Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   11   12   13   14   15   16   17   18   ...   129

40 
 
şirvanşahın  hərbi  donanması  kifayət  qədər  güclü  idi.  Sarı  adası  yaxınlığında  baş 
vermiş  dəniz  döyüşündə  şirvanşah  rus  donanmasını  darmadağın  edir,  rusların  75 
gəmisindən 73-ü geri çəkilib aradan çıxır. Bu qələbə orta əsrlər dövründə rusların 
dənizdən  Azərbaycana  hücumlarına  birdəfəlik  son  qoyur.  Qıpçaqların  qarşısını 
almaq  mümkün  olsa  da,  onları  ölkədən  çıxarmaq  çox  çətin  idi.  Belə  şəraitdə 
yaxşılığı  unutmayan  gürcü  çarı  III  Georgi  şirvanşahın  köməyinə  gəlir.  Birləşmiş 
Şirvan - gürcü qoşunları qıpçaqları ölkədən qovur. 
Bu qələbələr, əlbəttə, şirvanşah I Axsitanın nüfuzunu artırır. 
1192-ci ildə Şirvanşahlar dövlətinin paytaxtı  Şamaxı  şəhəri güclü zəlzələ 
nəticəsində dağılır. Şəhərin əksər iri və xırda binaları uçur, on minlərlə insan həlak 
olur.  Həlak  olanlar  arasında  şirvanşah  I  Axsartanın  ailəsi  də  var  idi.  Yer 
təkanlarının gücü o dərəcədə böyük imiş ki, hətta  yaxınlıqdakı dağ qalalarında da 
dağıntılar olur. Şamaxılıların köməyinə bütün Azərbaycandan minlərlə insan gəlir. 
Ümumi  səylərlə  şəhər  yenidən  bərpa  olunmağa  başlayır.  Lakin  şirvanşah  yaxşı 
başa düşür ki, zəlzələ yenidən təkrarlana bilər. Ona görə də yeni paytaxt üçün yer 
seçir.  Beləliklə,  Bakı  şəhəri  Şirvanşahlar  dövlətinin  ikinci,  ehtiyat  paytaxtı  elan 
edilir.  Məqsəd  hər  hansı  bir  təhlükə  yaranarsa,  hökuməti  və  xəzinəni  Şamaxıdan 
Bakıya  köçürmək  idi.  XII  əsrdə  Bakı  şəhəri  artıq  paytaxt  ola  biləcək  qədər 
böyüyür. Şəhərdə gedən tikinti işləri geniş vüsət alır. Saraylar və qalalar, bazarlar 
və  dükanlar,  məscidlər  və  mədrəsələr  şəhəri  bəzəyir.  Sənətkarlıq-ticarət  mərkəzi 
kimi  inkişaf  edən  Bakı  Dərbənddən  sonra  Xəzər  sahilində  ikinci  mühüm  ticarət 
limanı  hesab  edilir  və  əsasən  neft  və  duz  istehsalçısı  kimi  şöhrət  tapır.  Şəhərdə 
gəmi tərsanələri, sənətkar emalatxanaları, anbarlar, evlər və imarətlərin sayı günü-
gündən artır. 
Şirvanşah  I  Axsitanın  hakimiyyəti  illərində  Azərbaycanın  Şirvan 
bölgəsində  yaranmış  siyasi  sabitlik,  onun  Azərbaycan  Atabəyləri  dövləti  və 
Gürcüstanla  dostluq  siyasəti,  hərbi  qüdrətinin  artması  iqtisadi  inkişafa  və 
mədəniyyətin tərəqqisinə müsbət təsir göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 


41 
 
  1136-cı  ildə  Şəmsəddin  Eldəniz 
tərəfindən  yaradılmış  Azərbaycan  Atabəylər 
dövləti    (Eldənizlər  dövləti)    tariximizdə  ən 
möhtəşəm  dövlətlərdən  biri  olmuşdur.  1175-ci 
ildən  etibarən  dövləti  idarə  edən  Məhəmməd 
Canah 
Pəhləvan 
onu 
daha 
 
da  
qüdrətləndirmişdir. 
Atasının 
ən 
yaxın 
silahdaşlarından 
sərkərdəlik 
və 
dövlər 
idarəçiliyi  dərsləri  almış  Cahan  Pəhləvan 
dövləti  daxili  sabitliyinin  təmin  edilməsinə 
yönəlmiş  kompleks    tədbirlər    həyata  keçirir.  
Bunun  sayəsində  qüdrətli  ordu  yaradan, 
Dərbənddən  İran  körfəzinədək,  Diyarbəkirdən 
Əfqanıstan  sərhələrinədək  əraziləri  tabe  edən 
Cahan  Pəhləvan  dövlətinin  ərazisinə    bir    dəfə 
də olsun düşmən qüvvələri buraxmamışdır! 
 Azərbaycan 
tarixinə 
Məhəmməd 
Cahan 
Pəhləvan 
mərkələşmiş 
dövlət  yaratmağa 
çalışan,  Azərbaycanın  vahidliyini  təmin  edən 
şəxs  kimi daxil olmuşdur. 
Məhəmməd  Canah Pəhləvan   
(1175-1186) 
136-cı  ildə  Şəmsəddin 
Eldəniz  tərəfindən  yaradılmış 
Azərbaycan  Atabəyləri  dövləti  (Eldənizlər  dövləti)  tariximizdə  ən  möhtəşəm 
dövlətlərdən  biri  olmuşdur.  Görkəmli  sərkərdə  və  uzaqgörən  siyasi  xadim  olan 
Şəmsəddin Eldəniz çətin hərbi-siyasi vəziyyətdə nəinki öz dövlətinin müstəqilliyini 
təmin etmiş, hətta az vaxt ərzində bir çox iri feodalların özbaşınalığına son qoyaraq 
bütün  Azərbaycanı  öz  hakimiyyəti  altında  birləşdirmişdir.  Naxçıvan  şəhəri  bu 
dövlətin  paytaxtı  olmuşdur.  Naxçıvanın  Şərqin  ən  gözəl  şəhərlərindən  birinə 
çevrilməsi  məhz  Şəmsəddin  Eldənizin  adı  ilə  bağlıdır.  1161-ci  ildə  İraq 
sultanlığının  taxtında  nümayəndəsini  oturdan  Şəmsəddin  Eldəniz  bu  dövləti  də 
idarə  etmişdir.  Onun  böyük  oğlu  Məhəmməd  Cahan  Pəhləvan  İraq  sultanının 
xacibi  təyin  edilmişdi.  O  dövrdə  xacib  sultanın  köməkçisi  olmaqla  dövlətin 
vəzirindən  də  yüksək  vəzifə  hesab  edilirdi.  Şəmsəddinin  kiçik  oğlu  Qızıl  Arslan 
İraq  sultanlığı  qoşunlarının  baş  komandanı  olmuşdur.  Belə  ki,  Azərbaycan 
Eldənizlər  sülaləsinin  hakimiyyəti  altında  olan  İraq  sultanlığı  faktik  olaraq 
Eldənizlər  dövlətinin  tərkib  hissəsi  hesab  edilmişdir.  Şirvanşahlar  dövləti  də 
Eldənizlərdən  asılı  vəziyyətdə  olmuşdur.  Beləliklə,  Azərbaycanın  vahidliyi  təmin 
edilmişdir.  Şəmsəddin  Eldənizin  hakimiyyətinin  sonuna  yaxın  Eldənizlər  dövləti 
Dərbənd şəhərindən İran körfəzinədək olan əraziləri əhatə etmişdir. 


42 
 
1175-ci  ildə  -  Şəmsəddin  Eldənizin  vəfatından  sonra  böyük  oğlu 
Məhəmməd  Cahan  Pəhləvan  hakimiyyət  başına  keçir.  Atasının  peşəkar 
sərkərdələrindən  hərbi  dərslər  almış,  dövlət  xadimlərinin  rəhbərliyi  altında 
dövlətçiliyin sirlərini öyrənmiş, elm və mədəniyyətlə yaxından maraqlanan Cahan 
Pəhləvan  hakimiyyətə  gələndə  artıq  hansı  tədbirləri  həyata  keçirəcəyini  yaxşı 
bilirdi.  Hələ  İraq  sultanının  xacibi  işlədiyi  zaman  o  anlamışdı  ki,  iri  feodallar 
dövlətin  dayaqları  olsalar  da,  onları  nəzarətsiz  qoyanda  dövlət  zəifləyir.  İri 
feodalların  arasında  baş  verən  münaqişələr  ucbatından  son  nəticədə  dövlətin 
ordusu  və  iqtisadiyyatı  tənəzzülə  uğrayır.  Məhz  bu  səbəbdən  də  o,  əsas  diqqətini 
mərkəzi  hakimiyyətin  gücləndirilməsinə  verir,  bir  sıra  düşündüyü  tədbirlər 
kompleksini  həyata  keçirir.  Bütün  vacib  vəzifələrə  o  öz  şəxsi  məmlüklərini  təyin 
edir.  Həmçinin  iri  şəhərlərə  və  vilayətlərə  də  məmlüklərini  başçı  qoyur.  Qeyd 
etmək lazımdır ki, "məmlük" sözü şəxsi qul mənasını versə də, o məmlüklər bizim 
"qul"  kimi  qəbul  etdiyimiz  anlayışdan  fərqlənirdi.  Belə  ki,  məmlük  kimi  qeydə 
alınmış gənc mütləq 5 illik təlim-xidmət mərhələsi keçirdi. Yalnız bundan sonra o, 
tam hazırlıqlı döyüşçü hesab olunurdu. Belə məmlüklər hökmdarın şəxsi mühafizə 
dəstəsinə  götürülür,  onun  və  ailəsinin,  həmçinin  dövlətinin  xəzinəsinin 
təhlükəsizliyini təmin edirdi. 
Belə  döyüşçülər  arasından  ən  yaxşıları  seçilir  və  onların  təlimi  davam 
etdirilirdi. Təlimin altıncı ilində məmlüklər xüsusi rəmz kimi badə alaraq hökmdar 
sarayına  daxil  olmaq  və  burada  xidmət  etmək  səlahiyyəti  qazanırdılar.  Beləliklə, 
məmlük  saray  qayda-qanunları  ilə  qonaq  qəbul  etmə,  şikayətçilərlə  münasibət 
saxlama  və  s.  proseslərlə  yaxından  tanış  olurdu.  Yeddinci  xidmət  ilində  məmlük 
hökmdarı  əhatə  edən  şəxslər  sırasına  daxil  edilir,  ona  "hökmdarın  silahdan", 
"hökmdarın mehtəri", "hökmdarın paltar qoruyanı" və s. vəzifələrindən biri verilsə 
də,  əslində,  bütün  dövlət  əhəmiyyətli  işlərdə  iştirak  etməyə  başlayırdı.  Bu  zaman 
dövləti  idarə  etmək  qanunları  ilə  tanış  olur,  bəzi  hallarda  məsləhətlər  vermək 
hüququna malik olurdu. Beləliklə, 35 yaşına çatmış və bütün göstərilən mərhələləri 
keçmiş  məmlük  sipəhsalar,  yəni  qoşun  komandanı  təyin  edilə  bilər,  37  yaşına 
çatdıqda  isə  əmir  titulunu  ala  bilərdi.  Əmir  titulu  almış  məmlük  iri  inzibati 
vahidlərə  başçı  və  vacib  dövlət  vəzifələrini  icra  edən  şəxs  təyin  edilmək  hüququ 
qazanırdı.  Vilayət  başçıları  və  vəzifəli  şəxslər  məmlüklərdən  təyin  edildikdə 
vəzifəni  layiqincə  icra  edirdilər.  Buna  onların  keçdiyi  zəngin  həyat  dərsi  imkan 
verirdi.  Hərtərəfli  hazırlıqdan  başqa,  məmlüklərin  bir  üstünlüyü  də  var  idi.  Onlar 
uşaq  ikən  kasıb  ailələrdən  seçilir  və  ya  qul  bazarlarından  alınır,  bu  səbəbdən  də 
onların  qohum-əqrabası  olmurdu.  Bu,  bir-birləri  ilə  qohum  olan  iri,  güclü  feodal 
nəsilləri  ilə  hökmdarın  apardığı  mübarizədə  vacib  məqam  idi.  Doğrudan  da, 
Məhəmməd  Cahan  Pəhləvanın  məmlükIəri  bütün  hallarda  ona  sədaqətlə  xidmət 
etmiş, onun vəfatından sonra isə onun qardaşı və oğullarına xidmət göstərmişdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə