Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə38/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

siyasının Qafqazdakı irticaçı* siyasətinə kömək etməklə məkrli məqsədlərinə
çatmağa ümid edirdilər.
Sual və tapşırıqlar
1. Azərbaycanın Rusiya üçün hərbi-strateji əhəmiyyəti nədən ibarət idi?
2. İngiltərə-Qacarlar ticarət müqaviləsinin siyasi məqsədləri nədən ibarət idi?
3. 1802-ci ilin Georgiyevsk müqaviləsinin şərtləri nədən ibarət idi? Sadalayın.
4. XIX əsrin əvvəllərində Azərbaycanın daxili və xarici vəziyyətini mürəkkəbləşdirən
səbəblərə dair cədvəl qurun.
5. Azərbaycan torpaqlarının işğalının 1801-ci ildən başlandığını əsaslandırın.
6. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.
* İrticaçı — siyasi düşmən, mədəniyyət və tərəqqi düşməni


23. ÇAR RUSİYASI AZƏRBAYCANIN 
İÇƏRİLƏRİNƏ DOĞRU İRƏLİLƏYİR
General Sisianov kim idi?
Onun vəzifəsi nədən ibarət idi?
Çar generalı Pavel
Sisianov
Car-Balakənin və İlisu sultanlığının işğalı. General Pavel Sisianov gürcü zadəgan
nəslindən çıxmışdı. Çar hökuməti Cənubi Qafqazdakı bütün mülki-hərbi hakimiyyəti
Sisianova etibar etdi. Sisianov isə çox qəddar idi. O, Azərbaycan xalqını,
ümumiyyətlə, Cənubi Qafqazın türk-müsəlman əhalisini sevmirdi. Azərbaycanın
Rusiya tərəfindən işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi
alçaldıcı məktublar buna dəlalət edir.
General Sisianov Car-Balakən camaatlığının ələ keçirilməsinə böyük əhəmiyyət
verirdi. Çünki bu ərazi Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun
üstündə idi. Azərbaycanın şimal-qərb tor-
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi
haqqında manifest elan edildi. Kartli-Kaxetiya çarlığı ilə birlikdə tarixi Azərbaycan
torpaqları: Qazax, Borçalı, Şəmşəddil və Pəmbək bölgəsi də Rusiyaya ilhaq edildi.
Beləliklə, Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının əsası qoyuldu.
Çar hökuməti Gürcüstan ərazisindən istifadə edərək, özünün Azərbaycan
barəsindəki işğalçılıq planlarını həyata keçirməyə başladı. Karl Knorrinqi general
Sisianov əvəz etdi. O, Qafqazdakı Rusiya qoşunlarının baş komandanı təyin edildi
və Rusiyanın Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Pavel
Sisianov Azərbaycanın taleyində qanlı izlər qoydu.


Nəyə görə rus qoşunları
işğala başlayarkən ilk
hədəf olaraq Car-Balakən
seçilmişdi?
paqlarını ələ keçirməyə çalışan gürcü hakimləri də Sisianovun ətrafında
birləşmişdilər. Rus qoşunları bu ərazilərdən keçib Azərbaycanın içərilərinə doğru
irəliləyəcəkdilər.
1803-cü ilin yazında rus qoşunları gürcü qoşunu ilə birlikdə hücuma başladı. Onlar
Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı. Qanıq (Alazan) çayı sahilində
döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov Balakəni yandırdı.
Car işğal olundu. Aprelin 12-də Car-Balakəndən 9 nəfərdən ibarət səlahiyyətli
nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-
Balakən camaatlığının Rusiyanın hakimiyyəti altına alınması barədə «Andlı öhdəlik»
sənədi imzalandı.
Sazişin şərtlərinə görə carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti
olaraq girov (əmanət) verməli, rus qoşunlarını öz ərazilərində yerləşdirməli idilər.
Lakin əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü
ilin yanvarında yenidən Cara hücum etdi. Car yenidən işğal olunub yandırıldı. Sonra
rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar
tərəfindən
 
Balakən. Cümə məscidi


Sisianovun cavab
məktubunda ifadə olunan
hədə-qorxu bu gün hansı
ölkələrdə yaşanan
hadisələri xatırladır?
hücuma məruz qaldılar. Qanlı döyüşdə carlılar qələbə qazandılar. Rus qoşunlarının
salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.
Gəncə qalasının alınması
Rusiya hökumətinin Gəncənin
işğalı münasibətilə təsis etdiyi
medal
1804-cü ilin martında carlılar müqavimət göstərmiş adamların əfv olunması barədə
xahişlə Sisianova müraciət etdilər. Sisianov carlıların xahişini rədd etdi və onlara
məktubunda yazdı: «...İstəyirsiniz ki, mən sizə inanım və əfv edim. Gözləyin, gəlirəm,
orada mən sizin bütün evlərinizi yandıracağam, sizi yandıracağam, uşaqlarınızın və
arvadlarınızın içalatını dartıb çıxaracağam...»
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimətin mənasız olduğunu
görərək mübarizəni dayandırdılar. Martın 29-da Car işğal olundu. Car-Balakənin
işğalından sonra qonşu İlisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu. Lakin
Sisianov Car-Balakən, İlisu və Şəki xanlığı ərazisindən Azərbaycanın içərilərinə doğru
hücuma keçməyə cəsarət etmədi.
Gəncə xanlığının işğalı. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük
əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə
doğru sonrakı irəliləyişinin açarı idi.


Rusiya hökumətinin
Gəncənin işğalı
münasibətilə medal təsis
etməsi nəyi göstərirdi?
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən çar Rusiyası ilə diplomatik münasibətlər
saxlayırdı. Cavad xan Sisianovun Rusiya himayəsini qəbul etmək təklifinə cavab
olaraq yazdı: «Mənimlə müharibə etmək fikrinə düşmüsənsə, mən hazır, uğur isə
Allahın əlindədir... Qaldı şəhərin təhvil verilməsinə, xamxəyalından əl çək. Gəncəyə
yalnız mənim meyitimin üstündən keçə bilərsən! Mən öləndən sonra, özgə yolla
yox».
General Cavad xanın məktubuna yekəxanalıq və etinasızlıqla cavab verdi. Bu isə
münasibətləri daha da kəskinləşdirdi.
Sisianov Gəncə xanlığına qarşı amansız tələblər irəli sürdü. O, Cavad xandan ildə 20
min çervon* məbləğində (sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün
müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox) ödənc tələb edir və yazırdı: «Əgər
mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm».
Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quruqobu adlı yerdə rus qoşunları
ilə gəncəlilər arasında ilk döyüş baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra
döyüşçüləri ilə birlikdə yorğun halda qalaya qayıtdı. Bundan sonra rus qoşunları
Gəncəni mühasirəyə aldılar. Mühasirə bir ay davam etdi. 1804-cü il yanvarın 2-dən 3-
nə keçən gecə rus qoşunları qalaya hücuma
Gəncə nəyə görə ruslar
üçün əhəmiyyət daşıyırdı?
Əsaslandırın.
başladılar. Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadlı müqavimət
göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına
həlak oldular. Qanlı döyüşlərdən sonra Gəncə qalası rus hərbi dəstələri tərəfindən
tutuldu. Gəncə xanlığı ləğv olundu, şəhərin qədim adı dəyişdirildi və I Aleksandrın
arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə adını çəkmək qadağan olundu. Bu
qaydanı pozanlar cərimə edilirdilər. Azərbaycanda möhkəmlənməyə çalı-
* Çervon — pul vahidi


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə