Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə34/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

* Çəltik - qabığı çıxarılmamış düyü (əkmək üçün). Çəltik əkini üçün dizə qədər
suyun-palçığın içində çalalar hazırlanır


Zəfərandan, əsasən, boyaqçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə
olunurdu. Boyaqçılıqda xalça boyamaq üçün geniş istifadə olunub. Buna səbəb həm
zəfəranın boyama gücünün çox olması, həm də xoşagələn parlaq sarı rəng verməsi
idi. Amma zəfəranın qiyməti baha olduğuna görə indi ondan boyaq maddəsi kimi
çox az istifadə olunur.
Çəltik sahəsi
lirdi. Xəzər dənizi və Kür çayı sahillərində yaşayan əhali balıqçılıqla məşğul olurdu.
Kənd təsərrüfatının mühüm sahələrindən biri də maldarlıq idi. Maldarlıqla, əsasən,
yaylaq-qışlaq həyatı sürən tayfalar məşğul olurdular.
Sənətkarlıq. Bəzi hallarda yerli feodallar idarə etdikləri ərazidə zəngin faydalı
qazıntı yataqlarının mövcud olduğunu bildikləri halda, qonşu feodalların
basqınından ehtiyatlanaraq həmin yataqlardan istifadə etmirdilər.
Yerli hakimlər dağıdılmış şəhər təsərrüfatını, o cümlədən sənətkarlığı bərpa
məqsədilə başqa şəhərlərdən öz şəhərlərinə usta və sənətkarları dəvət etməyə
məcbur olurdular. Belə bir addımı şamaxılı Məhəmmədsəid xan atmışdı. O,
dağıdılmış Şamaxıda ipəkçiliyin inkişafı və bərpası üçün Təbrizdən yüz usta dəvət
etmişdi.
Nə üçün yerli feodallar
faydalı qazıntı yataqlarının
istifadə edilməsindən
ehtiyatlanırdılar?
Şamaxı xanlığının üç iri kəndi — Basqal, Müci və Lahıc bir növ sənətkarlıq
mərkəzlərinə çevrilmişdi. Bu kəndlərin sənət- karları tərəfindən hazırlanan mallar
bazarlarda böyük şöhrət tapmışdı. Basqal və Mücidə müxtəlif ipək parçalar,
kəlağayılar istehsal edilir, Lahıcda isə mis qab-qacaq, həmçinin müxtəlif silahlar, o
cümlədən tüfəng, xəncər və s. hazırlanırdı.


Mis qab
Muncuqlu tikmə
Kəlağayı
Kəlağayı — ipək sapdan toxunmuş qadın baş örtüyüdür.
Azərbaycanın qərb zonasında buna «çarqat» da deyilir. Şəki
və Basqal kəlağayıları sırasında «Şah buta», «Saya buta»,
«Xırda buta» çeşnilərindən daha çox istifadə olunmuşdur.
Azərbaycanda geniş yayılmış sənətkarlıq sahələrindən biri
də bədii tikmə idi. Güləbətin — qızılı və ya gümüşü
saplardan istifadə edilməklə icra edilən tikmə növüdür.
Əsasən, geyimlərə, məişət əşyalarına (pul kisəsi,
tənbəkiqabı, qayçıqabı, möhürqabı, at yəhəri və s.)
vurulurdu. Güləbətin tikmə üçün ağır, tünd rəngli
parçalardan (məxmər, qanovuz, xara, misqal, tirmə) istifadə
olunurdu.
Digər bədii tikmə növü təkəlduz adlanır. «Təkəlduz» sözü
hərfi mənada «tək əllə düz» mənasını verir. Şəki təkəlduz
sənətinin vətəni sayılır. Şəkidə ipəkçiliyin başlıca yer tutması
burada təkəlduz sənətinin inkişafına böyük təkan vermişdir.
Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə,
Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi
saplara düzülür, sonra isə pul kisəsinin, daraqqabının, digər
əşyaların üzərinə bərkidilir.
Taxta və rəngli şüşələrin birləşdirilməsi ilə yaranan şəbəkə
sənəti daha çox məscid, saray kimi əhəmiyyətli memarlıq
abidələrində istifadə edilirdi. Şəbəkənin özəlliyi ondan
ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə
olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən
bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilirdi.
Şəbəkə sənətinin nümunələri Şəki xan sarayında və digər
tarixi abidələrdə bu günə qədər qorunub saxlanılmışdır.


İndiyədək Şəki, Şamaxı, Bakı, Şuşa və digər şəhərlərdə xalq arasında sənət adı ilə
çağırılan məhəllələr mövcuddur. Şəkidə məhəllələrin adları belə idi: Şalbarlar
(Şaltoxuyanlar), Sabunçular, Xarratlar, Zərgərlər, Dulusçular, Sandıqçılar, Çanaxçılar
və s.
Şuşa şəhərində dəmirçi, qalayçı, başmaqçı, dabbağ əsnaflarının olması barədə
məlumat vardır.
Bu məhəllə və küçələrin adları bizə hansı məlumatı verir?
Xalçaçılıq. XVIII əsrin ikinci yarısında sənətkarlıq və dekorativ incəsənət növləri
arasında xalçaçılıq aparıcı yer tuturdu.
Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanmışdı.
Bu regiona aid bəzi Çiçi xalçaları Viktoriya və Albert (London), Metropoliten (Nyu-
York) muzeylərində nümayiş olunur.
Necə düşünürsünüz,
bədii tikmə sənəti
müasir dövrdə öz
əhəmiyyətini saxlaya
bilmişdirmi?
Sizcə, nə üçün şəbəkə
sənəti bütün dünyanı
heyrətləndirir?
Şəbəkə
XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərində
iki cür sənətkara təsadüf edilirdi: sənətkar sexlərinin
(birliklərinin) üzvləri və ev şəraitində fərdi əməklə
məşğul olan sənətkarlar.
Sənətkar sexləri əsnaf adlanırdı. Əsnaflar müxtəlif
peşə və iş sahiblərini öz ətrafında birləşdirirdi.
Şəhərlərdə toxucu, zərgər, dəmirçi, papaqçı,
dulusçu, dərzi, tuluqçu və digər əsnaflar da var idi.
Güləbətin
Təkəlduz


Bakı rus qoşunları tərəfindən işğal edildikdən sonra general A.Yermolov belə bir əmr
vermişdi: «Sənətkarların qalada (indiki İçərişəhərdə) yaşamasına icazə verməli, lakin
misgərlər və dəmirçilər yalnız şəhərin kənarında yaşamalıdırlar. Boyaqçılar, dabbağlar
da mütləq orada (şəhərin kənarında) yerləşdirilməlidirlər».
Nə üçün general A.Yermolov belə bir əmr vermişdi? 
Mənbə əsasında Bakıda sənətkarlığın inkişafı haqqında nə deyə bilərsiniz?
Necə düşünürsünüz nə
üçün Azərbaycan xalçalan
dünyanın qeyri-maddi irsi
siyahısına daxil
olunmuşdur?
İrəvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.) və xovsuz (palaz, kilim, cecim, sumağı,
zili və s.) olmaqla naxışlarının incəliyi, rənglərinin zənginliyi ilə seçilirdi. Xalçaların
üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar, çox zaman
onun toxunma ili və toxuyanın adı öz əksini tapırdı.
İrəvan xalçası
İrəvan şəhərinin zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermişdir. Al-
əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir.
Bakının qədim İçərişəhər hissəsində zərif və yüksək keyfiyyətli xalçalar toxunurdu.
Bakı xalçalarını, adətən, Qala, Novxanı, Maştağa kəndlərində toxuyurdular. Bu
xalçaları «Qobustan» da adlandırırdılar. XVIII əsrdə toxunmuş belə xalçaların bəzi
nümunələri hal-hazırda İstanbulun Türk və İslam əsərləri Muzeyində saxlanılır.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə