Azərbaycan tarixi 8


«Xacə şah» tarixi romanından



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə31/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

«Xacə şah» tarixi romanından


II. SON CƏHD
Ağa Məhəmməd şah Qacarın Azərbaycan torpaqlarını birləşdirmək siyasətinin
nəticəsi nə oldu?
Rusiya tərəfindən Azərbaycan xanlarına gələn «kömək», əslində, işğal məqsədi
daşıdığı üçün Şimali Azərbaycan torpaqları təhlükə ilə üz-üzə qaldı.
Qarabağlı İbrahimxəlil şah
Qacarı nə üçün özünə
təhlükə hesab edirdi?
1796-cı ilin yazında general Zubovun başçılığı ilə rus qoşunları Azərbaycana yürüş
etməyə başladı. Tez bir zamanda Azərbaycanın içərilərinə daxil olan rus ordusu
Cənubi Qafqazı tutdu. II Yekaterinanın qəfil ölüm xəbəri rus ordusunun geri
çəkilməsinə səbəb oldu. Belə bir vaxtdan səmərəli istifadə etmək istəyən Ağa
Məhəmməd şah Qacar (1796—1797) yenidən Azərbaycan torpaqlarını birləşdirmək
siyasətini davam etdirmək istədi. O, qoşunun bir hissəsini Təbriz xanlığının üzərinə
göndərdi. Şahın özü isə Ərdəbilə gəldi. Qacar öz süvari dəstəsini Naxçıvana
göndərərək xanlığın itaətə gətirilməsini əmr etdi. Naxçıvan xanı Kəlbəli qiymətli
hədiyyələrlə Ərdəbilə gəlib şahın hakimiyyətini qəbul etdi. Ağa Məhəmməd şah
Qacar hədiyyələri qəbul etsə də, Kəlbəli xanın rus qoşunları ilə əlaqə saxladığını bilib
onu həbs etdirdi. Qacar ordusu Lənkəranı da tabe etdi. Ağa Məhəmməd şah
Qacarın birləşdirmə siyasətində əsas yeri Qarabağ tuturdu. Qarabağa hərəkət edən
Qacar ordusu Araz çayına çatdı. Təhlü-
Rus qoşunları cənuba doğru hərəkət etdikləri vaxt II Yekaterina general
Qudoviçə sərəncam göndərərək ondan bütün Cənubi Qafqazı, habelə Xəzər
dənizi sahillərini Qacarın «təcavüzündən qorumağı» tələb etdi. Artıq bu zaman,
yəni 1796-cı Hin yazında Ağa Məhəmməd xan Qacar özünü şah elan etmişdi.


 
Ağa Məhəmməd şah Qacar dağıdılmış Xudafərin körpüsünün qarşısında
Bakılı Hüseynqulu xanın
şah Qacara itaət
etməməsinə münasibət
bildirin.
kədən müdafiə olunmaq üçün qarabağlı İbrahimxəlil xanın əmri ilə hələ 1795-ci ildə
uçurdulmuş Xudafərin körpüsünü keçə bilmədi. Qacar ordusu Araz çayının
kənarında düşərgə saldı. İbrahimxəlil xanın əmri ilə içərisi ağır daşlarla doldurulmuş
qayıqları çaya atdılar. Daşla dolu qayıqlar Araz çayının məcrasını dəyişdi. Çayın axını
şahın düşərgəsi üzərinə yönəldildi. Qəfil gələn sel ordunun ərzaq və silahlarını
yuyub apardı.
Yenidən qüvvələrini toplayan Qacar Şuşaya yaxınlaşdı. 1797-ci ildə Şuşaya hücum
uğursuz oldu. Qala İbrahimxəlil xanın başçılığı ilə müdafiə olunurdu. Müdafiəçilərin
döyüş əzmini qıra bilməyən şah Qacar qala divarlarını topa tutdu. Qanlı döyüşdə
mühasirəyə düşən İbrahimxəlil xan öz dəstəsi ilə xilas olaraq Şuşadan qaçdı. Şuşa
qalasının müdafiəsi başsız qaldı. Qacar Şuşa əhalisini təslim olmağa çağırdı. Şuşa
ağsaqqalları böyük müzakirədən sonra öz nümayəndələrini Qacarın yanına
göndərdilər. Göndərilən nümayəndə bildirdi ki, əhali Qacarı qalaya buraxmağa
ehtiyat edir.
Mənbələrdə deyilir ki, Ağa Məhəmməd şah Quranı götürüb öz möhürünü onun
üzərinə basdı və and içdi ki, Şuşada kimsəyə


toxunmayacaqdır. Şuşa əhalisi isə Qacara təzminat verməli idi. İstənilən məbləğ iki
günə yığıldı, bundan sonra qalanın əsas qapıları açıldı. İbrahimxəlil xanın sarayında
yerləşən şah Qacar Şimali Azərbaycanın bütün xanlıqlarından itaət tələb etdi.
Bakılı Hüseynqulu xan itaət etmədi. Buna görə də Qacar Bakıya qoşun göndərdi.
Hüseynqulu xan həbs edildi. Şamaxı, Şəki və Gəncə xanlıqları da Qacara tabe edildi.
Lakin Qacarın Azərbaycan torpaqlarını birləşdirmək cəhdi baş tutmadı. 1797-ci ilin
iyul ayında Ağa Məhəmməd şah Qacarın Şuşada sui-qəsd nəticəsində öldürülməsi
onun planlarını yarımçıq qoydu. Bu hadisədən sonra Qacarın ordusu Şimali
Azərbaycan torpaqlarını tərk etdi. Beləliklə, Azərbaycan torpaqlarının
birləşdirilməsində son cəhd də baş tutmadı. Çar Rusiyasının xanlıqlara və
sultanlıqlara parçalanmış Şimali Azərbaycanı işğal etməsinə əlverişli şərait yarandı.
Sual və tapşırıqlar
1. Rusiyanın «kömək» siyasətinin mahiyyətində nə dayanırdı?
2. Ağa Məhəmməd şah Qacarın Şuşaya birinci yürüşü ilə ikinci yürüşünü müqayisə
edin.
3. Ağa Məhəmməd şah Qacarın son yürüşü zamanı Azərbaycanın hakim dairələrinin
mövqeyini izah edin.
4. Ağa Məhəmməd şah Qacar haqqında aşağıda verilmiş mənbəni oxuyub müzakirə
edin.
Ağa Məhəmməd şah Qacar özünün fövqəladə iradəsi və bacarığı ilə padşah taxtına
qalxmağa müvəffəq oldu. Nə surətinin çirkinliyi, nə xacəliyi, nə də addımbaşı duyduğu
rişxənd ona mane ola bildi. Onun özündən sonra xələfləri bir əsr yarım şahlıq etdilər.
Ağa Məhəmməd şah Qacar çox ciddi adam idi, bu günün işini sabaha qoymaz, heç vaxt
ehtiyatı əldən verməzdi, heç vaxt öz düşüncəsini və qərarını başqasına deməzdi. O, çox
az yeyər, çox az yatardı. Ağa Məhəmməd şah qənaətcil adam idi və bu xüsusiyyət ona
anasından keçmişdi. O, xəsis deyildi, israfçılığı da sevmirdi. Öz gəlirini və xərcini bildiyi
üçün heç zaman borc almağa ehtiyacı olmazdı. Ağa Məhəmməd şahın xəsisliyi barədə
çox danışırlar. Bu kitabın müəllifi (Jan Gevr — red.) onların heç biri ilə razılaşa bilməz.


Əgər Ağa Məhəmməd şah xəsis olsaydı, sahibi-mənsəblərin məvacibini kəsərdi. Əgər
Qacar xanı xəsis olsaydı, saray adamlarının mallarına göz dikərdi, ancaq onun on
səkkiz illik şahlığı dövründə bir dəfə də olsun belə hadisə görünmədi. Ağa Məhəmməd
şah Qacar ədalətli hökmdar idi. Heç bir günahı cəzasız, heç bir xidməti ənamsız
qoymazdı, hər kəs xidmət göstərsəydi, ənam alardı, hər kim günah işləsəydi, mütləq
cəzasını çəkərdi. Bütün dövrlərin anlayışına görə Ağa Məhəmməd şah Qacar ədalətli
hökmdar idi.
Boş vaxtlarında ova çıxardı, onun İranda bir neçə qoruğu vardı. Əgər ov barəsində
xatirələrini yazsaydı, maraqlı bir kitab olardı.
Ağa Məhəmməd şah fazil adam idi, mütaliə əhli idi, məclislərə zinət verərdi. Səltənətə
gəldiyi dövrdə də özünün ədəbi və tarixi məlumatına görə onu eşidənləri heyrətdə
qoyurdu. Alimlər arasında xüsusi hörməti var idi.
Ətrafındakılara həmişə şübhə ilə yanaşardı, ancaq səbəbsiz heç kimi incitməzdi. Onun
yerinə hər kim uşaqlıqdan cürbəcür məhrumiyyətlərə, təhqirlərə məruz qalsaydı,
hamıya qarşı mərhəmətsiz olardı. Ağa Məhəmməd şah Qacarın rəhmsizliyi o zamanın
rəsminə görə olub, ondan kənara çıxmırdı. Baş kəsmək, kor etmək və qarın cırmaq
kimi cəzalar o dövrün adi cəza tədbirləri idi.
Qacar xanı dindar adam idi. Heç vaxt namazının vaxtını ötürməmişdi. Başqa məzhəbdə
olanlara güzəşt edərdi, heç kimin haqqı yox idi ki, isəviləri və musəviləri incitsin. Bu
qanunu tapdalayanlar şiddətli cəzalanırdılar. Ağa Məhəmməd şah Qacardan qabaq
onların yağışlı günlərdə evdən bayıra çıxmağa ixtiyarları yox idi. Ağa Məhəmməd şah
ətrafdakıları başa saldı ki, islam dinində məsihilər və yəhudilər murdar deyillər ona
görə ki, onlar da Allahı tanıyıb, ona pərəstiş edirlər. Yağışlı günlərdə onlar evlərindən
çıxıb öz işləri ilə məşğul ola bilərlər. Ağa Məhəmməd şahdan qabaq musəvilərin öz
kilsələrində uca səslə Tövrat oxumağa icazəsi yox idi. Hər kim uca səslə Tövrat
oxusaydı, ağır cəza verirdilər. Ağa Məhəmməd şah Qacar icazə verdi ki, onlar Tehranda
sinaqoq tikdirib, uca səslə Tövrat oxusunlar.
İranda çox çətinlik və əziyyətlə yaşayanlardan biri də zərdüştilər idi. Ağa Məhəmməd
şah Qacar fəziləəhli olduğu üçün fərman verdi ki, zərdüştilərə əziyyət verməsinlər.
Ondan sonra cahillər onları incitməyə cürət etmədilər.
Ağa Məhəmməd şah Qacar yaxşı sifətlərə malik idi. Düşmənləri isə onu ən alçaq bir
adam kimi qələmə vermiş, rəhmsiz, paxıl, xəsis bir padşah olduğunu söyləmişlər.
Fransız yazıçısı Jan Gevrin 
«Xacə şah» tarixi romanından


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə