Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə7/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   45

Qarabağda karvansaranın
qalıqları
böyük bazar olan Qeysəriyyə burada yerləşirdi. Naxçıvan, Ərdəbil, Ordubad, Bakı
daxili ticarətdə əsas rol oynayırdı. Azərbaycanda əmtəə-pul münasibətləri zəif olan
yerlərdə həftədə bir dəfə açılan bazar — həftə - bazarlar olurdu. Azərbaycanda xarici
ticarətin mərkəzi karvansaralar hesab olunurdu. Azərbaycan tacirləri Avropa
ölkələri, Hindistan və Çinlə geniş ticarət əlaqələri yaratmışdılar.
XVI əsrin ortalarında İngiltərənin Moskva ticarət şirkətinin nümayəndələri Xəzər
dənizi vasitəsilə Cənubi Qafqaza, İrana və Hindistana gedən yolları öyrənmək üçün
Rusiya hökumətindən icazə alaraq Azərbaycana səfərlər edirdilər.
Moskva şirkətinin taciri və kəşfiyyatçısı Antoni Cenkinson Səfəvi dövlətinə
göndərilərək Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclı ilə görüşdü. Cenkinson
Şirvan bəylərbəyindən maneəsiz və gömrüksüz ticarət etmək haqqında imtiyaz
fərmanı aldı. Lakin ingilis tacirlərinin Azərbaycan bazarında möhkəmlənmək cəhdi
baş tutmadı. Çünki XVII əsrdə apardığı


Abbası. XVII əsrdə pul vahidi işğalçı müharibələr nəticəsində Volqa çayı sahillərini və
Xəzər dənizi hövzəsini istila etmiş Rusiya dövləti buna heç cür razı ola bilməzdi. Eyni
zamanda rus tacirləri özləri Avropa — Şərq ticarətində vasitəçiliyə can atırdılar. Elə
bu səbəbdən rus tacirlərini müdafiə edən çar hökuməti ingilislərin Volqa—Xəzər
yolundan istifadəsinə son qoyaraq onların ticarət imtiyazlarını ləğv etdi. Bu -


nunla da Şərq ölkələri ilə ticarət inhisarı* bütünlüklə rus tacirlərinin əlinə keçdi.
XVII əsrin ikinci yarısından başlayaraq Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri
güclənməyə başladı. Rusiyadan Azərbaycana xəz-dəri, mis, qalay, kağız və
sənətkarlıq məhsulları gətirilirdi. Azərbaycandan isə Rusiyaya ipək parçalar, yun və
ipək xalçalar aparılırdı. Ruslar Azərbaycana əlverişli satış bazarı kimi baxır, Şirvana
xüsusi əhəmiyyət verirdilər.
Şah Süleymanın verdiyi
fərman xarici ticarətin
inkişafına necə təsir
göstərə bilərdi?
1667-ci ildə Rusiya və Səfəvilər arasında bağlanmış müqaviləyə əsasən rus tacirləri
Səfəvilərin bütün hakimiyyəti dövründə gömrüksüz ticarət hüququ, karvansara və
bazarlarda imtiyazlar əldə etdilər. Bununla da Rusiya Azərbaycan ipəyini Xəzər—
Volqa yolu ilə Qərbi Avropaya daşımaq hüququnu inhisara aldı. Şah
* İnhisar — hər hansı bir sahədə müstəsna üstünlük vəziyyəti
 
Şah Süleyman elçiləri qəbul edir


Süleymanın (1667—1694) fərmanında da rus tacirlərinə xüsusi ehtiram göstərmək
tapşırılmışdı.
Lakin ticarət karvanları yollarda tez-tez rus kazaklarının hücumuna məruz qalırdı.
1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş
qarətçi yürüşlər zamanı kazaklar Dərbənddə sahilə çıxdılar. Onlar Azərbaycanın
Xəzərsahili yaşayış məntəqələrini qarət etdilər. Volqa—Xəzər su hövzəsində ticarətin
inkişafında maraqlı olan Rusiya hökuməti də kazakların talançı yürüşlərinin qarşısını
aldı.
Həmin dövrdə Azərbaycanla Hindistan arasında geniş ticarət əlaqələri davam edirdi.
Hindlilərin Azərbaycanda ticarət məskənləri var idi. Azərbaycandan Hindistana çoxlu
xam ipək, ipək parça, qara və ağ neft, zəfəran aparırdılar. Hindistandan isə
Azərbaycana müxtəlif cür ədviyyat məhsulları gətirilirdi.
İqtisadi tənəzzül. XVII əsrin sonunda Azərbaycan iqtisadiyyatının bütün sahələri
dərin tənəzzül keçirirdi. Bu tənəzzülün bir sıra daxili və xarici səbəbləri var idi. Daxili
səbəblərə aşağıdakılar aid idi:
 
İçərişəhərdə hind tacirlərinə məxsus Мultan karvansarası


1. Əkin sahələrinin azalması və su təchizatının zəifləməsi. Buna səbəb isə
Azərbaycanın cənubunda yeraltı kanallar şəbəkəsi — kəhrizlərin dağılması idi.
2. Pul böhranının baş verməsi. Bu dövrdə Səfəvi dövləti ərazisinə metal qismən
xaricdən gətirilirdi. Qiymətli metalların azlığından dövriyyəyə qəlp pullar daxil
olurdu. Bu, nəticə etibarilə əmtəə mübadiləsinin pozulmasına, maliyyə sahəsində
hərc-mərcliyə gətirib çıxarırdı.
3. Şəhər iqtisadiyyatının tənəzzülü. Bunun səbəbi isə ticarət və sənətlə məşğul olan
əhalinin şəhərləri kütləvi surətdə tərk etməsi idi. Nəticədə öz gəlirlərinin azaldığını
görən dövlət və feodallar vergiləri 3 dəfə artırdılar.
4. Dövlət idarəçiliyindəki böhran. Bunun səbəbi isə dövlət aparatındakı vəzifəli
şəxslərin rüşvətxorluğu, fırıldaqçılığı idi.
Səfəvi dövlətinin tənəzzülünün xarici səbəbləri isə aşağıdakılar idi:
1. Avropadan Hindistana gedən dəniz yolunun kəşfi nəticəsində XVII əsrdən
etibarən Azərbaycandan keçən İpək yolu öz əhəmiyyətini itirirdi.
2. Avropada yüksək keyfiyyətli və ucuz başa gələn manufaktura məhsulları
istehsalının artması Azərbaycanın sənətkarlıq məhsullarına olan tələbatı getdikcə
azaldırdı.
Sual və tapşırıqlar
1. Nə üçün ruslar ingilislərin Azərbaycanda möhkəmlənməsini istəmirdilər?
2. Stepan Razinin qarətçi yürüşlərini hansı oxşar hadisə ilə müqayisə edə bilərsiniz?
3. Şah Süleymanın fərmanı hansı ölkənin tacirlərinə geniş imtiyazlar verirdi?
4. Mövzuda adıçəkilən Azərbaycan şəhərlərini xəritədə tapın.
5. «Səfəvi dövlətinin tənəzzülünün səbəbləri» cədvəlini tamamlayın.
Daxili səbəblər
Xarici səbəblər
 
 
6. Stepan Razinin Azərbaycana qarətçi yürüşləri barədə nə bilirsiniz?


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə