Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə43/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Bu gün Rusiya ilə
Azərbaycan Respublikası
arasında əlaqələr necə
inkişaf edir?
xanlıqları xəzinəyə minlərlə pud* taxıl vermişdi.
Rusiyanın Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasət müstəmləkə
xarakteri daşıyırdı. Müstəmləkəçi Rusiya Azərbaycana ucuz xammal və bahalı satış
bazarı kimi baxırdı. Təbii sərvətlər xammal şəklində Rusiyanın fabriklərinə daşınır,
hazır məhsullar isə satış üçün buraya gətirilirdi.
Əslində, Rusiyanın Şimali Azərbaycanda iqtisadiyyatı canlandırmaq üçün xüsusi
planları vardı. Lakin Qacarlarla siyasi münasibətlər sabit olmadığından Rusiya böyük
iqtisadi layihələr tətbiq etmirdi.
Sual və tapşırıqlar
1. Formal idarəçiliyi saxlanmış xanlıqların ləğv edilməsi prosesini izah edin.
2. Azərbaycanın hakim dairələrinin hüquqları necə məhdudlaşdırılırdı? Təhlil edin.
3. Müstəmləkəçi iqtisadi siyasətin mahiyyətini müzakirə edin.
4. Çar Rusiyasının Şimali Azərbaycanda böyük iqtisadi layihələr həyata keçirməsinin
səbəblərini izah edin.
5. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.
* 1 pud — çəki vahidi, təqribən 16,4 kq-dır


28. RUS ORDUSU TƏBRİZƏ DAXİL OLUR
Azərbaycan torpaqlarının bölüşdürülməsi necə davam etdi?
Nəyə görə Gülüstan
müqaviləsi İranı qane
etmirdi?
Abbas Mirzənin ordunu yenidən qurması. Qacarların Şimali Azərbaycanı ələ
keçirmək planları İngiltərənin Cənubi Qafqazdakı məqsədlərinə tam uyğun gəlirdi.
Buna görə ingilis diplomatiyası hər vasitə ilə Qacarları Rusiya ilə yeni müharibəyə
təhrik edirdi. Bu məqsədlə Tehrana yeni səfir göndərildi. O, şahı inandırmağa
çalışırdı ki, Qacarlar Cənubi Qafqazı ələ keçirə bilər, ancaq bunun üçün güclü ordu
yaratmaq lazımdır. İngiltərə Qacarlara hər il maliyyə yardımı göstərmək, ordu və
hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. İngiltərə
Qacarlara söz verdi ki, Qacarlar dövlətinin Gülüstan müqaviləsi ilə
müəyyənləşdirilmiş sərhədlərinə yenidən baxılmasına nail olacaqdır. İngiltərə
Qacarlara yeni təlimatçı zabitlər, 
silah-sursat, Təbrizdə fəaliyyət göstərən silah zavodu üçün avadanlıq göndərməyə
başladı.
Cənubi Azərbaycanın hakimi Abbas Mirzə ingilislərin köməyi ilə öz ordusunu
yenidən qururdu.
Qacarlar dövləti İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə
hazırlamaqla yanaşı, Gülüstan müqaviləsinə yenidən baxmaq, Cənubi Qafqazın,
əsasən, Şimali Azərbaycan
1804—1813-cü illərdə Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən
işğalı ingilis müstəmləkəçilərini çox narahat etdi. Gülüstan müqaviləsini özü
üçün rüsvayçılıq hesab edən Qacarlar dövləti də Rusiyanın Cənubi Qafqazı zəbt
etməsi ilə barışmaq istəmirdi. Buna görə də İngiltərə və Qacarlar dövləti 1814-cü
ildə Rusiyaya qarşı müqavilə bağladılar.


 
Qacar ordusunun hərbi paradı. 1816-cı il
Sizcə, İngiltərə təhrik
etməsə, Qacarlar
yenidən Rusiya ilə
müharibəyə
hazırlaşardımı?
ərazisinin, heç olmazsa, bir hissəsinin qaytarılmasına nail olmaq üçün Rusiyadan
müəyyən güzəştlər almağa imkan axtarırdı. İngiltərə və Qacarlar dövləti ilə
münasibətləri kəskinləşdirmək istəməyən çar hökuməti sərhədlərin
müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı.
A.P.Yermolovun Qacarlar sarayına səfəri. 1817-ci ildə Rusiya A.P.Yermolovun
başçılığı ilə Qacarlar sarayına nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə
Rusiya ilə Qacarlar dövləti arasında möhkəm dostluq və tərəfdaşlıq əlaqələri üçün
əsas ola biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi.
A.P.Yermolov Qacarlar sarayında soyuq qarşılandı. Şahzadə Abbas Mirzə rus
nümayəndəliyini qorxutmaq məqsədilə Təbrizə, onların qarşısına on minlərlə
əsgərdən ibarət hərbi birləşmə göndərdi. Yermolovun keçdiyi bütün yol boyu onu
ingilis zabitləri müşayiət edirdi. Tərəflərin görüşündə ingilis səfiri də iştirak edirdi.
Elə ilk danışıqlarda şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyanın işğal
etdiyi torpaqların qaytarılmasını tələb etdi. Qacarların müharibəyə hazırlaşdığına
əmin olan general Yermolov İranı tərk etdi.


Qacar döyüşçüsü
Abbas Mirzənin Şimali Azərbaycanla bağlı hərbi əməliyyat planları. XIX əsrin
20-ci illərində ingilislər şaha pulla, silahla və sursatla göstərdikləri yardımı daha da
gücləndirirdilər. İngilis zabitləri sərhəd qalalarını möhkəmləndirirdilər. Tehranda və
Təbrizdə metaltökmə zavodlarının əsası qoyulmuş, Təbrizdə barıt istehsalı nizama
salınmışdı.
Qacarlar dövləti gələcək müharibədə Osmanlı dövlətindən kömək almağa səy
göstərirdi. 1823-cü ildə onlar arasında müqavilə bağlandı. İngilislərin köməyi ilə
Cənubi Qafqazda kəşfiyyat işləri təşkil edildi. Bunda məqsəd müharibənin
başlanması ilə yerlərdə Qacarların tərəfdarlarını gücləndirmək, yerli əhalini Rusiyaya
qarşı üsyana qaldırmaq idi.
Rusiya hökuməti müharibəyə girməkdən çəkinməyə çalışırdı. 1826-cı ildə Rusiya
nümayəndə heyəti Qacarlar sarayına gəldi. Rusiya Qarabağın və Lənkəran xanlığının
bir hissəsini güzəşt etməyə hazır idi. Rusiyanın Qacarlarla hərbi toqquşmaya
girməmək üçün göstərdiyi bu cəhd uğursuz oldu.
Rusiya və Qacarlar dövləti arasında ikinci müharibənin başlanması. 1826-cı
ildə Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana daxil oldu. Abbas Mirzənin
planı qəflətən Qarabağa daxil olub, Şuşanı ələ keçirmək, sonra isə Gəncəni tutub
Tiflisə hücum etmək idi.
Ordunun bir hissəsi Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr Şuşa üzərinə
yeridildi. Qacar ordusu ilə birgə gəncəli Cavad xanın oğlu Uğurlu xan, bakılı
Hüseynqulu xan, şirvanlı Mustafa xan və başqaları da gəlirdilər. Əhali öz keçmiş
xanlarına kömək məqsədilə Rusiya əleyhinə üsyanlar qaldırdı. Belə bir üsyan


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə