Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə1/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
  1   2   3   4   5   6   7   8   9   ...   56


   
 
 
 
 
 
 
 
Ilham Rəhimli
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÜÇ ƏSRİN YÜZ OTUZ İLİ.  
(Akademik Milli Dram Teatrı bu gün).


Redaktor 
 
TİMURÇİN ƏFƏNDİYEV 
əməkdar incəsənət xadimi,  
professor 
 
 
 
 
Rəhimli Ilham. 
 
R55   ÜÇ ƏSRİN YÜZ OTUZ İLİ. (Akademik Milli Dram Teatrı bu gün). 
Bakı, “QAPP-POLİQRAF” Korporasiyasi, 2003, 264 s. 
 
“Üç əsrin yüz otuz ili” kitabı görkəmli teatrşünas-alim, sənətşünaslıq 
doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatrı” silsiləsindən növbəti 
kitabıdır. Kitab Akademik Milli Dram Teatrının keçdiyi 130 illik yaradıcılıq 
yolunu qısaca təcəssüm etdirməklə kollektivin çağdaş həyatı barədə ətraflı 
məlumat verir. 
Ayrı-ayrı sənətkarlar barədə yazılmış portret-oçerklər fəxri adlara və yaş 
ardıcıllığına əsasən düzülüb. Hər oçerkdə sənətkarın yaradıcılığının bütün sahələri 
(teatr, kino, televiziya) elmi-nəzəri formada, faktoloji prinsiplər əsasında qələmə 
alınıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
© “QAPP-POLİQRAF”, 2003 
  
 
 


AKADEMİK MİLLİ DRAM TEATRI 
 
(Qısa tarixçə) 
 
Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, 
orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi. 
“Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”, 
“Qaravəlli” və bu kimi xalq mərasim və oyunları milli xalq teatrımızın inkişaf 
mərhələlərini təminatlandırıb. Haqqında söhbət gedən oyunların zəminində xalq 
dramları yaranıb. Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyrin 
şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib. 
Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının çağdaş 
Kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub. 
Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl 
pəhləvan” kimi məşhur oyunları var. Bunların arasında kölgə-xəyal tamaşaları da 
göstərilib. 
Orta əsrlərdə Azərbaycanda “Şəbih” tamaşaları geniş intişar tapıb. Şəbih 
oyunları məhərrəm ayında göstərilib və Aşura günü daha təntənəli kütləvi şəkil 
alıb. Şəbih tamaşaları müsəlmanlığın şiə qolunun təmsilçilərinin yaşadıqları 
ərazidə daha geniş intişar tapıb. Şəbih tamaşalarında Həzrət Əlinin kiçik oğlu, 
imam Hüseynin və onun ailəsinin başına gələn faciəli hadisələrdən bəhs edilir. 
Müxtəlif süjetli pyeslər, əsasən Kərbəla şəhəri yaxınlığındakı tarixi hadisənin 
başqa-başqa bədii yozumlarından ibarətdir. 
Azərbaycan milli xalq teatrında müxtəlif maskalardan istifadə edilib. 
Bunların da arasında ən məşhurları “keçəl”, “kosa” və “keçi” maskalarıdır. Xalq 
oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına, başqa sözlə 
rejissoruna, şəbihgərdan deyilib. 
Daha çox komediya, məsxərə, məzhəkə, satira əsasında hazırlanan xalq 
tamaşaları və faciə janrlı şəbih tamaşaları bütövlükdə meydan teatrı adlanır. 
Meydan teatrının öz estetikası, öz ifadə vasitələri, öz forma orijinallığı, bütövlükdə 
bənzərsiz poetika özəllikləri var. Elə poetika göstəriciləri ki, həmin sənət amilləri 
çağdaş Azərbaycan peşəkar milli teatrının təşəkkülündə, inkişafında və 
formalaşmasında əsaslı rol oynayıb. 
  
* * * 
  
On doqquzuncu əsrin qırxıncı və əllinci illərində Azərbaycanın Şuşa və 
Şamaxı şəhərlərində teatr binaları tikilib. Həmin binalarda müxtəlif müsamirələr 
keçirilib. Ancaq təəssüflər olsun ki, bu teatr binalarında göstərilən tamaşalar 
barədə əldə heç bir tarixi sənəd (məsələn, afişa, elan, tamaşa proqramı və sairə) 
yoxdur. Məhz buna görə də tarixi fakt - sənədə əsaslanaraq milli peşəkar 
(professional) teatrımızın təşəkkül tarixini 10 mart 1873-cü ildən götürürük. 
Qafqazın XIX əsrdə siyasi və mədəniyyət mərkəzlərindən sayılan Tiflisdə 
yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi. 
Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850-


1852-ci illərdə “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Müsyö 
Jordan və dərviş Məstəlişah”, “Hacı Qara”, “Xırs Quldurbasan”, 1855-ci ildə 
“Mürafıə vəkilləri” komediyalarını yazıb oxuculara təqdim etmişdi. “Təmsilat” 
adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü... dillərinə 
tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Peşəkar 
dramaturgiyamızın təşəkkülü milli peşəkar teatrın doğuluşundan 23 il əvvəl baş 
verib. 
Bakı realnı məktəbin müəllimi, görkəmli maarifpərvər, Azərbaycanda ilk 
mətbu orqanı olan “Əkinçi” qəzetinin naşiri (1875) Həsən bəy Zərdabi öz 
şagirdləri Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlov Goraninin rəhbərliyi ilə 
tamaşa hazırladılar və Novruz bayramında “Nəciblər” klubunda göstərdilər. 
Tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası idi və 
10 mart 1873-cü ildə oynanıldı. Ona görə də milli peşəkar teatrımızın tarixi həmin 
gündən hesablanır. 
Bir müddət sonra, aprelin 17-də həmin dəstə dramaturqun “Hacı Qara” 
komediyasını da oynadı. Bunun ardınca Tiflisdə (1873), Qubada (1875), Şəkidə 
(1879), Şuşada (1883), Naxçıvanda (1883), İrəvanda (1882) teatr həvəskarları, yəni 
yerli ziyalılar və məktəb şagirdləri tamaşalar hazırlayıb göstərirdilər. 
1880-ci illərin ikinci yarısından Bakıda teatr həyatı bir qədər canlanıb. 
Tiflisdə Aleksandrinski ali məktəbində təhsil alıb Bakıya göndərilmiş 
müəllimlərdən Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə və Nəcəfqulu 
Vəliyev, Novruz, Orucluq, Qurban bayramlarında tamaşalar hazırlayıb 
teatrsevərlərə təqdim edirdilər. 
10 mart 1873-cü il həm milli peşəkar teatrımızın və eyni zamanda həm də 
bugünkü Akademik Milli Dram Teatrının tarixidir. 
 
* * * 
 
Azərbaycanda peşəkar teatrın təşəkkülündən iyirmi üç il əvvəl milli 
dramaturgiyamız və həmin vaxtdan (1850) başlayaraq ədəbiyyatşünaslığımız pyes 
(faciə, məzhəkə, dram) janrının nəzəri prinsiplərinin elmi əsaslarını öyrənərək 
çağdaş səviyyəyə gətirmişdir. “Azərbaycan dramnəvisliyinin banisi” fəxri tacını 
daşımaq və bununla böyük bir ədəbi məktəbin bünövrəsini qoymaq səadəti Mirzə 
Fətəli Axundzadəyə (1812-1878) nəsib olmuşdur. 
Ötən əsrin ortalarında ön Qafqazın inkişaf etmiş mədəni-maarif 
mərkəzlərindən biri Tiflis şəhəri idi. Burada azərbaycanlı ziyalıların öz yeri, xalqa 
mədəniyyət aşılamaqda öz xidmət üsulu, maarifdə öz məfkurə istiqaməti vardı. 
Onlardan biri də filosof-maarifçi, Qafqaz canişinliyində tərcüməçi işləyən Mirzə 
Fətəli Axundzadə idi. Tiflisin teatral iqlimi, Rusiyanın müxtəlif səhnə ustalarının 
şəhərə qastrolları, Qərb ədəbiyyatına, onun dramaturgiya qoluna, xüsusən Jan 
Batist Molyer irsinə bələdlik və ilk növbədə milləti nadanlıqdan xilas etmək 
yollarını araması Mirzə Fətəlini pyes yazmağa vadar etmişdir. Özü də məhz 
məzhəkə (komediya) yazmağa. Çünki Axundzadə mənəviyyatları sıxıb məhvə 
çəkən buxovlardan xilas yolunun vacib cığırlarından birini teatrda, səhnə 
gülüşündə görürdü. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə