Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə8/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

6. XVII ƏSRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
XVII əsrdə ölkədə elm və mədəniyyət necə inkişaf edirdi?
Təhsil. Bu dövrdə elm və təhsil məscidlərin nəzdində olan məktəb və mədrəsələrdə
öyrədilirdi. Azyaşlı uşaqlar Quranı öyrənməklə məşğul olur, təhsilin davam
etdirilməsi isə maddi imkandan asılı olurdu. Orta təhsili davam etdirmək üçün
mədrəsə təhsili vacib idi. Mədrəsələrdə dini biliklərlə yanaşı, dünyəvi elmlər də
tədris olunurdu. Dövrün alimləri mədrəsələrdə mühazirələr söyləyir, elmin sirlərini
tələbələrə öyrətməyə çalışırdılar. Mədrəsə təhsilinə yiyələnən şagirdlərə
şəhadətnamə verilirdi. Kasıblarla varlıların təhsil müəssisələri, demək olar ki, ayrı
olurdu. Təhsil işi ilə axund, molla, yaxud onun köməkçisi xəlfə
Din xadimlərinin təhsildə əsas aparıcı qüvvəyə çevrilməsi o dövrün maarif və
mədəniyyəti haqqında hansı fikirləri söyləməyə əsas verir? Münasibət bildirin.
adlanan şəxs məşğul olurdu. Xəlfə mollaxanada nizam-intizamı qorumaq üçün
şagirdlər içərisindən seçilirdi. Xəlfələr yuxarı sinif şagirdlərindən təyin olunurdu.
Mədrəsələrdə dərs deyən müəllimlər arasında dövrün tanınmış alimləri də
olmuşdur. Bəzi müəllimlər o qədər şöhrət qazanmışdılar ki, onların yanına, hətta
uzaq yerlərdən tələbələr gəlirdilər. Bu dövrdə təhsil, əsasən, şəhər əhalisi içərisində
yayılırdı. Kənd əha-
Azərbaycan torpaqlarında gedən Səfəvi-Osmanlı müharibələri xalqın mədəni
həyatına ağır zərbələr vurmuşdu. Bir çox məşhur Azərbaycan alimi əsir
alınmış, İstanbula aparılmış, bəziləri isə Qəzvinə və İsfahana köçürülmüşdü.
Dövrün hərbi-siyasi gərginliyi elm və maarifin inkişafında ləngimələrə səbəb
olmuşdu.


Dövrün ziyalılarından
olan Mirzə Məhəmməd
Şirvani və Məhəmməd
Tahir Vahid haqqında
araşdırma apararaq
təqdimat hazırlayın.
lisinin çoxu savadsız idi. Kənd yerlərində, adətən, bir məktəb bir neçə kəndə xidmət
edirdi. Əhalinin sayından asılı olaraq hər bir kəndin bir və bir neçə mollası, yaxud
axundu olurdu.
Elm. Bu dövrdə dünyəvi elmlər də inkişaf edirdi. Astronomiya və riyaziyyata dair
əsərlər yazmış Mirzə Məhəmməd Şirvani XVII əsrin ikinci yarısında Azərbaycan
elminə bir sıra töhfələr vermişdir. Digər bir elm xadimi Yusif Qarabağinin əsərləri
dövr üçün mühüm bilik mənbəyi idi. Onun əsərlərində məntiq, hüquq və
astronomiyaya dair maraqlı məlumatlar vardır.
Şah II Abbasın baş tarixçisi təyin edilmiş və vəzir vəzifəsinə qədər yüksəlmiş
Məhəmməd Tahir Vahidin əsərləri dövrün ziyalıları tərəfindən yüksək
qiymətləndirilirdi. Onun «Tarixi-vahid» (Abbasnamə) əsəri bu gün də həmin dövrə
dair dəyərli mənbədir.
Xəttatlar tərəfindən üzü köçürülmüş
kitab
XVII əsrdə Azərbaycanda kitablar, adətən, xəttatlar tərəfindən üzü köçürülməklə
artırılırdı. Məhz buna görə də xəttatlara böyük ehtiyac vardı. Şah II Abbasın
dövründə kitabxanalara xüsusi qayğı göstərilirdi. Şah II Abbasın hakimiyyəti
dövründə kitab çapı üçün Avropadan mətbəə avadanlığı gətirilməsinə təşəbbüs
göstərilmişdir. Lakin kifayət qədər vəsait ayrılmaması, şah II Abbasın ölümü və şah
Süleymanın bu işə biganəliyi həmin təşəbbüsün baş tutmamasına səbəb oldu.


Məşhur alimlər sırasında Məhəmmədhüseyn Təbrizinin adını xüsusi qeyd etmək
lazımdır. Ölkə osmanlılar tərəfindən işğal olunandan sonra vətəni tərk edərək
Hindistana getmiş, orada məşhur «Bürhani-qate» lüğətini yazmışdı. Bu lüğət İranda,
Hindistanda və digər islam ölkələrində dəfələrlə çap olunmuşdur. Azərbaycan
filosofu Yusif Məhəmmədcan oğlu Qarabaği Mərkəzi Asiyaya köçmüş,
Səmərqənddə və Buxarada yaşamışdır. O, ərəb, fars dillərində fəlsəfə və hüquq
məsələlərinə həsr olunmuş bir sıra əsərlərin müəllifidir. Qarabağinin əsərlərindən
uzun müddət ərzində Mərkəzi Asiyanın mədrəsələrində tədris vəsaiti kimi istifadə
olunmuşdur.
«Koroğlu» dastanının
yaranması hansı tarixi
hadisə ilə bağlı idi?
Ədəbiyyat və xalq yaradıcılığı. Qəhrəmanlıq və məhəbbət dastanlarının tam
şəkildə təşəkkülü prosesi XVI əsrin sonu — XVII əsrin başlanğıcına təsadüf edir.
Həcm və əhəmiyyət baxımından «Koroğlu» dastanı xalq yaradıcılığının möhtəşəm
nümunəsidir.
XVII əsrdə «Şah İsmayıl», «Aşıq Qərib», «Abbas və Gülgəz», «Əsli və Kərəm»,
«Novruz» kimi məşhur dastanlar tam şəkildə formalaşdı. «Şah İsmayıl» dastanı
dostluğu və məhəbbəti tərənnüm edir. «Aşıq Qərib» dastanı da mühüm əsərlər
sırasındadır və onun bir çox (türkmən, türk və s.) variantları mövcuddur.
Saib Təbrizi
XVII əsr aşıq sənətinin yüksəliş dövrüdür. Xalq poeziyasının görkəmli nümayəndəsi
olan Qurbanidən sonra XVII əsrdə Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox
tanınırdılar. Onlar ifa etdikləri şeirləri özləri yazırdılar. «Abbas və Gülgəz» dastanı
Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdır. Bu aşığın məhəbbət
məzmunlu qoşmaları xüsusilə qiymətlidir. Sarı Aşıq həm də gözəl bayatılar
yaradırdı.
XVII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Saib Təbrizi
olmuşdur. Şah I Abbasın hakimiyyəti dövründə Saib Təbrizi İsfahana


Şah I Abbasın dövrü
haqqında məlumat
verin. Saib Təbrizinin
İsfahana
köçürülməsinin
dövrün siyasi prosesi
ilə əlaqəsi varmı?
Suraxanı atəşgahı
köçürülmüş, Əfqanıstana, Ərəb ölkələrinə, Kiçik Asiya ya səyahət etmişdir. Saib
Təbrizi bir müddət Hindistanda yaşamışdır. Şah II Abbas tərəfindən Səfəvi sarayına
dəvət olunmuş Saib Təbrizi «məlik üşşüəra» adını almışdı. İnsan və təbiət
gözəlliklərinə vurğunluq, məhəbbət, zəmanədən şikayət onun əsərlərinin başlıca
mövzularıdır.
Laçında Sarı Aşığın 
məqbərəsi (1993-cü ildə 


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə