Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə35/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

Ticarət. Əvvəlki dövrlərdə olduğu kimi, XVIII əsrin ikinci yarısında da Azərbaycanda
ticarət əməliyyatı həm karvan yolları, həm də Xəzər dənizi vasitəsilə aparılırdı.


Müasir dövrdə «Yerevan xalçası», yaxud «erməni xalçası» adı altında dünya
bazarlarına çıxarılan xalçaları azərbaycanlı sənətkarlar toxumuşlar.
Bu fakta öz münasibətinizi bildirin.
Necə düşünürsünüz,
rahdari gömrüyü ticarətin
gedişinə necə təsir edirdi?
Volqa-Xəzər ticarət yolunda isə Bakı limanı xüsusi əhəmiyyət kəsb edirdi. Bu yolla
həm Rusiyaya, həm də Rusiyanın çayları vasitəsilə Qərbi Avropa ölkələrinə, xüsusilə
İngiltərə və Hollandiyanın bazarlarına çıxmaq olurdu.
Azərbaycan şəhərlərinin hamısında ticarətin bütün növləri üzərində böyük gömrük
qoyulmuşdu. İri yaşayış məntəqələrinin hər bir guşəsində — qala qapısından
tutmuş çayların keçidlərinə, hətta dini ocaqlara gedən yollaradək xanın rahdar və
bacdarları durur, gəlib-gedənlərdən rahdari deyilən gömrük toplayırdılar.
XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərində abbası, tümən, qran, şahı
adlanan mis və gümüş pullar zərb olunurdu. Pul zərb olunan emalatxana zərbxana
adlanırdı. Şuşa şəhərində zərb olunan və «Pənahabadi» adlanan pul nəinki
Azərbaycanda, hətta qonşu ölkələrdə də işlənirdi.
Azərbaycan xanlıqlarında çəki və ölçü vahidləri müxtəlif idi. Demək olar ki, hər bir
xanlığın özünəməxsus uzunluq ölçüsü və çəki daşları vardı. Bu isə həm xarici
ölkələrlə, həm də ölkə daxilində ticarətin inkişafına ciddi maneçilik törədir və
narazılığa səbəb olurdu.
Sual və tapşırıqlar
1. Azərbaycanda qədim dövrdən inkişaf etmiş sənətkarlıq növlərini müasir zamanda
qoruyub inkişaf etdirmək nə dərəcədə vacibdir? Müzakirə edin.
2. XVIII əsrin ikinci yarısında Azərbaycanın kənd təsərrüfatında hansı yeniliklər
olmuşdu?
3. XVIII əsrin ikinci yarısında Azərbaycanın sənətkarlıq inciləri haqqında əlavə
məlumat toplayın və təqdimat hazırlayın.
4. XVIII əsrin ikinci yarısında Azərbaycanda əmtəə təsərrüfatının inkişafını faktlar
əsasında təsdiq edin.


21. XVIII ƏSRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
Bu dövrün hadisələri incəsənətdə və ədəbiyyatda öz əksini necə tapmışdır?
Vəqf torpaq mülkiyyəti nə
vaxtdan tətbiq olunmağa
başlanmışdır? Vəqf torpaq
mülkü nə məqsədlə
istifadə olunurdu?
Təhsil. İbtidai təhsil almaq üçün yaradılmış məktəblər məscidlərin bir guşəsində,
şəxsi evlərdə fəaliyyət göstərirdi. Belə məktəblər onun müəllimlərinin adı ilə
adlandırılırdı. Məktəblərdə, adətən, bir müəllim olurdu. Uşaqlar altı yaşından
məktəbə gedirdilər. Dərslər şagirdlərin yerdə həsir üzərində 6—8 saat oturması ilə
davam edirdi. Quran əsas dərs vəsaiti hesab olunurdu. Yoxsulların öz uşaqlarına
təhsil vermək imkanı olmurdu. Ona görə də kiçik yaşlarından öz sənətlərini onlara
öyrədirdilər.
Ali tədris müəssisəsi kimi mədrəsələr fəaliyyət göstərirdi. Burda tələbələr həm dini,
həm də dünyəvi təhsil alırdılar. Mədrəsə binasında dərs otağı və tələbələrin
yaşadıqları otaqlar vardı.
Müasir dövr məktəbləri ilə
XVIII əsr məktəblərini
müqayisə edin.
Dərs vəsaiti az olduğu üçün tələbələrin əsas vaxtı gözəl xəttə — hüsnxətə sahib
olmaq üçün çalışmaları ilə keçirdi.
Ərdəbildə yerləşən zəngin Şeyx Səfi kitabxanası XVIII əsrdə də öz şöhrətini qoruyub
saxlayırdı. Bu kitabxanadan tələbələr
XVIII əsrdə yadelli hücumları, feodal dağınıqlığı və ara müharibələri
mədəniyyətin inkişafını xeyli ləngitdi. Təhsil müəssisələri üçün istifadə olunan
vəqf torpaqları feodallar tərəfindən zəbt olundu. Nadir şahın işğal olunmuş
torpaqları azad etmək məqsədilə apardığı müharibələr dövründə maarifə
yetərincə diqqət verilmədi. Xanlıqlar dövründə isə maarif müəssisələrini
dolandıran vəqf torpaqları zəbt olundu.


də istifadə edirdilər. Mədrəsələrin saxlanılmasına çəkilən xərc və ərzaq vəqf edilmiş
torpaqlardan alınırdı. Mədrəsələri bitirənlər xüsusi vəsiqə (diplom) alırdılar.
Varlı şəxslər övladlarına öz evlərində dərs demək üçün müəllim tuturdular.
Tədrisin keyfiyyəti yüksək olmadığı üçün XVIII əsrdə Azərbaycanda elm sahəsində
ciddi irəliləyiş baş vermədi. Bununla belə, alimlərdən coğrafiyaçı Hacı Zeynalabdin
Şirvani, Hacı Mə- həmmədəli Şirvani, tarixçi Əbdürrəzzaq Dünbuli öz dövrlərinin
tanınmış şəxsiyyətlərindən idilər.
Əbdürrəzzaq Dünbuli Təbriz, Xoy xanlıqlarının vəziri olmuşdu. Azərbaycan tarixini
öyrənmək üçün onun əsərləri böyük əhəmiyyətə malikdir. «Məaser-i Sultaniyyə»
əsəri XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şərqdə cərəyan edən hadisələrdən
bəhs edir. Bu əsərin yeganə nüsxəsi Ermənistanın «Matenadaran» adlanan
Əlyazmalar İnstitutunda saxlanılır.
Ədəbiyyat. Bədii ədəbiyyat nümunələri dövrün proseslərini obrazlı şəkildə bu
günümüzə çatdırır. Bu dövrdə aşıq poeziyasının görkəmli nümayəndəsi olan Xəstə
Qasım, Ürfani və b. aşıqlar, habelə üslubca onlara yaxın şairlər yazıb-yaratmışlar.
Onların poeziyası xalqın ümid və arzularını ifadə edirdi. Şeirlərdə insanla bağlı
məhəbbət motivləri və qadın gözəlliyinin tərənnümü üstünlük təşkil edir. Lakin bu
şairlər ictimai bərabərsizlikdən, sadə insanların ağır güzəranından bəhs edən şeirlər
də yazmışlar. Aşıq poeziyasının böyük ustadı sayılan Xəstə Qasımın bir çox
ustadnamələrindən sonrakı əsrlərdə də yaradılmış müxtəlif dastanların giriş
hissələrində geniş istifadə olunmuşdur.
Dövrün şairlərinin
əsərlərində hökmdarı
ədalətə səsləmək ideyaları
nə ilə bağlıdır? Fikrinizi
əsaslandırın.
Bununla yanaşı, Nişat Şirvani, Arif Şirvani, Şakir Şirvani 
və b. lirik əsərlər yaratmışlar. Şakir Şirvani öz əsərində Nadir şahın dövründə
Şirvanda baş verən hadisələri təsvir edir, dövrünün hökmdarlarını ədalətli olmağa
çağırırdı.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə