Gülsüm Hüseynova.
Tat dilinin leksikası
edilmiş, danışılmış və ya yazılmış müəyyən əhvalatla bağlı
olan kiçik həcmli əsəri bildirir. Bunlardan «qissə» ədəbi ənənə
ilə əlaqədardır.
L oxşuı7/qabşur//qəm qal
«qabyuyan parça» (əslində ağac
qabığından hazırlanır);
Oəloğ /vərə
«qarğa»;
Oırmac//tatari
«şallaq»;
Oıryov/ ləysən
«dəryaz»;
Əkinçi gəri//rəncbəri
«əkinçilik»;
Handalu//fufalı//futolu
«əvəlik»;
Paylimə/silim,
siiliim
«nərdivan»;
Dalde/saye, soye
«kölgə»;
Ustum/ kiləstun
«ərsin»;
Xavəndən/ malustən,
molustan
«övkələmək»;
Kiilüm /işqəmbə
«yelin» (qarın);
Luq (İnqa) ləhı
«beşik,
nənni»;
Oartanqa /olıxçuluğ
«yüyən»;
Sağımı ustuxını
«sümük»;
Q əlqələpit/quşlüyə/şögərd
«yarasa»;
O il in yer
alması qən o f
«kartof»;
Virizəviriz/döhədöh
«qaçaqaç»;
Usta(n)//dicuni
«ikicanlı, hamilə».
A lınm a sözlər hesabına yaranan sinonim lər.
Bu qrupa daxil olan sinonim sözlər mənşəcə müxtəlif
dillərə aiddir. Bununla belə, həmin sözlərin əksəriyyətini
Azərbaycan dilindən alınmalar təşkil edir. Məsələn:
Kəlah,
kələli diricd pəzəvəng
«böyük, iri, pəzəvəng». Avesta dilində
bu söz «pəzə» formasında «yekəpər» anlamında qeydə
alınmışdır;
Hiijlə xırda dıqqılı
«balaca, xırda, dıqqılı»;
Xari,
xori zinıiıı
«yer»;
İshi/ı sııhi
«ağ»;
bəyaz/ bəyoz
«bəyaz»;
Bica hico ııohəqq
«yersiz, nahaq»;
Pay, pö qədəm
«qədəm,
ayaq»;
Gözəl//güzəl//göyçek, gııyçey, Xıışhaxt haxfavər: Ouş
daştən, qıış do sian quş vakandən
«qulaq asmaq»;
dinləmiş
saxtən
«dinləmək»;
Çənəni çiləm
«necə»;
çiciir, cıcıır
«nə
cür» və s.
«Alınma
sözün
sinonim
olması
üçün
sinonimlik
əlamətlərini kəsb etməsi zəruridir, yəni, ümumiləşdirici bir
əsas məna ilə daxil olduğu cərgədəki digər sinonim sözlərdən
115
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir» (39, 125).
Tat dilində dubletlər də müəyyən qrup təşkil edir.
Dubletlərin yaranmasında alınmalar xüsusi yer tutur.
Mənaca eyni, fonetik tərkibcə və mənşəyinə görə
müxtəlif olan sözlər dublet və variantların əsas bazasıdır.
Eynimənalı sözlər o zaman dublet və ya variant kimi işlədilir
ki, onlardan biri əsl sözlə mənaca eyniləşir, işlənmə sahəsi
daralır, getdikcə işlədilmir.
Eynimənalı sözlərin bir sıra özünəməxsus xüsusiyyətləri
var. Bunları belə qruplaşdırmaq olar: 1) eynimənalı sözlər
terminlə əlaqədar olduğu üçün nominativ xarakterlidir; 2)
eynimənalı sözlər məna və üslubi çalarlığa malik olmayıb, bir
üslubda işlədilir; 3) eynimənalı sözlərin fəaliyyəti dilin
sinxronik vəziyyəti ilə bağlıdır.
Variantlar
təsadüfi
olaraq
deyil,
dilin
inkişaf
qanunauyğunluqları
ilə əlaqədar meydana gəlir.
Yeni
mənaların, növ və formaların yaradılmasında və inkişafında
onların xüsusi rolu olur.
Variantlar, əsasən, eyni sözlərə paralel şəkildə işlənən
şəkilçilər artırıldıqda əmələ gəlir. Variantlar eyniköklü
sözlərin leksik-semantik eyniliyi münasibətinə əsaslanır.
Paralel qrammatik vasitələrlə eyniköklü sözlər variantlaşır.
Eyniköklü sözləri iki qrupa ayırmaq olar: 1) mənaca
fərqli olan eyniköklü sözlər; 2) mənaca eyni olan eyniköklü
sözlər.
Mənaca fərqli olan eyniköklü sözlər bir sözün variantları
kimi yox, ayrı-ayrı müstəqil sözlər kimi qəbul edilir. Onlar
müxtəlif sözdüzəldici şəkilçilərlə düzəlir.
Eyniköklü sözlər o zaman müstəqil sözə çevrilir ki, sözün
variantları arasında leksik-semantik eynilik pozulur. Eyniliyin
pozulması mənanın dəyişməsinə və ya variantlardan birinin
semantik cəhətdən diferensiallaşmasına səbəb olur. Paralel
116
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
işlədilən sözlərdən biri o birinin variantı kimi çıxış edir.
Dubletlə variant arasında ifadə etdikləri mənaların
eyniliyi baxımından uyğunluq olsa da, onları eyniləşdirmək
olmaz. Variantlar eyniköklü sözlərdən, dubletlər isə, əsasən,
müxtəlifköklü sözlərdən törəyir.
Dubletlər eyni anlayışı, eyni məfhumu adlandıraraq,
mənaca fərqlənməsələr də, «bunlar arasında əsas məna
etibarilə tam eynilik olsa da, üslubi fərqin, potensial məna
fərqinin olması şübhəsizdir» (104, 54).
Forma və mənşəcə, əsasən, müxtəlif, mətnə görə neytral,
mənaca bir-birinin tam eyni kimi işlədilən, müxtəlif şəraitdə
məna fərqi yaranmadan bir-birini əvəz edən, işlədilmə şəraiti
məhdud olan, tam emosional və ekspressiv xüsusiyətlərə malik
olmayan sözlər dublet adlanır.
Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir; onlar
mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni
olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə (mətn, nitq,
situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilir (34,
79).
Dubletlər nitqdə təkrarlardan qaçmağa imkan verir; dildə
onların mövcudluğu qanunauyğun haldır. Dilin leksik sistemi
variantlar arasındakı münasibətləri tənzimləyir. Tat dilinin
Azərbaycan dili dialektləri əhatəsində fəaliyyət göstərməsi bu
dildən alınmaların leksik dubletlərin içərisində çoxluq təşkil
etməsini şərtləndirir. Azərbaycan və tat dilləri arasındakı
əlaqələrin müntəzəm xarakter daşıması tat dilində yeni
dubletlərin meydana çıxmasında başlıca rol oynayır. Belə ki,
tat dilində işlənən dubletlərin müəyyən qismi Azərbaycan
dilindən hazır şəkildə alınmışdır.
1. Azərbaycan dilində olduğu kimi, tat dilində də, eyni
və ya yaxın mənalı sözlər qoşa işlənir. Bu tipli dubletlər həm
tat sözləri, həm də Azərbaycan dilindən alınmalar hesabına
117
Dostları ilə paylaş: |