AZƏRBAYCAN TARİXİ MUZEYİNİN
İLK ARXEOLOJİ EKSPEDİSİYALARI
Einarə Kərimova,
Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti
m uzeyşünaslıq ixtisası üzrə II kurs magistratura tələbəsi
E-m ail:
elnarakerimli 166@gmail.com
A
rxeoloji abidələrin tədqiqi Azərbaycanın qədim dövr tarixini
öyrənmək üçün mühüm mənbə rolunu oynayır. Arxeoloji
abidələrdən aşkarlanan arxeoloji artefakt nümunələri qədim
daş dövründən başlayaraq son orta əsrlərədək böyük bir dövrü əhatə
edir. Arxeoloji abidələrin tədqiqi Azərbaycanın həm yazıya qədər,
həm də yazının meydana çıxmasından sonrakı tarixini öyrənmək
üçün əvəzedilməz dəlillər vermişdir, ilk vaxtlar arxeoloji abidələrdə
ölkəmizdə olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntı
lar aparıblar. Onların əldə etdiyi zəngin arxeoloji artefakt nümunələri
qədim mədəniyyətimizə marağın artmasına səbəb olmuşdur.
Azərbaycanda aparılan
bu tədqiqat
işləri
rus alimlərinin
əsərlərində öz əksini tapıb. Lakin 1873-cü ildə təşkil edilmiş, Qaf
qazın məşhur abidələrini dağıtmaq və qarətdən qorumaq, qədim
abidələri tədqiq etməklə arxeoloji materiallar toplamaq kimi bir
missiyanı qarşıya məqsəd qoyan Qafqaz arxeologiyası həvəskarlar
cəmiyyətinin Azərbaycan arxeoloji irsinə münasibəti təəssüf his
si doğurur. Cəmiyyətin açılışında çıxış edən sədrin köməkçisi Berje
bildirir ki, Lənkəran, Gəncə və Nuxa qəzaları arxeoloji baxımdan ma
raqlı deyil. Beləliklə, 1918-ci ilə, cümhuriyyətin qurulmasına qədər
Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ardıcıl xarakter daşıma
mış, arxeoloji mənbələr tarix elmimizin ümdə problemlərinin həlli
üçün mühüm mənbəyə çevrilməmiş, A ABakıxanov istisna olmaqla
bu heç kim tərəfindən bir vəzifə kimi qarşıya qoyulmamışdır. Orta əsr
şəhərgahları, istehkamları, yaşayış yerləri haqqında məlumat topla
yan, onları şərh etməyə cəhd göstərən ilk ölkəşünas tədqiqatçılardan
biri A.A.Bakıxanovdur. 0, Azərbaycan tarixşünaslığında ilk dəfə ola
raq "Gülüstani-irəm" əsərində orta əsr problemlərini araşdırarkən
yazılı qaynaqlarla yanaşı, zəngin informasiya potensialına malik
arxeoloji artefaktlardan dəyərli mənbə kimi istifadə etmişdir. Bəzi
müəlliflər hətta Azərbaycanın səciyyəvi orta əsr arxeoloji abidələrini
özgəninkiləşdirməyə cəhd göstərmişlər (Y.Lalayan, S.V.Ter-Avetisyan).
Çöl arxeoloji tədqiqatları nəticəsində əldə olunan arxeoloji artefakt
nümunələri isə Azərbaycandan kənara daşınırdı, bir sözlə, xalqın
mədəni irsi qarət olunurdu
(1, 11-16).
Azərbaycan xalqının maddi-mədəniyyət tarixinin öyrənilməsi
nöqteyi-nəzərindən mühüm hadisələrdən biri 1919-cu il dekabrın
7-də Azərbaycan parlamentinin ildönümü günü istiqlal muzeyinin
təsis edilməsi idi. Azərbaycan parlamentinin binasında açılan muzeyin
eksponatlarının mühüm hissəsini arxeoloji artefaktlar təşkil edirdi.
1920-ci ilin aprelindəki məlum siyasi hadisələr Azərbaycan
Cümhuriyyətinin qarşıya qoyduğu vəzifələri gerçəkləşdirməsinə im
kan vermədi.
Sovet hakimiyyətinin ilk illərindən arxeoloji abidələrin tədqiqi,
qeydə alınması və qorunmasını həyata keçirən elmi qurumlar təşkil
olundu. 1920-ci ildə İstiqlal muzeyi bazasında Azərbaycan Dövlət Mu
zeyi yaradıldı. Azərbaycan Tarixi Muzeyinin yaradılması muzey işinin
uğurlu başlanğıcı oldu. Belə ki, Davud bəy Şərifovun rəhbərlik etdiyi
Azərbaycan Tarixi Muzeyində tariximizin hələ tanınmamış incilərinin
toplanmasına başlanıldı. Bu zaman böyük ehtiyac duyulan Arxeologi
ya fondu da yaradıldı.
Arxeologiya fondunun inventar kitabında ilk arxeoloji artefakt
nümunəsi kimi qədim daş dövrünə aid çaxmaqdaşından əmək aləti
qeyd olunub. Həmin əmək aləti 1920-ci il mayın 25-də Benkendorfun
evindən qəbul edilmişdir. Bunun ardınca Birlinskinin (1920), Uşako-
vun (1920), Abezkuzun (1920), Skinderin (1921), Yevgeni Paxomo-
vun (1921) kolleksiyalarındakı arxeoloji artefakt nümunələri fondun
bünövrəsini təşkil etdi və uğurlu oldu.
Azərbaycan Tarixi Muzeyi yarandığı ilk illərdə arxeoloji arte
fakt nümunələrinin muzeyə ayrı-ayrı şəxslərin hədiyyə və əvəzi
ödənilməklə təqdimatının azlığı arxeoloji qazıntıların aparılmasını da
zəruri etmişdir. Elmi cəhətdən daha əhəmiyyətli olan arxeoloji ekspe
disiyaların materiallarının Azərbaycan Tarixi Muzeyinə cəlb edilməsi
də asan başa gəlmir. Həmin dövrdə arxeoloji qazıntıların aparılması
ilə məşğul olacaq hər hansı qurum olmadığından Azərbaycan Tari
xi Muzeyi bu işi öz üzərinə götürmüşdü. Muzey arxeoloji artefakt
nümunələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu.
Bu məqsədlə muzey 1921-ci ilin iyun ayında Şirvanşahlar sara
yına ilk arxeoloji kəşfiyyat səfərini, elə həmin ayda Gəncə qəzasına
ilk arxeoloji qazıntı səfərini rəsmən təşkil etdi. Bu iş 1922-ci ildə də
davam etdirildi. Azərbaycan SSR Xalq Təhsili Komissarlığı “Muzarxiv"
bölməsinin 1922-ci ilin may ayında təqdim etdiyi 234 saylı mandat
da qeyd olunur: “Azərbaycan SSR Dövlət Muzeyi tərəfindən Gəncə
qəzasına qədim abidələrin olduğu yerləri yoxlamaq və arxeoloji
kəşfiyyat aparmaq üçün ezam olunur"
(2, 3).
1921-ci ilə "Muzarxiv'’in əməkdaşları (Yevgeni Paxomov) Şirvan
şahlar sarayına arxeoloji baxış keçirmişlər. Hətta buradakı bəzi tarixi
obyektlər təmizlənmiş, yerüstü materiallar toplanmışdır
(3).
Belə ma
teriallardan biri - qırmızı rəngli gildən hazırlanmış, içərisi və bayırı sarı
şir ilə örtülmüş piyalə səkkizguşəli hücrənin zirzəmisi təmizlənərkən
aşkarlanıb (inv. №62).
"Muzarxiv” tərəfindən Şirvanşahlar sarayına arxeoloji səfərlərin
təşkili mütəmadi hal almış, 1922-ci ildə də davam etdirilmişdir. Tapı
lan nümunələrdən birinin - qırmızı gildən dulus çarxında hazırlanmış
saxsı parçasının iç qismində mürəkkəblə dua yazılıb (inv. № 64).
60
M ə d ə n iyyə t.A Z / 1 • 2018
Şirvanşahlar sarayına təşkil edilmiş belə məhdud arxeoloji
səfərlərin elmi əhəmiyyəti sonralar burada genişhəcmli qazıntıların
aparılması haqqında fikirləri qüvvətləndirdi.
1921-ci ildə “Muzeydən ezamiyyə və Gəncə quberniyasının Gəncə
qəzasındakı kurqanlarda qazıntı aparmaq hüququ" alan Azərbaycan
Dövlət Muzeyinin əməkdaşı V.Qukasov iyunun 1 -də Gəncə qəzasının
Nüzgər kəndində (indiki Şəmkir rayonu), Şam ir dərəsi adlanan yerdə
Azərbaycan Tarixi Muzeyinin ilk arxeoloji qazıntısına başlayıb (Nüzgər,
I kurqan). Nüzgər kəndində tədqiq edilən kurqanın uzunluğu 10 arşın
(7,2 m), em 5 arşın (3,6 m), hündürlüyü 2,5 arşın (1,8 m) idi. Ətrafına
xırda daşlar düzülmüş qəbrin üstü plitə şəklində üç böyük yastı daşla
örtülmüşdür. Qəbirdən aşkarlanan skeletin başı şərqə tərəf uzadılmış
vəziyyətdə idi. Qəbir avadanlığı içərisində qolbaq, bıçaq, üç ədəd saç
borusu və gil qab əldə olunub (inv. №79). Qazıntının müəllifi skeletin
tapılmış əşyaların xüsusiyyətinə görə kişiyə məxsusluğunu ehtimal
etmişdir
(2, 5).
Nüzgər kəndində ikinci kurqan Kəkəlü adlı yerdə tədqiq olunub
(2,
5).
Kurqanın uzunluğu 7 arşın (5 m), eni 3 arşın (2,13 m), hündürlüyü 2
arşın (1,42 m) olmuşdur. Ancaq qəbrin üzərini örtən böyük yastı daş
ların yerləşməsi birinci kurqandan fərqlənirdi. Belə ki, üç böyük yastı
daş, demək olar ki, qəbrin üstünü bağlamış və dördüncü yastı daş da
qəsdən açıq saxlanmış yeri örtmüşdür. Bu kurqandakı skeletin başı da
şərqə tərəf idi. Qəbirdən qolbaq, üzük və sinə bəzəkləri əldə edilmişdir
(inv. №75).
Üçüncü kurqan Gəncə qəzasının Qotul kəndində (indiki Göygöl ra
yonu) öyrənilib
(1, 6).
Kurqanın uzunluğu 12 arşın (8,5 m), eni 6 ar
şın (4,2 m), hündürlüyü 2 arşın (1,42 m) böyüklükdə idi. Bu kurqanın
qəbiristanlığı iki təbəqədən ibarət olub. Birinci təbəqədə kiçik skelet
aşkarlanıb. Ətrafında heç bir əşya yox idi. Alt təbəqədə isə uzunluğu
2,5 arşın (1,8 m), eni 1,5 arşın (1 m), dərinliyi 2 arşın (1,42 m) qübbəlı
qəbir vardı. Bütün qübbə daşlarla örtülmüşdür. Qazıntı müəllifinə görə,
qəbir qadına məxsus olmuşdur. Qəbirdən qolbaq və nizə əldə edilmiş
dir (inv. №74). Qotul kəndindəki başqa kurqanlarda qazıntı aparılsa da,
iş nəticəsiz qalıb.
Dördüncü kurqan Gəncə qəzasının Çovdar kəndində (indiki
Daşkəsən rayonu) tədqiq edilib
(1, 7).
Kurqanın uzunluğu 2,5 arşın (1,8
m), eni 1,5 arşın (im ), dərinliyi 2 arşın (1,42 m) idi (Çovdar, I kurqan).
Qəbrin quruluşu yuxarıdakılara oxşar, daxildən xırda yastı daşlarla
örtülüb, yuxarıdan isə plitə şəklində böyük yastı daşlarla bağla
nıb. Skeletin başı şərqə uzadılmışdır. Qəbirdən baş üçün qurşaq,
boyunbağı, dörd toqqa, iki sırğa, baş sancağı, baş bəzəyi, sinə
bəzəyi, qolbaq və gil qab əldə edilmişdir. Qazıntı müəllifinə görə,
qəbir qadına məxsus imiş (inv. №67).
Beşinci kurqanda da oxşar quruluşlu qəbrə təsadüf olunub
(Çovdar, II kurqan). Qəbirdən qolbaq, muncuqlar, düymələr, sırğa
və kiçikhəcmli gil qab əldə edilmişdir (inv. № 68).
Altıncı kurqanın (Çovdar, III kurqan ) inventarı qolbaq, mun
cuqlar, toqqa, üzük, iki sinə bəzəyi və iki sırğadan (inv. №73), yed
dinci kurqanın (Çovdar, IV kurqan) inventarı isə qolbaq, iki üzük,
muncuqlar, toqqa, dəvəgözündən dörd ədəd ox ucu və gil qabdan
(inv. №71) ibarət olmuşdur
(2, 7).
Muzeyin ekspedisiyası Nüzgər kəndində yerli sakinlərdən
təsadüfi tapıntılar nəticəsində aşkarlanmış artefakt nümunələrini
də toplayıb (31,7; inv. № 82-83). Həmçinin V.Qukasov hələ 1908-
ci ildə adıçəkilən abidələrdə apardığı arxeoloji qazıntılar zamanı tap
dığı və Arxeologiya fondunun inventar kitabında Lus kolleksiyasından
daxil olduğu qeyd edilən tunc və gil məmulatından ibarət artefakt
nümunələrini də muzeyə təhvil vermişdir.
1921 -ci ildə Gəncə qəzasının Nüzgər, Qotul və Çovdar kəndlərindən
aşkarlanan arxeoloji artefaktlar arxeoloji ədəbiyyatda Gəncə-Çovdar
adı ilə vurğulanıb, heç vaxt onların müxtəlif abidələrdən əldə edildi
yi qeyd olunmayıb. Qazıntı hesabatının muzeyin “Sənədli mənbələr
fondunda olmasına baxmayaraq qazıntı materiallarının qeydə
alındığı Arxeologiya fondunun I inventar kitabındakı məlumatlar
dəqiqləşdirilməyib. Arxeoloji artefaktların hamısı Gəncə qəzası ümumi
adı ilə verildiyindən tədqiqatçılar buna diqqət yetirməmiş, bütün mate
rialların Çovdardan olduğunu zənn etmişlər.
1921-ci il Gəncə qəzası (Nüzgər, Qotul və Çovdar) arxeoloji arte-
faktları V.Qukasovun qeyd etdiyi kimi, kurqanlardan deyil, əslində,
daş qutu qəbirlərdən aşkarlanıb. Onun qəbirlərin qazıntısını təsvir
etməsindən və həmin abidələrdə sonralar aparılan arxeoloji qazıntı
lardan bu aydın görünür.
Nüzgər, Qotul və Çovdar abidələri Xocalı-Gədəbəy mədəniyyəti are
alına daxildir. Buradan tapılmış arxeoloji artefakt nümunələri son tunc
və ilk dəmir dövründə ərazidə yaşamış qədim azərbaycanlıların dün
yagörüşünü (axirət dünyasına inamını, qəbir tiplərinə və mərhumun
basdırma vəziyyətinə münasibətini), aralarında hiss edilən sosial
bərabərsizliyi (varlı, kasıb), zövqünü (müxtəlif tunc bəzək əşyaları,
muncuqlar), sənətkarlığının (metalişləmə, daşişləmə, dulusçu
luq), hərb sənətinin (tunc, nizə, dəvəgözüdən ox ucluqları) inkişaf
səviyyəsini öyrənməyə imkan verir.
Azərbaycan Dövlət Muzeyinin Gəncə qəzasına ezam etdiyi
V.Qukasov 1922-ci ilin iyun ayında Gəncə qəzasının Qızılhacılı kəndində
(indiki Goranboy rayonu) “Həsən təpəsi ” adlı yerdə 10 sajen (21,3 m)
uzunluğunda, təxminən 5 sajen (10,65 m) enində kurqanın olduğunu
müəyyənləşdirib (2,1). Hündürlüyü təxminən 3 sajenə (6,4 m) bərabər
hesab edilir.
Qızılhacılıdan qərbdə, Səfikürsü kəndi (indiki Goranboy rayonu) ilə
aralıqda "Xanlar təpəsi “ adlı yerdə başqa bir kurqana rast gəlinmişdir.
Bu kurqan təxminən 3 sajen (6,4 m) uzunluğunda, 2 sajen (4,26 m)
enindədir. Hündürlüyü təxmini olaraq 1,5 sajenə (3,2 m) bərabər hesab
edilir. Yerli əhali təsadüfən əkin işləri zamanı buradan gil qab və skelet
tapmışdır.
Qızıihacılıdan cənubda yerləşən Xan Qərvənd kəndində (indi
ki Goranboy rayonu) xaraba vəziyyətdə olan qədim istehkam "Qala
yeri" abidəsi müəyyənləşdirilmiş, orada da kiçik bir kurqanın yeri
dəqiqləşdirilmişdir
(2, 2).
1923-cü ildə Azərbaycan arxeologiya məktəbinin ilk nümayəndəsi
və yaradıcılarından, onu təşkil və tədris edənlərdən biri, arxeoloq, et-
noqraf, muzeyşünas və coğrafiyaşünas alim, tarix elmləri namizədi
Davud bəy Mikayıl oğlu Şərifov Azərbaycan Tarixi Muzeyinə direktor
təyin olundu (5 3 ,1 A6). Onun təyinatından sonra muzeydə həm tədqiq,
həm də təbliğ sahəsində xeyli irəliləyişlər nəzərə çarpdı.
Davud Şərifovun bilavasitə səyi nəticəsində 1926-cü ildə
Azərbaycan Dövlət Muzeyinə sərgilərdə qədim insanların həyat tərzini
dolğun göstərə bilmək üçün Dövlət Ermitajı emalatxanasından Ru
siyanın müxtəlif ərazilərində tapılmış unikal arxeoloji artefaktların
mulyajları (30, inv. №907-970; 1254—1302), 1925-ci ildə isə Qafqaz
Muzeyindən Redkin lager, Şuşa, Anenfeld, Çomaqlı, Zəylik, Yenikənd
və Bakıda aparılan qazıntılar nəticəsində aşkarlanm ış əksəriyyəti son
tunc və ilk dəmir dövrünə aid arxeoloji artefakt nümunələri daxil oldu.
1926-28-ci illərdə muzeyin 1921 —22-ci illərdə Gəncə qəzasında
apardığı arxeoloji qazıntıların bir növ davamı kimi Davud Şərifov yenə
də həmin qəzada arxeoloji tədqiqat işləri aparıb. 0 vaxt tələbə olan və
muzeydə yenicə işləməyə başlayan ishaq Cəfərzadə də həmin arxeo
loji qazıntılarda iştirak etmişdir
(36, 4).
1926-ci il ekspedisiyası zamanı
təkcə Çovdar kəndində 19 daş qutu qəbir açılmış, son tunc və ilk dəmir
dövrünə aid çoxlu sayda tunc silahlar, bəzək nümunələri və gil qablar
aşkarlanmışdır
(7).
Davud Şərifovun hesabatlarında maraqlı cəhətlərdən biri qəbirləri
nisbi sıralamasında sıfırdan başlamasıdır. Buna diqqət yetirməyən
tədqiqatçılar onun 18 qəbir açdığını göstərirlər. Əslində, qəbirlərin sayı
19-dur. Qəbir avadanlıqları toplanaraq muzeyə gətirilmiş, Arxeologi
ya fondunun I inventar kitabında 102-316 inventar sayı altında qeyd
edilmişdir. 1926-cı il Çovdar arxeoloji materiallarına qara, boz və qır
mızı rəngli müxtəlif qablar, tunc əşyalar - xəncər, xəncər başlıqları,
iki tərəfi kəsərli bıçaq, dördkünc bizlər, düymələr, pilək dəsti, dingələr,
sancaq, ayparaşəkilli və düyməvarı sancaq başları, üzərində şəbəkəli
naxışlar verilmiş quşformalı asmalar, spiralşəkilli və adi üzüklər, qob
baqlar, dairəvi və yastı təbəqədən sinə bəzəkləri, dəmir əşya və parça
ları, əlvan metaldan düymə və muncuq, sinə bəzəkləri, dəmir əşya və
parçaları, əlvan metaldan düymə və muncuq, balıqqulağı, əqiq, pasta
və tunc muncuqlar, daş əyircəklər, dəvəgözüdən ox ucları, dəvəgözü
və çaxmaqdaşı daxildir.
1921-ci
il
arxeoloji
qazıntıları
Gəncə-Covdar abidələrinin
öyrənilməsində əsas mərhələ sayılaraq 1926-cı ilin Gəncə-Cov-
dar qazıntılarının hesabatından da göründüyü kimi, burada tədqiqat
işlərinin genişləndirilməsinə imkan verib.
1921-ci ilin arxeoloji qazıntı tapıntılarının təsnifindən qabaq qeyd
etmək lazımdır ki, Arxeologiya fondunun inventar kitabında həmin
qazıntıdan hesabatda veriləndən daha çox arxeoloji material var;
məsələn: saxsı məmulatı hesabatda az göstərilir, kitabda isə daha
çoxdur. Həmçinin bütün ekspozisiyalarda 1921-ci ilin arxeoloji qazıntı
materialları nümayiş etdirildiyindən bəzi hallarda onların göstəriciləri
(inventar nömrələri) qarışıq düşüb. Göstərilən nöqsanlar muzeyin ilk
arxeoloji ekspedisiyası haqqında araşdırmalarımız üçün çətinlik ya
radır.
Qazıntı müəllifi hesabatda bir qədər mücərrədliklə əldə etdiyi mate
rialları tunc dövrünə aid etsə də, sonrakı tədqiqatların da göstərdiyi kimi
Çovdar və ətrafındakı arxeoloji mədəniyyət son tunc və ilk dəmir dövrünə
e.ə XIII—IX əsrlərə məxsusdur
(5, 124).
❖
Ədəbiyyat:
1. Azərbaycan arxeologiyası, 6 cilddə, VI cild. Bakı, “Şərq-Qərb", 2008, 632 səh.
2. Azərbaycan Dövlət Muzeyinin 1921-ci ilin iyununda Gəncə qəzasında apardığı kurqanların qazıntısı haqqında hesabat. AMEA-nın
Azərbaycan Tarixi Muzeyi, Elmi Arxiv, inv. №36.
3. Azərbaycan Dövlət Muzeyinin 1922-ci ilin iyununda Gəncə qəzasında kəşfiyyat işləri haqqında hesabat. AMEA-nın Azərbaycan Tarixi
Muzeyi, Elmi Arxiv, inv. №36.
A. Асланов Г.М., Ваидов P.M., Ионе Г.И. Древний Мингечаур - Баку, 1959.
5. Минкевич-Мустафаева Н.В. О датировке и хронологических этапах некоторых памятников Азербайджана эпохи поздней
бронзы и раннего железа. МКА. м. IV-Б а ку , 1962, стр. 109-139.
6. Минкевич-Мустафаева Н.В. Об археологических находках из сел. Доланлар. МКА, т. I -Б а к у , 19А9, стр. 50-70.
7. Sadıqzadə Ş.H. Qədim Azərbaycan bəzəkləri. Bakı, İşıq—1971.
Резюме
В статье представлена общая информация о первых археологиче
ских экспедициях Национального Исторического Музея Азербайд
жана. Кратко рассматривается классификация археологических
артефактов из первых археологических экспедиций.
Ключевые слова:
Музей Истории Азербайджана, археологические
экспедиции, артефакты.
Sum m ary
The article gives general information about the first archeologi
cal expeditions of the National History Museum of Azerbaijan.
The classification of archeological artifacts from the first archa
eological expeditions is briefly considered.
Key words:
Azerbaijan History Museum, archaeological expedi
tions, artifacts.
62
M ə d ə n iyyə t.A Z / 1 * 2 0 1 8
Dostları ilə paylaş: |