Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   10   11   12   13   14   15   16   17   ...   129

37 
 
Təxminən 1041 - 1042-ci illərdə Qətran Təbrizi Şəddadilər dövlətini tərk 
edərək  Təbrizə  gəlir.  O  burada  dəhşətli  Təbriz  zəlzələsinin  şahidi  olur  və  onu  öz 
əsərində təsvir edir. 
1046-cı  ildə  Təbrizə  gəlmiş  məşhur  Şərq  şairi  və  səyyahı  Nəsir  Xosrov 
burada  bir  çox  alim  və  şairlərlə  görüşmüşdür.  O  özünün  "Səfərnamə"  kitabında 
Qətran Təbrizinin şeirlərini yüksək qiymətləndirmişdir. 
Filoloq  alim  Qətran  Təbrizi  fars  leksiko-qrafiyası  tarixində  izahlı  lüğət 
yazan  ilk  tədqiqatçı  olmuşdur.  Yaşadığı  dövrdə "Lüğəti-Qətran"  və  ya  "Fərhəngi-
Qətran"  ("Qətranın  lüğəti")  adlanan  elmi  əsər  sonralar  "Təfasir  filuqatil-yurs" 
("Fars  sözlərinin  izahlı  lüğəti")  və  ya  sadəcə,  "Təfasir"  adlandırılırdı.  Lüğətdə  o, 
fars sözlərinin izahını vermiş, onların türk analoqlarını göstərmişdir. 
Qeyd etmək lazımdır ki, bu dövrdə bütün elmi əsərləri ərəb dilində, bədii 
əsərləri  fars  dilində  yazmaq  dəbdə  idi.  Ona  görə  də  türkmənşəli  şairlərə,  o 
cümlədən Azərbaycan şairlərinə belə bir lüğət olduqca vacib idi. Sonrakı dövrlərdə 
özləri  lüğətlər  tərtib  etmiş  bir  çox  şair  və  filoloqlar  Qətran  Təbrizinin  lüğətini 
yüksək  qiymətləndirmişlər.  Azərbaycan  və  İran  poeziyasının  inkişafında  Qətran 
Təbrizinin lüğətinin böyük rol oynadığını bir çox alimlər qeyd edir. 
Daha  sonrakı  dövrlərin  mənbələrində  Qətran  Təbrizinin  bir  ara 
Naxçıvanda  yaşadığı  göstərilir.  Lakin  ömrünün  axırında  o,  yenidən  Təbrizə 
qayıdır. 
Qətran  Təbrizi  1086-cı  ildə  Təbrizdə  vəfat  etmiş  və  Söhrab  məhəlləsi 
yanında şairlər qəbiristanlığında dəfn olunmuşdur. 
XII  əsr  Mərkəzi  Asiya  şairi  Rəşidəddin  Vatvat  yazırdı  ki,  onun 
təsəvvüründə təkcə bir əsl şair vardır ki, o da Qətran Təbrizidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


38 
 
XII  əsrdə  Cənubi  Qafqazda    ən  sabit 
dövlət  Şirvanşahlar  dövləti  olmuşdur.  Bu, 
Məzyədilər  və  Kəsranilər  sülalələrində  olan  
şirvanşahların uğurlu daxili və xarici siyasətlərinin 
nəticəsi  idi.    Şirvanşah  I  Axsitan    hakimiyyəti 
illərində  Şirvanşahlar  dövləti  özünün    ən  qüdrətli 
çağlarını  yaşayırdı.    Şirvaşah  I  Axsitan  
hakimiyyəti  illərində    Azərbaycanın    Şirvan  
bölgəsində    yaranmış  siyasi  sabitlik,  onun 
Azərbaycan    Atabəylər  dövləti  və    Gürcüstanla  
dostluq  siyasəti,    hərbi  qüdrətin  artırılması  iqtisadi 
inkişafa    və  mədəniyyətin  tərəqqisinə  müsbət təsir 
göstərmişdi.  
Azərbaycan  tarixinə  şirvanşah  I  Axsitan    ibn 
Mənuçöhr  dövlətinin  iqtisadi  inkişafını  təmin 
etməyə  cat  atan,  qonşu  dövlətlərlə  dostluq  
əlaqələri  qurmağa    çalışan  dövlət  xadimi,  qüdrətli 
ordu  və  güclü  hərbi donanma   yaradan   təşkilatçı, 
1175-ci il
 
qələbəsi ilə  orta əsrlər dövründə rusların 
Azərbaycana  yürüşlərinin  qarşısını  tamamilə  alan 
sərkərdə,  Şirvan  şəhərində    yüzlərlə  yeni  müxtəlif 
təyinatlı  binalar  inşa    etdirən  qurucu  şəxs    kimi 
daxil olmuşdur
 
I Axsitan ibn Mənuçöhr  
           (1160-1196) 
Şirvanşahlar  dövləti  XII 
əsrdə Cənubi Qafqazda ən sabit dövlət olmuşdur. Hələ VI əsrdə Sasani şahənşahı 
Şirvan vilayətini idarə  etmək üçün buraya  Məzyədilər sülaləsindən olan hakimlər 
göndərir. Bu sülalənin nümayəndələri özlərini "şirvanşah", yəni "Şirvan hakimləri" 
adlandırmağa  başlayırlar. Sasanilər, sonra  isə  Ərəb  xilafəti dövründə  şirvanşahlar 
xırda yerli hakim hesab olunurdular. Ərəb xilafəti parçalananda şirvanşah Heysam 
ibn Xalid 861-ci ildə öz müstəqilliyini bəyan edir. Beləliklə, xəritədə Şirvanşahlar 
dövləti meydana gəlir. 
Dərbənddən  Kür  çayınadək  ərazilərdə  möhkəmlənən  şirvanşahlar  adətən 
neytral mövqe tuturdular. Bu onlara öz ərazilərində siyasi sabitlik yaratmağa imkan 
verir.  Siyasi  sabitlik  isə  öz  növbəsində  təsərrüfatın  dirçəlişi  və  mədəniyyətin 
çiçəklənməsinə  səbəb  olur.  1027-ci  ildə  Məzyədilər  sülaləsi  əvəzinə  hakimiyyətə 
Kəsranilər  sülaləsi  gəlir,  lakin  ölkənin  siyasi  inkişaf  yolu  dəyişməz  qalır.  1066-cı 
ildə şirvanşah I Fəriburz güclü türk dövləti olan Böyük Səlcuq dövlətindən asılılığı 
qəbul  edir.  Şirvanşahlar  dövləti  səlcuqlara  vergilər  ödəməli  və  lazım  gəldikdə 
əsgəri  qüvvə  ilə  kömək  göstərməli  idi.  Asılılıqdan  yaxa  qurtarmağa  çalışan 
şirvanşahlar, nəhayət, 1123-cü ildə buna nail olurlar. Bir tərəfdən səlcuqlar, digər 
tərəfdən gürcülərlə mübarizə şəraitində hakimiyyətə gəlmiş şirvanşah III Mənuçöhr 


39 
 
1120 - 1160-cı illərdə düz 40 il hakimiyyətdə olmuş və dövləti gücləndirmişdir. III 
Mənuçöhrün  oğlu  I  Axsitan  (bəzi  mənbələrdə  I  Axsartan)  1160  -  1196-cı  illərdə 
hakimiyyətdə  olmuşdur.  Şirvanşah  I  Axsitan  tarazlaşmış  xarici  və  daxili  siyasət 
həyata keçirmişdir. Azərbaycan Atabəyləri dövləti ilə sıx dostluq əlaqələri yaradan 
şirvanşah  Gürcüstanla  da  dostluq  əlaqələri  qurmuşdur.  1173-cü  ildə  Gürcüstanda 
çar III Georgiyə  qarşı iri  feodalların qiyamı qalxanda  şirvanşah ona  hərbi kömək 
göstərmişdir. 
I  Axsitanın  vaxtında  ölkədə  sənətkarlıq  və  ticarətin  inkişafına  böyük 
diqqət  yetirilir,  haqsız  vergilər  və  rüsumlar  ləğv  edilir.  Nəticədə  Şirvanşahlar 
dövləti Şərqdə  ən varlı dövlətlərdən birinə  çevrilir, onun Şamaxı,  Dərbənd, Bakı, 
Şabran,  Quştasfi  şəhərləri  iri  ticarət  və  sənətkarlıq  mərkəzləri  kimi  məşhurlaşır. 
Əvvəllər  səlcuqlara  vergi  kimi  göndərilən  40  min  dinar  indi  müdafiə  tikililərinin 
inşasına, ordunun gücləndirilməsinə, hərbi gəmilərin yaradılmasına yönəldilir. Qısa 
zaman ərzində hərbi dəniz qüvvələri Şirvanşahlar ordusunun vacib tərkib hissəsinə 
çevrilir.  Şirvan  hərbi  gəmiləri  "şəbəkə"  tipli  döyüş  və  "baqala"  tipli  nəqliyyat 
gəmilərindən  ibarət  idi.  Hərbi  donanmaya  "əmir  əl-bəhr",  yəni  "dəniz  sahibi" 
adlanan  vəzifəli  şəxs  başçılıq  edirdi.  İri  gəmilərin  kapitanları  "əmir",  xırda 
gəmilərin kapitanları "rəis", köməkçi gəmilərin kapitanları isə "iştiyyam" adlanırdı. 
Dövlətin bütün hərbi gəmiləri Bakı şəhərinin hərbi limanında cəmləşdirilmişdi. 
Şirvan  donanmasının  hərbi  bazası  da  Bakıda  yaradılmışdı.  Limanın 
müdafiə  sistemi  şəhərin  sahilyanı  divar  xəttindən,  Səbayıl  qalasından  və 
xəbərdarlıq  bürclərinən  ibarət  idi.  Sahilyanı  divar  xətti  hələ  şirvanşah  III 
Mənuçöhrün  əmri  ilə  inşa  edilmişdi  və  şəhəri  hər  tərəfdən  əhatələyirdi.  Divar 
xəttinin  bir  hissəsi  dənizə  doğru  –  Səbayıl  qalasına  tərəf  gedirdi.  İndi  həmin  qala 
divarı  İçərişəhəri  əhatələyir.  Öz  dövrü  üçün  möhtəşəm  qalalardan  biri  olan  Bakı 
qalası müxtəlif forma və ölçülü bürclərlə gücləndirilmişdi. Qala divarının önündə 
dərin xəndək qazılmışdı. Düşmən qoşunları şəhərə yaxınlaşanda xəndək dəniz suyu 
ilə  doldurulurdu.  Xəndəyin  olması  düşmənin  divardağıdan  qurğularının  divara 
yaxınlaşmasına imkan vermir, üstəlik, divarın altına lağım atmağa da mane olurdu. 
I  Axsitan  hakimiyyətə  gəldikdən  sonra  1161-ci  ildə  Bakıda  inşasına 
başlanan  Qız  qalası  rəsədxana  və  mayak  rolunu  oynamışdır.  Hündürlüyü  28  m, 
divarlarının  eni  4  -  5  m  olan  belə  möhtəşəm  qurğunun  inşa  edilməsi  göstərir  ki, 
şirvanşah I Axsitan ölkədə elmin inkişafına böyük diqqət yetirirmiş. Təsadüfi deyil 
ki, Qız qalası orta əsr Azərbaycan memarlığının unikal incilərindən biri sayılır. 
1175-ci ildə Şirvanşahlar dövləti xarici təcavüzə məruz qalır. 73 gəmidən 
ibarət  rus  donanması  Volqa  çayından  keçərək  Xəzərə  çıxır  və  Şirvan  sahillərinə 
yan alır. Onlarla əlbir olan qıpçaqlar şimaldan Dərbənd keçidini aşaraq quru yolla 
Şirvana hücum edirlər. Qıpçaqlar Dərbənd və Şabranı zəbt edirlər. Rus donanması 
Xəzərdən  Kürə  keçib  irəliləmək  və  əraziləri  talamaq  məqsədi  güdürdü.  Lakin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə