Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə41/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Sizcə, nə üçün Rusiya
Osmanlı ilə müharibəni
Qafqaz cəbhəsində
aparmaq istəmirdi?
Mülahizələrinizi bildirin.
qalib gəldilər. Bu qələbədən sonra Rusiya Qacarlara qarşı yeni hərbi əməliyyatlara
başladı.
Naxçıvanı ələ keçirən ruslar İrəvanı mühasirəyə aldı. Uzunsürən mühasirə və rus
qoşunlarının həmlələri uğursuzluqla nəticələndi. Geri çəkilən rus qoşunları
Naxçıvanı da tərk etdilər. Abbas Mirzənin qoşunları rusları təqib etdi. 1809-cu ildə
Qarababa kəndi yaxınlığında baş vermiş döyüşdə rus qoşunları ağır məğlubiyyətə
uğradı. Bu məğlubiyyət rus qoşunlarının baş komandanının istefasına səbəb oldu.
Qafqaz ordusuna yeni baş komandan A.P.Tormasov təyin olundu.
Sual və tapşırıqlar
1. Şamaxı xanı Mustafa xanın imzaladığı müqavilənin şərtlərini araşdırıb sxem
qurun.
2. Bakı xanına göndərilən müqavilə layihəsi Rusiyanın irticaçı mövqeyini açırdımı?
Əsaslandırın.
3. Azərbaycan xanlıqlarının işğalına aid təqdimat hazırlayın.
4. Rusiyanın həm Qacarlar, həm də Osmanlı dövləti ilə müharibədə uğur qazanması
nə ilə bağlı idi? İzah edin.
5. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


26. GÜLÜSTAN MÜQAVİLƏSİ
Bəs bu müqavilə hansı şəraitdə bağlandı?
Şərtlər nədən ibarət oldu?
Aleksandr Tormasov
Rusiyanın Qacarlarla
danışıqlara can
atmasının səbəbləri nə
idi?
Qacarların geri çəkilməsi. Cənubi Qafqazda vəziyyət daha da mürəkkəbləşdi.
Osmanlılar və Qacarlar hərbi müdaxiləyə hazırlaşır, İmeretiya və Abxaziyada üsyan
əhvali-ruhiyyəsi güclənirdi. Qacarlar İngiltərənin təhriki ilə Qarabağı ələ keçirmək
istəyirdi. Şah öz qüvvələrini Osmanlı dövləti ilə birləşdirib hərbi əməliyyatları
genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. O, Azərbaycan hakimlərinə,
əhaliyə məktublar göndərərək, onları Rusiyaya qarşı çıxış etməyə çağırdı.
İrandakı ingilis səfiri Rusiya ilə Qacarlar arasında sülh müqaviləsinin bağlanmasına
hər vasitə ilə mane olurdu. O, şahı inandırırdı ki, Qacarların qarşısında qoyulan
şərtlər çar sarayı tərəfindən deyil, baş komandan Aleksandr Tormasov tərəfindən
irəli sürülür. Eyni zamanda İngiltərə Qacarların qoşunlarını silahla təchiz edirdi.
Gülüstan müqaviləsi Azərbaycan tarixində ən ədalətsiz və zorakı müqavilələrdən
biridir. Çünki bu müqaviləyə əsasən Azərbaycan torpaqları iki işğalçı dövlət
arasında bölüşdürüldü.


 
Şimali Azərbaycan xanlıqları XIX əsrin əvvəllərində
1810-cu ildə Qacarların qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəliləyib
Qarğabazarı adlı yerdə və Mehridə möhkəmləndilər. Süngü* döyüşündə Qacarların
dəstəsi məğlub edildi və Qarabağdan çəkilməyə məcbur oldu.
Həmin ildə Qacarlarla Osmanlı dövləti arasında Rusiya əleyhinə hərbi ittifaq
bağlandı. Lakin müttəfiqlər bir-birinə fəal yardım göstərmədilər. Abbas Mirzə barışıq
haqqında danışıqlara yenidən başlamaq qərarına gəldi.
Rusiya da Qacarlarla sülh bağlanılmasında maraqlı idi, çünki Fransa ilə münasibətlər
kəskinləşirdi. Lakin danışıqlar uzandı.
* Süngü — tüfəng lüləsinin başına taxılan kəsici silah


«Məni öz dostlarımdan xilas
edin!» İngiltərənin «The Times»
qəzetində verilmiş karikatura
Rus qoşunu, eyni zamanda Osmanlı dövlətinə qarşı müharibədə bir sıra qələbələr
qazandı. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Osmanlı dövləti arasında sülh
müqaviləsi bağlandı. Bu müqaviləyə görə osmanlılar Cənubi Qafqazın böyük bir
hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi.
Rusiyanın Lənkəran (Talış) xanlığını işğal etməsi. 1812-ci ilin əvvəllərində Abbas
Mirzənin ordusu Qarabağda, Sultanbud yaxınlığında rus qoşununu məğlubiyyətə
uğratdı. Bu qələbə qacar əsgərlərinin döyüş ruhunu yüksəltdi.
Ruslar həm qurudan, həm də dənizdən hərbi qüvvələr göndərdilər. Abbas Mirzənin
komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında Araz sahilində cəmləşdi.
O, rus dəstələrinə
 
Lənkəran qalasının alınması. Rəssam Frans Rubo


 
Sultanbud yaxınlığında döyüş
Sadıq xanın
qəhrəmancasına
mübarizəsi sizə hansı
qəhrəmanları xatırlatdı?
zərbə endirərək Qarabağa və Gəncəyə, daha sonra isə Gürcüstana irəliləmək
niyyətində idi. Lakin rus qoşunlarının arxadan zərbə endirməsi onun planlarını
pozdu.
Ruslar dekabr ayında Araz çayını keçib Muğan istiqamətində irəlilədilər. Dekabrın
21-də Lənkəran xanlığı ərazisinə daxil olan rus qoşunları müqavimətə rast gəldilər.
Lənkəran qalası mühasirəyə alındı. Sadıq xanın başçılığı ilə qəhrəmancasına
müqavimətə baxmayaraq, Lənkəran xanlığı işğal edildi.
Nikolay Rtişşev
Gülüstan müqaviləsinin bağlanması. Aslandüz və Lənkəran qələbələri
müharibənin taleyini həll etdi. İrandakı ingilis səfiri ser Qor Ousli Rusiya və Qacarlar


arasındakı müharibənin dayandırılmasının zəruri olması haqqında Londondan
göstəriş aldı.
1813-cü ilin əvvəllərində Rusiyanın Qafqazda hərbi və mülki işlər üzrə canişini
Nikolay Rtişşev sülh haqqında danışıqlara hazır olduğunu bildirdi. Qacar şahı ilə ya-


Gülüstan kəndi harada
yerləşirdi? Həmin yerin
bugünkü vəziyyəti
haqqında nə demək
olar?
Gülüstan müqaviləsinin
ədalətsiz olduğunu
əsaslandırın.
zışma başlandı. Rtişşev qeyd edirdi ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində
saxlamaq şərti ilə sülh bağlamağa hazırdır, bu isə Qacarlar dövlətini razı salmırdı.
Danışıqlar nəticəsində Qarabağda, Gülüstan kəndində 1813-cü il oktyabrın 12-də
sülh müqaviləsi imzalandı. Gülüstan müqaviləsinə görə Qacarlar Gəncə, Qarabağ,
Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan
və Dağıstanın Rusiya tərəfindən işğalını tanıdı. İrəvan və Naxçıvan xanlıqları
Qacarların hakimiyyəti altında qaldı.
Qacarlar Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu
tanıdı. Qacarlar dövlətinin ərazilərində isə rus tacirləri daxili gömrük rüsumlarını
ödəməkdən azad olunurdu.
Gülüstan müqaviləsi Şimali Azərbaycan (Naxçıvan və İrəvan istisna olmaqla) və
bütün Cənubi Qafqazın çar Rusiyası tərəfindən
 
Gülüstan müqaviləsinin imzalanması


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə