələcəkdə Qarabağ və Şəki xanlıqlarının, həmçinin Azərbaycanın cənub
torpaqlarının birləşdirilməsinə şərait yarana bilərdi.
Sizcə, Şamaxı xanlığının
birləşdirilməsinin nə kimi
iqtisadi əhəmiyyəti ola
bilərdi?
Nə üçün Fətəli xan Şəki
xanlığı ilə razılıq əldə
etmək istəyirdi?
Fətəli xan Dərbənd və Bakı xanlıqları kimi, Şamaxını da müharibəsiz, dinc yolla
birləşdirmək istəyirdi. Ona görə də Şamaxı xanlığı ilə danışıqlar apardı. Əldə edilən
razılaşmaya görə Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi.
Əvəzində isə Şamaxı xanlığı hər il Quba xanlığına müəyyən miqdarda ödəniş
verəcəkdi. Lakin tezliklə Şəki xanlığına arxalanan Şamaxı xanı bu razılaşmadan
imtina etdi. Ona görə də Qubalı Fətəli xan Şəki xanlığı ilə razılıq əldə etməyi qərara
aldı. Fətəli xan Şəki xanına Şamaxı xanlığını öz aralarında bölüşdürməyi təklif etdi.


Beləliklə, 1767-ci ildə Şamaxı xanlığı Quba və Şəki xanlıqları arasında bölüşdürüldü.
Lakin bir il sonra Fətəli xan Şamaxı xanlığını tamamilə Quba xanlığına birləşdirdi.
Azərbaycan
Respublikasının siyasi
xəritəsində Cavad
xanlığının yerləşdiyi ərazini
müəyyən edin.
Şamaxı xanlığından sonra 1768-ci ildə Muğanda yerləşən Cavad xanlığı da Quba
xanlığına birl əşdirildi. Cavad xanlığı könüllü olaraq Quba xanlığının himayəsini
qəbul etdi. Muğan ərazisinin birləşdirilməsi Azərbaycanın cənub torpaqlarına yol
açırdı.
Beləliklə, Qubalı Fətəli xan şimal-şərqi Azərbaycan torpaqlarının böyük bir hissəsini
öz hakimiyyəti altında birləşdirməyə nail oldu. Bu XVIII əsrin ikinci yarısında
Azərbaycan torpaqlarının birləşdirilməsi təşəbbüslərinin ən uğurlusu idi.
Azərbaycan torpaqlarının
birləşdirilməsinin siyasi-
iqtisadi əhəmiyyəti
haqqında mülahizələr irəli
sürün.
İri feodallar Fətəli xanın
birləşdirmə siyasətini nəyə
görə özləri üçün təhlükə
hesab edirdilər?
Azərbaycan torpaqlarının bir hissəsinin vahid dövlətin tərkibində birləşdirilməsi
mühüm siyasi-iqtisadi əhəmiyyət daşıyırdı. Ara müharibələri azalır, xarici
hücumların qarşısı alınırdı. Bu isə iqtisadi inkişafa şərait yaradırdı. Ona görə də
qonşu xanlıqların əhalisi — kəndlilər, sənətkar və tacirlər, həmçinin feodalların bir
hissəsi birləşdirmə siyasətinə rəğbətlə yanaşırdılar.
Öz hakimiyyətlərini qoruyub saxlamağa çalışan iri feodal hakimlər isə Fətəli xanın
birləşdirmə siyasətinə qarşı çıxır və müqavimət göstərirdilər.
Birləşdirmə siyasətinə qarşı çıxanlarla mübarizə. Quba xanlığının birləşdirmə
siyasəti Azərbaycan torpaqlarını işğal etmək istəyən xarici qüvvələrin də mənafeyinə
uyğun deyildi. Feodal ara müharibələri yeni mərhələyə daxil oldu. Tezliklə digər
xanlıqlar Fətəli xana qarşı müharibəyə başladılar. Bunun üçün müxtəlif ittifaqlar
yaratdılar. Bu ittifaqlardan birinə Qarabağ xanlığı, Şəki xan-


lığı və keçmiş Şamaxı hakimi, digərinə isə Dağıstan hakimləri daxil idilər. Bu,
Azərbaycanın şimal torpaqlarında siyasi vəziyyətin yenidən gərginləşməsinə səbəb
oldu. Belə vəziyyət isə Azərbaycan torpaqlarını işğal etmək istəyən xarici qüvvələrə
əlverişli şərait yaratdı. Bunlardan biri də Cənubi Qafqazda hakimiyyətə can atan
gürcü çarı II İrakli idi. II İrakli Fətəli xanın birləşdirmə siyasətinin əleyhinə idi. Lakin
Fətəli xana qarşı açıq çıxış etməyə cəsarət etmir, fürsət gözləyirdi. Bu fürsət yarandı.
O, Qarabağ və Şəki xanlıqlarının Quba xanlığına qarşı yaranmış ittifaqına daxil oldu.
Mənbə əsasında
Azərbaycan xalqının
birləşdirmə siyasətinə
rəğbətinin səbəblərini şərh
edin.
Gürcü çarı II İrakli nə üçün
Qubalı Fətəli xanın
birləşdirmə siyasətinə
qarşı çıxırdı?
Dərbənd xanlığı nə vaxt
Quba xanlığına
birləşdirilmişdi?
1774-cü ildə Qaraqaytaq hakimi Əmir Həmzənin və digər Dağıstan hakimliklərinin
birləşmiş qüvvələri Quba xanlığına hücum etdilər. Əmir Həmzə Fətəli xanın qohumu
idi. Fətəli xan Əmir Həmzənin bacısı Tuti Bikə ilə evlənmişdi. Xudat yaxınlığında —
Gavduşan çölündə baş vermiş döyüşdə Fətəli xan məğlub oldu. Əmir Həmzənin
başçılıq etdiyi birləşmiş qüvvələr Dərbəndə hücum etdilər. Əmir Həmzə əvvəlcə
hiyləyə əl atdı. O, Tuti Bikəyə xəbər göndərdi ki, guya, döyüşdə həlak olmuş Fətəli
xanın cənazəsini gətirmişdir. Lakin Tutu Bikə qardaşının bu yalanına inanmadı və
Dərbəndin müdafiəsinə başçılıq etməyi öz üzərinə götürərək qala müdafiəçilərinə
düşmənə müqavimət göstərməyi əmr etdi. Dərbənd 9 ay qəhrəmancasına müdafiə
edildi.
«Tuti Bikə şəhəri mərdliklə müdafiə edirdi. O, qala divarları üzərində şir kimi duraraq,
hər şeyə özü rəhbərlik edirdi. Qala toplarının atəşi ilə düşməni qorxuya salırdı».
Tarixçi Yevgeni Kozubski


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə