Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   5   6   7   8   9   10   11   12   ...   129

24 
 
ermənilərdən qəbul ediblər. Lakin həm Kalankatlının əsəri, həm digər müəlliflərin 
tarixi əsərləri, həm də son dövrlərdə Azərbaycan - Norveç arxeoloqlarının Şəkinin 
Kiş  kəndində  apardıqları  qazıntılar  sübut  etmişdir  ki,  albanlar  xristianlığı 
ermənilərdən çox-çox  əvvəl, Suriya və Fələstindən gəlmiş missionerlərin təsiri ilə 
qəbul etmişdilər. Kalankatlı alban kilsəsinin öz başçısına malik olmasını və faktiki 
müstəqil  olduğunu  bildirir.  Halbuki  indiki  erməni  "tarixçilər"  alban  kilsə 
xadimlərinin guya erməni  kilsəsinə tabe olduğunu iddia edirlər. Qarabağın Aquen 
şəhərində  488-ci  ildə  keçirilən  məclisdən  söz  açan  Kalankatlı  alban  feodallarının 
qanun  qəbuletmə  prosesini  təsvir  edir.  Onun  əsərində  albanların  Sasanilərə  və 
Bizansa qarşı mübarizəsi və s. siyasi hadisələr haqqında da məlumat var. 
Kitabın 2-ci hissəsində müəllif Arşakilər sülaləsinin süqutu, Mehranilərin 
hakimiyyətə gəlməsi, Cavanşirin başçılığı ilə alban qoşunlarının Sasani - Bizans və 
Sasani - ərəb müharibələrində iştirakı haqqında danışır. Müəllif böyük rəğbət hissi 
ilə Cavanşirin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açır. 
3-cü  hissədə  ərəblərin  Cənubi  Qafqaza  hücumları  göstərilir.  Müəllif 
Albaniya  hökmdarlarının  və  katolikoslarının  siyahısını,  həmçinin  dövrün  bir  çox 
rəsmi  sənədlərinin  tam  mətnlərini  verməklə  indiki  erməni  saxtakarlarına  böyük 
zərbə vurmuş olur, çünki göstərilən şəxslər arasında bir nəfər də eməni yoxdur. 
Mətnin təhlili göstərir ki, 710-cu ildən sonrakı hadisələr kitaba başqaları, 
Kalankatlının davamçıları tərəfindən əlavə edilib. 
Moisey  Kalankatlının  qələmə  aldığı  "Alban  tarixi"  əsəri  Azərbaycanın 
erkən  orta  əsrlər  tarixinə  aid  nadir  yerli  mənbədir.  O,  dönə-dönə  qeyd  edir  ki, 
Albaniya müstəqil dövlətdir, albanlar isə öz tarixi, dili, yazısı və mədəniyyəti olan 
xalqdır. Bu məlumatlar üzdən-iraq erməni "tədqiqatçılar"ın Azərbaycanda heç vaxt 
yerli  dövlətlərin  olmaması,  Qara  dənizdən  başlamış  Xəzər  dənizinə  qədər  bütün 
ərazilərin  ermənilərə  məxsus  olması  barədə  uydurmalarını  alt-üst  edir.  Onlar 
Moisey Kalankatlının dediklərini inkar edə bilmirlər, ona görə də Albaniyanı guya 
"Böyük  Ermənistan"  dövlətinin  xırda  bir  vilayəti,  əsərin  müəllifini  isə  "Moses 
Kalankatvasi" adlı bir erməni kimi qələmə verməyə çalışırlar. 
Tarixi  ədaləti  bərpa  etmək,  Moisey  Kalankatlının  alban  tarixçisi  kimi 
Azərbaycan  xalqına  məxsus  olmasını  bütün  dünyaya  sübut  etmək  indiki  nəslin, 
müasir Azərbaycan tarixçilərinin mənəvi borcudur. 
 
 
 
 
 
 
 


25 
 
Azərbaycan  VIII  əsrin  əvvəllərində 
Ərəb  xilafətinin  tərkibinə  daxil  edilir.  İlk 
vaxtlar  mülayim  siyasət  yürüdən  əsərb  
xəlifələri  artıq  VIII  əsrin  ortalarında  xalqa  
sözün  əsl  mənasında    zülm  etməyə 
başlayırlar.  VIII  əsrin  II  yarısından  etibarən  
xalq    ayağa  qalxır,  üsyanlar  edir.  Ardı-arası 
kəsilməyən  üsyanlar    tədricən  iri  xalq  
azadlıq  hərəkatına    çevrilir.    Xürrəmi  xalq-
azadlıq    hərəkatı  ərəblərə  qarşı  yönələn    ən 
iri müqavimət  hərəkatı olmuşdur.  Hərəkatın  
başına    Babək  gəldikdən    sonra    o  daha    da   
mütəşəkkil    şəkil  almış,  tədricən    azadlıq 
müharibəsinə  çevrilmişdir.    Güclü    ordu 
yaradan Babək  ərəblərə  qarşı 20 il mübarizə  
aparmışdır. Sonda Babək tutulub edam edilsə 
də,  onun    səyləri  hədər  olmamışdır:  bir  
müddət    sonra  Azərbaycanda    ərəblərin 
hakimiyyəti  devrilmiş  və  onun  yerində 
müstəqil dövlətlər  yaranmışdır. 
Azərbaycan tarixinə Babək xalq-azadlıq 
müharibəsinin başçısı və görkəmli sərkərdə 
kimi daxil olmuşdur
 
   Babək 
(816-838) 
Ərəb  hakimlərinin 
özbaşınalıqları,  talançı  vergi 
siyasətləri 
Azərbaycanda 
kəskin narazılığa səbəb olurdu. VIII əsrin ortalarından etibarən ərəblərə qarşı güclü 
üsyanlar başlandı. 748 və 794-cü illərdə Beyləqanda, 752-ci ildə Şəmkirdə, 793 - 
794-cü illərdə Bərdədə baş vermiş üsyanlar çətinliklə yatırıldı. 
Tariximizdə azadlıq mübarizəsinin parlaq səhifələrindən biri, bəlkə də ən 
möhtəşəmi Ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. 
Xürrəmilərin  ("xur"  -  alov,  Günəş)  təlimində  sosial  ədalətsizliyə  qarşı  mübarizə, 
azad  kəndli  icmasının  yaradılması  ideyaları  mühüm  rol  oynayırdı.  Onlar  islam 
ehkamlarını qəbul etmir və Azərbaycanda qədimdə yayılmış atəşpərəstliyə qayıdışı 
təlqin  edirdilər.  Xürrəmilərin  əsas  məqsədləri  Azərbaycanı  yadellilərdən  azad 
etmək  idi.  778-ci  və  807  -  808-ci  illərdə  Azərbaycanda  xürrəmi  üsyanları  baş 
vermişdir. 


26 
 
816-cı ildən xürrəmi hərəkatının başında Babək dayanmışdır. Babək 798-
ci  ildə  Ərdəbil  yaxınlığındakı  Bilalabad  kəndində  kasıb  bir  ailədə  doğulmuşdur. 
Ərəblərin yazdığına görə, onun adı "Həsən" olmuş, xürrəmilərə qoşulduqdan sonra 
isə  atəşpərəstlik  təlimində  ən  hörmətli  adlardan  olan  "Babək"  adını  götürmüşdür. 
Atasını  erkən  itirən  Babək  uşaq  yaşlarında  əvvəlcə  çobanlıq  eləmiş,  sonra  sarvan 
olmuş, daha sonra isə usta köməkçisi işləmişdir. Xürrəmilərin başçısı Cavidan ibn 
Səhli  Babəkin  cəsarəti,  vətənpərvərliyi  cəlb  etmiş  və  onu  özünə  köməkçi 
götürmüşdür.  Cavidan  həlak  olduqdan  sonra  xürrəmilər  Babəki  özünə  başçı 
seçmişlər.  Xürrəmilərin  mərkəzi  Ərdəbildən  145  km  şimal-qərbdə  Bəzzeyn 
dağında qurulmuş Bəzz şəhər-qalası olmuşdur. 
Babək  ilk  gündən  zülmkarları  məhv  edib,  əzilənlərə  azadlıq  verəcək  bir 
mübarizəyə  başladığını  bəyan  etmişdi.  Bu  şüar  onun  ətrafına  minlərlə  məzlum 
kəndli,  sənətkar,  şəhər  yoxsullarını  toplamışdı.  Babək  onlardan  güclü  qoşun 
yaratmağa nail olmuşdu. Bunu gördükdə xəlifəyə düşmən olan bir sıra iri feodallar 
Babəkə qoşulmuşlar. Xürrəmi qoşunlarının hərbi təşkilatı dövrün tələblərinə cavab 
verirdi.  Qoşunun  əsas  hissəsi  kəndlilərdən  təşkil  edilmiş  piyadalar  idi.  Süvari 
hissələr  azlıq  təşkil  edirdi.  Qoşunları  silahlarla  təchiz  etmək  üçün  emalatxanalar 
açılmışdı. Qoşunlarda kəşfiyyat xidmətinin təşkilinə böyük diqqət yetirilirdi. 
Xürrəmi  hərəkatının  genişlənməsi  xəlifə  əl-Məmunu  Azərbaycana  ordu 
göndərməyə  vadar  edir.  819-cu  ildə  sərkərdə  Yəhya  ibn  Müaz  Azərbaycana 
soxulsa da, üsyanı yatıra bilmir. Xəlifə onun yerinə İsa ibn Məhəmmədi komandan 
təyin  edib  Azərbaycana  göndərir.  821-ci  ildə  Bərdə döyüşündə  Babək  qalib  gəlir. 
Xəlifə  Züreyq  ibn  Əli  əl-Əzdi  və  Əhməd  ibn  əl-Cüneyd  əl-Askafinin  başçılığı  ilə 
Azərbaycana  yeni  qoşun  göndərir.  Babək  yenə  də  qələbə  çalır  və  əl-Askafi 
xürrəmilər  tərəfindən  əsir  götürülür.  Xəlifə  bu  dəfə  ordu  komandanı  vəzifəsinə 
ərəblərin  on  yaxşı  sərkərdələrindən  olan  Məhəmməd  ibn  Hümeyd  ət-Tusini  təyin 
edir. O, 827-ci ildə Azərbaycana qoşun yeridir, lakin 829-cu ilin yayında Həştadsər 
dağı  yaxınlığında  (Bəzzdən  6  km  aralı)  Babək  ət-Tusinin  ordusunu  məğlub  edir. 
830-cu  ildə  digər  sərkərdə  -  İbrahim  ibn  əl-Leys  xürrəmilərin  üstünə  göndərilir, 
lakin o da məğlub olur. 
Məğlubiyyətlər  xilafətdə  çaşqınlıq  yaradır  və  Babək  təşəbbüsü  əlinə  alır. 
Onun qoşunları hücum əməliyyatları keçirməyə başlayır. Albanlar yaşayan Şimali 
Azərbaycan  əhalisi  də  Babəkə  qoşulur.  830-cu  ildə  xürrəmilər  Həmədan  şəhərini 
tutur  və  bunun  nəticəsində  xilafətin  şərq  vilayətlərinin  mərkəzdən  qoparılması 
təhlükəsi yaranır. Cəzirə, Suriya və Misirdə xalq üsyanları başlayır. 
Yeni  xəlifə  əl-Mötəsim  yeni  qoşunlar  tərtib  edir  və  onların  tərkibində 
türklər çoxluq təşkil edir. Artıq 833-cü ildə İshaq ibn İbrahimin başçılıq etdiyi ərəb 
qoşunları  Həmədan  yaxınlığında  Nəsr  adlı  sərkərdənin  başçılıq  etdiyi  xürrəmi 
qoşunlarının  məğlub  etməyə  müvəffəq  olur.  Xəlifə  Kiçik  Asiyada  Bizansa  qarşı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə