Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   2   3   4   5   6   7   8   9   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
sülalələrinin  hakimiyyəti  illərində  də  fars  ləhcələrində  danışan 
əhali  Azərbaycan  və  ona  qonşu  olan  ərazilərə  gəlmiş,  oralarda 
məskən  salmışdır.  Erkən  orta  əsr  qaynaqlarında  farsdilli 
ailələrin  Azərbaycana  gəlməsi,  yaxud  köçürülməsi  barədə 
məlumat  verilir.  Ərəb  qaynaqları  onların  dilini  «pəhləvi»  və 
«farsi»  adlandırırdı  (24;  227).
Dilçilik tədqiqatları  dərinləşdikcə,  nisbətən  az  öyrənilmiş 
dillərə  maraq  da  artmaqdadır.  Bu 
dillərin  hərtərəfli 
öyrənilməsi  dünya  dillərinin  ümumi  inkişaf xüsusiyyətlərinin, 
habelə  dillər  arasındakı  tipoloji  uyğunluqlar  və  fərqlərin 
müəyyənləşdirilməsində müstəsna əhəmiyyət kəsb  edir.
Yazısız  dillərin  tarixi  inkişafının  öyrənilməsi  üçün  başqa 
dildaxili  material  olmadığından,  dialekt  və  şivələrin  müstəsna 
əhəmiyyəti  var.  Lakin  nəzərə  almaq  lazımdır ki,  yalnız  dialekt 
faktlarına  əsaslanmaqla  dilin  daha  sonrakı  inkişaf  dövrünün 
müəyyən məhdud zamanında daxili  çevrilmə və  dəyişmələrinin 
gedişini  öyrənmək mümkündür.  Daha qədim  dövrlərdə baş ver­
miş  dəyişikliklər  haqqında  təsəvvürləri  isə  bu  dili  qohum 
dillərlə,  xüsusən  də,  yalnız  yazılı  abidələri  olan  dillərlə 
müqayisə etməklə əldə  etmək mümkündür (260;  168).
Y.Nazarovaya görə,  elmə iki  tat  dili  məlumdur.  «Məxsusi 
tat  dili»  (собственно  татский  язык)  və  dağ  yəhudilərinin 
istifadə  etdiyi  «yəhudi-tat  dili»  (еврейско-татский  язык). 
Bunların  hər  ikisi  mənşəcə,  hind-Avropa  dillərinin  İran 
qrupuna  daxildir.  Tarixi-dialektoloji  təsnifata  görə,  tat  və  yə- 
hudi-tat dilləri  cənub-qərbi  İran dillərinə aid olub,  fars və tacik 
dillərinə  yaxındır  (329).  Elmi  ədəbiyyatda  bu  dillərin  fars 
dilinə  yaxınlığının  fərqli  olması  qeyd  edilir.  Tat  dilinin  fars 
dilinə  çox  yaxın  olmasını  qeyd  edən  A.Qrünberq  (177;  114) 
yəhudi  tat  dilinin  qrammatik  quruluşunda  müasir  fars  dilində 
qalmamış  arxaik  xüsusiyyətlərin  qorunması,  yəhudi  tat  dilinin 
tat  dili  ilə  müqayisədə  leksik  cəhətdən  fars  dilindən  daha  çox
18


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
uzaqlaşdığını  göstərmişdir  (178,  232;  188).  Dağ  yəhudiləri 
Azərbaycanda, 
Dağıstanda, 
Kabardin-Balkarda 
məskən 
salmışlar.
Tat  dili  ilə  yəhudi  tatlarının  dili  arasında  quruluş 
yaxınlığı  ilə  yanaşı,  əhəmiyyətli  dil  fərqləri  də  var.  Bu,  qeyd 
olunan  dillərin  daşıyıcılarının  ünsiyyət  prosesində  bir-birini 
tam  başa  düşməməsinə  səbəb  olur.  Tat  dilinin  fonetika, 
qrammatika  və  leksikasına  daha  çox  Azərbaycan  dili,  yəhudi 
tat  dilinin  fonetika,  qrammatika  və  leksikasına  isə  daha  çox 
ivrit  dilinin təsiri  olmuşdur.  Yəhudi  tat  dilinin  lüğət tərkibində 
ivritdən  alınmalar  xüsusi  leksik  qat  təşkil  edir,  bu  dilin 
fonemlər  sistemində  yuxarı  farinqal  samitlərin  çoxluğu  diqqəti 
cəlb  edir  (179,  11-23;  178,  233-234,  241;  234,  27;  233,  160- 
168;  307,  127-139).  Tat  və  yəhudi  -   tat  dilləri  funksional  və 
sosial-mədəni  xüsusiyyətlərinə  görə  də  fərqlənir.  Azərbaycan 
öz  müstəqilliyini  bərpa  etdiyi  dövrə  qədər  tat  dilinin  yazısı 
olmamışdır.  Müstəqil  Azərbaycanda  azsaylı  xalqların  dilinə 
göstərilən  qayğı  sayəsində tat  dilinin  əlifbası  tərtib  edilmiş,  bu 
dildə  kitab  nəşrinə  başlanmışdır.  Yəhudi  -  tat  dilinin  yazısı  və 
ədəbi  dili  mövcuddur.  Bu  dildə  yazılmış  ədəbi  əsərlər 
ümumdağıstan ədəbi  sistemində yer almışdır (239).
Tat  dilinin  öyrənilməyə  başladığı  dövrdən,  yəni  XIX 
əsrin  axırları  -   XX  əsrin  əvvəllərindən  elmi  ədəbiyyatda 
terminoloji  anlaşılmazlıq  olmasın  deyə  tat  dilinin  adı  ənənəvi 
etnik  prinsip  üzrə  verilmişdir.  Etnik  tatların  dili  müsəlman 
tatlarının 
dili, 
şimali 
Azərbaycan 
tatlarının 
dili 
adlandırılmışdır  ki,  bu  da  tat  dili  kimi  səciyyələndirilə  bilər. 
Digər  dil  ortaqlığı  ilə  seçilən  dağ  yəhudilərinin  dili  yəhudi-tat 
dili  və  ya  yəhudi-tat  ləhcəsi,  tat  dilinin  yəhudi  dialekti 
adlandırılmışdır.  Ötən  əsrin  70-80-ci  illərində  nəşr  olunmuş 
əsərlərdə  tat  dilinin  coğrafi  əraziyə  görə  fərqləndirilməsi 
özünü  göstərmişdir.  Məxsusi  tat  dili  ilə  yəhudi-tat  dilinin
19


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
fərqləndirilməsi  məqsədi  ilə  tat  dilinin  cənub  dialekti  və  tat 
dilinin  şimal  dialekti  terminlərindən  də  istifadə  olunmuşdur 
(189,  122-127).  Ötən  əsrin  90-cı  illərinin  əvvələrində  İran 
dilləri  ilə  bağlı  elmi  əsərlərdə  yəhudi-tat  dili  termini 
qərarlaşmışdır (241,  15-16;  240,  65-67).
Azərbaycan  ərazisində  yaşayan  tatların  dilində  dialekt, 
ləhcə  və  şivə  fərqləri  olduğunu  ilk  dəfə  xüsusi  qeyd  edən 
Vs.Miller  olmuşdur.  Vs.Miller  bu  dialekt  və  ləhcələrin 
təsnifatını  verməyə  cəhd  göstərməmiş,  yalnız  bu  fərqlərin 
mövcudluğunu qeyd etmişdir (234,  235).
A.L.Qrünberq  Azərbaycanda  yaşayan  tatların  dilindəki 
ləhcə  fərqlərinin  müəyyənləşdirmək  və  həmin  ləhcələrin 
sərhədini  təyin  etmək üçün  fonetik,  leksik-qrammatik  fərqlərlə 
yanaşı,  dini  fərqləri  də  əsas  götürmüşdür.  O,  qeyd  etmişdir  ki, 
sünni  və  şiələrin  dili  arasında  əsaslı  dərəcədə  ləhcə  fərqləri 
var.  Bundan  sonra  müəllif  tat  ləhcələrinin  aşağıdakı  ilkin 
təsnifıni  vermişdir:  1)  şimal  (sünni)  şivələri  -   Quba,  Dəvəçi, 
Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qazma  kənd 
sovetliyi  ərazisində  yayılmış  şivələr;  2)  mərkəzi  (şiə)  şivəsi  -  
Xızı  rayonunun  Ərüsküş və Dağ  quşçu  kənd  sovetliyi  ərazisin­
də yayılmış  şivə;  3) cənub  (şiə)  şivələri -  Xızı  rayonunun digər 
ərazilərində  və  Siyəzən  rayonu  ərazisində  yayılmış  şivələr 
(177,  8).  Göründüyü  kimi,  A.Qrünberqin  təsnifındə  Abşeron 
və  Lahıc  şivələrinin  adları,  ümumiyyətlə,  çəkilmir.  Halbuki, 
Lahıc  ləhcəsinin  tat  dilinin  digər  şivə  və  ləhcələrindən  fərq­
lənməsi  haqqında hələ Vs.Miller qeyd etmişdir (236).
Tat  dilinin  Azərbaycanda  yayılmış  ləhcələrindən  bəhs 
edərkən  M.Hacıyev,  demək  olar  ki,  A.Qrünberqin  təsnifatını 
qəbul  etmişdir.  Onun  təsnifat  sxemində  cənub  qrupuna 
Abşeron,  Balaxanı,  Suraxanı,  Lahıc  və  Məlhəm  (Şamaxı) 
tatlarının ləhcəsi  də əlavə edilmişdir (60,  16).
T.Əhmədov  tat  dilinin  Quba  ləhcəsində  danışan  əhalinin
20


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə