Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   2   3   4   5   6   7   8   9   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
götürülmüş  bir  dil  üçün  və  eləcə  də,  müəyyən  dillər  üçün 
müqayisəli  şəkildə  öyrənilir.  Bununla belə,  elə  dillər vardır ki, 
onların leksikasının  qeyd  edilən  səviyyələrdə kompleks  şəkildə 
araşdırılmasına  ehtiyac  vardır.  Tat  dili  də  belə  dillərdən 
biridir.
Tat  dilinin  Quba  ləhcəsinə  bu  dilin  digər  ləhcələri  ilə 
müqayisədə  daha  çox  tədqiqatçı  müraciət  etmişdir.  Quba 
ləhcəsi  haqqında  bir  sıra  əsərlərdə  məlumat  və  materiallar 
verilmiş,  ləhcənin müxtəlif məsələləri  haqqında məqalələr dərc 
olunmuş,  leksikası  ayrıca  tədqiqat  obyekti  olmuşdur.  Quba 
ləhcəsinin  lüğət  tərkibini  ləhcənin  özünəməxsus  sözləri  və 
alınma  sözlər  qruplarına  bölürlər.  Bu  zaman  ləhcənin 
özünəməxsus  sözlərindən bəhs edilərkən tat və ya İran qrupuna 
aid  olan  sözlər  birləşdirilir.  Müəllifə  görə,  bu  məsələnin 
dəqiqləşdirilməsi  üçün tat  dilinin  digər ləhcələrinə  aid  sözlərin 
toplanması,  qruplaşdırılması,  genealoji təsnifınin  aparılması və 
sonda  onların  ləhcələrarası  müqayisə  obyekti  olması  daha 
aktualdır.  Bu  halda  tat  dilinin  leksikasının  araşdırılması 
məsələsi  ayrılıqda  götürülmüş  bir  dilin  leksikologiyasına  aid 
tədqiqat  səviyyəsindən  kənara  çıxır  və  dil  əlaqələri  problemi 
müstəvisinə keçir.  Bu məsələnin öyrənilməsi,  şübhəsiz ki,  daha 
vacibdir.
Lüğət  tərkibinə  daxil  olan  sözlərin  qruplaşdırılması, 
bütün  leksik-semantik  qrupların  təyini  dilçiliyin  mürəkkəb 
məsələlərindən  biridir.  Bu  problem  leksikologiya  ilə  bağlı 
tədqiqat  işlərində,  xüsusən  lüğət  tərkibinin  semantikaya  görə 
təsnifındə  həmişə  ön  plana  çıxır.  Nəticədə  çoxsaylı  leksikoloji 
tədqiqatlarda  müxtəlif  təsnifatlar  nəzərə  çarpır.  Sözlərin 
məfhumlar  əsasında  qruplaşdırılması  zamanı  ümumidən 
xüsusiyə  doğru  getdikcə  budaqlanmalar  artır.  Məsələn, 
bitkiləri  ağaclar,  kollar,  dənli  bitkilər,  tərəvəz,  meyvə,  yem 
bitkiləri,  dərman bitkiləri  və  sair qruplara  ayırmaq  olur.  Bütün
5


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
bunlar  leksik-semantik  qruplara  təsnifın  çətinliyini  göstərir. 
Lakin  mürəkkəblik  təsnifatın  istənilən  şəkildə  aparılmasına 
əsas  vermir.  Leksik-semantik  təsnifat  dilin  ümumişlək  sözləri 
əsasında  aparılır.  Leksik  sistemin  vahidlərini  isə  müxtəlif 
şəkildə  qruplaşdırmaq  olar.  Monoqrafiyada  müəllif  bu 
məsələni  də  ön  plana  çəkməyə  və  həmin  məsələni 
Azərbaycanda  yaşayan  tatların  dilinə  dair  materiallar  üzrə 
öyrənməyə cəhd göstərmişdir.
Biz  belə  hesab  edirik  ki,  tat  dilinin  bu  və  ya  digər 
ləhcəsində 
müşahidə 
olunan 
söz 
yaradıcılığı 
yolları, 
sözdüzəldici  şəkilçilər bütövlükdə  tat  dilinin  söz  yaradıcılığını 
tam  əhatə  edə  bilməz.  Bu  baxımdan  da  tat  dilinin  müxtəlif 
ləhcələrində  söz  yaradıcılığı  xüsusiyyətləri  həm  ayrı-ayrılıqda, 
həm  də  müqayisəli  şəkildə  tədqiq  edilməlidir.  Tat-Azərbaycan 
dil  əlaqələrinin  intensivliyi  fonunda  tat  dilinin  bütün 
ləhcələrində 
Azərbaycan 
dilinə 
məxsus 
sözdüzəltmə 
vasitələrindən  istifadə  imkanları  artır.  Dominant  dilin 
məhsuldar sözdüzəldici  şəkilçiləri  qarşılıqlı  əlaqədə olan dildə 
də  özünə  yer  alır.  Monoqrafiyada  bu  məsələlərə  də 
toxunulmuşdur. 
Şübhə  yoxdur  ki,  leksikologiya  geniş 
tədqiqatlar  tələb  edən  bir  sahədir.  Müəllif  bu  monoqrafiyada 
tat  dilinin  leksikologiyasına  dair  bütün  məqamların  əhatə 
olunmadığını  nəzərə  alır.  Güman  edirik  ki,  oxucuların  və 
mütəxəsislərin rəy və təklifləri  bu  sahədə gələcək tədqiqatların 
hansı istiqamətlərdə aparılmasında yardımçı  olacaqdır.
А М Е A  N əsim i  adına  D ilçilik  İnstitutu 
Dil  əlaqələri  şöbəsinin  m üdiri 
filologiya  üzrə  elm lər  doktoru, 
professor  R .H .E yvazova
6


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
G İRİŞ
Azərbaycanda  dilçiliyin  ümumi  nəzəri,  praktik  mə­
sələləri  ilə yanaşı,  ayrı-ayrı  dillərin hərtərəfli  öyrənilməsinə  də 
xüsusi  diqqət  yetirilir.  Burada  dilçilik  sahəsində  aparılmış 
elmi-tədqiqat  işləri  həm  sanbalına,  həm  seçilmiş  mövzuların 
rəngarəngliyinə, 
həm 
də 
əhatə 
olunan 
problemlərin 
çoxşaxəliliyinə görə  seçilir.  Azərbaycanda dilçiliyin həm ümu­
mi  nəzəri  problemləri,  həm  də  müxtəlifsistemli  dillərin  ayrı- 
ayrılıqda  və  müqayisəli  şəkildə  öyrənilməsinə  xüsusi  diqqət 
verilir.  Türkologiya,  o  cümlədən  ayrı-ayrı  türk  dilləri,  xüsusən 
də,  Azərbaycan  dilinin  tədqiqi  ilə  bağlı  böyük  işlər 
görülmüşdür. 
Bununla  yanaşı, 
respublikanın 
ərazisində 
mövcud  olan  dillər  sahəsində  də bir  çox uğurlar qazanılmışdır. 
Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  burada 
yaşayan  azsaylı  xalqlara qayğı  artmışdır.  İndi  azsaylı  xalqların 
adət-ənənələrinin,  mədəniyyətinin,  ədəbiyyatının,  eləcə  də 
dilinin öyrənilməsinə böyük əhəmiyyət verilir.
Müasir  dövrümüzdə  dil  əlaqələrinin  daha  çox  dilin 
fəaliyyət  göstərdiyi  ərazilərdə  faktlar  əsasında  öyrənilməsinə 
böyük  əhəmiyyət  verilir.  Dünya  miqyasında  çoxsaylı  dillərin 
fəaliyyət  göstərdiyi,  işləndiyi  ərazilərdən  biri  Qafqazdırsa, 
həmin  ərazidə  dillərin  qarşılıqlı  əlaqələrinin  geniş  vüsət 
tapdığı  regionlardan  biri  Azərbaycandır.  Respublikamızda 
vahid  qardaşlıq  ailəsində  müxtəlif  xalqlar,  o  cümlədən  tatlar 
yaşayır. 
Tatlar 
Azərbaycanın 
bir 
sıra 
ərazilərində 
yayıldığından, 
tat 
dilinin 
müxtəlif  ləhcələri 
meydana 
çıxmışdır.
Hazırda dilçilik tədqiqatlarının bir istiqaməti  də müəyyən 
arealda  fəaliyyət  göstərən  dillərin  həm  müxtəlif  aspektlərdən, 
həm  də  kompleks  şəkildə  öyrənilməsidir.  Müxtəlif  dillərin 
yayıldığı  ərazilər  dil  əlaqələrinin,  dillərin  qarşılıqlı  təsirinin
7


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə