Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə37/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

22. ÇAR RUSİYASI CƏNUBİ QAFQAZIN 
İŞĞALINA BAŞLAYIR
Rusiya Azərbaycanı işğal etmək planlarına, ilk olaraq, hansı torpaqlardan başladı?
Rusiyanın Cənubi
Qafqazı ələ keçirmək
üçün nəzərdə tutduğu
siyasi məqsədlər nədən
ibarət idi?
Qərbi Avropa dövlətlərinin Azərbaycanla bağlı planları. Gürcü quberniyasının
yaradılması. Cənubi Qafqazın siyasi və hərbi-strateji əhəmiyyəti böyük idi. Bu
ərazilərin işğalı Rusiya—Osmanlı münasibətlərində qüvvələr nisbətini Rusiyanın
xeyrinə həll edə bilərdi. Rusiya Şimali Qafqazı hələ tam ələ keçirə bilməmişdi.
Cənubi Qafqazın işğalı dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə
almaqdan ötrü əlverişli şərait yaradacaqdı. Eyni zamanda Rusiyanın bu yerləri
Bu dövrdə çar Rusiyasının xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi
Qafqazın işğalından ibarət idi. Çar Rusiyası Cənubi Qafqazı əlavə gəlir
mənbəyinə, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyə çalışırdı.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, təbii sərvətləri, xüsusən də faydalı qazıntı
yataqları artıq çar Rusiyasına məlum idi. Azərbaycanda bol olan qızılboya, yun,
ipək, pambıq, tütün, neft çar Rusiyasını xammal və yanacaqla təmin edə bilərdi.


 
Tiflis. Narınqala. XIX əsrin əvvəli
işğal etməsi İngiltərənin Şərqdəki mövqeyinə, o cümlədən Ost-Hind şirkətinin
inhisarına ağır zərbə endirə bilərdi.
İngiltərənin Cənubi
Qafqazla bağlı planlarını
təhlil edin.
Cənubi Qafqazdakı mürəkkəb siyasi, iqtisadi və beynəlxalq vəziyyət Rusiyanın işğalçı
planlarının həyata keçirilməsini asanlaşdırırdı. Feodal ara müharibələri və xarici
işğalçıların basqınları Cənubi Qafqazı zəiflədirdi. Ayrı-ayrı xanların Azərbaycanı
birləşdirmək cəhdləri də baş tutmamışdı.
Qərbi Avropa dövlətlərinin, xüsusən də İngiltərə və Fransanın Cənubi Qafqaz barədə
işğalçı planları var idi. Ona görə də onlar Rusiyanın bu ərazi ilə bağlı planlarına mane
olmağa çalışırdılar.
1801-ci ilin əvvəllərində İngiltərə Qacarlar dövləti ilə siyasi və ticarət müqavilələri
bağladı. Bu müqavilələri bağlamaqla İngiltərə Qacarlar dövlətinin daxili işlərinə
qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin Qacarlar dövlətinə hücum
edəcəyi halda hərbi qüvvə ilə yanaşı, tələb olunan miqdarda hərbi xərc verməyi öz
üzərinə götürürdü.
Ticarət müqaviləsi isə ölkənin bazarlarını ingilis tacirlərinin üzünə açırdı. Bununla
İngiltərə Qacarlar dövlətini öz müstəmləkələrini genişləndirmək uğrunda
mübarizədə bir alətə çevirirdi.


Qazax, Borçalı, Şəmşəddil
və Pəmbək torpaqları indi
hansı dövlətlərin
tərkibindədir? Bu
bölgələrin əhalisi hal-
hazırda kimlərdən
ibarətdir?
Qacarlar dövləti ilə İngiltərənin yaxınlaşmasını görən Rusiya hərəkətə keçdi. Çar I
Aleksandr 1801-ci ilin 12 sentyabrında Kartli-Kaxetiya çarlığının Rusiyaya
birləşdirilməsi haqqında manifest elan etdi. Gürcü çarlarının hakimiyyəti ləğv edildi.
Rus qoşunlarının baş komandanı və mülki hakim general Karl Knorrinq tərəfindən
idarə olunan quberniya yaradıldı. Bu zaman Azərbaycanla bağlı böyük ədalətsizliyə
yol verildi: Azərbaycanın tarixi torpaqları olan Qazax, Borçalı, Şəmşəddil sultanlıqları
və Pəmbək bölgəsi gürcü quberniyasının tərkibinə daxil edildi. Beləliklə, Azərbaycan
torpaqlarının Rusiya tərəfindən işğalına başlandı.
1783-cü ildə bağlanmış
Georgiyevsk müqaviləsi ilə
1802-ci il müqavilələrinin
bağlanmasında Rusiya eyni
məqsədi güdürdümü?
Fikrinizi əsaslandırın.
Georgiyevsk müqaviləsi. I Aleksandr, ilk növbədə, Azərbaycanın Xəzəryanı
vilayətlərini ələ keçirməyə çalışırdı. Onun göstərişi ilə 1802-ci ildə general Knorrinq
Georgiyevsk* şəhərində Şimali Azərbaycan xanlarının və Qafqazın digər
hakimlərinin nümayəndələri ilə görüş keçirdi. Danışıqlarda Tərki şamxalı,
Qaraqaytaq usmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin nümayəndələri ilə
yanaşı, iki Azərbaycan xanlığının — Quba və Lənkəran (Talış) xanlıqlarının
nümayəndələri də iştirak edirdilər. Digər Azərbaycan xanlıqlarının nümayəndələri
görüşdə iştirak etmədilər. Çünki buna qədər Qacarlar şahının nümayəndəsi
İbrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı
xanına da belə tələb verilmişdi.
* Georgiyevsk — Şimali Qafqazda yerləşir, 1802—1822-ci illərdə Georgiyevsk şəhəri
Qafqaz quberniyasının mərkəzi olmuşdur


Çar Rusiyasının
Georgiyevsk müqaviləsini
bağlamaqda məqsədi nə
idi?
Georgiyevskdəki danışıqlar nəticəsində 1802-ci ildə müqavilə imzalandı. Müqavilədə
deyilirdi ki, «onu imzalayanlar öz xahişlərinə görə» Rusiyanın himayəsinə qəbul
olunurlar. Rusiya isə onların müstəqilliyinə toxunmayacaqdır.
Müqavilə Cənubi Qafqazda ticarətin genişləndirilməsini, Xəzər dənizində gəmiçiliyin
inkişaf etdirilməsini və s. məsələləri də nəzərdə tuturdu. Georgiyevsk müqaviləsi
bağlandıqdan sonra çar hökuməti həmin müqaviləyə əməl etmədi və Azərbaycan
xanlıqlarının ərazilərini zəbt etmək üçün hazırlığa başladı.
Müqavimət göstərmək üçün kifayət qədər hərbi gücü olmayan Azərbaycan xanları
çar Rusiyasının xanlıqların müstəqilliyini qoruyacağı barədə verdiyi vədlərə
inandılar. Rusiya onlara ayrı-ayrı Azərbaycan xanlarını Qacarlar və Osmanlı
dövlətlərinin təhlükəsindən müdafiə edəcəyinə vəd vermişdi. Lakin bu heç də çar
Rusiyasının xanlıqlara müstəqillik vermək niyyətində olması demək deyildi. Çar
Rusiyası Azərbaycanın feodal hakimlərinin Rusiya işğalına müqavimət
göstərəcəklərindən ehtiyat edirdi.
Sizcə, xanlar Rusiyanın
himayəsini qəbul etməklə
nəyə ümid edirdilər?
XIX əsrin əvvəllərində xanlıqlar arasında münasibətlər kəskin olduğundan yeni
işğallara şərait yarandı. Ara müharibələri ölkənin sosial-iqtisadi vəziyyətini
ağırlaşdırdı. Ölkədə siyasi birliyin olmaması xarici qüvvələrin işğalı üçün əlverişli
şərait yaratdı. Hələ I Pyotrun yürüşü zamanı ruslar erməni amilinə xüsusi əhəmiyyət
vermişdi. Çar Rusiyası ermənilərdən Azərbaycana qarşı casusluq fəaliyyətində
istifadə edirdi. İşğalçılar üçün lazımi casusluq məlumatlarının toplanması üçün
ermənilər «xüsusi» fəallıq göstərirdilər.
Azərbaycan, Osmanlı və Gürcüstan torpaqlarında «Böyük Ermənistan» dövləti
yaratmaq xülyasında olan ermənilər çar Ru-


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə