Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   2   3   4   5   6   7   8   9   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
-
  tat  dilində  terminləri  mənsub  olduqları  sahələr  üzrə 
qruplaşdırmaq,  onların işlənmə xüsusiyyətlərini  öyrənmək;
-  tat dilinin etnoqrafik leksikasını  öyrənmək;
-  tat dilində işlənən qohumluq terminlərini tədqiq etmək.
Tədqiqatın  obyektini  Azərbaycan  tatlarının  dilində
işlənən leksik vahidlər təşkil  edir.  Tədqiqatın predmetini  leksi- 
kologiyaya,  o  cümlədən  İran  dillərinin  leksikasına  aid  elmi- 
nəzəri biliklər təşkil  edir.
Tədqiqat  işi  tat  dilinin  leksikası  ilə  bağlı  olduğundan, 
əsas  mənbəni  müəllifin  tat  dilinin  daşıyıcıları  ilə  apardığı 
söhbətlər  zamanı  topladığı  materiallar  təşkil  edir.  Bununla 
yanaşı,  tat  dili  materialları  əsasında  yazılmış  dissertasiya  və 
monoqrafiyalar,  müxtəlif tədqiqat  işləri  tat  dilinə  aid  sözlərin 
toplanıb  qruplaşdırılması  üçün  mənbə  rolunu 
oynamışdır. 
Tədqiqat  prosesində  tat  dilində  nəşr  olunmuş  kitabların  lüğət 
fondundan  da  istifadə  edilmişdir.  Əsas  mənbələr  sırasında 
aşağıdakı  əsərləri  qeyd  etmək  lazım  gəlir:  Hacıyev  M.  Tat 
dilinin  Qonaqkənd  ləhcəsi,  Bakı,  Elm,  1971;  Hacıyev  M. 
Azərbaycan  tatlarının  dili,  Bakı,  1995;  Əhmədov  T.  Azərbay­
can  və  tat  dillərinin  leksik  əlaqələri  (Azərbaycan  dilinin  Quba 
dialekti  və  tat  dilinin  Quba  ləhcəsi  materialları  əsasındə). 
Bakı,  1969;  Hüseynova  G.  Lahıc  tatlarının  dili,  Bakı,  Nurlan, 
2 0 0 2
.
Tat  dilinə  aid  ilk işlər XIX  əsrdə  aparılmışdır.  Bu  işlərdə 
əsas  diqqət  dilə  aid  materialların toplanmasına və  dilin ümumi 
səviyyədə  şərhinə  həsr  olunmuşdur.  V.Dorn  Bakı,  Quba  və 
Dərbənddə tat dilinə aid materiallar toplamış və bu materialları 
«İran  dillərinin  tədqiqinə  dair»  kitabına  daxil  etmişdir.  Onun 
tat  dilinə  aid  topladığı  daha  üç  mətn  başqa  bir  əsərinə  daxil 
edilmişdir (192).
Vs.F.Miller  1900-cu  ildə  «Tat  dilinin  fonetikasına  aid 
oçerklər»,  1905-ci  ildə  isə  «Tat  etüdləri»  kitablarını  çap
11


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
etdirmişdir  (235).  Sonuncu  kitab  tat  dilinin  Lahıc  ləhcəsinin 
materiallarını  əhatə  edir.  Vs.F.Miller  1907-ci  ildə  «Tat 
etüdləri»  əsərinin  ikinci  hissəsini  nəşr  etdirmişdir.  O,  bu 
əsərdə  ilk  dəfə  olaraq,  tat  dilinin  ləhcələri  haqqında  məlumat 
vermiş,  ləhcələrarası  fərqləri  araşdırmağa  cəhd  göstərmişdir 
(231).
A.L.Qrünberq  «Şimali  Azərbaycan  tatlarının  dili»  adlı 
monoqrafiyasında 
diqqəti 
tat 
dilinin 
fonetikası 
və 
qrammatikası  üzərində  cəmləşdirmiş,  leksikologiyaya  kifayət 
qədər yer ayırmamışdır (181).
Tat  dilinin  leksikası  ayrıca  monoqrafik  tədqiqat  obyekti 
olmamışdır.  Bu  dillə  bağlı  tədqiqatlar,  əsasən,  dilin  müxtəlif 
ləhcə  və  şivələrini  əhatə  etmişdir.  Hər  bir  ləhcə  və  şivənin 
öyrənilməsi  prosesində  tat  dilinin  leksikasına  aid  müəyyən 
həcmdə  materialdan  istifadə  olunmuşdur.  M.Hacıyev  tat  dili­
nin  Qonaqkənd  ləhcəsini  öyrənərkən  bu  ləhcənin  leksikasına 
da  müəyyən  yer  ayırmışdır.  Müəllif,  əsasən,  ləhcədə  işlənən 
sözlərin  mənşəcə  növləri  məsələlərini  əhatə  etməyə  səy 
göstərmişdir.  Həmin  müəllifin  «Azərbaycan  tatlarının  dili» 
monoqrafiyasında tat  dilinin leksikası  da araşdırılmışdır.  Bura­
da  da  diqqət  leksik  sistemdə  işlənən  vahidlərin  mənşəcə 
növləri üzərində cəmləşdirilmişdir (59;  60).
T.Əhmədovun  tədqiqatında  Azərbaycan  və  tat  dillərinin 
qarşılıqlı  təsiri  ilə  bağlı  məsələlər  tat  dilinin  Quba  ləhcəsinin 
materialları  əsasında  araşdırılmışdır.  Müəllif tat  dilinin  Quba 
ləhcəsində  işlənən  sözlərin  tematik  qruplara  bölünməsi 
məsələsini  də nəzərdən  keçirmişdir.  Bu işdə  də Azərbaycan  di­
lindən  və  Azərbaycan  dili  vasitəsi  ilə  tat  dilinə  keçmiş  alınma 
sözlərə xüsusi  yer verilmişdir.
Monoqrafiya  müəllifinin  tat  dilinin  Lahıc  ləhcəsi 
əsasında  apardığı  tədqiqat  işində  də  tat  dilinin  bu  ləhcəsinin 
leksikasına  dair  məsələlərə  ümumi  şəkildə  toxunulmuşdur.
12


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
Göstərilən tədqiqat işləri,  qeyd  olunduğu kimi,  əsasən,  ləhcələr 
əsasında  aparılmış,  dilin leksik sistemini bir tam  kimi  əhatə  et­
məmiş, 
müxtəlif 
ləhcələrdəki 
leksik 
xüsusiyyətlərin 
müqayisəsinə yer verilməmişdir.
Tat  dili  ilə  bağlı  yazılmış  məqalələrdə,  İran  dillərinə  aid 
tədqiqat  işlərində  tat  dilinin  leksik  məsələləri,  demək  olar  ki, 
tədqiq  edilməmişdir.  İran  dillərinə  aid  tədqiqat  işlərində, 
əsasən,  tat  dilinin  fonetikası  və  qrammatikasına  dair  bir  sıra 
məsələlər  ümumi  şəkildə  izahını  tapmışdır.  Bütün  bu  göstəri­
lənlər bir  daha  sübut  edir  ki,  tat  dilinin  leksikası,  xüsusən  də, 
Azərbaycanda  yaşayan  tatların  dilinin  leksikası  monoqrafik 
tədqiqat  obyekti  olmamış  və  dilçiliyimizdə  işlənməmiş 
sahələrdən biri  kimi  qalmaqdadır.
13


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
I  FƏSİL
TAT  D İL İN İN   L E K SİK   SİSTEM İNDƏ  
D İFE R E N SİA SİY A N IN  X Ü SU SİY Y Ə T L Ə R İ
Tat  dilinin  yayılm a  arealları  və  tədq iqat tarixi.
Müasir  dövr  dilçilik  tədqiqatları  özünün  əhatəliliyi,  həll 
olunan problemlərə kompleks yanaşılması,  görülən işlərin daha 
qlobal və fundamental xarakteri  ilə seçilir.
Azərbaycan Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 
ölkədə  ciddi  demokratik  dəyişikliklər baş verməkdədir.  Həmin 
dəyişikliklər  ölkənin  ərazisində  yaşayan  azsaylı  xalqların  və 
etnik  qrupların  dilinə  və  mədəniyyətinə  olan  münasibətdə  də 
özünü  göstərir.  Son  illərdə  respublikanın  müxtəlif  elm  mər­
kəzlərində  azsaylı  xalqların  və  etnik  qrupların  dilinə  aid 
aparılan  elmi  araşdırmaların  sayı  son  illərdə  xeyli  artmışdır. 
Bu 
baxımdan, 
Azərbaycanda 
yaşayan 
tatlarla 
bağlı 
araşdırmalar  da  kəmiyyət  baxımından  seçilir  (284;  192,  171- 
172;  217-220;  355;  231;  235;  236;  246;  283;  59;  60;  61;  90). 
Tatların  mənşəyi,  tarixi,  etnoqrafiyası,  mədəniyyəti  və  dilləri 
haqqında müxtəlif tədqiqatlar mövcuddur (59;  60;  90;  183).
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  əsasən 
İranda, 
Azərbaycanın  şimal-şərq  rayonlarında, 
Abşeron 
yarımadasında, 
Dağıstanın  cənub-şərqində,  Dərbənd  və 
Mahaçqala 
şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazisində tatlar,  əsasən,  respublikanın İsmayıllı,  Xızı,  Şamaxı, 
Quba,  Dəvəçi  və  Abşeron  ərazilərində  daha  kompakt  şəkildə 
yaşayırlar.  Q.Qeybullayev  hazırda  Dağlıq  Şirvanda,  Quba, 
Dəvəçi  və  Abşeron  rayonlarında  məskunlaşmış  tatların 
Albaniyada  yaşamış  irandilli  tat  tayfalarından  olmasını,  on­
ların  VI  əsrdə  İrandan  bura  köçürülməsini  qeyd  etmişdir  (174,
14


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə