Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
nümunələr vermişdir (60,  64-73).  Məsələn:
Əridib  qəlbində  qızıl eşqini
Köniil qulağınan yanarkən 
tana
Şair yeni-yeni sözlər  bulacaq
Kainat olduqca,  şer  olacaq
 
(M.Müşfiq).
Bu 
h ən d d ən  
o biri 
h ən d ə 
Bu kənddən o  biri kəndə 
Rahat yollar çəkilir
  (M.Müşfiq).
Allah eləməsin 
Belə
Oələmi 
k ü tm ü l 
Ağzı kül 
Biliyi 
s ü tü l 
Oxu  bülbül 
M iya n çıla r
Yuxuna girər
 
(R.Rza)
Ümumiyyətlə,  Azərbaycan klassik ədiblərinin əsərlərində, 
o  cümlədən,  Mikayıl  Müşfiq,  Cəfər  Cabbarlı,  Mirzə  Ələkbər 
Sabir,  Rəsul  Rza və başqalarının  əsərlərində  müasir tat  dilində 
işlənən  bir  sıra  sözlər  qeydə  alınmışdır.  Ümumiran  mənşəli 
sözlərin  bilavasitə  tat  dilindən  yoxsa  fars  dili  vasitəsilə 
Azərbaycan  dilinə  keçməsinin  dəqiqləşdirilməsi  bir  qədər 
çətindir.  Tat  dilinin  lüğət tərkibinə  daxil  olan  spesifik  sözlərin 
Quba,  Bakı  və  başqa  dialektlərdə  üzə  çıxmasının  səbəbini  isə 
izah  etmək  çətin  deyil.  Bu  ərazilərdə  tatlar  tarixən  azərbay­
canlılarla  yanaşı  yaşamış,  dil  əlaqələrində  olmuşlar.  Nəticədə 
bir  sıra  tat  sözləri,  əksər  hallarda  tat  dilinə  məxsus  realiyalar 
Azərbaycan dilinin müvafiq dialektlərinə keçmişdir.
Qeyd  etmək lazımdır ki,  Azərbaycanda müxtəlif xalqların 
nümayəndələri 
yaşadığından, 
tatların  məskən 
saldıqları
42


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ərazilərdə  bu  xalqların  nümayəndələri  ilə  də  dil  əlaqələri  baş 
vermişdir.  Məsələn,  tat-qrız dil  əlaqələri  nəticəsində bir sıra tat 
sözləri  qrız  dilinə  keçmişdir.  Qrız  dilini  tədqiq  etmiş 
Ş.Sədiyev  bu  dildə  tat  sözlərinin  işlənməsini  qanunauyğun  hal 
saymışdır.  O  göstərir  ki,  Qonaqkənd  rayonu  ərazisində 
qrızların,  haput  və  jeklərin  yaşadığı  kəndlər  olmuşdur.  Bu 
kəndlərdə  yaşayanlar  XX  əsrin  ortalarınadək  tat  dilində 
danışmışlar.  Hazırda  onlar  Azərbaycan  dilində  danışırlar. 
Beləliklə,  qrızlar  tatlarla,  o  cümlədən  də  dağ  yəhudiləri  ilə 
təmaslı  dil  əlaqələrində  olmuşlar.  Nəticədə  qrız  dilinə 
ğəbağ  qabaq
,  «alın», 
mijə
  «kirpik», 
jijə
  «kirpi», 
,ıu,ığ
 «beşinci 
gün»; 
suğra
  «piyalə», 
xeyr a
  «piyalə»; 
qurz
  «gürz», 
sum
  «sa­
man», 
kaç
  «buynuz», 
kovçə
  «su  qabı»; 
kaşıı
  «kəndir»; 
dağar 
«qaya», 
taqar
  «dolu»; 
adami
  «adam»  kimi  tat  sözləri  qrız 
dilinə keçmişdir (275).
Tat  dilinin  Quba  ləhcəsin in  leksik  xüsusiyyətləri.
Tat  dilinin  Quba  ləhcəsinə  bu  dilin  digər  ləhcələri  ilə 
müqayisədə  daha  çox  tədqiqatçı  müraciət  etmişdir.  Quba 
ləhcəsi  haqqında  bir  sıra  əsərlərdə  məlumat  və  materiallar 
verilmiş,  ləhcənin müxtəlif məsələləri  haqqında məqalələr dərc 
olunmuş,  leksikası  ayrıca tədqiqat obyekti  olmuşdur (235).
Tat  dilinin  Quba ləhcəsi  haqqında ilk məlumatı  Vs.Miller 
vermişdir.  O,  B.Dornun  arxivində  saxlanılan  və  tat  dilinə  aid 
olan  dörd  dəftərdən ikisinin  Quba ləhcəsinə  aid  olduğunu  qeyd 
etmişdir.  Dəftərlərdə  həm  mətnlər,  həm  lüğət,  həm  də  nitq 
hissələri,  fellərin  təsnifı,  hallanma  cədvəli  verilmişdir.  Dəf­
tərlərdən ikincisi  3400  sözü  əhatə edən lüğətdir.
B.Miller  1928-ci  ildə  Azərbaycanda  şəxsən  özü  Abşeron, 
Şamaxı,  Qubada  olmuş,  tat  dilinə  aid  material  toplamışdır. 
Onun  Quba  rayonunun  Rustov  kəndində  topladığı  materiallar,
43


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Quba  ləhcəsinin  fonetik,  qrammatik  və  leksik  xüsusiyyətləri 
haqqında  qeydləri  1929-cu  ildə  nəşr  etdirdiyi  kitaba  daxil 
edilmişdir  (231,  3-7).  Tədqiqatçı  sonralar  Qubada  topladığı 
materialları  (nağıl,  tapmaca,  lətifə və  s.) başqa bir topluda nəşr 
etdirmişdir.
Tat  dilinin  Quba  ləhcəsini  tədqiq  etmiş  T.Əhmədov 
B.Millerin  işlərində  müşahidə  edilən  bəzi  çatışmazlıqlar 
üzərində  dayanmışdır.  O  göstərir  ki,  «B.Millerin  yol  verdiyi 
qüsurlar  mətnlərin  düzgün  oxunuşunu  çətinləşdirir  (məs: 
niiş 
əvəzinə 
nuş,  tii
  əvəzinə 
tu

ən
  əvəzinə 
en,  conii
  əvəzinə 
conö 
və  s.).  Mətnlərdəki  bəzi  söz  və  cümlələrin  tərcüməsində 
müəyyən 
qüsurlar 
hiss 
olunur. 
Belə 
ki, 
müəllif 
çenax//çanax//çcmaq
  sözünü  «taxta boşqab»  əvəzinə  «boşqab», 
qəri
  sözünü  «qoca  qadın»  əvəzinə  «qadın», 
çerdəqf/çərdək 
sözünü 
çardaq
  əvəzinə  «koma»  kimi  tərcümə  etmişdir  (47,  10-
12
).
T.Əhmədovun  tat  dilinin  Quba  ləhcəsinə  aid  tədqiqatları 
xüsusi  əhəmiyyət  kəsb  edir.  O,  tat  dilinin  Quba  ləhcəsini 
Azərbaycan  dili  ilə  qarşılıqlı  əlaqədə  araşdırmışdır  (48,  64-69; 
49,  81-89).
Qeyd  etmək lazımdır ki,  tat  dilinin başqa ləhcələrinə  dair 
tədqiqat  işlərində  də  Quba  ləhcəsinə  aid  məlumatlar, 
müqayisəli  araşdırmalar  özünə  yer  tapır.  M.Hacıyevin  tat  dili 
ilə  bağlı  tədqiqatlarında  yeri  gəldikcə  Quba  ləhcəsi  də 
öyrənilmişdir (59,  57).
T.Əhmədov tat  dilinin  Quba  ləhcəsinin  lüğət  tərkibini  iki 
yerə  bölmüşdür:  1)  ləhcənin  özünə  məxsus  olan  sözlər;  2) 
alınma  sözlər.  Birinci  qisim  sözlərdən  bəhs  edərkən  müəllif 
göstərir  ki,  həmin  sözlər  qohum  dillərdə  (fars,  tacik,  əfqan  və 
s.)  bu  və  ya  digər  fonetik  tərkibdə  işlənməkdədir  (47,  22). 
Buradan belə  qənaətə gəlmək olur ki,  tədqiqatçı  «özünəməxsus 
sözlər»  termini  altında  tat  və  ya  İran  dilləri  mənşəli  sözləri
44


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə