Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə39/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

şan ermənilər Gəncənin işğalı zamanı işğalçı çar Rusiyası qoşunlarına yaxından
kömək göstərdilər.
Gəncənin alınması digər Azərbaycan xanlıqlarını tabe etmək üçün işğalçılardan ötrü
böyük əhəmiyyətə malik oldu. Gəncənin süqutundan sonra Gəncə xanının vassal
asılılığında olan Samux hakimi də Rusiya təbəəliyini qəbul etməyə məcbur oldu.
Beləliklə, Rusiya Azərbaycanın digər ərazilərini işğal etmək üçün imkan qazandı.
General Sisianov mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərib
ondan Rusiya təbəəliyinə keçməyi tələb etdi.
I Aleksandr 1801-ci Hin dekabrında Qafqaz qoşunlarının baş komandanı general
Knorrinqə yazırdı: «Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya
tərəfdarlarının sayını artırmağa çalışmalı, xüsusən də üzərində hələlik Baba xanın
(Fətəli şahın) hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları
cəlb etməli».
«Azərbaycan tarixi», 7 cilddə, IV cild
Sual və tapşırıqlar
1. «Andlı öhdəlik» sazişini həm hərfi mənada, həm də şərtlərini təhlil edin.
2. Sizcə, Sisianov daha yüngül tələblər irəli sürsəydi, Cavad xan tabe olacaqdımı?
Müzakirə edin.
3. Gəncə xanlığının məğlubolma səbəblərini təhlil edin.
4. Yerilmiş mənbə əsasında çar Rusiyasının Azərbaycanla bağlı planlarını təhlil edin.
5. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


24. QACARLAR DÖVLƏTİ RUSİYADAN 
GERİ ÇƏKİLMƏYİ TƏLƏB EDİR
Bu narahatlıqlar nə ilə nəticələndi?
Azərbaycanın siyasi həyatında hansı gərginliklər yaşandı?
Fətəli şah Qacar
Azərbaycan torpaqları uğrunda müharibə. Fətəli şah Qacar əvvəlcə Gürcüstan
və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini tabe etmək niyyətində idi.
Lakin Qacarlar dövlətinin daxilində baş vermiş çaxnaşmalar və İngiltərənin vəd
etdiyi köməyi göstərməməsi bu tədbirləri yarımçıq qoydu. Bununla belə, İngiltərə
Qacarları Rusiya ilə müharibəyə qızışdırırdı.
1804-cü ilin mayında Qacarlar dövləti Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan
çıxarmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü ilin iyulunda Rusiya ilə Qacarlar
arasında diplomatik əlaqə kəsildi, 10 il davam edən Rusiya—Qacarlar müharibəsi
başlandı. Azərbaycanın yerli əhalisinin Rusiya—Qacarlar müharibəsinə münasibəti
eyni cür
Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacarlar
və Osmanlı dövlətlərinin, habelə Cənubi Qafqazda möhkəmlənməyə çalışan
İngiltərə və Fransanın narahatlığına səbəb oldu.


Şahzadə Abbas Mirzə
deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz
hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə xilas yolu kimi baxırdılar.
Qacarların qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək,
imkan daxilində ona kömək göstərirdilər. Əhali isə nə Qacarların, nə də Rusiyanın
istilasına məruz qalmaq istəmir, öz xanlarına müraciət edərək, istilaçılara qarşı
mübarizədə onlara hər cür kömək göstərəcəyini bildirirdi.
Rusiya ilə Qacar qoşunları arasında ilk döyüş İrəvan xanlığının ərazisində Üçkilsə
divarları yanında baş verdi. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə
üstünlük qazandılar.
Növbəti döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi. 1804-cü il
iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə Qacarların qoşunlarının böyük
birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları məğlub olub İrəvandan geri
çəkildi.
Kürəkçay müqaviləsi. Qarabağ xanı İbrahimxəlil xan xanlığının müstəqilliyini
qoruyub saxlamaq üçün Rusiyaya meyil edirdi. O, Qacarların qoşunlarının
hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək istədi. Qarabağ xanının
Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş Qacarlar dövləti 500 nəfərlik dəstəni
Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan dəstəni məğlub etdi. Xanın bu
qələbəsindən sonra Sisianov Qarabağa mayor Lisaneviç başda olmaqla hərbi dəstə
göndərdi. Eyni zamanda o, xanın Rusiya təbəəliyinə keçməsini tələb etdi.
İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq
verdi. General Sisianov və İbrahimxəlil xan Gəncə yaxın-


 
Şahbulaq qalası
Şahbulaq qalası
haqqında əlavə
məlumat toplayın.
lığındaki Kürəkçaym sahilində 1805-ci il mayın 14-də müqavilə imzaladılar.
müqaviləyə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə
qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq tələbi qoyulurdu. Çar isə öz
növbəsində, xan sülaləsinin öz ərazilərində hakimiyyətini bütün zamanlar üçün
təsdiq edirdi. Lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan rus
qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi, hər il öz
gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon xərac ayırmağı öhdəsinə götürdü. Bir
həftə sonra İbrahimxəlil xanın vasitəçiliyi ilə Şəki xanlığı ilə də belə bir müqavilə
bağlandı.
Qacarların Şimali Azərbaycana daxil olması. 1805-ci il iyunun ortalarında
Qacarların qoşunları Qarabağa daxil oldu. İyunun 26-da şah qoşunları rus
qarnizonunun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı. Qacarlar qoşununun
başçısı şahzadə Abbas Mirzə qalanın təslim olmasını tələb etdi. Rus qoşunu təslim
oldu. Sonra Qacarların qoşunu Qazaxa daxil oldu. Onların komandanı yerli əhalinin
köməyinə ümid bəsləyirdi. O, bəyanatla kəndxudalara müraciət edərək, Qazax
sakinlərini Rusiyaya qarşı üsyana çağırdı.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə