Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə25/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

Xanlığın paytaxtının Şuşaya
köçürülməsinin səbəbi nə
idi?
Şuşanın siyasi və iqtisadi
mərkəz kimi inkişafının
səhəhi nə idi?
Bayat savaşında əldə edilən qələbəyə baxmayaraq, qala coğrafi baxımdan əlverişli
yerdə deyildi. Ona görə də əvvəlcə Ağdam yaxınlığında Şahbulaq qalası inşa edildi.
Nəhayət, Azərbaycanın qədim yaşayış məskəni olan Şuşada Pənahabad qalasının
tikintisi başa çatdırıldı. Bundan sonra Pənahabad — Şuşa Qarabağ xanlığının
paytaxtı oldu. Pənahəli xanın adı ilə «Pənahabad» adlanan Şuşa inkişaf edərək
Azərbaycanın siyasi və iqtisadi mərkəzlərindən birinə çevrildi.
Qarabağ xanlığının güclənməsi. Bayat savaşından sonra Qarabağ xanlığının
nüfuzu artdı. Bu isə Pənahəli xana xanlığın ərazilərini genişləndirmək imkanı verdi.
Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil Qarabağ xanlığından asılı vəziyyətə salındı.
Zəngəzur yenidən Qarabağa birləşdirildi.
Qarabağ xanlığının mərkəzləşdirmə siyasətinə qarşı çıxan xristian-alban məliklikləri
tabe edildi. İlk olaraq, Vərəndə məliyi Pənahəli xanın hakimiyyətini qəbul etdi. Xaçın
məliyi əvvəlcə müqavimət göstərsə də, Ballıqaya döyüşündə məğlub edildi və
Pənahəli xana tabe olduğunu qəbul etdi. Tədricən digər məlikliklər — Dizaq,
Çiləbörd, Gülüstan (Talış) da Qarabağ xanından asılılığı qəbul etdilər. Lakin buna
baxmayaraq, onlar məkrli siyasətlərini davam etdirir, gizli olaraq xarici qüvvələrlə,
xüsusən çar Rusiyası ilə əlaqələr saxlayır və onları Qarabağa yürüşə təhrik edirdilər.
1757-ci ildə Məhəmmədhəsən xan Qacarın qoşunu Qarabağa yürüş etdi. Lakin
«Xatın arxı» adlı yerdə baş vermiş döyüşdə Qarabağ xanlığı qalib gəldi.
Məhəmmədhəsən xan geri qayıtmağa məcbur oldu.
Fətəli xan Əfşar hansı
xanlığın hakimi idi?
Fətəli xan Əfşarın Qarabağa yürüşü. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti
həyata keçirən Urmiya xanı Fətəli xan Əfşar Cənub xanlıqlarını


Pənahəli xanın Kərim xan
Zəndlə ittifaq bağlamasına
münasibət bildirin.
tabe etdikdən sonra Pənahəli xanın yanına elçilər göndərdi. O, Qarabağın tabe
olmasını tələb etdi. Lakin Pənahəli xan bu tələbi rədd etdi. 1759-cu ildə Fətəli xan
Əfşar Qarabağa hücum etdi. Şuşanı mühasirəyə aldı. Uzunmüddətli mühasirədən
sonra Pənahəli xan asılılığı qəbul etməyə məcbur oldu. Lakin bu asılılıq çox davam
etmədi. Pənahəli xan asılılığa son qoymaq üçün Şiraz hakimi Kərim xan Zəndin
onunla ittifaqa girmək təklifini qəbul etdi.
Mənbə əsasında Pənahəli xanın dövlətçilik fəaliyyətini dəyərləndirin.
Pənahəli xanın istiqlaliyyətinin şöhrəti, qoşununun çoxluğu və qüdrəti hər yerə yayıldı.
Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları onunla müttəfiq olmaq
istədiklərini bildirdilər. Naxçıvanın Zəngəzur, Təbrizin Qapan və Qarabağın Mehri
mahallarına sahib oldu. Azərbaycanın böyük hissəsi ona tabe olmuşdu.
Mirzə Camal Cavanşir. «Qarabağ tarixi»
İbrahimxəlil xan
1763-cü ildə müttəfiqlər Fətəli xan Əfşarı məğlub etdilər. Lakin Kərim xan Zənd
Pənahəli xana xəyanət edərək onun Qarabağa qayıtmasına icazə verməyib Şirazda
saxladı.
Qarabağ xanlığı Ibrahimxəlil xanın hakimiyyəti dövründə. Pənahəli xandan
sonra hakimiyyətə oğlu Ibrahimxəlil xan (1763—1806) gəldi. O, xristian-alban
məliklərini mərkəzi hakimiyyətə tabe etmək siyasətini davam etdirdi.
1768—1774-cü illərdə Osmanlı dövlətinə qarşı müharibədə Rusiyanın qələbəsi
xristian-alban məlikləri yenidən fəallaşdırdı. Onlar gizli olaraq Rusiyaya müraciət
edərək Azərbaycana yürüşə çağırdılar. Lakin bu dövrdə


Qubalı Fətəli xan və
İbrahimxəlil xan arasında
ziddiyyətin səbəbini izah
edin.
Rusiyanın Cənubi Qafqazı işğal etmək üçün kifayət qədər hərbi gücü yox idi.
Həmçinin beynəlxalq şərait də Rusiya üçün əlverişli deyildi. Ona görə də kiçik
müqavimətə baxmayaraq, İbrahimxəlil xan məlikləri tabe etdi.
Qubalı Fətəli xanın qonşu xanlıqları tabe etmək siyasəti Qarabağ xanlığı ilə
münaqişəyə səbəb oldu. İbrahimxəlil xan Qarabağ xanlığının müstəqilliyini qoruyub
saxlamaq istəyirdi. Ona görə də Quba xanlığından asılı olmaq təklifini qəbul etmədi.
1780—1781-ci illərdə Fətəli xanın Qarabağa yürüşləri uğursuz oldu.
Beləliklə, İbrahimxəlil xanın hakimiyyəti dövründə Qarabağ xanlığı daha da gücləndi.
Xanlıq nəinki Azərbaycanın, demək olar ki, bütün Cənubi Qafqazın ən güclü siyasi
qurumlarından birinə çevrildi.
Sual və tapşırıqlar
1. Nadir şah nə üçün Qarabağ tayfalarını sürgün etmişdi? Onun bu tədbirini necə
qiymətləndirirsiniz? Mülahizələrinizi əsaslandırın.
2. Pənahəli xan Qarabağı xarici hücumlardan qorumaq üçün hansı tədbirlər həyata
keçirmişdi?
3. Hacı Çələbi xanın Qarabağa yürüşünün səbəbi nə idi?
4. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin və sxemi çəkib işləyin.
5. XVIII əsrin 60—70-ci illərində alban məliklərinin fəallaşmasının səbəbi nə idi?
6. Cədvəli dəftərinizə çəkib işləyin.
Pənahəli xan
İbrahimxəlil xan
Fərqli cəhətlər
Oxşar cəhətlər
Fərqli cəhətlər
 
 
 


14. QƏRBİ AZƏRBAYCAN XANLIQLARI
Qərbi Azərbaycanda - İrəvan və Naxçıvan xanlıqlarında bu zaman siyasi və iqtisadi
vəziyyət necə idi?
İRƏVAN XANLIĞI.
 Azərbaycan dövləti olan İrəvan xanlığı XVIII əsrin ortalarında
yaranmışdı. Onun əsasını Mir Mehdi xan Əfşar (1747—1752) qoymuşdu. Xanlığın
ərazisi Səfəvilər dövlətinin Çuxursəd bəylərbəyiliyinin bir hissəsini əhatə edirdi.
İrəvan xanlığı
XVIII əsrin 50-ci illərində İrəvan xanlığında tez-tez saray çevrilişləri baş verirdi. 1755-
ci ildə İrəvanda üsyan baş verdi. Üsyana əhali arasında böyük nüfuzu olan Həsənəli
xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində o, İrəvan xanı oldu. Beləliklə, İrəvanda
yerli türk qacar tayfası hakimiyyətə gəldi.
Xanlığın əhalisi. İrəvan xanlığının əhalisi bu diyarın ən qədim sakinləri olan
Azərbaycan türkləri
Azərbaycanın qərbində yaranmış xanlıqlar ərazilərinin beynəlxalq ticarət
yollarının üzərində yerləşməsinə və strateji mövqeyinə görə seçilirdi. Elə bu
səbəbdən də qonşu xanlıqların və xarici dövlətlərin hücumuna məruz qalırdı.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə