Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/141
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18845
1   2   3   4   5   6   7   8   9   ...   141

12 
 
namizədləri  F.R.Mah mudov,  F.M.  Əliyeva,  L.L.Həsənova  və  K.K.ġükü rov 
yerinə yetirmiĢdir. ― Ön söz‖ ü S.S. Əliyarlı yazmıĢdır. I,II və III bölmə lərə  düĢən 
qaynaqları  (10,11,12,14,  18,  19, 21,  29-33 və 35-50 saylı qaynaqlar çıxılmaq la) 
azərbaycancaya  S.S.  Əliyarlı  və  F.R.Mah mudov  çevirmiĢlər.  Bu  bölmə lərdəki 
qeyd  və  izahların  müəllifləri  də  onlardır  (yu xa rıda  ya zıldığ ı  kimi,  bəzi 
qaynaqların ilkin  çapını ha zırlayan mütə xəssislərin qeyd və aray ıĢlarında istifadə  
olunmuĢdur).  IV  bölmədəki  parçların  Azərbaycan  dilinə  çevrilməsi  üçün 
müvafiq  qeydlərin  hazırlan ması  iĢini  S.S.  Əliyarlı,  F.M.  Əliyeva  və  L.L. 
Həsənova görmüĢlər.  
  Ġkinci nəĢr üçün  mətn ü zərində düzə liĢ və  yo xla ma  iĢlə rin in  zəh mətin i 
prof. Sü ley man Əliyarlı və tarix elmləri namizədi Lalə Əliyeva çəkmiĢlər.   
 
 
 
 
I BÖLM Ə 
 
AZƏRBAYCANIN QƏDĠM TARĠXĠ 
(Miladın IV yüzilinədək) 
 
MĠXĠ YAZI  PARÇALARI 
 
  Erkən yazılı qaynaqların Cənubi A zərbaycan ərazisində qeydə aldığı ən 
böyük  ilkin  dövlət  birləĢ məsi  Mannadır.  Urmiya  gölü  hövzəsindəki  bu  gölün 
tarixinə da ir yazılı sənədlər baĢlıca  olaraq e .ə. IX-VII yüzillərə a id Assuriya və 
Urartu  mixi ya zılarındadır.  Hə min sənədlər Manna ilə qonĢuluqdakı Assuriya və 
Urartu  hökmdarların ın  buraya    hərbi  yürüĢlərin i  təsvir  etdiyi  üçün  hərbi 
salnaməçi qaynaqlar kimi təsnif edilir. Bu  qaynaqların ço xu Assuriya və Ura rtu  
ərazisindən tapılmıĢ, bir neçəsi isə Urmiya gölü rayonunda qeydə alın mıĢdır. 
  Mixi  ya zılı  mətnlə rindəki  məlu mat ları  konkret  olsa  da,  birtərəflidir. 
Onlar    bir  qayda  olaraq  Assuriya  v ə  Urartu  hökmdarının  Mannaya,  onun 
qonĢuluğundakı  torpaqlara    hərbi  yürüĢ  zamanı    çaldığı  qələbə  haqqında 
ağızdolusu  danıĢır,  uğradığı  məğlubiyyət  haqqında  isə susurlar.  Lakin  birtərəfli 
və  qərəzli  olmarına  ba xmayaraq  bu  yazıla r  Azə rbaycan  ərazisində  ibt idai  ic ma  
quruluĢunun  dağılması  nəticəsində  yaran mıĢ  ―ölkələr‖  ,  onların  vahid   dövlət 
ətrafında b irləĢməsi, həmçinin  həmin  dövlətlərin əhalisin in etnik tərkibi-Manna 
tayfaları,  onların məĢğuliyyəti haqqında  tutarlı məlu matlarla zəngindir.  
  Mixi  ya zı  mətnləri  əsasında  Manna  tarixi  məsələlə rin in  araĢdırılması 
iĢində  Q.A.  MelikiĢvili,  Ġ.M .Dyakonov,  S.M.QaĢqayın  xid mətləri  böyükdür, 
lakin  bu  iĢi  görülüb-bitmiĢ  hesab  etmək  yalnıĢ  olardı.  Urmiyaətrafı  torpaqlarda 


13 
 
tapılan    hər  bir  yeni  mixi  yazı  sənədi  orada  mövcud  olmuĢ    ―ölkələrin‖  sayını 
artırır, onların  və hakimlərin adları  ilə bizi tanıĢ edir, əhalin i apard ığı ço xsahəli 
təsərrüfatdan xəbər vərir.  Belə  mə lu matla rın  xüsusilə onomastika  materia llarının  
sayı  artdıqca,  onların  ümu miləĢdirilməsinə  həsr  olunan  yeni  araĢdırmalara 
ehtiyac  duyulur.  Bu  baxımdan  mixi  yazılı  mətnlər  öz  elmi  dəyərini  bu  gün  də 
saxlay ır. 
  Assuriya  və  Urartu  mixi  ya zıla rında  aĢağıda  vərilən   parçala r 
Q.A.MelikiĢvili,  Ġ.M.Dyakanov  və  S.  M.  QaĢqayın  çaplarından  götürülmüĢdür. 
Ġzah larda son araĢdırmaların nəticələrindən istifadə olun muĢdur.  
               
 
 
I.III SALMANASARIN
1
  KALHU (NĠMRUD)
2
 ġƏHƏRĠNDƏ  
―QARA XATĠRƏ DAġI‖ ÜZƏRĠNDƏKĠ SALNAMƏS Ġ 
 
Кашкаи С.Из истории Маннейского царства. Баку, 1977, с. 58,  
 
 
 <…> 
Mannalı 
Udakin in 
yaĢayıĢ 
məskənlərinə 
mən  
yaxınlaĢdım
3
.Mannalı Udaki
4
 mənim silahımın parıltısından vahiməyə düĢdü və 
öz həyatını  xilas etmək üçün ö zünün hökmdar Ģ əhəri Zirtanı
5
 qoyub getdi. Mən 
onu  təqib  etdim;  onun  iribuynuzlu  heyvanlarını,  qoyunlarını,  onun  saya 
gəlməyən  var-yo xunu  mən  apardım.  Onun  Ģ əhərlərini  mən  viran  qoydum, 
dağıtdım, odda yandırdım. 
 
12. II SARQONUN

―TƏNTƏNƏLĠ YAZI‖ S I 
 
VDĠ, 1951, №3, s. 209-210 
 
  <…> Mənim boyunduruğumu daĢıyan sadiq qul,  mannalı Ġranzunu tale  
aparanda mən onun ta xtına onun oğlu Azanı əyləĢdirəndə urartulu  Ursa
7
 UiĢdiĢin 
                                                                 
1
 III Salmanasar-Assuriya hökmdarı (e.ə.858-824). 
2
 Kalhu- Assuriya Ģəhər, indiki Nimrud (Ġraqdadır). 
3
 III Salmanasarın Mannaya yürüĢü e. ə. 829-cu ildə olmuĢdur. 
4
 Udaki  (Yalki,  Ualki  kimi  də  oxunur)-Mannanın  Assuriya  yazılarında  ilk  dəfə  adı      
çəkilən hökmdarı. 
5
Zirta.İzirtu-  Manna  dövlətinin  paytaxtı.  Xarabalığı  Ziviyənin  (Saqqız  Ģəhərindən  40  km 
Ģərqdə)  5  kilometrliyindəki  Qaplantu  təpəsi  hesab  edilir.  Baxın:  Дандамаев  М.А.,  Луконин 
В.Г.Культура и экономика древнего Ирана.М., 1980 с. 91. 
6
 II Sarqon –Assuriya hökmdarı (e.ə. 721-705). 
7
  Ursa-I Urusa, Urartu hökmdarı (e.ə. 730-714). 
 


14 
 
UiĢdiĢin adamına, Zikertunun adamına, M isandiyanın
1
 admına,Mannanın böyük 
caniĢinlərinə  öz  sözünü  göndərdi  və  onlarla  yalançı  danıĢıqlar  apardı;  onlar  ö z 
ağaları  Azan ın  meyitini  əlçatmaz  UauĢ  dağından
2
 atdıla r.  Öz  atasının  ta xt ına 
oturan  mannalı  Ulusunu  urartulu  Ursaya  arxalandı  və  ö zünün  22  qalasını  ona 
təslim etdi.  Ürəyimin qə zəbi  ilə  mən AĢĢur allahın ın saysız-hesabsız qoĢunlarını 
yaraqlandırdım;  mən  Ģir  kimi  nərildədim  və  üzü mü  bu  ölkələrin  fəthinə 
yönəltdim
3
.  Mannalı  Ulusunu  mənim  yürüĢümün  yaxın laĢdığını  görüb,  ö z  
Ģəhərindən çıxdı və qorxu  içərisində  əlçatmaz dağdakı g izli yerə yerləĢdi.  Onun 
hökmdar Ģəhəri  Ġzirtunu, onun möhtəĢəm qalalarını  Ġzbiya və Armedi
4
 mən fəth 
etdim və alovla  yandırdım. Mən ə lçatma z UauĢ dağında urartulu   Ursa ilə qanlı 
döyüĢ  keçirdim.  Ətrafna  divar  çəkilən  55  möh kəmləndirilmiĢ  Ģəhərini,  9 
əlçatmaz qalası ilə birlikdə onun 8 vilayətini fəth etdim və odda yaxdım. Mannalı 
Ulusunuya mə xsus 22 qalanı  mən  onun əlindən aldım və  Assuriya hüdudlarına 
daxil etdim. Andiyalı Telusinanın vilayətinə qədərki Tuaya ölkəsinin  8 qalasını 
mən  fəth  etdim,  2400  sakin ini  onla rın  sürüləri  ilə  birlikdə  mən  əsir  etdim. 
Zikertulu  Mitatti  mənim  silah ımdan    bərk  qorxdu  və  öz  ö lkəsinin  ada mla rı  ilə  
birlikdə  meĢəlik  dağlara  qaçdı  və  onların  yeri  tapılmad ı.  Onun  hökmdar  Ģ əhəri 
Pardanı  mən  alovda  yandırdım  və  onun  ətrafında  23  möhkəmləndirilmiĢ  Ģəhəri 
fəth etdim və onların qoĢunlarını   əsir etdim. Mannalıla r ölkəsinin M itattiyə bel 
bağlayan  ġuandahul  və  Zurukku
5
 Ģəhərlərini  mən  fəth  etdim  və  onların 
qoĢunlarını  əsir  etdim.  Mən  uiĢdiĢli    Baqdattinin  dərisin i  soydum;  Dayukkunu
6
 
ailəsi ilə  birlikdə   mən  köçürtdüm və A mattu vilayətində yerləĢdirdim; ə lçat ma z 
dağlar arasındakı  mannalı  Ulusunu mənim etdiyim  iĢlər haqqında eĢidərək, quĢ 
kimi uçub gəldi və məni ayaqlarımı qucaqladı
7
.Onun saysız-hesabsız günahların ı 
günahlarını mən bağıĢladım, onun cinyətlərini unutdum, ona  mərhəmət etdim və 
onu öz hökmdar taxtına   əyləĢdird im. Ursa və Mittatidən  aldığ ım  22 qala və  2 
möhkəmlən irilmiĢ Ģəhəri mən ona verdim və onun əzilmiĢ ölkəsini bərpa etdim. 
Mən öz hökmda r təsvirin i ha zırlatdım, onun üstündə mənim hakimim  AĢĢurun 
                                                                 
1
 Uişdiş, Zikertu, Misandiya (və ya Andiya)- Mannanın vilayətləri.  
2
  UauĢ dağı-indiki Səhənd dağı.  
3
  Sarqonun bu yürüĢü e. ə. 716-cı ildə olmuĢdur. 
4
  Ġzibiya (Zibia, Uzbia)  Saqqız   Ģəhərindən 40  km  Ģərqdə,  Ziviyə  dəfinəsinin tapıldığı  zirvə 
hesab olunur; Armed (Armait, Urmeyate) isə Ziviyə kəndi yaxınlığındakı Səhab kəndindəndir. 
5
   ġuandahul  və  Zurzukka  (Durdukka)-  Mannanın  Ģəhərləri.  Dur-ġarrukindəki  sarayın 
yazılarında  möhkəmləndirilmiĢ  Ģəhərlərin  e.  ə.  719-cu  ildə  Ġranzuya  qarĢı  qiyam  etməklərini 
xatırladır.  
6
  Dayukku (Dayaukku)- Mannaya tabe olan Massi (Missi) vilayətinin hakimi sayılır. BaĢqa 
ehtimala  görə, o, Midiya caniĢini olmaqla Mannaya tabe idi. 
7
  Sarqunun Urartuya qarĢı e. ə. 714-cü  ildə yürüĢündə göstərilir ki, Ullusunu onun qarĢısına 
―Özünün  böyükləri  və  ağsaqqalları,  müĢavirləri  öz  nəsli,  onun  ölkəsini  idarə  edən  caniĢinləri  və 
rəsiləri  ilə  birlikdə  çıxmıĢdır‖  Bax:  Ассиро-вавилонские  источники  по  истории  Урарту.  ВДИ, 
1951, с. 322. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə