Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə36/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

Müştaq* təxəllüsü ilə əsərlər yazan Şəki xanı Hüseyn xan maarifin inkişafına diqqət
ayırmış, şairlərə qayğısını əsirgəməmişdi. O, dövrün görkəmli şairi Molla Vəli Vidadi
ilə dostluq etmişdir. Bu dostluq Vidadinin «Müsibətnamə» əsərində də öz əksini
tapmışdır. Müştaqın simasında Vidadi özünün ədalətli və vicdanlı hökmdar
haqqında arzularını əks etdirmişdir.
XVIII əsr poeziyamızın ən görkəmli nümayəndələrindən biri Molla Pənah Vaqif idi.
Vaqif sadə müəllimlikdən Qarabağ xanlığının baş vəziri məqamınadək yüksəlmişdi.
Onun əsərlərinin əsas mövzusu məhəbbət və insan gözəlliyi olmuşdur.
Kitabələrdən dövrə aid
hansı məlumatları əldə
etmək mümkündür?
Ümumiyyətlə, XVIII əsr Azərbaycan ədəbiyyatı milli mədəniyyətin təkamülündə
böyük rol oynamış, Azərbaycan ədəbiyyatında yeni inkişaf mərhələsinin yaranması
üçün geniş imkanlar açmışdır.
İncəsənət. XVIII əsr Azərbaycan tarixinin araşdırılmasında epiqrafik abidələrin rolu
böyükdür. Memarlıq abidələri, məzar daşları üzərində olan kitabələri mətnlərinə
görə beş yerə bölmək olar:
İnşaat
xarakterli
Binanın tikinti tarixindən bəhs etməklə, memarın, dövrün
hökmdarının, yaxud da binanı tikdirən şəxsin adları qeyd olunur.
Sənədlərin
nüsxələri
Dövlət sənədləri, fərmanlar, siyasi vəziyyətdən xəbər verən
məlumatlar daxil edilir.
Epitafiyalar Məzar daşları üzərində həkk olunmuş yazılardır. Ölən şəxslərin adı,
ölüm tarixi və s. məlumatdır.
Dini
mətnlər
Tarixi abidələrin təyinatına uyğun Quran ayələri və hədislər öz
əksini tapır.
Mənzum
parçalar
Bayatılar, rübailər, mərsiyələr məzar daşlarının, eləcə də
məscidlərin üzərində həkk olunur.
* Müştaq — könüldən-candan istəyən, həsrətində olduğu bir şeyə can atan,
arzusunda olan


Şuşa. Molla Pənah Vaqifin
məqbərəsi
XVIII əsr kitabələri dövrün bir çox alimlərinin, memarlarının, nəqqaş və xəttatlarının
adlarının günümüzə gəlib çatmasına yardımçı olmuşdur.
Bu dövr özünün dekorativ-tətbiqi sənəti ilə də tarixdə iz qoyub. Xalçaçılıqda Quba,
Bakı, Şamaxı, Qarabağ, Təbriz, İrəvan, Naxçıvan, Şəki, Dərbənd, Ərdəbil və b.
şəhərlər məşhur idi.
Bu dövrdə bədii parça istehsalı da geniş yayılmışdı. Gəncə, Şəki, Təbriz, Marağa və b.
şəhərlərimiz parça istehsalı ilə məşğul idilər. Şamaxıda, Şəkidə, Təbrizdə toxunan
ipək parçalar xarici ölkələrə daşınırdı.
Azərbaycanın dəmir, mis, qızıl və digər metallarla zəngin olması metalişləmə
sənətinin inkişafına təkan vermişdir. XVIII əsrə aid cam, şamdan, manqal və misdən
hazırlanmış müxtəlif ev əşyaları forma və bəzəyinə görə əcnəbilərin də diqqətini
çəkirdi. Bu dövrə aid bir çox əşyalar yerli və digər xarici ölkələrin muzeylərində
saxlanılmaqdadır.
Zəngin sənət
abidələrimizin başqa
ölkələrin muzeylərində
olmasının səbəbini necə
izah edərdiniz?
Memarlıq. XVIII əsrdə baş vermiş tarixi və sosial-iqtisadi dəyişikliklər memarlığa da
təsir göstərdi. Xanlıqlar döv-


 
Şuşa. Pənahəli xan Cavanşirin kitabxanası


Şuşa. Pənahəli xan məscidi
ründə saray komplekslərinin yaradılması, şəhər ətrafında müdafiə sistemlərinin
inşası, ibadət yerlərinin, məscidlərin tikilməsi böyük vüsət aldı. Qarabağ xanlığının
qəsrləri olan Şahbulağı, Şuşa qalası, Şuşadakı Pənahəli xanın məscidi, Pənahəli
xanın kitabxanası bu dövrün abidələrindəndir. Dövrümüzə gəlib çatmış ən qiymətli
əsər isə Şəki qalasının daxilində tikilmiş Şəki xan sarayıdır. 1763-cü ildə inşa
olunmuş bu saray oymalarla işlənmiş şəbəkə üslubu ilə bəzədilmişdir. Sarayın
üzərində ustadın adı— «Ustad Abbasqulu» yazılmışdır.
Görkəmli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: «Əgər
Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya
göstərmək bəs edərdi».
Şəki xan sarayı
XVIII əsrdə Bakıda İçərişəhər qala divarları daxilində, Şamaxı darvazası yaxınlığında
əzəmətli saray kompleksi inşa olunmuşdur. 1764-cü ildə İrəvan şəhərində yerləşən
Göy məscid,
Şəki xan sarayı haqqında


araşdırma apararaq
təqdimat hazırlayın.


eləcə də Sərdar sarayı İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirilmişdir. Onun oğlu
Məhəmməd xan isə 1791-ci ildə sarayın Güzgülü salonunu və yay imarətini
tikdirmişdir.
Mədəniyyətin digər sahələri olan musiqi və rəssamlıq da bu dövrdə inkişaf etmiş,
daha çox təkmilləşmişdi. Xanəndəlik sənəti ilə yanaşı, aşıq sənəti də inkişaf etmişdi.
Rəssamlıqda divarüstü boyakarlıq öz inkişafının yüksək zirvəsinə çatmışdı. Buna
misal olaraq, Şəki xan sarayının divarüstü rəsmlərini göstərmək olar.
Ümumiyyətlə, XVIII əsr Azərbaycan mədəniyyəti özünəməxsus abidələri ilə tarixdə
dərin iz qoymuşdur. Bugünkü dekorativ-tətbiqi incəsənət, zərgərlik məmulatları
üzərində iş, rəssamlıq, xalçaçılıq və s. bu kimi sənət sahələri öz inkişafına görə məhz
bu dövrün sənətkarlarına borcludur.
Sual və tapşırıqlar
1. XVIII əsr Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edin.
2. XVIII əsrdə Azərbaycanda mədəniyyət sahələrinin inkişafını özündə əks etdirən
cədvəllər hazırlayın.
3. Şəhərsalmada müdafiə qalalarının üstünlük təşkil etməsinin səbəbini izah edin.
 
İrəvandа xan məscidi
 
İrəvan xanı хаrici ölkə elçisini qəbul
edir. Rəssam Q.Qaqarin


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə