Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   2   3   4   5   6   7   8   9   ...   129

16 
 
bütləri məhv edir və tayfaları vahid din  ətrafında birləşdirirdi. Xristianlığın qəbul 
edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi 
prosesi  Albaniyanı  daim  tabe  etməyə  çalışan  və  İran  feodalları  tərəfindən  idarə 
olunan  Sasani  dövləti  ilə,  həmçinin  Şərqi  Roma  (sonralar  Bizans)  dövləti  ilə 
mübarizə  şəraitində  baş  verirdi.  Xristianlığı  Fələstin  missionerlərindən  (yəni 
xristianlığın  mənbəyindən)  qəbul  etməsi  isə  müstəqil  alban  kilsəsi  yaratmağa, 
Roma xristian rəhbərlərindən asılı olmamağa imkan verirdi. Eyni zamanda, Sasani 
hökmdarları  da  alban  əhalisinə  təsir  imkanlarını  itirirdilər.  Beləliklə,  Urnayrın 
addımı  Albaniyanın  vahidliyini  və  müstəqilliyini  təmin  edən  addım  kimi 
qiymətləndirilməlidir. 
Qafqazda ilk xristian dövləti olan Albaniya özü xristianlığı digər Qafqaz 
xalqları  arasında  yaymağa  başlayır.  Buradan  missionerlər  Qafqaz  dağları  və 
Xəzərsahili  çöllərə  yollanır,  Qafqaz  dağlarından  şimalda  təkallahlılığı  yayırlar. 
Məhz  alban  missionerlərinin  sayəsində  xristianlıq  regionda  aparıcı  dinə  çevrilir, 
vacib  siyasi  amilə  dönür.  Nəticədə  alban  hökmdarı  Şimali  Qafqaz  və  Volqaboyu 
əhalisinə təsir etmək imkanı qazanır və bu imkandan istifadə edir. 
Urnayrın  regionda  artmış  qüdrətini  görən  Sasani  hökmdarı  II  Şapur 
onunla qohum olmaq istədiyini bildirir və razılıq alır. II Şapurun bacısı ilə evlənən 
Urnayr  qərbdən  gələn  yeni  təhlükənin  qarşısını  almağa  çalışır.  Belə  ki,  Roma 
qoşunları  əlaltıları  olan  ermənilərlə  Albaniyanı  zəbt  etmək  fikirlərindən 
dönməmişdilər. 
Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü 
e.ə.  66-cı  ildə  baş  vermişdir.  O  vaxtdan  bəri  romalılar  mütəmadi  olaraq  Albaniya 
üzərinə yürüşlər etmiş, lakin güclü müqavimətlə üzləşmişlər. Dünyanın ən qüdrətli 
dövləti sayılan Roma imperiyası bütün səylərinə baxmayaraq Albaniyanı zəbt edə 
bilməmişdir. 
359-cu  ildə  Roma  –  erməni  qoşunu  yürüşə  hazırlaşdığı  dövrdə  Urnayr  II 
Şapurla  görüşüb düşmənin  hücumunu  gözləməməyin,  əksinə, hücum edib onu öz 
torpaqlarındaca  məğlub  etməyin  vacibliyini  sübut  edir.  Birləşmiş  alban  -Sasani 
ordusu  Suriya  istiqamətində  yürüş  edir  və  Amida  şəhəri  yaxınlığındakı  döyüşdə 
düşmənlərinin  belini  sındırır.  Bu  dövr  mənbələrində  Urnayr  haqqında  belə 
yazılmışdır:  "Urnayr,  şərəfli  döyüşçü,  öz  şanlı  adını  o,  böyük  müharibələrdə 
qazanmış, Ermənistanın daxilində öz zəfər bayrağını sancmışdır". 
Qələbədən  sonra  vətənə  qayıdan  Urnayr  ölkədə  quruculuq  işləri  ilə 
məşğul  olmuşdur.  O,  xristianlığı  yaymaq  üçün  xüsusi  qanunlar  qəbul  etmiş,  dini 
məktəblər  açmışdır.  Torpaqların  bir  qismini  kilsə  torpaqları  adlandırmışdır  ki, 
onlardan  gələn  gəlir  kilsənin  xərclərini  ödəsin.  Bununla  belə,  dədə-baba 
dinlərindən imtina etməyənlərə qarşı o, yumşaq münasibət göstərmiş, heç bir cəza 
tədbirləri  həyata  keçirməmişdir.  Nəticədə  artıq  IV  əsrin  ortalarında  xristianlıq 


17 
 
Albaniyada əsl dövlət dini olmuşdur. Bu, Sasani hökmdarının xoşuna gəlməsə də, 
Urnayr kimi güclü müttəfiqi itirmək istəməyən II Şapur bu tədbirlərə göz yummağı 
üstün tutmuşdur. 
371-ci ildə Roma qoşunları  yeni, daha güclü bir  yürüşə başlayır.  Alban  - 
Sasani  ordusu  onları  qarşılayır,  lakin  Dzirav  yaxınlığında  baş  verən  döyüşdə 
məğlub  edilir.  İgidliklə  vuruşan  Urnayr  bu  döyüşdə  ağır  yaralanır  və 
mühafizəçilərinin  köməyi  ilə  vətəninə  çatdırılır.  Lakin  romalılar  da  böyük  itkilər 
vermişdilər.  Nəticədə  Roma  -  Sasani  danışıqları  başlayır.  387-ci  ildə  imzalanan 
müqaviləyə əsasən, Ermənistan dövlətinin adı dünyanın siyasi xəritəsindən silinir. 
Van  gölü  ətrafında  olan  torpaqlar  Roma  ilə  sasanilər  arasında  bölünür.  Növbəti 
erməni  dövləti  1918-ci  ildə,  Azərbaycanın  ermənilərə  bağışladığı  İrəvan  şəhəri 
ətrafında yaranmışdır. 
Urnayrın  müqavilədən  sonrakı  taleyi  məlum  deyil.  Hər  halda,  bir  şey 
məlumdur ki, o, dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü təmin etmiş, xalqın 
bölünməsinə imkan verməmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          Şəki rayonu Kiş kəndində qədim Alban kilsəsi 
 


18 
 
E.ə.  IV    -  eramızın  VIII  əsrlərdə 
Şimali  Azərbaycan  ərazisində    mövcud 
olmuş 
Albaniya 
dövləti 
hökmdar 
Cavanşirin vaxtında  çiçəklənmə dövrünü  
yaşamışdır.  Cənubdan  ərəb  hücumu 
təhlükəsi,  şimaldan  xəzər  tayfalarının 
həmlələri,  qərbdən  Bizans  dövlətinin 
təzyiqi  -  bütün    bu  amillər  Albaniya 
dövlətinin mövcudluğu üçün  
Böyük  təhlükə  yaradırdı.  Lakin 
fikti 
sərkərdəlik 
istedadı, 
gərgin 
diplomatik    fəaliyyəti  və  vətəninə  olan 
məhəbbəti  Cavanşirə  bütün  problemləri 
həll  edib  ölkəsinin  ərazi  bütövlüyünü  və 
müstəqilliyini  təmin  etməyə    imkan  
vermişdi.  Daxili  sabitliyə  nail  olan 
Cavanşir  ölkənin  iqtisadiyyatının  və 
mədəniyyətinin  inkişafına    böyük    diqqət  
yetirirdi.  Nəticədə  erkən    orta  əsrlər  
dövründə  Albaniya    regionun  ən  inkişaf  
etmiş dövlətlərarası birinə çevrilmişdi. 
Azərbaycan  tarixində  Cavanşir  görkəmli 
dövlət xadimi, diplomat və sərkərdə kimi 
tanınır.
 
Cavanşir 
(642-681) 
 
Sasani  zülmü  altında 
olan  Albaniya  dövləti  daim  öz 
müstəqilliyi  uğrunda  mübarizə 
aparırdı.  Ardı-arası  kəsilməyən  üsyanlar  xalqın  azadlıq  əzmini  nümayiş  etdirirdi. 
VI  əsrin  sonlarında  Albaniyada  Mehranilər  feodal  sülaləsi  hakimiyyətə  gəlir. 
Girdiman  vilayətini  (müasir  Şəmkir-Qazax-Tovuz  bölgəsi)  özünə  dayaq  seçən 
Mehranilər  həm  yerli  əhaliyə,  həm  də  şimaldan  Azərbaycana  köçmüş  və  burada 
məskunlaşmış  sabirlər  tayfalarına  arxalanırdı.  Mehranilər  sülaləsindən  olan  Varaz 
Qriqor Sasani hökmdarlarının Albaniyada zərdüştliyi yaymaq istəyinə qarşı çıxırdı, 
çünki anlayırdı ki, bu yolla sasanilər albanları özlərinə  tabe etməyə çalışır. Geniş 
dünyagörüşü ilə seçilən Varaz Qriqor təkallahlılığı üstün tutur və xristianlığı qəbul 
edir  (Varaz  Qriqor  adı  onun  xristian  olmasını  göstərir).  Sasaniləri  ölkədən  qovan 
və  özünü  alban  çarı  elan  edən  Varaz  Qriqor  ölkənin  dövlətçilik  ənənələrini  bərpa 
edir  və  öz  iqamətgahını  Girdiman  qalasından  Bərdəyə  (o  zaman  alban  dilində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə