Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə141/141
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18845
1   ...   133   134   135   136   137   138   139   140   141

324 
 
Həmin  dərə  silsilə  dağlardan  əmələ  gəlibdir ki, əhalinin oradan keçməsi  üçün Mirnəfər  Cavan  dağından 
keçid çəkilib ki,  bu adanın yaxınlığında, verstin  dörddə  üç hissəsi fasiləsində yerləĢir.  Bu məkandan 2  verst 
aĢağıda  Araz  Duzal  kiçik çayı  dəhnəsinə  çatır ki, onun  sol  sahilində Hacı  KəlaĢ  qayaları və  sağ  sahilində 
Duzal  kəndi  bağları  yerləĢir  və  bu  məsafənin  yarısında  yarım  verst  uzunluğunda  bir  ada  vardır  ki, 
Rusiyaya aiddir. 
Sərhəd xətti bu nöqtədən, yəni Arazın suyu iki verst məsafəni keçdikdən sonra Arazın sağ sahilində 
yerləĢən  Kərdəs  qalası  ətəyinə  çatır.  Bu məsafədə  Rusiyaya aid  iki ada yerləĢir və  sol sahilində  Bülovdağı 
qayasıdır. Ġki verst  aĢağıda Araz  çayı  Mehriçay  dəhnəsinə  çatır ki, onun  sol  sahilindən axır.  Oradan  Araz 
çayı sahilindən 3 verst fasilədə Mehri yerləĢir ki, Uradağı dağları onun yaxınlığında Araz çayı məcrasına tabe 
olur ki, bu məcra Mehriçay dəhnəsindən Ģimal və Ģərq arasındadır. 9 verst yol getdikdən sonra orada Rusiyaya 
aid 7 adaya  çatır və 4  digər ada Ġrana aiddir.  Oradan  Arazın məcrası  qıvrılıb 5 verst və verstin  dörddə  biri 
qədər  məsafədə  cənub  və  Ģərqə  doğru  axıb yarım  verst məsafədə Rusiyaya  aid  adaya  birləĢir.  Araz  çayı 
oradan Ģərqə doğru 13 verst axdıqdan sonra Rusiya tərəfindən axan kiçik Gəmiçay dəhnəsinə cərəyan edir və 
orada  sağ  sahilə aid  digər 4 adadan keçir və  sol sahilində yerləĢən  digər ada yaxınlığında Mizan  və  Rulalı 
kəndləri  yerləĢir.  Hemin  adda  olan  dağlann  ətəyində,  serhedin  bu  nöqte-sində  Araz  çayı  sahilinin  bir 
verstliyində yerləĢibdir və Əlivərəq  və  Nüqədi kəndləri həmin məkandan Astasu  dağları  ətəyində,  Arazın 
sol  sahilindən 2 verst  fasilədə yerləĢmiĢlər.  Arazdan 2,5 verst aĢağıda ƏsiĢin adlı kiçik  bir  çay  dəhnəsinə 
çatır ki, MuĢar kəndi aĢağısındadır və Araz çayına tökülür. 
Arazın  sağ  sahilində  yerləĢən  ƏsiĢin  dağından  axır.  Arazın  iki  verst  və  verstin  üçdə  biri 
məsafəsində Sarısərt  dəhnəsinə çatır ki, həmin adda dağdan tökülür və həmin  dağ Araz çaymın sol sahilində 
yerləĢir, oraya axıb, Arazın 2,5 verst aĢağısında kiçik Qululiçay dəhnəsinə çatır ki, həmin adda kəndə tabedir və 
Ġrana aiddir, Araz çayına tökülür. Onun yanında o  dövlətə aid  ada vardır və  Araz çayının 5,5 verst aĢağısında 
Ġrana  aid  Kəlalə  kəndinə  çatır  və  Rusiya  terəfindən  Araz  çayı  kənarında  yerləĢmiĢ  Əsbəhri  dağı  qayasından 
keçir. Araz çayı  bu nöqtədə  Ģimal və  Ģərqə  doğru axıb, 5,5 verst keçdikdən  sonra Ġran tərəfdən  axan kiçik 
Çalnarıçayı  dəhnəsinə,  sonra  8  verst  məsafəsi  olan  dərəni  keçib  kiçik  Qumlaqçay  çayına  çatır  ki, 
Rusiya t ərəfindən axır.  Bu  yerdə  iki  ada  vardır ki,  birisi  Rusiyaya,  digəri Ġrana  aiddir.  Bu məhəldən 
2,5 verst aĢağıda  Araz  çayı  yenidən Ġrana aid  3  adadan  keçir.  Bunlar  sağ  sahildən  axan kiçik  Əlğa 
çayının  birləĢdiyi yerdə  yerləĢir.  Bu məkandan  keçdikdən  sonra Araz  çayında 8  ada  əmələ  gəlir ki, 
Ġrana aiddir. IX ada rusa  aiddir.  Sindiyan  qalası  hımdürlükləri ətəyində,  Sitamedi  dağı kənarındadır 
ki,  Ġran  tərəfdə  yerləĢibdir.  Orada  Araz  çayı  Bəsitçay  dəhnəsinə  çatır  ki,  sol  sahildə  yerləĢmiĢ 
Tavaçadağı  dağlarından  Araza  daxil  olur.  Müqəddəm kəndindən  keçdikdən  sonra  Araz  çayı  dörd 
adadan keçir  ki,  ikisi  Rusiyaya,  ikisi  Ġrana  aiddir.  Sonra Arazın  sol  sahilində yerləĢmiĢ  dərəyə  daxil 
olur.  Sağ  sahilində yerləĢmiĢ  Dələkdasdan  keçir. Arazm 4,5  verstlyinə  çatır.  Sonra Maçuvandurçay 
dəhnəsində, Arazın sol sahilində yerləĢmiĢ Sər qalası ətəyində Araz çayına daxil olur. 
Araz çayı bu məkandan cənub və Ģərqə axır. On bir verst məsafədə həmin dərədən Luhabet 
dərəsindən,  sonra  Rusiyaya  aid  12  böyük  adadan  kcçir  v ə  Ġrana  aid  Nəsuranı  adlı  dərənin 
yaxınlığındakı 10  adaya  çatır.  Oradan  sol  sahildə  yerləĢmiĢ kiçik  Bərkəbat çayının  dəhnəsinə  çatır. 
Həmin məcra  ilə 2 verst  aĢağıda 2 kiçik çay  dəhnəsinə  çatır.  Birisi,  Ġlfaqdır,  Rusiya t ərəfdən axır, 
digəri  Fərqsudur.  ġaraqı yaxınlığında Ġrana  aiddir. Araz  bu  məkanda Ġrana  aid  iki  adadan keçib 7 
verst  aĢağıya  çatdıqda  iki  qədim  Xudafərin körpüsünə  çatır.  Oranı keçdikdən  sonra  Ġrana aid 10 və 
Rusiyaya aid 7 adadan keçir. Bu iki körpüdən sonra Sərkurə Arazın yuxansından Ģərqə doğru axır. 4 
verst  keçdikdən  sonra kiçik  Çalpaçay  çayı  dəhnəsinə çatır ki,  ondan  bir  verst aĢağıda  Larican  dəh-
nəsidir.  Oranın  2,5  verstliyində  yuxarı  Xumarluçay  yerləĢir  və  aĢağı  Xumarluçay  da  1,5 
verstlikdədir.  Bu  dörd  çay  Arazın  sağ  tərəfindən  axır  və  Larican  dağlarından  gəlir  ki,  onlardan 
birində  Xumarlu  kəndi  yerləĢir.  Bu  dağlar  Vərəsdağın  üzbəüzündə  yerləĢmiĢdir  ki,  Rusiya 
tərəfindədir.  Araz,  ƏĢgihəmədani  adlı  kiçik  qayalar  müqabilində  yerləĢmiĢ  aĢağı  Xumarluçay 
dəhnəsindən  keçdikdən  sonra  iki  qədim  Qız  qalası  arasından  6  verst  axdıqdan  sonra  Sığırlı 
dağlarından  axan və Ġran tərəfdə  yerləĢmiĢ  Sığırluçay  çayı  dəhnəsinə  çatır və həmin  adda kəndin 
aĢağısında  birləĢir.  Oradan  bu  yerə  daxil olana  qədər  sağ  sahildəki 8  adadan keçir. Digər  7  ada  sol 
sahildədir. Tatar düzü adlanan geniĢ bir səhra ilə sərhəddir. Arazın Sığırluçayı çayından 4 verst aĢağıda 


325 
 
Çomçaqçay  dəhnəsinə  çatır.  Onun  bu  məcrasında  Ġran  üçün  iki  ada  vardır  və  3  ada  Rusiya  üçündür.  Bu 
Çomçaqçay Tatar  düzü  səhrasından keçib  Araza  daxil olur və  bu məkandakı 5 verst  aĢağıda,  sol sahildən 
Mantəpə  dağından  keçib,  iki  Göydərəçay  dəhnəsinə  çatır  ki,  sol  tərəfdən  Mantə pə  dağından  axır. 
Selsinçay çayından on bir ada Ġrana aiddir və bu məsafədə pərakəndə halda yerləĢirlər. XI ada düz bu iki 
dəhnə qarĢısındadır. Oradan Araz Marafyan keçidinə çatıb, 10 verst axdıqdan sonra bu məsafədə Ġrana aid 
on  bir ada vardır. Araz keçidindən 2 verst aĢağıda 2 verst  uzunluğunda  bir  adaya  çatır ki,  Ġrana  aiddir.  Bu 
adanın  iki  qurtaracağmda Muxtar  və  Sanuvan  qıĢlaqlan  yerləĢir.  Bu  böyük adamın  qurtaracağmda  Araz 
çayı  Ģimal və  Ģərqə  axır.  GeniĢ  dərədən 16 verst keçdikdən  sonra  Aslandüz keçidinə çatır ki, Qaradağdan 
axan  Rudçay  dərəsi  dəhnəsinə yaxın yerdə yerləĢir.  Bütün  bu mesafələrlə 16 verst  Arazda 14 ada vardır 
ki,  doqquzu  Rusiyaya,  beĢi Ġrana  aiddir. 2 verst  aĢağıda, Arazın  sol  sahilində Lumanlı  qıĢlağı  ilə  birləĢir. 
Rusiya tərəfinə axan  Çirkin kiçik çay  dəhnəsinə  çatır.  Ġki verst məsafədə  Rusiyaya  aid 5  ada vardır.  Bu 
nöqtədə Araz  çayı  Ģərqdən axıb 5 verst məsafədən  sonra  Qurdçay  dəhnəsinə çatır ki,  Alaqarqu kəndinə 
yaxındır. Sol sahilində onun yaxınlığında bir keçid vardır ki, həmin addadır və 6,5 verst aĢağıda Kəndulan 
çayı  dəhnəsinə  birləĢir  ki,  sol  sahildən  axır  və  Xacəlu  kəndi  onun  yaxınlığında  yerləĢir.  Burada  Araz 
həmiĢə Ģərqə doğru axıb geniĢ səhradan keçir və 17 verst keçdikdə Ultan keçidinə çatır. Qədim Ultan qalası 
aĢağısına çatır və çaym sağ sahilində yerləĢir. Qala çayın adı ilə Ultan adlanır. Araz bu yerə daxil olmamıĢdan 
Rusiyaya aid 12  və Ġrana  aid 3  adadan keçir.  Burada yenə 3 verst axıb,  iki Yeddi  Bölük keçidinə  çatır. 
Yenidən bu qısa məsafədə 12 Ġrana və 3 Rusiyaya aid adadan keçir. Burada sərhəd nöqtəsi Yeddi Bölükün iki 
keçidi ortasında yerləĢən nöqtəyə, yəni  Yeddi  Bulaq adlı yerə çatdıqda yenə öz məcrasını  davam etdirir. 21 
verstlik  mesafə  sona  çatır ki, 1828-ci  il T ürkmənçay müqaviləsinin  IV  maddəsində müəyyən edilibdir. 
Bütün  bu məsafədə Araz çayının sahili meĢələrlə  əhatə olunmuĢdur.  Buradan keçmək mümkün  deyildir, 
qarıĢıqdır. Çünki Araz çayının suyu səhranı tutur. Araz çayı sahilinin 2,5 verstliyi bu məsafəni əhatə edir və 
çayın  bir  verstlik  məcrasında  29  ada  vardır  ki,  19  böyük  ada  Ġrana,  10  daha  kiçik  ada  Rusiya  ya  aiddir. 
Nəhayət,  sərhəd  xətti  21  verstliyin  qurtaracağına  çatdıqda  Araz  çayı  məcrasmı  dəyiĢib  geniĢ  Muğan 
səhrasından keçir.  Buna əsasən  sərhəd xətti Araz çayının  sonuna çatıb, özünün  sağ  sahilində  Yəram  Təpə 
(Bayram-təpə - S.O.) adlı təpənin qərbində MeĢkindən Səlyana gedən baĢ yolda silindrvari istehkam binası 
tikilibdir ki,  bu  bina Ġranın  Ģimal tərəfindən  iki  dövlət arasında  sərhəd xəttinin  sonudur və  bu  silindirvari 
sərhəd xəttindən cənub  səviyyəsinə, cənubdan Ģərqə 32,5  dərəcə əyilir və Muğan  səhrasmdan keçir. 45 
verst sərhəd xətti  bu minval ilə keçdikdən  sonra  Balharud çayının  sağ  sahilində yerləĢmiĢ Biləsüvar  adlı 
təpə  müqabilində  ətrafı  yarım  diametrlik  meydanda  Araz  çayı  ətrafına  perpendikulyardır  və  bu  təpə 
müqabilində  bu çayın  sol  sahilində  silindrvari  digər yer vardır ki,  sərhəd xəttinin  qurtaracağını  bu nöqtədə 
bildirir və orta silindrvari  bu iki nöqtə arasında yuxan  qalxıbdır. Ġndi Biləsuvann müqabil nöqtəsindən, yeni 
SarıqamıĢ  ilə Adinə  Bazarın birləĢdiyi  yerdən 21 verst aĢağıda  iki  dövlət  arasındakı  sərhəd xətti  elə  bir 
xətdir ki, Balharudun məcrasının mənbəyinə doğru bəyan edir. Belə ki, Biləsuvardan sonıa onun sol sahili 
Ġrana, sağ sahili isə Rusiyaya aiddir. 
Sərhəd xətti  SarıqamıĢ ilə  Adinə  Bazarın  birləĢdiyi yerə  çatdıqda  çayın  son məcrası  ilə yuxarı 
qalxır. Onun sağ sahili Rusiyaya, sol sahili Ġrana aiddir. Gəlinçayı dəhnəsi birləĢdiyi 8 verst məsafədə sərhəd 
xətti aĢkar olur.  Sol  sahildən Dəlil  və  Qalu  dağlan müqabilində 10 verst yuxarıda  Alazarçay  dəhnəsinə 
çatır və Ġranda olan dəyirmana yaxındır. Orada 30 verstlikdə ġoradərəçay ilə birləĢir ki, yenə Ġran tərəfdə 
axır. 
Sərhəd xətti həmiĢə  Adinə Bazar məcrasına  doğru  yuxarı  qalxıb, Gəlinçay  dəhnəsinə, çayın  sağ 
sahilində  yerləĢmiĢ  və  keçmiĢdə  Ģəhər  olan  Adinəbazar  yaxınlığında  Adinə  Bazara  daxil  olur  və  Rusiyaya 
aiddir.  0,5  verst  yuxanda  bu  rayonda  kiçik  çay  dəhnəsinə  çatır  ki,  Qaracadağ  dağından  axır.  Cənixanə 
dağından 0,5 verst məsafəsi vardır.  Sərhəd xətti  burada  ġənbəçay məcrası  ilə yuxan  qalxır. Yeni  Ximixanə 
dağı  dəhnəsinin  mənbəyinə  qədərdir,  Belə  ki,  kiçik  çaylar  Giliçay,  ġaturluçay,  Bəradərçay,  Uzunçay, 
Xanluçay  və  Ğəral  QıĢlaqda  ġaturlu  və  Badam  ağacı  kəndləri,  həmçinin  Əlixanlu,  Yamadari,  Limar, 
Əliabad, LoqmaĢin  Dadar, Di-qad  ül-sehr  və Siyax kəndinin yarısı Rusiyaya aiddir. Digər kiçik. çaylar, o 
cümlədən  MəraqeĢ,  Xulutuma,  həmçinin  onların  kəndləri  ĠĢa,  Həməsan,  ġənbə,  Züleyxanlu  qıĢlaq
Dadmastan enində Van Ufca və Seyaxm Məram digər yarısı Ġrana aid olur. 


326 
 
Sərhəd xətti Çənixanə  dağı zirvəsinə çatdıqda qərbə tərəf uzanır. Ondan sonra QaJacuq, Qurqus, 
PirĢahverdi,  RiĢamadar  dağınn  zirvələrindən və  qaladan keçib  Qaradulandağ  qalasından keçib, Pirdavud 
zirvəsinə  çatır.  Oradan  cənub  və  qerbə  tərəf  uzamb  Cinçay  və  Dilkasçay  mənbələri  arasına  gəlib  çatır. 
Oradan  sərhəd  xətti  qərbə  doğru  yuxan  qalxıb  Cəkir  zirvələri  arasına  çatır.  Sərhəd  xətti  həmin  dağın 
yuxansına çatdıqda cənuba doğru uzanıb, elə dağ zirvələrindən keçir ki, müqavilənin düzəliĢinə uyğun ola-
raq Miyah məcrasını ayınr. Bu xətt Sıqnaq  daĢqlıqlarından 1,5 verst keçib Qaracadağ  dağı zirvəsinə  çatır və 
bu  zirvədən  1,5  verst  keçib  Rəngəbə  dağı  zirvəsinə  çatır  elə  bu  vəziyyətdəki  Keçiqıran  dərəsi  sol 
tərəfində,  Ağız  gədiyi  sağ  tərəfində  qalır.  Sərhəd  xətti  burada  MeĢkindən  Muğana  gedən  bas  yolda 
kəsiĢir.  Sərhəd  bu  nöqtədən  3  verst  məsafədə  keçmiĢdəki  kimi  uzanır  və  ġahtəhiĢ-maĢ  dağı  zirvəsinə 
çatır.  Oradan  cənub  və  Ģərqə tərəf  uzanıb  2 verst fasilədə  bu  dağın  zirvəsindən  Qaravul  dağı zirvəsinə 
qədər  gedir.  Bu  yüksəklikdən  aĢağı  düĢdükdə  2  verst  məsafədə  MeĢgin  baĢ  yolu  ayrılır. 
Murqandarkuvanda  qət olunur.  Yəni yol  kəsilir.  Sərhəd xətti  həmin məsafədə 6 verst keçdikdən  sonra 
hündür təpəyə çatır ki, qədimdə Qalacuq qalası orada imiĢ, iki çay, yəni ƏrĢəq tərəfdə olan Çulaçay, TalıĢ 
tərəfdə olan  Gəlinçay  arasında yerləĢmiĢ  Qaracuq  dağından  sonra Araz xətti  SadaĢ  gədiyi və  Bərcəs  dağı 
yuxansından  keçir. 5 verst məsafədən  sonra  bu  Bərcasdağ  dağından sərhəd  Ģərqə  doğru  uzanır.  Xorasan 
dağı ilə  Rusiya tərəfdən və Ġran tərəfdən olan  Alad  Xacə  dağı  dağlar arasındakı  hündürliiklərdən keçir. 
Sərhəd  xətti  oradan  cənub  və  Ģərqə  doğru  uzanır.  EIə  dərələrin  zirvəsindən  keçir  ki,  Ġran  tərəfdə  kiçik 
çayların, o  cümlədən Qısa  Cərdümal, Dağ bulağı  və Utan mənbəyi həmçinin TalıĢa tərəf  axan Mazara 
Dərə  Əli  və Dağbulağı mənbələri onun yaxınlığında olan iki xaraba  qalmıĢ  Deladan  və Dərya kəndlərin 
həmin dərələrdən qalxır. 
Sərhəd xətti  Talvama dağı zirvəsindən keçir.  Buradan ƏrĢəq-dən TalıĢa yol keçir və 3 verstlik 
məsafədə  Kin  dağına  çatır.  Sərhəd  xətti  bu  məkandan  cənuba  doğru  uzanıb  6  verst  keçib,  sonra  Drigli 
Mazar Əli  qəbiristanlığına  birləĢir.  Belə ki,  Ağbulağ, Ətər-kəlbulağ, Qara xan  gölü, Kiloxoi,  Kin,  Ərəsä 
Kəlbulağ,  Xacə  Bulağ  mənbələrinin  hamısı  Ġrana  aiddir.  Digər  tərəfdən  Delğar  kəndindən  keçən 
Salaxabın, mənbəyi həmçinin Heldi  Qol, Məmaqun, Himaran, Yilqar  gədiyi,  Kor  Bulağ Rusiyaya aid 
olur.  Burada  bir yol vardır ki, Ərdəbildən TalıĢa tərəf  gedir və  sərhəd xətti onu  kəsir. Driğli Məzar Əli 
qəbiristanlığından  sərhəd 9 verst  keçdikdən  sonra  Osman  Giti  dağı  zirvəsinə  çatır və həmin  San dağları 
hündürlüklərindən keçib, oradan  sərhəd xətti  Ģərqə  doğru  davam  edir və Xacə  Kök  dağ,  Qazma,  Taban 
dağlan zirvəsindən və bir kənddən keçir. Elə bir yol ilə ki, Delyar mənbəyi Ġran tərəfdə qalır və iki xaraba 
kənd, yəni AĢan Gədik, Ləbəxari  gədiyi kəndləri  və  Niyati dərsi də rəsi ġaludərə  çayını əmələ  gətirən 
mənbələr xaraba qalmıĢ və həmin adla adlanan kəndin yaxınlığından keçib, Rusiyaya aid olur və Osman Giti 
dağı zirvəsindən keçdikdən sonra sərhəd xətti cənub və Ģərq tərəfə doğru davam edib Savalan  və Qızpürdi, 
Fi Məqsud UmĢi  dağlan zirvələrindən keçir. 4 verst məsafədən sonra Emizalə dağı zirvəsinə çatır, elə yol 
ilə  ki,  Piləçayın  6  kiçik  mənbəyi  onlardan  əmələ  gəlir  və  Ġrana  aid  olur.  Matalı,  Qaragül  bulağı,Ġkinci 
LaruĢilaf  Yüzdi  bulaq  mənbələri Lənkərançaya  birləĢir  və  Rusiyaya  aid  olur.  Əs-Səma  dağları  zirvə-
sindən  sərhəd  xətti  cənub  və  Ģərqə  doğru  davam  edir.  DəlkəbaĢı  dağları  zirvəsindən  keçib  9  verstlikdə 
yeriləĢən  Kəlubuti zirvəsinə çatır. Həmçinin Ətiburan Usi  və  Varil  DəqəĢ Təpə, Mürdəsaqi  və  Cilovquli 
dağları  zirvələrindən keçir.  Belə ki,  Fasuli bulağ,  Daril bulağ, SərĢə Hüli, Sərdə Saqi Huli, Siğə bulağ, 
Dənəhuni  bulağ,  Alasüdfəsli  bulaq,  Mürdəsaqi  bulağ,  Cilov  Qulu  bulağ,  Səgxamar,  Xosb  bulağ, 
Əlidas bulağ, RaĢ bulağ hamısı birlikdə mənbələri Elçaq çayını yaradır, bunlar Ġrana aiddir. Digər tərəfdən 
kiçik çaylar, o cümlədən  Asiyay bulağ,  DaĢ bulağ, Silnaqun bulağ, Əli TeĢi bulağ,  Unuqsar bulağ,  Qızılı 
bulağ bunlanın hamısından Zanuduran çay əmələ gəlir, hamısı Rusiyaya aiddir. 
Sərhəd  xətti  Kəlubuti  dağı  zirvəsinə  çatdıqda  Mazar  Dilnadar  dağları,  Mas,  ManqaĢı,  Lajım 
Gülbatı  və  ġindin  qalalarından  keçir.  Oradan  sərhəd  xətti  cənub  və  Ģərqə  doğru  uzanır,  dağlanın 
hündürlüklərini əldən vərir.  Gençay  qalası kiçik çaya tabe  axıb,  Ağməscid  çay  və  Astara çayı kəsiĢdiyi 
yerə birləĢməsinə çatır. Belə ki, Vənəbin, Xacə Pir, Heyran, QazıköĢi, Sal qulun çayları, Basi və  Nərgis 
kəndləri  Ġrana  aid  olur.  Zərdlu,  Xeyir  oğlu,  ġeyx  Nobəri,  Dədə  Süleyman  çayları  Rusiyaya  aid  olur. 
Ağməscid çayı  Astaraya birhĢdikdə  orada Ağ körpü adlı iki qədim xaraba körpü vardır. Sərhəd xətli 
Astaraçay məcrasına tabe  olur, yəni onun  Xəzər  dənizinə tökülən  dəhnəsinə  qədər.  Belə ki, Astara 
çayının sağ sahili Ġrana, sol sahili isə Rusiyaya aiddir. 


327 
 
 
Yazıldı 18 yanvar 1829-cu ildə Araz kənarında Beyramluda Bərabərdir  
28 rəcəb əl-mürəccəb 1244-cü il. 
 
Kolonol Ramqamov 
 
(Fars dilindən tərcümə edən prof. SM.OnulIahi). 
 
[Əlavələrin m ətni üçün bax: Kərim  K. Şükürov, 
 Türkm ənçay 1828. Tarixi  xronika, Bakı,  
"Çaşıoğlu" mətbəəsi, 2006, səh. 111-132,147-159] 
 
 
 
 
 
 


328 
 
 
 
 
 
 
 
 
 
 
 
NəĢriyyatın direktoru: Ə.Q.Cə fərov 
 
Bədii redaktoru: Zaur 
Texniki redaktoru: Pərvanə İm ran qızı 
Korrektor: Adil 
Kömpüter: Nərgiz Kazımova 
 
Yığılmağa vərilib: 01.02.2007. Çapa imzalanıb: 10.05.2007. 
Kağız formatı: 60ç90
1/
16
. Ofset çapı. Ofset kağızı. 
Həcmi 25 ç.v. Tirajı 500. Qiyməti müqavilə ilə. 
 
 
 
―Çıraq‖ nəĢriyyatında yığılıb səhifələnmiĢ və çapa hazırlanmıĢdır. 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə