Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.

səhifə4/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

* Hörmüz — İran və Oman körfəzlərini birləşdirən boğaz. Onun vasitəsilə Səfəvilər
Hind okeanına çıxırdılar


3. AZƏRBAYCAN TORPAQLARININ 
AZAD EDİLMƏSİ
Yüz ildən artıq davam edən Səfəvi—Osmanlı müharibələri nə ilə nəticələndi?
Avropa ölkələri öz məqsədlərinə çatdılarmı?
Qalibiyyətli müharibələr dövrü. XVII əsrin əvvəllərində Osmanlı hakimiyyəti
altında olan Azərbaycan torpaqlarında üsyanlar baş verdi. Bundan istifadə edən şah
I Abbas osmanlıların işğal etdiyi torpaqları geri almaq üçün hərbi əməliyyatlara
başladı. Beləliklə, 1603-cü ildə Osmanlı—Səfəvi müharibələrinin yeni mərhələsi
başladı. Şah I Abbasın yenidən qurduğu ordu Səfəvi dövlətinin hərbi qüdrətini
nümayiş etdirdi. Təbrizə yaxınlaşan şah ordusu üsyan etmiş xalqın köməyi ilə şəhəri
osmanlılardan azad etdi və bununla da, demək olar ki, Azərbaycanın bütün cənub
əyalətlərinin taleyi həll olundu.
Şimala hərəkət edən qızılbaşlar Culfa və Naxçıvanı döyüşsüz ələ keçirdilər. Bunu
görən Ordubad əhalisi üsyan qaldırdı. Ordubadlılar şəhərə daxil olan Səfəvi
ordusunu bayram sevinci ilə
Səfəvi hakimiyyətinin qarşısında dayanan ən önəmli məsələ osmanlıların işğal
etdikləri torpaqları azad etmək idi. Avropa dövlətləri Səfəvilərin Osmanlı
imperiyası ilə toqquşmasında maraqlı idilər. Bəzi Avropa hökmdarları
osmanlılara qarşı hərbi ittifaq yaradılmasını təklif etmişdi. İspaniya kralı da
Səfəvi şahını osmanlılara qarşı müharibəyə təhrik edərək İran körfəzində ona
kömək göstərəcəyini vəd etmişdi. Osmanlıların Ön Qafqazdan çıxarılmasında
Rusiya da maraqlı idi. Osmanlı dövlətinin Xəzəryanı bölgələrdə ağalığı Volqa—
Xəzər ticarət yolunda ruslara da əngəllər törədirdi. Bütün bunlar Səfəvi-
Osmanlı müharibəsinin sonuncu - üçüncü mərhələsinin başlanmasına təkan
verdi.


Əhalisinin vergilərdən azad
edilməsinin Ordubad üçün
əhəmiyyəti nə idi?
qarşıladılar. Səfəvi ordusuna göstərdikləri yardımı nəzərə alan şah I Abbas
ordubadlıları bütün dövlət vergilərindən azad etdi.
«Böyük sürgün». Culfa, Naxçıvan və Ordubadı azad etdikdən sonra qızılbaş ordusu
İrəvana yaxınlaşdı. Osmanlıların gücləndirilmiş qarnizonu vardı. Ona görə də İrəvan
qalasının mühasirəsi uzun çəkdi. İrəvanı azad etmək üçün ilk dəfə olaraq
Azərbaycan ustalarının hazırladığı iri toplardan istifadə edildi. 1604-cü ildə şəhər
azad edildi. Səfəvi ordusu yürüşü davam etdirib Qars hüdudlarına qədər əraziləri
tutdu. Bu zaman Osmanlı ordusunun Azərbaycana yürüş etməsi xəbəri yayıldı.
Osmanlı ordusunun hücumunu eşidən şah I Abbas Təbriz istiqamətində geri çəkildi.
Osmanlılara qarşı ənənəvi «yandırılmış torpaq» taktikası tətbiq edildi. Geri çəkildikcə
də şəhər və kəndləri boşaltdırdı, osmanlıların əlinə keçə biləcək nə varsa, məhv
etdirdi. Bu hadisə tarixşünaslıqda «Böyük sürgün» adlanır. Arazın sol sahilində olan
əhali — İrəvan, Naxçıvan, Culfa və digər bölgələrin camaatı İsfahana, Mazandarana
və İranın başqa vilayətlərinə köçürüldü. «Böyük sürgün»
Şah I Abbasın «Böyük sürgün» siyasəti Səfəvi dövlətinə necə təsir edə bilərdi?
siyasətinin həyata keçirilməsində şah I Abbasın əsas məqsədi osmanlıların ölkənin
içərilərinə doğru irəliləməsinin qarşısını almaq idi. Bundan başqa, şah I Abbas
iqtisadi məqsəd də güdürdü. Məlum olduğu kimi, Şərqdən Avropaya gedən ticarət
yolu Osmanlı dövlətinin ərazisindən keçirdi. Ona görə də o, Avropa—Asiya ipək
ticarəti yolunu cənuba — İran körfəzi limanlarına doğru yönəltmək istəyirdi.
Hərbi əməliyyatlar davam edirdi. 1605-ci ildə Sufiyanda baş verən həlledici döyüşdə
Səfəvilər qalib gəldi. Bu döyüş müharibənin sonrakı gedişinə təsir göstərdi. 1605—
1607-ci illərdə Qarabağ, Gəncə, Şirvan azad edildi. Beləliklə, bütün Azərbaycan
torpaqları osmanlılardan geri alındı.
Cəlalilər hərəkatı. Cəlalilər hərəkatının adı üsyanın ilk başçısı Şeyx Cəlalın adı ilə
bağlı idi. Üsyan hələ XVI əsrin əvvəllərində Osmanlı dövlətinə qarşı o zaman
Azərbaycan ərazisi olan


 
Azərbaycan Səfəvi dövləti şah I Abbas və varislərinin dövründə
«Koroğlu» dastanında
Azərbaycanla bağlı hansı
hadisələr təsvir
olunmuşdur?
Şərqi Anadoluda başlamışdı. XVI əsrin 90-cı illərində yenidən güclənən Cəlalilər
hərəkatı XVII əsrin əvvəllərində Azərbaycanın başqa ərazilərinə də yayıldı.
Osmanlılar tərəfindən tutulmuş torpaqlarda Osmanlı ağalığına qarşı Cəlalilər
hərəkatı adı ilə çıxışlar baş verdi. Osmanlılara qarşı müharibədə şah I Abbas Cəlali
dəstələrindən istifadə etmək qərarına gəldi. Cəlalilərin üsyançı dəstələrindən birinə
öz igidliyi ilə məşhur olan xalq qəhrəmanı Koroğlu başçılıq edirdi. Lakin Cəlali
dəstələri arasında yaranmış fikir




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə