Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   2   3   4   5   6   7   8   9   10   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Quba  rayonunun  cənub-şərqində  dağlıq  və  dağətəyi  yerlərdə, 
cənub-şərqdən  Dəvəçi  və  cənub-qərbdən  Qonaqkənd  (köhnə 
inzibati  bölgüyə  əsasən)  rayonları  ilə  həmsərhəd  zonada 
məskunlaşmasını  qeyd  etmişdir (47,  27).
Dilin  dialekt,  ləhcə  və  şivələrə  bölgüsü  elmi  prinsiplər 
zəminində  aparılır.  Bu  məsələ  dialektologiyanın  tədqiqat 
dairəsindədir.  Ayırma  oxşar  və  fərqli  dil  hadisələrinin  təyini 
əsasında  aparılır.  Eyni  zamanda  müqayisə  zamanı  oxşarlığın 
və  fərqin  təsadüfi  olub-olmaması  nəzərə  alınmalıdır.  «Müqa­
yisə  edilən  oxşar  dil  hadisələrinin  təsadüfi  yaxud  qeyri- 
təsadüfı  olmasının  müəyyənləşdirilməsi  zamanı  müxtəlif 
statistik-ehtimal  və  kəmiyyət  meyarı 
qanunları  böyük 
əhəmiyyət kəsb  edir» (249,  158).
Məsələyə  bu  cür  yanaşdıqda  Azərbaycan  tatlarının 
dillərindəki  oxşar  və  fərqli  hadisələrin  kifayət  qədər 
öyrənilmədiyi  halda,  onun  ləhcələrə  bölünməsinin  şahidi 
oluruq.  Bizim  fıkrimizcə,  Azərbaycan  tatlarının  dilinin  ləhcə­
lərə  bölgüsü  əsasında  coğrafi  prinsipin  durması  qənaətinə 
gəlmək  olur.  Çünki  tat  dilini  ləhcələrə  bölmüş  müəlliflər, 
əslində,  ləhcə  səviyyəsində  kifayət  qədər  fərqin  olub- 
olmadığını  açıqlamırlar.  Məsələn,  T.Əhmədov  tat  dilinin  Quba 
ləhcəsini  şərti  olaraq  Rustov,  Növdün,  Şuduq,  Çiçi,  Zarqova, 
İsnov  və  Talıblı  şivələrinə  bölmüşdür.  Lakin  müəllif  qeyd 
etdiyi  kəndələrdə  yaşayan  tatların  dillərində  hansı  şivə 
fərqlərinin olmasına xüsusi  diqqət yetirmir (47,  31).
Burada  bir  məsələni  də  diqqət  mərkəzinə  çəkmək  yerinə 
düşür.  Tatların  mənşəyi,  tarixi,  etnoqrafiyası,  mədəniyyəti  və 
dilləri  haqqında  müxtəlif  tədqiqatlar  mövcuddur  (35,  36,  59, 
60,  73,  90,  153,  154,  177,  178,  181,  183,  188).  Həmin 
tədqiqatlarda  Azərbaycan  ərazisində  yaşayan  tatlar  dini 
mənsubiyyətlərinə  görə  aşağıdakı  qruplara  bölünür:  1)  müsəl­
man tatlar;  2) yəhudi tatlar;  3) xristian tatlar.
21


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Bu  bölgü  təkcə,  Azərbaycan  Respublikası  deyil,  başqa 
ölkələrdə  yaşayan  tatlar  üçün  də  səciyyəvidir.  Dini  baxımdan 
üç  müxtəlif qrupa  bölünmədən  asılı  olmayaraq,  tatlar  eyni  bir 
dildə 
-  
tat 
dilində 
danışırlar. 
Bununla 
belə, 
dini 
mənsubiyyətinə  görə  fərqlənən  qrupların  dillərində  oxşar 
cəhətlərlə  yanaşı,  fərqli  xüsusiyyətlər  də  az  deyil.  Məhz  belə 
fərqlər  həmin  qrupların  dillərinin  ayrı-ayrılıqda  öyrənilməsini 
zəruri  etmişdir.
Zənnimizcə,  tat  dilinin  bu  bölgü  üzrə  tədqiqinə  əsas 
yaradan  amillərdən  biri  də  tədqiqatçıların  eyni  qrupa  mənsub 
dil  daşıyıcılarının  kompakt  şəkildə  yaşadıqları  ərazilərdən 
materiallar  toplaması  olmuşdur.  Lakin  bu  cəhət  müxtəlif 
qrupların  dillərinin  ayrı-ayrılıqda  tədqiqinin  elmi  dəyərini 
azaltmır,  əksinə,  artırır.  Çünki  belə  olduqda  müqayisəli 
tədqiqat  aparmaq  üçün  daha  əlverişli  zəmin  yaranır.  Mövcud 
araşdırmalar  göstərir  ki,  bu  qrupların  daşıdıqları  dil  eynidir. 
Belə  olan  halda,  mövcud  materiallar  əsasında  oxşar  və  fərqli 
dil  hadisələrini  təyin  etmək,  bunların  əsasında  ləhcə  və 
şivələrə ayırmanı  dəqiqləşdirmək daha düzgün olardı.
M.Hacıyev 
yazır: 
«Maraqlıdır 
ki,  bəzi 
alimlər
Azərbaycan  ərazisində  işlənən  və  bir-birindən  fərqlənən 
müxtəlif  tat  dili  ləhcə  və  şivələrini  qəbul  etmir,  bunların 
hamısını  düzgün  olmayaraq  «Bakı  tat  dili»  adı  altında birləşdi­
rir» (60,  30).
Şivənin 
yaranması 
(təşəkkülü) 
dildə 
baş 
verən 
dəyişikliklərdən  irəli  gəlir.  Cəmiyyətdə  yaşayan  hər  bir  fərdin 
özünəməxsus  danışıq  şivəsi  var  və  bu  başqalarının  nitqindən 
seçilir.  Bu  cəhət  nitqin  fərdiliyi  ilə  bağlıdır.  İctimai  həyat 
şəraitinə  görə  fərdlər  bir-biri  ilə  dil  əlaqəsində  olurlar  və 
onların  nitqlərindəki  fərqlər bu  birlik üçün  ümumi  bir  fonetik, 
qrammatik  və  leksik  sistemdə  yekcins  forma  almış  olur. 
Bilavasitə,  birbaşa dil  əlaqələri bəzən  ayrı-ayrı  qrupların,  kiçik
22


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ərazidə  yaşayanların  arasında  olduğundan,  onların  dili  ilə 
başqa  ərazilərdə  yaşayanların  dilləri  arasında  fərqlər  üzə 
çıxmış  olur  (330,  78).  Azərbaycanda  yaşayan  Lahıc  tatları  ilə 
Abşeron 
ərazisində 
yaşayan 
tatlar 
arasında 
tat 
dili 
səviyyəsində  dil  əlaqələri  yoxdur.  Bu  baxımdan  Lahıc  tatları­
nın  istifadə  etdiyi  tat  dili  ilə  Abşeronda istifadə  olunan tat  dili 
arasında  fərqlər  yaranmış  olur.  Eyni  sözləri  Quba,  Şamaxı, 
Xaçmaz,  Xızı  tatlarının  dilləri  haqqında  da  demək  olar. 
Beləliklə,  bir-biri  ilə  birbaşa  dil  əlaqələrinin  olmaması  tatların 
istifadə  etdiyi  dildə  müxtəlif  səviyyələrdə  -   fonetik,  qramma­
tik,  leksik fərqlər özünü  göstərir.  Bu  fərqlərin  ləhcə və  ya  şivə 
səviyyəsində  olmasını  dəqiq  müəyyən  etmək  çətindir.  Nəzərə 
alsaq  ki,  şivə  daha  kiçik  dil  kollektivlərinin  dilləri  arasındakı 
fərqlərdir,  onda  Lahıc,  Quba  və  Abşeron  tatlarının  dilindəki 
fərqlər  ləhcə  səviyyəsində  qəbul  edilə  bilər.  Belə  olan  halda 
Quba,  Dəvəçi,  Xızı,  Qonaqkənd,  Şamaxı,  Xaçmaz,  Kilvar 
tatlarının  dillərinin  hər  birini  tat  dilinin  ayrıca  şivəsi  və  ya 
ləhcəsi  kimi  qəbul  etmək  müəyyən  mübahisələr  doğurur.  Bu 
məsələnin  elmi  həlli  linqvistikada  ləhcə  və  şivəni  bir-birindən 
ayırmaq  üçün  istifadə  olunan  əlamətlər  əsasında  mümkündür. 
Dialekt,  ləhcə  və  şivələri  bir-birindən  ayırmaq,  təbii  ki, 
fərqləndirmə  meyarlarını  tələb  edir.  Dialekt  ərazi,  sosial,  peşə 
ilə  bağlı  bir-biri  ilə  əlaqədə  olan  bütün  dil  daşıyıcıları  ilə 
müqayisədə  istifadə  olunan  ümumxalq  dilinin  bir  formasıdır 
(330,  94).  Ləhcə  ümumi  dil  hadisələri  ilə  bağlı  olan  şivələr 
qrupunu  birləşdirən  böyük  dil  kollektivinin  dilidir.  Şivə  kiçik 
ərazidə  istifadə  olunan  ümumxalq  danışıq  dilinin  fərqlənən 
formasıdır (330,  79).
Dialektlərarası  leksik  fərqlərin  müəyyən  edilməsi  üçün 
bir  sıra  meyarlardan  istifadə  olunur.  Təcrübədə  üç  əsas  meyar 
tətbiq  olunur:  1)  qarşılıqlı-ekvivalent  dil  faktlarının  müxtəlif 
şəkildə adlandırılması;  yeni  anlayışın,  predmetin fərqli  sözlərlə
23


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə