Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə28/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

II İrakli
Azərbaycanın şimal-qərb torpaqlarını işğal etmək siyasəti yürüdürdü. Ona görə də
dəfələrlə Gəncə xanlığına yürüş etmiş və müəyyən dövrlərdə onu asılı vəziyyətə
salmağa nail olmuşdu. Xarici işğallara qarşı Gəncə xanlığı Qarabağ xanlığı və
Osmanlı dövləti ilə dostluq münasibətləri qurmağa çalışırdı. Şahverdi xan bu
məqsədlə Osmanlı dövlətinə 1752-ci ildə elçi də göndərmişdi. XVIII əsrin 50-ci
illərində Gəncə xanlığı Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdü.
1780-ci ildə Gəncə xanlığı Qarabağ xanlığı və Kartli-Kaxetiya çarlığı arasında
bölüşdürüldü. Xanlıq hər iki tərəfin təyin etdiyi nümayəndələr tərəfindən idarə
olunmağa başladı.
Əvvəllər Azərbaycan
dövlətlərindən asılı olmuş
gürcü çarlarının bu dövrdə
işğalçı siyasətinin fəallaşması
nə ilə bağlı idi?
Nadir şah nə üçün Qazax və
Borçalı torpaqlarını gürcü
hakiminə vermişdi?
Gəncə xanlığı


Cavad xan
Beləliklə, Gəncə xanlığında ikihakimiyyətlilik yarandı. Bu vəziyyət 1783-cü ilə qədər
davam etdi. Yaranmış ikihakimiyyətlilik xalqın narazılığına səbəb oldu. 1783-cü ildə
Gəncədə baş vermiş üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyuldu. 1786-cı ildə
Gəncə xanlığında hakimiyyətə Cavad xan Ziyadoğlu (1786—1804) gəldi. Cavad xanın
həyata keçirdiyi müdrik siyasət Gəncə xanlığının müstəqilliyini möhkəmləndirdi. O,
Nadir şah tərəfindən gürcü hakiminə verilmiş Azərbaycan torpaqlarını — Qazax və
Borçalı torpaqlarını azad etmək siyasəti yürüdürdü.
Sual və tapşırıqlar
1. Şamaxı xanlığında ikihakimiyyətliliyin yaranmasının səbəbi nə idi?
2. Nə üçün Qubalı Fətəli xan Şamaxını öz dövlətinin paytaxtı etmək istəyirdi?
3. XVIII əsrin sonlarında Şamaxı xanlığının güclənməsinin səbəblərini müəyyən edin.
4. Gəncə xanlığında ikihakimiyyətliliyin yaranmasının Şamaxı xanlığından fərqli
cəhəti nə idi?
5. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


16. BAKI, DƏRBƏND VƏ LƏNKƏRAN XANLIQLARI
Xəzərin sahilində yerləşmələri bu xanlıqların siyasi və iqtisadi həyatına necə təsir
göstərirdi?
Bakı xanlığı
BAKI XANLIĞI.
 1747-ci ildə Nadir şahin ölümündən sonra yerli feodallardan biri
olan Mirzə Məhəmməd xan müstəqil Bakı xanlığının əsasını qoydu. Xanlığın ərazisi
Abşeron yarımadası və Bakı şəhərini əhatə edirdi. Mirzə Məhəmməd xan
hakimiyyəti dövründə təsərrüfatın inkişafı, Bakı qalasının möhkəmləndirilməsi üçün
tədbirlər həyata keçirdi. Neft və duz hasilatı, zəfəran becərilməsi tə-
Azərbaycanın şimal torpaqlarında Xəzərsahili vilayətlərdə Quba xanlığından
başqa Dərbənd, Bakı və Lənkəran xanlıqları yaranmışdı. Əlverişli coğrafi
mövqeyinə görə bu xanlıqlar həm digər Azərbaycan xanlıqlarının, həm də xarici
işğalçıların hədəfinə çevrilmişdi.


Bakı xanlığının bayrağı
sərrüfatın aparıcı sahələri idi. Bakı Yaxın və Orta Şərqin mühüm sənətkarlıq və
ticarət mərkəzlərindən biri idi. Liman şəhəri olan Bakı dəniz ticarəti sahəsində daha
məşhur idi. Xarici ticarət, xüsusilə neft, duz və zəfəran ixracı xanlığın əsas gəlir
mənbələrini təşkil edirdi.
Mirzə Məhəmməd xandan sonra hakimiyyətə Məlik Məhəmməd xan gəlmişdi. Onun
dövründə 1767-ci ildə Bakı Quba xanlığından asılı vəziyyətə düşdü.
Qubalı Fətəli xan Bakı xanlığını
necə tabe etmişdi?
Lənkəran xanlığı
Fətəli xanın ölümündən sonra müstəqilliyini bərpa edən Bakı xanlığında bir müddət
hakimiyyət uğrunda mübarizə baş verdi. Bu mübarizədə qalib gələn Hüseynqulu xan
(1792—1806) əvvəlcə Rusiyanın, daha sonra Ağa Məhəmməd xan Qacarın
himayəsini qəbul etdi. 1796-cı ildə Bakı xanlığı Rusiya tərəfindən işğal edildi. Lakin bu
vəziyyət uzun müddət davam etmədi. Rusiya hakimiyyətində baş vermiş dəyişiklik
nəticəsində rus qoşunları Azərbaycan torpaqlarını tərk etdi.
LƏNKƏRAN XANLIĞI.
 Lənkəran (Talış) xanlığı hələ Nadir şahın dövründə daxili
müstəqilliyə malik idi. XVIII əsrin ortalarında Qara xan adlan-


Qara xanın dövründə
iqtisadi inkişafın səbəbi nə
idi?
Coğrafi mövqeyi Lənkəran
əhalisinə hansı
məşğuliyyət üçün şərait
yaradırdı?
dırılan Cəmaləddin Mirzə bəy Lənkəranı müstəqil xanlıq elan etdi. O, Səfəvilər
nəslindən idi. Xanlığın mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi.
Qara xanın hakimiyyəti dövründə yaranmış siyasi sabitlik Lənkəran xanlığının
iqtisadi inkişafına səbəb olmuşdu.
Xanlığın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Əkinçilik və maldarlıq
əsas məşğuliyyət sahələri idi. Lənkəran şəhəri əsas sənətkarlıq və ticarət mərkəzi
idi. Xanlığın əlverişli coğrafi mövqeyi — Xəzər dənizi sahillərində yerləşməsi burada
ticarətin inkişafına şərait yaradırdı. Lənkəran xanlığı Qafqaz, Yaxın Şərq ölkələri və
Rusiya ilə davamlı ticarət əlaqələrinə malik idi.
Dərbənd xanlığı
Qara xan xarici işğallardan qorunmaq üçün 1785-ci ildə Quba xanlığından asılılığı
qəbul etmişdi.
Qara xandan sonra hakimiyyətə Mir Mustafa xan (1786—1814) gəldi. Onun


dövründə xanlıq daha da gücləndi.
DƏRBƏND XANLIĞI.
 Xanlığın əsasını Məhəmmədhüseyn xan qoymuşdur. O, əhali
üzərinə ağır


Fətəli xanın Dərbənd
xanlığını Quba xanlığına
birləşdirməsinə hansı
hadisə vasitə olmuşdu?
vergilər qoyur, onlara zülm edirdi. Dərbənd xanının siyasətindən narazı olan yerli
əhali kömək üçün Qubalı Fətəli xana müraciət etdilər. 1759-cu ildə Fətəli xan yerli
əhalinin xahişi ilə Dərbəndə yürüş edərək onu Quba xanlığına birləşdirdi. Bundan
sonra Dərbənd Quba xanlığının mühüm ticarət, sənətkarlıq və iqtisadi
mərkəzlərindən biri oldu.
Sual və tapşırıqlar
1. Bakı xanlığında xarici ticarətin inkişafının səbəbini müəyyən edin.
2. Bakı xanlığı nə vaxt Qubadan asılı vəziyyətə düşmüşdür?
3. Qara xanın dövründə Lənkəran xanlığının iqtisadi inkişafının səbəbi nə idi?
4. Bakı və Dərbənd xanlıqlarının tarixində oxşar cəhətləri müəyyən edin.
5. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə