Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə5/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Koroğlu
ayrılığı nəticəsində onlar Səfəvi dövlətinin hüdudlarını tərk edib Anadoluya
qayıtdılar. Bir hissəsi isə şah I Abbasın xüsusi dəstəsində xidməti davam etdirdi.
İkinci İstanbul və Mərənd müqavilələri. 1612-ci ildə Osmanlı və Səfəvi dövlətləri
arasında bağlanan İstanbul müqaviləsinə əsasən Amasya sülhünün şərtləri bərpa
olundu. Osmanlı dövləti Azərbaycanın, Şərqi Gürcüstanın Səfəvi dövlətinə məxsus
olmasını rəsmən tanıdı. Lakin bu sülh uzun çəkmədi.
Osmanlı sultanı Səfəvilərə qarşı yenidən müharibəyə başlamaq qərarına gəldi. 1616-
cı ildə Sultan I Əhmədin əmri ilə Osmanlı ordusu Təbriz istiqamətində yürüşə
başladı. Lakin güclü müqavimət, qışın sərt keçməsi, xəstəlik və ərzaq qıtlığı
osmanlıların irəliləməsinə mane oldu. 1618-ci ildə Sərab vilayətində Sınıq körpü adlı
yerdə Səfəvilərlə osmanlılar arasında həlledici döyüş baş verdi. Osmanlı ordusu və
onun müttəfiqi Krım xanının qoşunu ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyətdən
sonra Osmanlı dövləti Səfəvilərlə Mərənd sülh müqaviləsini imzalamalı oldu. Bu
müqavilə ilə də Amasya sülhünün şərtləri təsdiq edildi.
XVII əsrin 20-ci illərində Osmanlı imperatorluğunda baş verən daxili çəkişmələr
imperiyanı siyasi və iqtisadi böhran qarşısında qoydu. Bu vəziyyətdən istifadə edən
şah I Abbas Bağdad, Mosul, Kərbəla, Nəcəf şəhərlərini geri qaytardı.
Hörmüzün azad edilməsi. Məlum olduğu kimi, hələ XVI əsrin əvvəllərində
Səfəvilərin Osmanlı dövləti ilə müharibə aparmasından istifadə edən Portuqaliya
İran körfəzinin başlıca


XVIII əsrin 20-ci illərində şah
I Abbas nə üçün hərbi
əməliyyatlara başladı? Bu
addım hansı Osmanlı
sultanının fəaliyyəti ilə
oxşardır?
limanı olan Hörmüzü işğal etmişdi. Öz qarşısına Səfəvi dövlətinin ərazi bütövlüyünü
bərpa etmək məqsədi qoyan şah I Abbas Hörmüzü azad etmək üçün hərbi-
diplomatik tədbirlər gördü. Bunun üçün İngiltərə və Portuqaliya arasında siyasi-
iqtisadi rəqabətdən istifadə etdi. 1621-ci ildə Səfəvi dövləti ilə İngiltərə arasında
«əbədi dostluq» haqqında müqavilə bağlandı. Səfəvi qoşunu ingilis hərbi
donanmasının köməyi ilə 1622-ci ildə Hörmüzü azad etdi.
Qəsri-Şirin müqaviləsi. 1629-cu ildə Səfəvi taxtına şah I Abbasın nəvəsi I Səfi keçdi.
Elə həmin il Osmanlı ordusu Səfəvi torpaqlarına hücum etdi. Osmanlı sultanı IV
Murad Səfəvilərə qarşı hücum əməliyyatlarına başlayaraq İrəvanı tutdu. Hücumu
davam etdirən Osmanlı ordusu 1635-ci ildə Təbrizi ələ keçirdi. Güclü müqavimət,
aclıq, xəstəlik və qışın yaxınlaşması osmanlıları yenidən Azərbaycanı tərk etməyə
məcbur etdi. 1637—1638-ci illərdə Bağdad uğrunda gərgin döyüşlər nəticəsində
osmanlılar onu tuta bildilər.
I Səfinin şah elan edilməsi


1639-cu ildə Səfəvi və Osmanlı dövlətləri Qəsri-Şirində sülh müqaviləsi imzaladılar.
Müqavilənin şərtlərinə görə Ərəb İraqı Osmanlı dövlətinə, Zəncir qalasından şərqdə
olan ərazilər Səfəvilərə verildi. Səfəvilər Van, Qars qalalarına və Axalsıxa hücum
etməyəcəklərinə təminat verdilər. Bununla da XVII əsrdə Səfəvi—Osmanlı
müharibəsi başa çatdı. Yüz ildən artıq davam edən dağıdıcı müharibə (1514—1639-
cu illər) hər iki türk-müsəlman dövlətinin zəifləməsinə səbəb oldu. Müharibənin
«qalibi» isə hər iki dövləti zəiflətmək istəyən Avropa diplomatiyası oldu. Bununla da
Avropa dövlətlərinin Şərqdə müstəmləkəçi siyasətlərinin həyata keçirilməsinə şərait
yarandı.
Sual və tapşırıqlar
1. Səfəvi—Osmanlı müharibəsinin üçüncü mərhələsi hansı illəri əhatə etmişdir?
2. 1603-cü ildə hansı həlledici döyüş baş verdi?
3. «Böyük sürgün» siyasətinin hərbi və iqtisadi məqsədləri nə idi?
4. 1612-ci il İstanbul müqaviləsinin şərtlərini şərh edin.
5. Səfəvi—Osmanlı müharibələri zamanı imzalanmış müqavilələri dəftərinizə
çəkdiyiniz cədvəldə göstərin.
Müqavilənin adı
Tarixi
Şərtləri
 
 
 
6. Avropada 1453-cü ildə, Azərbaycan tarixində 1639-cu ildə baş vermiş hadisələrin
oxşar nəticələrini göstərin.
7. Cəlalilər hərəkatına aid təqdimat hazırlayın.
8. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


4. XVI ƏSRİN İKİNCİ YARISI - XVII ƏSRDƏ 
AZƏRBAYCANDA İCTİMAİ HƏYAT
Bu dövrdə Azərbaycanda hansı mülkiyyət formaları və sosial təbəqələr var idi?
İnzibati idarə sistemi necə idi?
Evliya Çələbi
Kənd təsərrüfatı. XVI əsrin ikinci yarısı — XVII əsrdə Azərbaycanda əhalinin əsas
məşğulliyyəti əkinçilik və maldarlıq idi. Taxıl bitkiləri Azərbaycanın, demək olar ki,
bütün bölgələrində becərilirdi. Azərbaycana gələn xarici tacir və səyyahlar öz
yazılarında burada taxılın bolluğundan bəhs edirdilər. Ənənəvi məşğuliyyət sahələri
sayılan bağçılıq və bostançılıq da yüksək səviyyədə inkişaf etmişdi. Səyyahlar burada
yetişdirilən meyvələrin öz dadına və keyfiyyətinə görə dünyanın başqa bölgələrində
becərilən
Səfəvi-Osmanlı müharibələrinin törətdiyi dağıntı və məhrumiyyətlərə
baxmayaraq, ölkədə həyat davam edirdi. Kənd təsərrüfatı müharibələr
arasındakı fasilələr zamanı canlanır, insanların rifah halı qismən düzəlirdi.
Dövrün çətinlikləri sənətkarlığın, ticarətin inkişafına mənfi təsir göstərsə də,
inkişafın qarşısını ala bilməmişdi. Şəhərlər böyüyür, əhali artır, ictimai həyat
dəyişirdi.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə