Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   2   3   4   5   6   7   8   9   ...   56

Mirzə Fətəli Axundzadənin “Təmsilatı”nı “Molla İbrahimxəlil kimyagər”, 
“Müsyö Jordan və dərviş Məstəlişah”, “Lənkəran xanının vəziri”, “Xırs 
quldurbasan”, “Hacı Qara” və “Mürafiə vəkilləri” pyesləri təşkil edir. Bədii 
məntiqin dayağı üçün milli ənənə olmadan belə qısa müddətdə bu cür dəyərli sənət 
inciləri yaratmaq yalnız mütəfəkkirlərin qismətindədir. 
Sadə, bədii kompozisiyalı, həyati mövzusu və obrazlı dili, tez anlaşıqlı, 
mənası, güclü tərbiyəvi təsiri, tipik koloriti, duzlu-dadlı obrazları olan təmsilat 
toplusu Azərbaycan milli teatrının doğuluşunu təmin etmişdir. Həm oxu, həm də 
səhnə üçün yazılmış komediyalar yalnız Akademik Milli Dram Teatrının deyil, 
həmçinin Gəncə, Naxçıvan, Şuşa, Tiflis, Quba, İrəvan, Şəki... teatrlarının da 
bünövrə sütunu olub. 
Mirzə Fətəli Axundzadənin komediyaları Akademik teatr “aktyor 
məktəbi”nin formalaşmasında misilsiz xidmətlərə malikdir. Azərbaycanın, o 
cümlədən haqqında söhbət gedən sənət ocağının demək olar bütün rejissorları bu 
irsdən daima bəhrələnirlər. Xüsusilə ədibin “Hacı Qara” tamaşası onlarca 
quruluşda oynanılmış, qabil komediya ustadlarımız Hacı Qaranın ifasına səhnə 
gülüşünün meyarı kimi qiymət vermişlər. Komik aktyorlar Hacı Qaranı ustalıqla 
oynamağı sənət zirvəsi saymışlar. Ən rəngarəng səhnə təfsirləri, ən “partlayan” 
gülüş, ən şux tərtibat, ən məzəli oyun... məhz “Hacı Qara” tamaşalarına 
məxsusdur. “Qaravəlli”, “Kosa-kosa” xalq oyunlarından, meydan teatrı 
prinsiplərindən, dərviş rəqslərindən, meyxana məclisi elementlərindən... ilk dəfə 
məhz “Hacı Qara” komediyasının müxtəlif illərdəki quruluşlarında istifadə 
olunmuşdur. 
Nəhayət, Mirzə Fətəli təməlini qoyduğu dramaturgiyanın bugünkü ənənəsi 
üçün geniş yol açmışdır. Həmin yola ilk qədəmi Nəcəf bəy Vəzirov (1854-1926) 
qoymuşdur. 
Yaradıcılığa komediya ilə başlayan Nəcəf bəy ilk Azərbaycan faciəsi 
“Müsibəti Fəxrəddin”in müəllifidir. Əgər Mirzə Fətəlinin dramaturgiyası realist 
aktyor məktəbinin yönünü müəyyənləşdirdisə, “Müsibəti Fəxrəddin” (eyni 
zamanda sonrakı milli tərcümə və faciələr) romantik aktyor oyununun istiqamətinə 
çıraq tutdu. 
Nəcəf bəy Vəzirov Moskva Petrovskaya-Razumovskaya Kənd Təsərrüfatı 
Akademiyasında təhsil aldığı illərdə (1874-1878) teatr və dramaturgiya ilə daha 
dərindən məşğul olub. Xatırladım ki, ədib bir il əvvəl realnı məktəbin şagirdi kimi 
ilk Azərbaycan teatr tamaşasının hazırlanması ilə tarixə düşüb. Moskvadan 
müəllimi Həsən bəy Zərdabi ilə məktublaşan, təzəcə işıq üzü görən “Əkinçi”yə 
publisist məqalələr göndərən tələbə Vəzirov “Ev tərbiyəsinin bir şəkli” (1875), 
“Gəmi lövbərsiz olmaz” (1876) məzhəkələrini yazıb hasilə gətirməklə dramaturji 
yaradıcılığa ömürlük bağlanıb. 
Bakı neft sənayesindən, milli burjuaziyanın təşəkkülündən bəhs edən ilk 
pyes “Pəhlivanani zəmanə” (1898-1900) də Nəcəf bəy Vəzirova məxsusdur. 
Akademik Milli Dram Teatrı bir əsrdən çoxdur repertuarında vaxtaşırı 
Vəzirov irsinə müraciət edir. Ədibin “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş 
topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Pəhlivanani zəmanə”, “Vay 
şələküm-mələküm” və digər əsərlərinin tamaşası teatrımızın peşəkarlığa yön 


götürməsində əhəmiyyətlidir. “Müsibəti Fəxrəddin” faciəsi və “Yağışdan çıxdıq, 
yağmura düşdük” (“Hacı Qəmbər”) komediyasının müəyyən tamaşaları xüsusi 
mərhələlər təşkil edir. 
Milli romantik aktyor məktəbinin banisi Hüseyn Ərəblinski Fəxrəddin 
obrazını səhnədə ilham və şövqlə oynayırdısa, Azərbaycan realist aktyor oyun-
üslubunun yaradıcısı Cahangir Zeynalov Hacı Qəmbəri hərarətli vurğunluqla və 
yumorlu heyranlıqla canlandırırdı. 
Azərbaycanın ilk qadın dramaturqu Səkinə xanım Axundzadə (1865-1927) 
Qubada və Bakıda təhsil alıb, müəllimlik edib, ədəbiyyatla, teatrla dərindən 
maraqlanıb, “Elmin bəhrəsi”, “Gəlin və qaynana”, “Bəxtsiz bala”, “Zülmün 
səmərəsi”, “Haqq söz acı olar”, “Şahzadə Əbülfəz”... pyeslərini yazıb, iqtibas edib. 
“Zülmün bəhrəsi”ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə 
Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda 
özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva xanım Olenskaya, Yunis Nərimanov 
oynayıblar. “Bəxtsiz bala” da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası 
tələbələrinin iştirakı ilə göstərilib. 
Teatr sənəti ilə ilk tanışlığı on dörd yaşında (1884), Şuşada oynanılan “Xırs 
quldurbasan” (Mirzə Fətəli Axundzadə) tamaşasından başlayan Əbdürrəhim bəy 
Haqverdiyev (1870-1933) yaradıcılığa məhz dramla qədəm basıb. Tiflis realnı 
məktəbini bitirib (1891) Peterburq Yol Mühəndisləri İnstitutunda oxuyarkən tez-
tez, özünün etiraf etdiyi kimi, həftədə azı bir dəfə Aleksandrinski teatrının 
tamaşalarına baxıb. Tələbə ikən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” 
məzhəkəsini və “Dağılan tifaq” faciəsini yazıb. 1900-cu ildə Şuşada yazdığı 
“Bəxtsiz cavan” elə həmin ildə tamaşaya qoyulub. Bu faciə sənətkarın səhnədə 
göstərilən ilk pyesidir və Azərbaycan teatrında ən çox tamaşaya qoyulan 
əsərlərdəndir. 
Son yüz üç ildə görkəmli dramaturqun əsasən “Ac həriflər” komediyasının, 
“Bəxtsiz cavan”, “Ağa Məhəmməd Şah Qacar”, “Dağılan Tifaq”, “Pəri cadu” 
faciələrində, “Köhnə dudman”, “Millət dostları”, “Baba yurdunda”... dramlarının 
tamaşalarında Akademik Milli Dram Teatrının yüzdən çox sənətkarı nailiyyətlər 
qazanmışdır. 
İlk tamaşasının gurultulu nümayişi milli teatr tariximizdə dönüş yaradan 
(1916-cı il, 29 aprel), fikir yükü, məna dərinliyi, ictimai-sosial dərdləri, mənəvi  
göynərtiləri ilə bu gün də rejissorların diqqət mərkəzində duran “Ölülər” 
tragikomediyasının müəllifi Cəlil Məmmədquluzadə (1862-1932) 
dramaturgiyamıza fəlsəfi reallıq, püskürən qəzəb, həlim yumor, hayqıran satira... 
gətirib. Felyetonları ilə “Molla Nəsrəddin”i Hindistanda, İranda, Turanda, Orta 
Asiyada... şöhrətləndirən dahi eyni zamanda səhnəmizin “Molla Nəsrəddin”i idi. 
Mirzə Cəlilin “Anamın kitabı”, “Ölülər”, “Dəli yığıncağı” faciələri səhnə 
sənətimizdə janr rəngarəngliyi axtarışlarına, oyun-üslub istiqamətinə, təfəkkürləri 
silkələmək, vicdanları mizan-tərəziyə qoymaq baxımından həmişə səmərəli, geniş 
imkanlıdır. 
Mübaliğəsiz demək olar ki, təkcə Tofıq Kazımovun quruluş verdiyi və 1966-
cı il noyabrın 12-də premyerası oynanılan “Ölülər” tamaşası ilə Azərbaycan 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə