Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə27/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

Naxçıvan xanlığının siyasi vəziyyətinə təsir göstərirdi. Xanlığın siyasi tarixini iki dövrə
bölmək olar.
Heydərqulu xan öz hakimiyyətini möhkəmləndirmək və xarici hücumlardan
qorunmaq üçün qonşu xanlıqlara müttəfiqlik siyasəti yürüdürdü. XVIII əsrin 50-ci ill
ərində Heydərqulu xan Qarabağ xanı Pənahəli xandan asılılığı qəbul etmişdi.
Heydərqulu xanın ölümündən sonra Naxçıvan xanlığı zəiflədi. Xanlıq bir müddət
Şiraz hakimi Kərim xan Zənddən asılı vəziyyətə düşdü. XVIII əsrin 80-ci illəri xanlığın
siyasi tarixində, əsasən, hakimiyyət uğrunda mübarizə dövrü kimi səciyyəvidir.
Osmanlı dövləti II İraklinin
Naxçıvana yürüş etməsinə
nə üçün nazrazılıq bildirdi?
Hakimiyyət uğrunda müharibələr və feodal dağınıqlığı Azərbaycan torpaqlarının
xarici hücumlardan müdafiəsini çətinləşdirirdi. Azərbaycanın qərb torpaqlarını işğal
etmək istəyən gürcü çarı II İrakli İrəvan xanlığını asılı vəziyyətə saldıqdan sonra
Naxçıvanı da işğal etmək istəyirdi. O, Naxçıvan xanlığına yürüşə hazırlaşırdı. Lakin
Osmanlı dövlətinin narazılığı bu yürüşün baş tutmasının qarşısını aldı.
«Belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. Sonra isə
həmin torpaqların bir hissəsini mənə güzəşt edərsiniz. Gəncəni, İrəvanı və Naxçıvanı
mənə tabe edin».
Gürcü çarı II İraklinin Rusiya hakim dairələrinə göndərdiyi məktublardan.
«Naxçıvan xanlığı» kitabı 
(Tərtibçi Əli Həsənov)
Kəlbəli xanın (1787—1820) hakimiyyəti dövründə Naxçıvan xanlığında qısa müddət
ərzində sabitlik yarandı. Lakin 1795-ci


və 1797-ci illərdə xanlıq Ağa Məhəmməd xan Qacarın yürüşlərinə məruz qaldı. Bu
yürüşlər nəticəsində 1797-ci ildə Naxçıvan xanlığı Qacarlar dövlətindən asılı
vəziyyətə düşdü.
Sual və tapşırıqlar
1. İrəvan xanlığının o dövrki əhalisini müasir dövrlə müqayisə edin. Əhali
dəyişikliyinin səbəblərini izah edin.
2. İrəvan xanlığı nə üçün xarici hücumlara məruz qalırdı?
3. Mənbələr əsasında İrəvanın qədim Azərbaycan şəhəri olmasını sübut edin.
4. Heydərqulu xan nə üçün qonşu xanlıqlarla müttəfiqlik siyasəti yürüdürdü?
5. İrəvan və Naxçıvan xanlıqlarını müqayisə edin.
İrəvan xanlığı
Naxçıvan xanlığı
Fərqli cəhətlər
Oxşar cəhətlər
Fərqli cəhətlər
 
 
 
6. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin və sxemi çəkib işləyin.


15. İKİHAKİMİYYƏTLİ XANLIQLAR
Şamaxı və Gəncə xanlıqlarında ikihakimiyyətlilik olması nə ilə bağlı idi? Onların oxşar
və fərqli cəhətləri nə ola bilər?
Şamaxı xanlığı
ŞAMAXI XANLIĞI.
 Şirvan coğrafi baxımdan böyük ərazini — Kür çayından şimal-
şərqdəki torpaqları əhatə edirdi. XVIII əsrin ortalarında Azərbaycanın bu bölgəsində
bir neçə xanlıq — Quba, Dərbənd, Bakı və Şamaxı xanlıqları yaranmışdı.
Şamaxı xanlığı Şirvanın bir hissəsini əhatə edirdi. Xanlıq şimal-şərqdə Quba, şərqdə
Bakı, şimal-qərbdə Şəki, cənub- qərbdə Qarabağ xanlıqları və Kür çayı ilə həmsərhəd
idi. Bu xanlıq ərazisinə görə Azərbaycanın ən böyük xanlıqlarından biri idi. Lakin
xanlıqlar arasında baş verən müharibələr nəticəsində digər xanlıqlar kimi, Şamaxı
Bu dövrdə Azərbaycanda bəzi xanlıqlarda siyasi mübarizə və işğallar nəticəsində
ikihakimiyyətlilik yaranmışdı. Bunlar Şamaxı və Gəncə xanlıqları idi.


xanlığının da sərhədləri tez-tez dəyişirdi. Dövrün səyyahları Şamaxını «ən zəngin
xanlıq» adlandırırdılar. Çünki Şamaxı xanlığının çoxlu təbii sərvətləri vardı. Elə bu
səbəbdən də qonşu xanlıqlar və dövlətlər Şamaxıya hücumlar edirdilər. Feodal ara
müharibələri xanlığın iqtisadi inkişafına mane olurdu. Şamaxı Azərbaycanın mühüm
iqtisadi mərkəzlərindən biri olaraq qalırdı. Əkinçilik və maldarlıq əhalinin əsas
məşğuliyyəti idi. Şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olaraq qalırdı. İpək
ticarəti tənəzzül etməmişdi.
Xanlığın yaradılması. İkihakimiyyətlilik. Nadir xan Əfşar 1734-cü ildə Şamaxı
şəhərini dağıtmış və əhalini «Yeni Şamaxı» adlandırılan Ağsuya köçürmüşdü. Nadir
şah dövlətinin süqutundan sonra XVIII əsrin ortalarında köhnə və yeni Şamaxıda
müstəqil xanlıqlar yarandı. Köhnə Şamaxıda Sərkarlar sülaləsinə mənsub
Məhəmmədsəid xan və Ağası xan qardaşları, Yeni Şamaxıda isə Hacı Məhəmmədəli
öz hakimiyyətlərini qurdular. Şamaxı xanlığında ikihakimiyyətlilik yarandı.
İkihakimiyyətlilik Şamaxı
xanlığının siyasi və iqtisadi
həyatına necə təsir
göstərirdi?
İkihakimiyyətliliyin mövcud olması Şamaxı xanlığının siyasi və iqtisadi vəziyyətinə
mənfi təsir göstərirdi. Qüvvələrin parçalanması xanlığın xarici hücumlardan
müdafiə olunmasını çətinləşdirirdi. Şamaxı ərazisinə hücum edən qonşu xanlara
qarşı mübarizə aparmaq mümkün olmurdu. Bu az imiş kimi Şamaxı xanlığında
köhnə və yeni Şamaxının xanları da bir-birinə qarşı mübarizə aparırdılar.
Şamaxı xanlığında ikihakimiyyətlilik 1763-cü ilə kimi davam etdi. 1763-cü ildə
Məhəmmədsəid xan Hacı Məhəmmədəli xanı məğlub edərək Yeni Şamaxını ələ
keçirdi. Beləliklə də, Şamaxı xanlığında ikihakimiyyətliliyə son qoyuldu. Sərkarlar
sülaləsinin idarə etdiyi vahid Şamaxı xanlığı yarandı.
Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yürüdən Qubalı Fətəli xan Şamaxını ələ
keçirərək öz dövlətinin paytaxtı etmək istəyirdi. Lakin Şamaxı xanlığında
ikihakimiyyətliliyə son qoyulması onun bu məqsədinin həyata keçirilməsini
çətinləşdirir-


Yada salın, sonra nə baş
verdi? Şamaxının taleyi
necə oldu?
XVIII əsrin sonlarında
Şamaxı xanlığının siyasi
vəziyyətində yaranmış bu
yüksəlişi nə ilə izah etmək
olar?
di. Ona görə də Fətəli xan Şəki xanı Hüseyn xanla ittifaq bağlamışdı. Şamaxı xanları
uzun müddət Quba xanlığının tabeliyindən çıxmaq üçün mübarizə aparsalar da,
xanlıq 1789-cu ilə — Fətəli xanın ölümünə qədər, əsasən, Quba xanlığının tərkibində
olmuşdur. Fətəli xanın ölümündən sonra müstəqil olan Şamaxı xanlığında 1789—
1792-ci 
illərdə hakimiyyət uğrunda mübarizə gedir.
1792-ci ildə hakimiyyətə Mustafa xan gəldi. Bundan sonra Şamaxı xanlığında bir
müddət sabitlik yarandı.
XVIII əsrin sonlarında Şamaxı Azərbaycanın ən güclü xanlıqlarından biri idi. Bu dövrə
qədər yalnız öz müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparan Şamaxı
xanlığı bu dövrdə artıq qonşu xanlıqları tabe etməyə çalışırdı.
Gəncə xanlığının bayrağı
Gəncə xanlığının ərazisini
göstərin və həmsərhəd
olduğu dövlətləri müəyyən
edin.
GƏNCƏ XANLIĞI.
 Xanlığın yaranması və ərazisi. XVIII əsrin ortalarında yaradılmış
Gəncə xanlığı qacar tayfasının Ziyadoğullar nəsli tərəfindən idarə olunmuşdur.
Xanlığın əsasını Şahverdi xan Ziyadoğlu qoymuşdu. O, Səfəvilər dövründə Qarabağ
bəylərbəyiliyini idarə etmiş qacarlar tayfasının nümayəndəsi idi. Gəncə strateji
mövqedə yerləşməklə yanaşı, siyasi-iqtisadi əhəmiyyət də daşıyırdı. O, hələ qədim
zamanlarda beynəlxalq ticarətin mərkəzlərindən biri idi. Ona görə də Gəncə daim
qonşu dövlətlərin hücumlarına məruz qalırdı. Xüsusilə Kartli-Kaxetiya çarı


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə