Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə32/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

19. XVIII ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANDA
İCTİMAİ HƏYAT
Xanlıqlarda ictimai həyat necə idi?
Xanlıqlar dövründə şəhərlərin rolu nədən ibarət oldu?
Əvvəlki dövrlərdə olan feodal mülkiyyət formaları XVIII əsrin ikinci yarısında da
mövcud idi. Yəni xanlıqlar dövründə də mülk, vəqf və camaat torpaq mülkiyyəti
formaları vardı. Lakin bu dövrün səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, dövlət
torpaqları ilə xan ailəsinə məxsus torpaqlar birləşdirilmişdi.
XVIII əsrin ikinci yarısında şərti torpaq mülkiyyət forması kimi tiyul geniş yayılmışdı.
Bu dövrdə də tiyul xanlar tərəfindən müəyyən şəxslərə vəzifəyə və xidmətə görə
verilirdi.
Xanlıqlar dövründə
mövcud olan torpaq
mülkiyyətini Səfəvilər
dövründəki torpaq
mülkiyyəti ilə müqayisə
edin.
Xan bu torpağı verərkən onu xüsusi sənədlə təsdiq edirdi. Tədricən tiyul irsi səciyyə
alırdı.
Əvvəllər olduğu kimi, Azərbaycan xanlıqlarında feodallar və kəndlilər əsas sosial
qrupları təşkil edirdilər.
Xidmət müqabilində torpaq alan elbəyilər torpaq sahiblərinə çevrilirdilər. Elbəyilər
xan qarşısında hərbi mükəlləfiyyət daşıyırdılar.
XVIII əsrdə Azərbaycanda müstəqil dövlət qurumlarının — xanlıqların yaranması
prosesi iqtisadi, sosial və ictimai münasibətlərə təsir etdi. Belə bir şəraitdə
Azərbaycanın hakim zümrəsi formalaşmağa başladı.
XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində qədim şəhərlər tənəzzül edir,
yeni şəhərlər meydana gəlirdi. Yeni şəhərlər, ilk növbədə, xanlıqların istinadgahı
kimi yaranır, sonralar isə tədricən ölkənin həm siyasi, həm də iqtisadi həyatında
həlledici rol oynamağa başlayırdı.


AZƏRBAYCANDA SOSİAL QRUPLAR
Feodallar
Xan, bəy, sultan, məliklər, ruhanilər, yarımköçəri tayfaların başçıları olan
elbəyilər
Kəndlilər
rəiyyət, rəncbərlər, elatlar
Necə düşünürsünüz,
maaflığın irsən keçməsi
xanlıqlarda mərkəzi
hakimiyyətin
gücləndirilməsini təmin
edə bilərdimi?
Azərbaycanda maaflar imtiyazlı təbəqəni təşkil edirdilər. Onlar xanlıqlarda həm
asayiş qoruyucusu idilər, həm də qoşunun əsasını təşkil edirdilər. Bunun
müqabilində xan maafları vergilərdən azad edirdi. Adətən, maaflıq irsən — atadan
oğula keçirdi.
Kəndlilər cəmiyyətin aşağı zümrəsini təşkil edirdilər və bir neçə qrupa bölünürdülər.
rəiyyət
Divan, mülk və vəqf torpaqlarında yaşayırdılar. Onlar üçün ayrılan
torpaqları becərir və feodallara, yaxud xəzinəyə vergilər
ödəyirdilər.
rəncbərlər Öz torpağı olmadığı üçün xanın və digər feodalların mülklərində
işləyərək yığılan məhsulun 1/3-ni götürürdülər.
elatlar
Maldarlıq təsərrüfatı ilə məşğul idilər. Yaylaq-qışlaq həyat tərzi
keçirməklə birbaşa tayfa başçılarından asılı vəziyyətdə olurdular.
Xan qoşununun əsas hissəsini təşkil edirdilər.
Hansı kəndli qrupunun
vəziyyəti nisbətən yaxşı idi?
Bu nə ilə bağlı idi?
Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi. Bu isə başda darğa
olmaqla vergiyığanların özbaşınalığı üçün əlverişli şərait yaradırdı. Kəndlilərin ağır
güzəranı onların hakim zümrəyə qarşı mübarizəyə qalxmasına səbəb olurdu.


Mirzə Camal yazır ki, hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif
hədiyyələr bağışlanırdı. Feodallar da xana hədiyyələr gətirirdilər. İbrahimxəlil xan
səfərdə olarkən və ya hər hansı yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların,
bəylərin, ağaların əksəriyyəti, bəzi döyüşçülər xanın mətbəxindən yemək alırdılar. Çox
vaxt xanın mətbəxinin birgünlük xərci onlarla qoyundan, qırx puddan artıq düyüdən
və s. ibarət olurdu.
Necə düşünürsünüz bütün bu xərclər kimin hesabına ödənilirdi?
Sizcə, kəndlilər öz
etirazlarını necə
bildirirdilər?
Müdafiə tədbirlərinə nə
üçün bu qədər əhəmiyyət
verilirdi?
Şəhərlər. XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində Təbriz, Şamaxı,
Naxçıvan, Ərdəbil, Dərbənd, Bakı, Gəncə, Şəki, İrəvan, Urmiya, Xoy kimi qədim
şəhərlərlə yanaşı, Şuşa (Pənahabad), Yeni Şamaxı kimi təzə şəhərlər də meydana
gəldi. XVIII əsrin ikinci yarısında bu şəhərlər qala divarları ilə əhatə olunmuşdu. Belə
qalaların ətrafında xəndək qazılır və su ilə doldurulurdu. Hər bir paytaxt şəhərdə
əsas, bayır və sənətkarlıq məhəllələri yerləşirdi.
XVIII əsrin əvvəllərində Bakının ətrafında iki cərgə — xarici və daxili qala divarları
var idi. Qala yarımdairəvi şəkildə tikilmişdi. Bakıda evlər bir və ya ikimərtəbəli idi.
İkimərtəbəli evlərdə ev sahibi özü ikinci mərtəbədə yaşayır, birinci mərtəbədə isə ya
dükan açıb alver edir, ya da sənətkarlıqla məşğul olurdu.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mühüm siyasi və iqtisadi mərkəz kimi
şöhrət tapan şəhərlərdən biri də Gəncə idi.
Gəncə şəhərinin yerləşdiyi bölgə dəmir, mis, qurğuşun, duz və s. faydalı qazıntılarla
zəngin idi. Bu, sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Gəncə
şəhərində hazırlanan sənətkarlıq əşyaları xaricə də ixrac edilirdi.
XVIII əsrin ikinci yarısında Azərbaycanın ən böyük şəhərlərindən biri də Təbriz idi.
Təbrizdən keçən ticarət və karvan


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə