Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə6/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45


1
Azərbaycan xalçaları: 1) XVI əsr; 2) XVII əsr
meyvələrdən daha üstün olduğunu qeyd edirlər. XVII əsrin ortalarında Osmanlı
dövlətinin diplomatik elçiliyinin üzvü olan Evliya Çələbi Şirvanda çəltik, pambıq,
üzüm və bir çox meyvə yetişdirildiyi haqqında məlumat verir.
Səfəvilər paytaxtı
Təbrizdən Qəzvinə nə
üçün köçürtmüş-
dülər?
Şəhərlər. 1565-ci ildə şah I Təhmasib hər vilayətdən alınan tamğa vergisinin ləğv
olunması haqqında fərman verdi. Bu fərman Səfəvi dövlətində sənətkarlıq və
ticarətin inkişafına müsbət təsir göstərdi.
Azərbaycan şəhərlərinin inkişafı bir sıra iqtisadi və siyasi amillərlə bağlı olmuşdur.
Sənətkarlığın inkişafı, şəhərlərin daxili və xarici ticarət yolları üzərində yerləşməsi
əsas iqtisadi amillər idi. Lakin Səfəvi—Osmanlı müharibələri, feodal ara
müharibələri kimi siyasi amillər şəhərlərin tənəzzülünə səbəb olurdu. Azərbaycanın
ən böyük və mühüm şəhəri sayılan Təbriz Səfəvi dövlətinin təsərrüfat həyatında
misilsiz rol oynayırdı. Təbriz sənətkarlarının hazırladıqları müxtəlif məhsullar hər
yerdə şöhrət qazanmışdı. 1539-cu ildə şah I Təhmasibin əmri ilə Təbrizin ən mahir
xalça ustaları tərəfindən toxunan Şeyx Səfi xalçası indi də dünya xalçaçılıq sənətinin
şah əsəri hesab olunur.


 
Bakı XVII əsrin birinci yarısında
1555-ci ildə paytaxtın Qəzvinə köçürülməsi Təbrizin siyasi əhəmiyyətinə və iqtisadi
inkişafına mənfi təsir göstərdi.
Şirvan bəylərbəyiliyinin mərkəzi olan Şamaxı mühüm daxili və xarici ticarət
mərkəzlərindən biri olaraq qalırdı.
Şirvanın Səfəvilərə birləşdirilməsindən sonra Bakı Xəzər dənizində bu dövlətin əsas
limanına çevrildi. Bakı ətrafında yerləşən 500-ə qədər quyudan neft çıxarılır, bu neft
dəniz və karvan yolu ilə bir sıra ölkələrə göndərilirdi.
Ərdəbil Səfəvi dövlətinin müqəddəs şəhərlərindən biri sayılırdı.
İdarəçilikdə irsilik
prinsipi ölkənin siyasi-
iqtisadi inkişafına necə
təsir göstərə bilərdi?
İspaniyaya gedən və bu ölkədə qalaraq orada yaşayan Səfəvi diplomatı Oruc bəy
Bayat Qarabağ bəylərbəyiliyinin mərkəzi olan Gəncə şəhəri haqqında məlumat
verərək burada 50 min ailənin yaşadığını göstərirdi.
Bu dövrdə İrəvan, Naxçıvan, Dərbənd, Şəki və Gəncə də Azərbaycanın mühüm
sənətkarlıq, ticarət və mədəniyyət mərkəzləri idi.


İnzibati idarəetmə. XVII əsrin ikinci yarısında Azərbaycan ərazisi inzibati cəhətdən
Şirvan, Qarabağ, Təbriz, Çuxursəd bəylərbəyiliklərinə bölünürdü. Bəylərbəyilik öz
gəliri hesabına qoşun saxlayır, əhalidən vergi toplayırdı. Məhkəmə orqanları şəriət
qaydaları əsasında fəaliyyət göstərirdi. Bəylərbəyilikdə vəzir maliyyə işlərini yerinə
yetirirdi. Səfəvi dövlətində idarəçilikdə irsilik prinsipi həyata keçirilirdi.
Torpaq mülkiyyəti formaları. XVII əsrdə Azərbaycanda torpaq mülkiyyəti
formalarında ciddi dəyişiklik olmamışdı:
XVII əsrin ikinci yarısında divan və xalisə torpaqları aparıcı mülkiyyət forması olaraq
qalırdı. Divan (dövlət) toraqlarından əldə olunmuş gəlirlər dövlət xərclərinin
ödənilməsinə sərf edilirdi.
Sosial təbəqələr. Bu dövrdə hakim təbəqəni təşkil edən feodallar 3 qrupa
bölünürdü. Əsasən, Azərbaycan qızılbaş tayfalarının başçılarından ibarət olan hərbi
əyanlar birinci qrupu təşkil edirdilər. Onlar hələ də Səfəvi dövlətinin idarə
sistemində və sosial quruluşunda mühüm mövqeyə malik idilər. İkinci qrup ali şiə
ruhaniləri idi. Onlara sədr başçılıq edirdi. O, şahdan sonra ikinci şəxs sayılırdı.
Mərkəzi və yerli idarə sistemlərində işləyən məmurlar isə mülki əyanlara aid idilər.
Mülki əyanlara vəzir başçılıq edirdi.


XVII əsrdə Azərbaycan cəmiyyətində əsas istehsalçı qrup olan kəndlilər də müxtəlif
təbəqələrə bölünürdülər:
Azərbaycanda vergi verən bütün kənd əhalisi ümumi adla — rəiyyət adlanırdı.
Malcəhət adlanan məhsul və ya torpaq vergisinin 1/10 hissəsi torpağın sahibinə,
1/5 hissəsi isə dövlətə çatırdı. Bəhrə sudan istifadəyə görə alınan vergi idi. Bu iki
vergi əsas vergilər sayılırdı. Müsəlman olmayan əhali cizyə adlı vergi ödəməli idi.
Kəndlilərin dövlət və feodal üçün pulsuz məcburi işləməsi biyar adlanırdı.
Ölkənin iqtisadi həyatında sənətkarlar və tacirlər mühüm rol oynayırdı.
Sual və tapşırıqlar
1. Səfəvi dövlətində tamğa kimlərdən alınırdı?
2. Azərbaycan bu dövrdə hansı Avropa ölkələri ilə ticarət əlaqələri yaratmışdı?
3. Azərbaycan şəhərləri arasında Təbrizin fərqli mövqeyə malik olması nə ilə
əlaqədar idi?
4. XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində Azərbaycanda vergiləri əks etdirən
sxem-cədvəl tərtib edin.
5. Təbriz şəhəri və onun tarixi ilə bağlı hekayə qurun.


5. AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ
Avropa tacirləri Azərbaycana nə üçün gəlirdilər?
XVII əsrin sonunda Azərbaycanda iqtisadi tənəzzülün səbəbləri nə idi?
Şərqə gedən yollar Azərbaycandan keçir. XVI əsrdə ingilis tacirləri Ərəşi Cənubi
Qafqazın ən böyük ipəkçilik mərkəzi kimi təsvir edirlər. Venesiya səyyahı Minadoi
Ərəşdə «Mah- mudabad» adlı ağ ipək istehsal olunduğu haqqında məlumat verirdi.
Antoni Cenkinson
XVI əsrin ikinci — XVII əsrin birinci yarısında beynəlxalq ipək ticarət yolu Culfadan
keçirdi. Culfa tacirləri xam ipəyi Azərbaycandan Avropanın Amsterdam, Marsel,
Venesiya kimi şəhərlərinə, Türkiyə, Suriya və Hindistana aparıb satırdılar. Bu dövrdə
Ordubad, Naxçıvan, Əylis Azərbaycanın xarici dövlətlərlə apardığı ticarət
əlaqələrində vacib rol oynayaraq, mühüm ticarət və sənətkarlıq mərkəzlərinə
çevrilmişdi.
Azərbaycanda ticarət dövriyyəsi və sənətkarlıq məhsullarının istehsalında Təbriz
xüsusilə fərqlənirdi. Asiyada ən
Böyük coğrafi kəşflərdən sonra Avropa ölkələrində xüsusi canlanma müşahidə
olunurdu. Şərq ölkələrinə maraq artmışdı. Şərqin zəngin sərvətlərini Avropaya
daşımaq üçün iri ticarət şirkətləri yaranıb sürətlə genişlənirdi. Londonda
təşkil olunmuş ticarət kompaniyaları artıq Şərq ölkələrinə öz
nümayəndələrini göndərirdilər. Ost-Hind kompaniyası ilə yanaşı, Moskva
şirkətinin tacirləri Azərbaycana da tez-tez gəlirdilər.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə